-
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında layihə təklif edə
bilər;
-
qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;
-
Milli Məclisdə baxılan qanuna və qərar layihəsinə dəyişiklik və əlavə edilməsi haqqında
təkliflər irəli sürə bilər.
4. Deputatın sorğu hüququ. Deputat mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə
hakimiyyəti orqanlarına, Baş Prokurora, yerli özünüidarə orqanlarına, Milli Bankın İdarə
Heyətinə, Hesablama Palatasına sorğu verə bilər. Deputat sorğusu deputat tərəfindən fərdi
qaydada və ya iclasda yazılı şəkildə verilir. Bu sorğuya müvafiq orqanlar və ya vəzifəli şəxslər
bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir.
5. Deputatın məlumat almaq və ya yaymaq hüququ. Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri
materialları və sənədləri almaq üçün müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar
materialları və sənədləri 10 gün müddətində deputata təqdim etməlidirlər.
6. Deputatın toxunulmazlığı. Bu hüquq deputatın evinin, mənzilinin, əşyalarının şəxsi və xidməti
nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların
toxunulmazlığını əhatə edir.
7. Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ.
8. Deputatın
vəzifəli
şəxslər
tərəfindən
təxirə
salınmadan
qəbul
edilmə
hüququ.
Deputat
müvafiq
dövlət
orqanları,
təşkilatları
tərəfindən təxirə salınmadan qəbul olunmalıdır.
9. Deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ.
Qanuna görə deputatın vəzifələrinə aşağıdakılar daxildir:
-
deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquq və azadlıqlarını, Azərbaycan
Respublikasının mənafelərini qorumalı, konstitusiya və qanunları rəhbər tutmalı, deputat
etikasını gözləməlidir;
-
deputat Milli Məclisin iclaslarında və üzvü olduğu komissiyanın iclaslarında iştirak etməlidir.
Üzürsüz səbəbdən 30 dəfə iclaslarda iştirak etməyən deputat 63 səs çoxluğu ilə deputat
mandatından məhrum edilə bilər;
-
deputat qanunazidd hərəkətlərə, adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini
alçaldan kobud, təhqiramiz sözlər və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər
etməyə çağırmamalıdır.
Deputatlıq fəaliyyətinin təminatlarından danışdıqda birinci növbədə immunitet və indemniteti qeyd
etmək lazımdır. İmmunitet dedikdə, deputatın toxunulmazlığı başa düşülür. Konstitusiyanın 90-cı maddəsinə
görə, səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində
cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun
barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz,
şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında
yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu
barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə
xitam verilə bilər. Nizamnamədə göstərilir ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7
gün müddətində baxır, təqdimat intizam komissiyasına göndərilir və komissiyada bu məsələyə baxılır.
Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına xitam verilib-verilməməsi barədə
intizam komissiyasının qənaəti söylənilir. İşə həmin deputatın iştirakı ilə baxılır. Tələb olunan səs çoxluğu
ilə deputat toxunulmazlığına xitam verilir.
İndemnitet termini iki mənada başa düşülür:
Birinci mənada, indemnitet - deputatın öz fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə
məsuliyyət daşımaması və şahid qismində ifadə verməkdən imtina etməsidir. Bu, Konstitusiyanın 91-ci
maddəsində öz əksini tapıb.
İkinci mənada, indemnitet - deputatın fəaliyyətinə görə əmək haqqı almasıdır. Əmək haqqının
məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.
Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsində deputatın parlamentdaxili məsuliyyətə
cəlbolunma əsasları göstərilir:
1) Milli Məclis və onun komissiyalarının iclaslarının aparılmasına mane olduqda;
2) Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;
3) Milli Məclis və onun komissiyalarının iclaslarında sakitliyi və iş qaydasını pozduqda;
4) Milli Məclis və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud,
təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə;
5) deputat adına xələl gətirən hərəkətlər etdikdə;
6) Milli Məclis və onun komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə.
Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:
1) xəbərdarlıq;
2) sözkəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi.
1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək
haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə deputat, səlahiyyət müddəti qurtardıqdan sonra
işə düzələnədək bir il müddətində deputatın əmək haqqının 80%-i məbləğində pul təminatı alır. Səlahiyyət
müddəti qurtardıqdan sonra təqaüd yaşına çatmış deputat, əmək haqqının 80%-dən az olmayan məbləğdə
Dostları ilə paylaş: |