3
“Naxçıvan” Universitetində ke-
çirilən konfransı ali təhsil ocağının
tədris işləri üzrə prorektoru İbrahim
Kazımbəyli giriş sözü ilə açaraq
bildirib ki, pedaqoji təcrübə kadr
hazırlığının ən vacib sahələrindən
biri olub, ali təhsil müəssisələrinin
tədris planında xüsusi yeri olan bir
prosesdir. Tələbələrin yaxşı bir mü-
təxəssis kimi hazırlığı məhz praktik
yolla dərinləşdirilir, nəzəri biliklər
pedaqoji təcrübə müddətində icra
oluna-oluna mənimsənilir. Bu yolla
pedaqoji təfəkkür, pedaqoji qabi-
liyyət formalaşır ki, bunlar da pe-
daqoji səriştənin vərdiş halında möh-
kəmlənməsinə səbəb olur. Əslində,
pedaqoji təcrübə professor-müəllim
heyətinin müəyyən mərhələ üzrə
elmi-pedaqoji əməyinin nəticələrini
aşkarlayacaq bir vasitədir.
Konfransda Pedaqogika və psi-
xologiya kafedrasının müdiri Nə-
zakət Yusifovanın, metodist Elbrus
Vəli yevin və qrup rəhbəri Nazim
Mahmud ovun mövzu ilə bağlı çı-
xışları olub. Vurğulanıb ki, 4 həftə
davam edəcək təcrübə Heydər
Əliyev adına tam orta məktəbdə,
Naxçıvan şəhərindəki 8 və 15 nömrəli
tam orta məktəblərdə keçiriləcək.
Məlumat üçün qeyd edək ki,
pedaqoji təcrübədə 98 tələbə, 21
metodist, 4 qrup rəhbəri, 4 pedaqoq
və psixoloq iştirak edəcək. Mək-
təblərdə tələbələr və metodistlərə
yerlər ayrılıb və tələbələrin təcrü -
bə keçmələri üçün lazımi şərait
yaradılıb.
Nuray ƏSGƏrOVa
Pedaqoji təcrübəyə
həsr olunmuş konfrans
Fevralın 15-də Naxçıvan Mux-
tar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Ko-
mitəsi, Səhiyyə, Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirliklərinin və
Culfa Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə rayonun Yaycı kən-
dində yaşayan aztəminatlı Quli-
yevlər ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı Naxçıvan
Muxtar Respublikası Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin şöbə müdiri Sahir Rüs-
təmov, Culfa Rayon Əhalinin Sosial
Müdafiəsi Mərkəzinin direktoru
Mustafa Cəlilov, rayon İcra Haki-
miyyətinin əməkdaşı Orxan Ələk-
bərli muxtar respublikamızda aztə-
minatlı ailələrə göstərilən qayğıdan
danışıblar. Bildirilib ki, bu yaxınlarda
Azərbaycan Respublikası Preziden-
tinin müvafiq sərəncamları ilə az-
təminatlı ailələrin hər birinə birdə-
fəlik maddi yardım göstərilib, bu
qəbildən olan ailələrə verilən ünvanlı
dövlət sosial yardımının məbləği
artırılıb. Təkcə ötən il muxtar res-
publikada hər bir nəfərə düşən aylıq
gəlirləri ehtiyac meyarından aşağı
olan ailələrə 3 milyon 269 min ma-
natdan artıq ünvanlı dövlət sosial
yardımı ödənilib. Bu, dövlətin əha-
linin aztəminatlı təbəqəsinə göstər-
diyi qayğıdan xəbər verir. Aztəmi-
natlı ailələrlə görüşlərin keçirilməsi
də həmin ailələrin sosial vəziyyətinin
yaxşılaşdırılmasına xidmət edir.
Sonra aztəminatlı ailənin yaşayış
şəraiti ilə maraqlanılıb, ailə üzvləri
tibbi müayinədən keçirilib, onlara
məişət əşyası və ərzaq payı verilib.
Sonda ailənin üzvü Əfqan Quli-
yev göstərilən diqqət və qayğıya
görə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti
Aztəminatlı ailələr
diqqət mərkəzindədir
Eynəli bəy Sultanovun yaradıcı-
lığı ilk dəfə mərhum filologiya elm-
ləri namizədi İzzət Maqsudov tərə-
findən elmi tədqiqata cəlb edilmişdir.
