~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
20
əlilliyin nə olduğunu mən çox yaxşı bilirdim. Özüm də əlil
idim axı!. . Həmin vaxt həkimə dedim ki, o ayılanda ilk
olaraq, qolunu soruşacaq. Mən anamı, bacımı və sevdiyimi
hansı qolla qucaqlayaram? -deyə soruşacaq! O zaman biz
ona nə deyəcəyik? Elə də oldu, ayılan kimi soruşdu. Cavab
isə sükut oldu. . . Amma nə etmək olar? Mənfur, üzdəniraq
qonşuların işğalçı təcavüzü nəticəsində torpaqlarımızın
azadlığı uğrunda mübarizədə gənclərimizin əlil olması real
faktdır. Bu ürəkağrıdıcı, sarsıdıcı mənzərəni görəndən
sonra mən özümə söz verdim ki, Ağdama getməliyəm.
Ağdama getmək istəyimlə, hospitalın rəisinə müraciət
etdim. Səbəbini soruşduqda dedim ki, mən özüm əliləm və
bunun nə olduğunu hər kəsdən çox yaxşı bilirəm. Ona görə
getmək istəyirəm ki, yaralılarımıza yerindəcə köməklik
edim ki, əl-ayaqlarını itirməsinlər.
Bu qərarı verdikdən sonra Rüxsarə xanım döyüş
bölgəsinə - Ağdama yola düşür. Milli ordumuzun ilk
batalyonuna-Şirin Mirzəyevin yaratdığı 836-cı batalyona
gəlir. Ən ağır döyüşlərdə iştirak edir. Rüxsarə xanım deyir:
“Gəldiyim gün səhərə yaxın Qazançı kəndinə (Ağdərə)
hücum oldu. Ağdamın Qiyaslı kəndinin uşaqları bu döyüşdə
ağır yaralanmışdılar, Bakıdan apardığım ilkin tibbi yardım
çantası ilə onlara kömək etdim. Qazançı əməliyyatı da çox
uğursuz oldu. Orada 18 uşağın taleyi hələ də məlum deyil.
Bundan sonra Xaçınstroya gəldim. Həmin gecə erməni
mənfurları bizi raketlərlə atəşə tutdular. Hamı çölə çıx-
mışdı, mən isə otaqda qaldım. Şirin Mirzəyevin səsi indi də
qulağımdadır: “O qara qız hanı? Onu çağırın” -deyə
~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
21
möhkəm qışqırdı. Bölmə komandirlərindən biri, Allahverdi
müəllim qəlpə yarası almışdı, ona təcili yardım etmək lazım
idi. Ardı-arası kəsilməyən atəşin altında ona yardım
göstərdim. Vətən mənim üçün həyatımdan da əzizdir. Əlil
olaraq mən Vətənimin müdafiəsində ürəyimlə, canımla
iştirak edirdim. 1992- ci ilin iyun ayını xatırlayıram-dedi və
gözlərinin yaşını saxlaya bilmədi. Sakitləşdikdən sonra
fikrini tamamladı: “Ağdamda, Ağdərədə Mehmanədə,
Canyataqda, Gülyataqda, Dranbonda, Sərsəngdə, Abdalda,
Gülablıda, Qazançıda, Qalayçılarda, Umudluda, Şellidə,
Tərnöyütdə, Şahbulaqda gedən döyüşlər gözümün önündə
canlandıqca, igid oğlanlarımızın Vətən, torpaq uğrunda
necə rəşadətlə vuruşduqları anları xatırlayıram. Döyüşlərin
birində bir gün ərzində 96 yaralını, 4 həyatını itirən
döyüşçünü döyüş gedən sahədən tək başıma çıxartdım.
Amma indi də mənə çox müəmmalıdır ki, bir döyüşçü
(Baloğlan adlı) necə itkin düşdü! Fərrux dağı ətrafında da
106 yaralını döyüş gedən sahədən çıxarmışam”.
Rüxsarə xanım söhbətinə ara verib, həyəcan dolu ağrılı
söhbətinə yenidən başladı-Yeddi Xırmanda yerləşən bizim
postumuzda olmuşam və döyüşlərdə iştirak etmişəm. Bu
postda yeddi uşaq var idi. İlqar adlı oğlanın alnını
minamyotun qəlpəsi sıyırdı. Ona ilk yardım göstərdim. İlqar
çox həyəcanlı idi, əsirdi, su verdim ona, içdi və içəndən
sonra soruşdum: “İlqar, qardaşım, qorxursanmı?”– “Yox,
qorxuram ki, biz yaralanarıq, əlimiz sənə çatmaz, diricə
apararlar səni, bax ondan qorxuram”- dedi.
Bundan sonra Ağdam-Ağdərə istiqamətində Canyataq,
~~~~~~~~~~
Qarabağın Tutusu
~~~~~~~~~~
22
Gülyataq, Mehmanə, Drambon, Sərsəngdə ağır döyüşlərdə
iştirak edib. Ən ağır döyüşlər Mehmanə, Ağdərə, Fərrux
dağı ətrafında oldu. Yaralıların sayı bilinmirdi. Rüxsarə
xanım döyüş yoldaşlarının mərdliyindən, qəhrəmanlığın-
dan fəxarətlə danışır. Rüxsarə xanım deyir ki, döyüşçülərdə
böyük ruh yüksəkliyi vardı. Onlar bilirdilər ki, ölümün bir
addımlığındadırlar, amma heç çəkinmirdilər, qorxmurdu-
lar, döyüşə üzügülər gedirdilər, çünki torpaqlarımızın azad-
lığı uğrunda vuruşa gedirdilər. Döyüşə gedəndə “Qələbə ilə
qayıdaq!” deyib maşına minirdilər. O uşaqları hər dəfə
döyüşdə itirdikcə elə bil mən də onlarla bərabər ölürdüm,
yasa batırdım. Vətən sağ olsun deyib, düşünürdüm ki,
inşallah torpaqlarımız işğaldan azad olar, şəhid olanların
ruhları şad olar. Əlbəttə ki, o günləri xatırlamaq Rüxsarə
üçün çox çətindir. Buna baxmayaraq, o, boğazına tıxanıb,
onu boğan qəhəri udaraq söhbətinə davam edir. Yadda-
şımda çox üzücü xatirələrim var. Habil adlı bir oğlan var idi,
döyüş zamanı həmişə öndə gedirdi. Fərrux dağı ətrafında
gedən döyüşlərin birində öldü. Alnından vurmuşdular.
Onun ölümü bizi çox sarsıtmışdı. Həmin döyüşlərin birində
Şağanovun briqadasını qradla atəşə tutduqları zaman
kütləvi şəkildə əsgərlərimizi itirdik. Bir oğlanı ermənilər
vurmuşdu. Dostu avtomatı üzümə tuşlayıb dedi: Dostumu
həyata qaytarmasan, səni də vuracağam! Bir anlıq çaşdım.
Gözləmədiyim bu hadisədən. Amma özümü ələ aldım və
dedim: Qardaşım, məni öldürsən ölülərdən biri olaram,
amma sən eyni zamanda yaralıları da öldürmüş olacaqsan.
Onların yaralarını sarıyıb, ölümün pəncəsindən kim
Dostları ilə paylaş: |