15
məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator
olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirilməlidir.
Milli-mənəvi dəyərlər bədii ədəbiyyatda formalaşır
İnsanın mənəviyyatı, bir tərəfdən, genetik əsaslara malik olsa da əsasən
sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni-
mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm
rol oynayır.
İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial
və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə
münasibətləri, təhsili və s. bu kimi elementlərin sintezindən ibarətdir.
Mədəni-mənəvi mühit isə cəmiyyətin müvafiq rakursu ilə yanaşı əvvəlki
nəsillərdən qalmış sənət əsərləri, xüsusən bədii ədəbiyyat təsiri ilə
formalaşır. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi
yetişməsində mühüm rol oynayır.
Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-
mənəvi mühitimizə yabançı olan təsirlərinin gücləndiyi bir vaxtda
sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə
həyəcan təbili çalmaq lazımdır.
Adət-ənənənin milli dəyər kimi yaşaması ailədən başlayır.
Hər bir xalqın mövcudliğunun əsas göstəricisi olan adət və
ənənələr, milli-mənəvi dəyərlər onun tükənməyən ən qiymətli sərvətidir.
Milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-
ənənələrimiz,
mentalitetimiz,
mədəniyyətimiz,
ədəbiyyat
və
incəsənətimizdir.
Adət-ənənənin milli dəyər kimi yaşamasi ailədən başlayır və cəmiyyət
tərəfindən qəbul edilir, millətin, dövlətin atributinə çevrilərək gələcək
nəsillər tərəfindən qorunur. Azərbaycan ailəsinin uzunömürlülüyü məhz
bu ənənəyə söykənir. Ağsaqqal, ağbirçək məsləhəti gənclərin ailə
qurmasinda mühüm rol oynayır ki, bu da ailənin uzunömürlülüyünün
əsas göstəricisidir.
16
Dünya şöhrətli yazıçı Aleksandr Düma təsadüfi deyil ki, Azərbaycan
adət-ənənələrini çox bəyənmiş və öz xatirələrində yazmışdır. Böyük rus
yazıçısı Lev Tolstoy “Hacı Murad” əsərini məhz Azərbaycan adət-
ənənələri əsasinda yazmış, kişilik, mərdlik, namus, qeyrət, alicənablılıq
və s. kimi dəyərləri yüksək qiymətləndirmişdir.
Dünya xalqları arasinda milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan
xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli
xüsusiyyətləri ilə özünəməxsus yer tutur.
Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan
davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasının təməli
qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi
nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən
xüsusiyyətlər yaranır.
Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, təkamülə aparan
davranış qaydalarıdır. Bu qaydalar dünya svilizasiyasinin təməli
qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi
nəticədə dünyada hər bir fərdin haqqlarını daha dolğun təsdiq edən
xüsusiyyətlər yaranır.
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət- ənənələrinə,
öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır.
Azərbaycan xalqı bu günədək məhz milli mənəvi dəyərlərinə sadiqliyi
sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub
saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli
mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin
mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük
bir hissəsi bu günədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin
formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli
dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır.
Milli-mənəvi dəyərlərin gələcək nəslə aşılanması.
Milli dəyərlərə söykənən dövlət quruluculuğu xalqın milli şüuruna,
mənəvi dəyərlərinə istinad edir və dediklərimizin gənc nəsilə aşılanması
ən vacib məsələlərindən biridir.
17
Bu mənada akademik Ramiz Mehdiyevin “Dövlətçilik hissi və milli-
mənəvi dəyərlər sistemi” məqaləsindəki bir fikri xüsusi əhəmiyyət kəsb
edir.
“Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırılması,
davam etdirilməsi, üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın rolu
həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılanda, onun
inkişafının daxili hərəkətverici qüvvələri məhdudlaşdırılanda, inkişaf
kənar qüvvələrlə məqsədyönlü surətdə başqa səmtə istiqamətləndiriləndə
milli genin heç olmazsa başqa ampulada, fövqəltarixi formalarda;
fikirlərdə, xatirələrdə, ədəbiyyatda, incəsənətdə, yaşadılması zərurəti
yaranır. Xalq başqa imperiyaların işğalı altında qaldıqda, başqa
əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi həyatı
bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da olsa
yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük ziyalılar
estafeti öz əllərinə almalı olurlar”.
Bu mənada dəyərlərin yaşamasında ən ağır yük inanılmış, içində milli-
mənəvi dəyərlərə söykənən VƏTƏN sevgisi yaşadan ziyalıların çiyninə
düşür. Bir sözlə yuxarıda qeyd edildiyi kimi, milli-mənəvi dəyərləri,
adət-ənənələri qələm adamları, ədəbiyyat və incəsənət xadimləri, bir
sözlə böyük ziyalılar yaratdıqları əsərlərdə yaşatmiş, gələcək nəsillərə
çatdırmışlar.
Azərbaycan adətləri, ənənələri və mərasimləri
Adətlər, ənənələr və mərasimlər Azərbaycan xalqının zəngin
mədəni irsidir. Ailə-məişət adətləri nəsildən-nəslə ötürülür. Adətlərin bir
neçə nəsil boyu yaşaması da onların uzun ömürlü olmasından və tez-tez
təkrar edilməsindəndir. Ənənələr də qanunlar kimi zaman ötdükcə
yaranır, vaxtı keçəndə yeniləri ilə əvəz olunur. Lakin elə ənənələr də
olur ki, klassik nümunələrə dönür, yaşayır, insanların həyat tərzində
həmişə özünü göstərir.
Ənənə və adətlərin yaranması və inkişafı həyat tərzinin mühüm tərkib
hissəsi olmaq etibarilə, tarix boyu nəsildən-nəslə keçən sosial təcrübə,
əmək üsulları və vərdişləri, insanların ailə və məişətdəki davranış
Dostları ilə paylaş: |