O, 1963-cü ildə öz namizədlik dis-
sertasiyasını E.Sultanova həsr et-
mişdir. Həmin tədqiqatda göstərilir
ki, Eynəli Çölü oğlu Sultanov 1862-ci
il 7 yanvarda Naxçıvan şəhərində,
yoxsullaşmış mülkədar ailəsində
anadan olmuşdur.
Aidə Feyzullayeva “Maarif car-
çıları” monoqrafiyasında ədibin do-
ğum tarixi kimi 1863-cü ili, ölüm tarixi
olaraq İ.Maqsudov kimi 1935-ci ili
göstərir . Eyni ömür xronologiyasını
“Eynəli bəy Sultanovun yaradıcılıq
yolu” adlı dissertasiyasında İradə
Əsədova da qeyd edir.
Görkəmli yazıçının doğum və
ölüm tarixləri haqqında yeni və belə
demək mümkünsə, fakta dayanan
səhih məlumat akademik İsa Həbib-
bəyli tərəfindən ortaya qoyulmuşdur.
Doktorluq dissertasiyası (“Cəlil Məm-
mədquluzadə: mühiti və müasirləri”)
üzərində işləyərkən apardığı tədqi-
qatlar zamanı İsa Həbibbəyli əldə
etdiyi arxiv sənədlərinə istinad edərək
onun 1866-1935-ci illərdə yaşadığını
irəli sürür: “Bu fədakar şəxsiyyət
nə vaxt, harada, hansı səviyyədə
təhsil almışdır? Aydınlaşdırılmasına
ehtiyac hiss edilən həmin sualların
cavabına yazıçının təvəllüd tarixinin
dəqiq müəyyənləşdirilməsindən baş-
lamaq lazım gəlir. Çünki istənilən
tədris müəssisələrində oxumaq hü-
ququ qazanmaq həmişə müəyyən
yaş tələbi ilə əlaqədar olmuşdur.
Hazır da Eynəli Sultanovun tərcüme-
yi-halından bəhs edən tədqiqatlarda
ədibin anadan olması barədə iki tarix
(1862 və 1863-cü illər) qeyd olun-
maqdadır. Bu fikir müxtəlifliyi onun
doğum haqqında şəhadətnaməsinin,
yaxud təvəllüd tarixini əks etdirən
digər etibarlı bir sənədin tapılıb üzə
çıxarılmamasından irəli gəlmişdir”.
Akademik məqaləsinin növbəti
abzasında özünün qeyd etdiyi etibarlı
mənbə məsələsinə toxunaraq yazır:
“Cari ildə (1987-ci ildə – E.M.) Cəlil
Məmmədquluzadə və müasirləri ilə
bağlı axtarış apararkən əldə etdiyimiz
“İrəvan Dairə Məhkəməsi prokuro-
runun katibi E.Sultanovun şəxsi işi”
adlanan qovluqda toplanan sənədlər
həmin sahədə aşkar olunan ilk etibarlı
mənbə sayıla bilər. 17 vərəqdən
ibarət olan bu sənədlərdə yazıçının
həyatının 1898-ci ilə qədərki dövrü
öz əksini tapmışdır. E.Sultanova
məxsus qovluqdakı formulyar siyahı
(xidmət kitabçası – İ.H.) kimi rəsmi
sənəddə onun 5 may 1866-cı il tarixdə
Çölü bəy Qullarağasıyev-Sultanovun
ailəsində dünyaya gəldiyi qeyd olun-
muşdur. Bundan başqa, həmin sə-
nəddə xidmət kitabçasının qeyd edil-
diyi 16 dekabr 1896-cı ildə E.Sultan -
ovun 30 yaşında olduğu göstəril-
mişdir ki, bu da yeni təvəllüd tarixini
bir daha təsdiqləyir”. Akademik İsa
Həbibbəylinin arxiv sənədləri əsa-
sında ortaya qoyduğu 1866-cı il tarixi
həmin ildən – 1987-ci ildən etibarən
ən tutarlı fakt kimi ədəbiyyatşünaslıq
elmində Eynəli bəy Sultanovun tə-
vəllüdü olaraq qeyd edilir.
