21
Əbdülməlikin qoşunlarına biabırçılıqla məğlub olaraq döyüşdə
öldürülür və Portuqaliyanın taxt-tacı boş qalır. İş ondadır ki, o,
cavan olduğu üçün özündən sonra heç bir varis qoymamışdır.
Həmin krallıqda olan əyanlar öz adamını taxta çıxarmaq üçün
bir-birlərilə mübarizəyə başlayırlar. Başqa dövlətlərlə yanaşı, II
Filipp də bu krallığın işlərinə qarışmalı olur və 1580-ci ildə
Portuqaliyanı fəth etmək üçün özünün ən tanınmış sərkərdəsi
sayılan hersoq Albanı böyük bir ordu ilə səfərə göndərir. Bu
missiyanın öhdəsindən şərəflə gələn hersoq Alba müqavimət
göstərən əyanların qoşunlarını darmadağın edərək, 1581-ci ildə
Portuqaliya krallığını İspaniyaya birləşdirməyə müvəffəq olur.
Portuqaliya ilə yanaşı, həmin krallığa məxsus olan dünyanın hər
bir yerindəki ərazilər İspaniyanın ixtiyarına keçir və İspaniya
bütün dünyanın ən qüdrətli imperiyasına çevrilir. Hazırda dini
fanatik sayılan II Filipp İspaniyadan başqa Portuqaliyaya,
Niderlanda, demək olar ki, bütün Apennin yarımadasına (Papa
vilayətindən başqa) Siciliya, Sardiniya və Korsika adalarına, 35°
şimal en dairəsindən başlamış ta ki cənuba qədər bütün Amerika
qitəsinə, Şimali Afrikadan başqa bütün “qara qitəyə”, Hindis-
tanın qərb sahil zolağına, Seylon, Molukk, Palavan, Filippin,
Okeaniyanın bir çox adalarına, Yeni Qvineya adasına və Makao
ərazisinə sahiblik edirdi. Bundan əlavə başçılıq etdiyi
imperiyanın gəmiləri İran körfəzinin və Qırmızı dənizin
çıxacaqlarını ciddi nəzarət altında saxlayırdı. Tarixdə elə bir
22
monarx olmayıb ki, bu irilikdə bir əraziyə başçılıq etsin. Əlbəttə,
nəhəng bir ərazini idarə etmək də hər bir monarxın işi deyildi.
Sadəcə olaraq belə bir işdə II Filippin əvvəlcədən böyük
təcrübəsi vardı. Necə olsa da, o, Avropanın ən tanınmış,
bacarıqlı, istedadlı siyasi xadimi V Karl Habsburqun şagirdi
olmuş və həmin məktəbin əlaçı məzunu sayılırdı.
II Filipp hakimiyyətə gələndə onun 29 yaşı vardı. Lakin bu
nəhəng imperiyanın varisinin isə cəmisi 13 yaşı var və o, siyasi
məkanda nəinki püxtələşmiş, hətta azacıq da olsun, bu sənətə
dair anlayışı yox idi. Düzdür, vəliəhdin qəyyumu sayılan
hersoq Lerma bu işdə onun üçün dayaq sayılırdı. Lakin II Filipp
hersoq Lermaya o qədər də inanmırdı. Onun nigarançılıq
keçirməyə səbəbi vardı. Necə olsa da, indiki monarxın 64 yaşı
vardı və o, bilmirdi bundan sonra neçə il yaşayacaq. Bu il öz
dünyasını dəyişsə, şahzadə Filipp 13 yaşında ölkəni idarə
etməyə qadir olmayacaq və hakimiyyət müvəqqəti olaraq
hersoq Lermanın əlinə keçəcək.
II Filippin söylədiyi axırıncı sözlər Alonsonu yaman bərk
düşündürdü. Şahzadənin yaşını nəzərdə tutanda kral xüsusilə
vurğuladı ki, həmin yaşda dövləti idarə edənlər az olmayıb,
hətta balaca dövləti nəhəng bir imperiyaya çevirən də olub.
Maraqlıdır, kral kimi nəzərdə tuturdu. Alonso tanınmış
monarxların həyatı ilə tanış olsa da, yalnız Makedoniyalı
İskəndərin həyatının tərcümeyi-halı kralın sözlərinə uyğun
23
gəlirdi. O, 20 yaşında taxta əyləşmiş və artıq 30 yaşında nəhəng
bir imperiya yarada bilmişdir. Lakin 13 yaşla 20 yaş arasında
böyük fərq vardı.
- Əlahəzrət, məgər 13 yaşında elə bir adam olub ki, müstəqil
şəkildə hər hansı bir dövləti idarə etsin? – deyə Alonso krala
sualedici bir nəzər saldı. - Axı, bu mümkün deyil.
- Mən də inanmırdım, ancaq bu faktdır.- deyə kral tərəddüd
etmədən dilləndi. - Osmanlı Türkiyəsinin şimal-şərq sərhədləri
ilə Azərbaycan adlı bir dövlət yerləşir. 1500-cü ildə həmin
dövlətə şah İsmayıl Xətai adlı bir hökmdar yiyələnir. Onun atası
və babası müharibələr zamanı öldürülmüşdülər. Qəribə olsa da,
hakimiyyətə yiyələnən 13 yaşlı şah həm atasının, həm də
babasının qisasını almaq üçün düşmənlərinə qarşı müharibə elan
edir və onları məğlub edir. Bir ildən sonra o, paytaxtı Təbriz
şəhəri olmaqla Səfəvilər dövləti yaradır və həmin ildən
başlayaraq bütün qonşu ölkələri fəth edir. 23 yaşına qədər o,
nəhəng imperiyanın yaranmasına müvəffəq olur. Hətta Osmanlı
Türkiyəsinin sultanı II Bəyazid onunla döyüş meydanında
toqquşmadan yaman bərk çəkinirmiş. Deyirəm, nə qədər
dərrakəli, ağıllı, bacarıqlı və istedadlı olmalısan ki, az yaşında
sərbəst halda böyük bir dövləti idarə edəsən. Səlnaməçilər qeyd
edirlər ki, total döyüşlərdə şəxsən özü ordunun başında döyüşə
atılırmış. Deyilənə görə şah İsmayıl şairlik də edibmiş. Lakin
sonradan onun oğlu taxta əyləşəndə həmin imperiya Osmanlı
Dostları ilə paylaş: |