8
həm də dinləyənlər üçün həzz mənbəyinə çevrilir. Beləliklə, bu
tədris fənninin məqsədi tələbələrə müasir Azərbaycan ədəbi
dilinin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu,
orfoepiya və orfoqrafiyası, dilin normaları və üslubları haqqın-
da müəyyən elmi-nəzəri biliklə yanaşı əməli işə yardımçı ola-
caq praktik fəaliyyət vərdişləri də aşılayır. Axı dilimizin yazılı
və şifahi normalarına yiyələnmək nitq mədəniyyəti üçün əsas
şərt sayılır.
Dilimizdəki milli sözlər iltisaqilik prinsipinə uyğun dəyi-
şir. Lakin dilimizdə milli sözlərlə yanaşı alınma sözlər – ərəb,
fars, rus və başqa dillərdən alınmış sözlər də vardır. Həmin dil-
lərin morfoloji quruluşu başqa tipdən olduğu üçün alınma söz-
lər bəzən iltisaqilik prinsiplərinə uyğun gəlmir. Məs: laqeyd,
natəmiz, bivəfa, baməzə, antifaşist, anormal və s. kimi sözlər
dilimizə ön şəkilçilərlə birlikdə keçmişdir.
Tipoloji bölgüdə dillərin morfoloji quruluşu əsas götürü-
lür. Elə tip dillər var ki, onlarda şəkilçilər yoxdur, sözlərin
kökü də dəyişmir. Belə dillərə kök dillər deyilir. Çin və Vyet-
nam dilləri bu qrupa aiddir.
Sözün kökü dəyişən dillər də vardır. Məsələn, ərəb və rus
dilləri belə dillərdəndir. Bu dillərdə sözün kökü dəyişir. Şəkil-
çilər söz kökünün əvvəlinə, ortasına və sonuna artırılır. Prefiks,
infiks və siffikslər sözün mənasını dəyişdirir. Məsələn, ərəb di-
lində l, m – elm, alim, üləma; n, s, r – nəsr, nasir, mənsur; n, z,
m – nəzm, nazim, nizam sözlərini bildirir. Rus dilində çitat,
uçest, proçitat və s. sözlərini misal gətirmək olar.
Tələbələrdən “Dil nədir?” soruşulanda onlar orta məktəb-
dən əzbər bildikləri “Dil insanlar arasında ünsiyyət vasitəsidir”
cümləsini təkrar edirlər. Amma dilin insanlar arasında zəruri
fəaliyyət və qabiliyyət sırasına daxil olub “düşündüklərimizi
başqalarına bildirmək, söyləmək üçündür” fikri yada düşmür.
Biz dilin insanların dinmək, danışıb demək, söyləmək və anlaş-
maq üçün, başqalarına fikri anlatmaq üçün vasitə olduğunu
izah etməliyik. Deməli, 1) bir-biri ilə anlaşa bilən insanlar milli
9
mədəniyyət forması olan dil vasitəsilə fikirlərini bir-birinə söy-
ləyir və bir-birini başa düşürlər; 2) bir-birinə təsir göstərirlər;
3) öz hiss və həyəcanlarını ifadə edirlər; 4) düşünüb dərk etdik-
lərini həyatda yerinə yetirirlər. Amma biz təkcə “Dil nədir?”,
“Dil nə üçündür?” suallarına deyil, “Ədəbi dil nədir?”, “Ədəbi
dil nə üçündür?” suallarına da aydınlıq gətirməliyik. “Ədəbi
dil ümumxalq danışıq dili əsasında seçmə və əvəzetmə əməliy-
yatı aparmaqla normaya salınmış, yüksək duyğuları, dərin fi-
kirləri, geniş anlayışları ifadə edən bədii, elmi, publisistik, ic-
timai-siyasi, rəsmi-əməli və s. üslubları özündə birləşdirən ha-
disədir” – fikrinə gəlməliyik. Ümumiyyətlə, dil sözü ilə əlaqəli
onlarla ifadə, atalar sözləri, xalq məsəlləri vardır. Amma tələ-
bələrə frazeoloji ifadələr haqqında sual verildikdə onlar çətinlik
çəkir, müəllimin əvvəlcə bir-iki nümunə deməsini istəyirlər.
Biz daha sonralar ədəbi dilimizin leksik-semantik və frazeoloji
normalarından danışarkən, təbii ki, belə nümunələri çox səslən-
diririk. “Dil” sözü ilə bağlı tələbələrə çatdırmalıyıq ki, bu sözlə
yaranan ifadə və tərkiblərin çoxluğunun bir səbəbi də vardır.
Bu da onunla bağlıdır ki, söz dilimizdə omonim sayılır. Məna-
ca müxtəlif olan sözlərin səslənmə cəhətdən bir-birinə oxşar ol-
ması məsələsi leksikologiyanın omonimləri öyrənən bölməsin-
də verilir və tələbələrimiz eyni cür səslənən, lakin mənaca fərq-
li sözlərin omonim olmasına dair fikirlərlə bir daha tanış olur-
lar.
Biz “Ədəbi dilimizin leksik normaları” mövzusunu tədris
edərkən də bu məsələyə bir daha aydınlıq gətirməli və ilk misa-
lı da elə “Dil” sözü ilə başlamağı məqsədəuyğun hesab edirik.
“Dil” sözünün aşağıdakı mənaları məlumdur: 1) Ağız boşlu-
ğunda danışıq səslərinin əmələ gəlməsində iştirak edən fəal
nitq orqanı (Bu, sözün həqiqi mənasıdır); 2) insanlar arasında
ünsiyyət vasitəsi olub onların bir-birini başa düşmələrinə və
bir-biri ilə fikir mübadiləsi aparmasına imkan verən səs, söz və
qrammatik vasitələr sistemi (Azərbaycan dili, ingilis dili, qə-
dim dil və s.); 3) Danışıq və ya ifadə tərzi, üslub (ədəbi dil, da-
10
nışıq dili, yazıçının dili, qəzet dili); 4) Danışmaq qabiliyyəti,
nitq (Dili olmasa, qarğalar gözünü didər); 5) Danışmaq, danışıq
tərzi (onun çox acı dili var; Dil var bal gətirir, dil var bəla);
6) Bir şeyi ifadə və ya izah edən, ünsiyyət vasitəsi ola bilən şey
(Rəqəmlərin dili, quşların dili) (Dəmirçizadə Ə. Azərbaycan di-
linin üslubiyyatı. Bakı, Azərtədrisnəşr, 1962, səh.19); 7) müxtə-
lif alətlərdə uzanan mütəhərrik hissə (toqqanın dili, qarmonun,
pianonun dilləri); 8) Dənizin içərisinə girmiş uzun quru hissə;
9) Müharibədə düşmənin vəziyyəti haqqında məlumat alına bi-
ləcək əsir (dil almaq, dil tutmaq) və s. (Azərbaycan dilinin
izahlı lüğəti, Bakı, “Elm nəşriyyatı, 1980, səh. 98-101). Belə
nümunələrdə nitq və dil sözləri mənaca sinonimlik təşkil etdi-
yindən onlar danışıqda bir-birini əvəz edə bilir. Amma nitqi
batmaq, yaxud nitq söyləmək (söz danışmaq, söz söyləmək)
ifadələrindəki nitq sözünü dil sözü ilə əvəz etmək mümkün ol-
mur. Deməli, nitq və dil sözləri nə qədər bir-birinə yaxın olsa
da, onların arasında bərabərlik işarəsi qoymaq düzgün deyildir.
Ərəb dilindən alınmış nitq sözünün mənasını tələbələrlə
araşdırdıqda belə qənaət hasil olur ki, nitq danışıq, fikri sözlər-
lə ifadə etmə qabiliyyəti, danışma və yazma, yazışma tərzidir.
Dilimizdə nitqdən düĢmək, nitqdən qalmaq “danışa bilmə-
mək”, “dili tutulmaq”, nitqə gəlmək, nitqi açılmaq “danışmağa
başlamaq”, nitqi tutulmaq, batmaq, bağlanmaq, kəsilmək, quru-
maq və s. kimi ifadələrdən anlaşılır ki, nitq dinləyicilərə “xitab
olunan cümlələr toplusu”, kütləvi yerlərdə, yığıncaqlarda, ic-
laslarda və s. müəyyən məsələ ətrafında danışmaq, fikir söylə-
mək, çıxış etmək mənalarındadır. Deməli, nitq mədəniyyətinə
dərindən yiyələnmək üçün dilimizin fonetika və leksikologiya-
sına hərtərəfli bələdlik, işlətdiyimiz söz və ifadələrin mənasını
aydın bilmək tələb olunur.
Nitq mədəniyyəti geniş anlayış olub insan mədəniyyətinin
çox mühüm tərkib hissəsi kimi başa düşülür. “Mədəniyyət” sö-
zü dilimizə ərəb dilindən keçmişdir, “şəhər” mənasında olan
“mədinə” sözündəndir. “Mədəni” sözü də “Ģəhərli” mənasın-
Dostları ilə paylaş: |