Eynəli bəy Sultanovun təhsil aldığı
yerlərlə bağlı da müxtəlif fikirlər
mövcuddur. Belə ki, İ.Maqsudov
onun 1872-1877-ci illərdə rus-tatar
məktəbində, İ.Həbibbəyli isə 1872-
1880-ci illərdə Naxçıvan qəza mək-
təbində ilk təhsil aldığını qeyd edir.
İ.Maqsudova görə, “Atası Çölü 1877-ci
ildə Eynəlini Tiflis şəhərinə aparıb
klassik gimnaziyaya qoyur”. Akade-
mik İsa Həbib bəyli isə 1880-1886-cı
illərdə İrəvan kişi gimnaziyasında
oxuduğunu bildirir. Göründüyü kimi,
E.Sultanovun gimnaziya təhsili barədə
də fikirlər haçalanır. Buna baxma-
yaraq, akademik İsa Həbibbəyli bu
sahədə də tutarlı istinadlar ortaya
qoyur. O, məqalələrinin birində yazır:
“E.Sultanovun nə vaxt və harada
təhsil alması barədə bir neçə fikir
mövcuddur: gimnaziya (yeri, adı
qeyd olunmadan) və Tiflis klassik
gimnaziyası. Ünvanlar kimi təhsil
illərinə dair tarixlər də müxtəlifdir.
1872-1882; 1877-1883; 1877-1885-ci
illər. Son illərdə dərc olunmuş bir
məqalədəki (İ.Həbibbəyli M.Atayevin
“Ədəbiyyat və incəsənət” qəzetinin
10 iyun 1983-cü il (№23) tarixdə
dərc olunan “Hansı fakta inanmalı?”
məqaləsinə işarə edir – E.M.) aşağı-
dakı mülahizələri yazıçının gimnaziya
təhsilini konkretləşdirmək üçün yeni
axtarışlara maraq oyatdı. Müəllif ya-
zır: “Tbilisi Dövlət Arxivində axtarış-
larımız zamanı 1882, 1883, 1884-cü
tədris ilində Tiflis Klassik Gimnazi-
yasını bitirmək üçün dövlət imta-
hanlarına buraxılan və kamal attestatı
alan şəxslər içərisində E.Sultanovun
adına rast gəlmədik”. Onu da qeyd
edək ki, biz hələ 1980-ci ildə Gür-
cüstan SSR Mərkəzi Dövlət Arxivində
araşdırma ilə məşğul olarkən E.Sul-
tanovun adı ilə 1880-1886-cı illərdə
İrəvan gimnaziyasının Qafqaz Təhsil
İdarəsinə göndərdiyi hesabatlarda
qarşılaşmış, bu barədə C.Məmməd-
quluzadənin təhsilinə dair dərc et-
dirdiyimiz məqalədə məlumat ver-
mişdik. Əldə etdiyimiz materiallar
həmin məsələni daha geniş işıqlan-
dırmağa kömək edir. Arxivdəki “İrə-
van kişi gimnaziyası” adlanan fondda
mühafizə olunan sənədlərdən məlum
olur ki, E.Sultanov 1880-ci ildən bu
gimnaziyada oxumağa başlamışdır”.
Alimin fakta dayanan bu tapıntısını
da Eynəli bəy Sultanovun hansı illərdə
və hansı gimnaziyada təhsil alması
barədə dəqiq məlumat kimi qəbul
etməliyik. 1880-ci ildən 1886-cı
ilədək İrəvan kişi gimnaziyasında
təhsil alan və dövrünün maarifçi zi-
yalıları Firidun bəy Köçərli, Mirzə
Elxanov və başqalarından dərs alan
Eynəli bəy Sultanov 5 iyun 1886-cı
ildə gimnaziyanın yeddinci sinfindən
çıxmış, həmin il gimnaziyanın pe-
daqoji şurasının qərarı ilə ona şəhər
ibtidai məktəblərində müəllimlik et-
mək hüququ verilmişdir.
Hələ gimnaziyanın şagirdi ikən –
1883-cü ildə – 17 yaşındaykən Nax-
çıvanda “Ziyalı məclisi”, “Müsəlman
Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi
ədəbi-mədəni mərkəzlər yaratmaqla
həmyerlilərinin maariflənməsinə ça-
lışmışdır. Hətta bir müddət sonra hə-
min mərkəzlərdə birgə fəaliyyət gös-
tərdiyi ziyalı dostları Cəlil Məmməd-
quluzadə, Paşa ağa Sultanov, Mirzə
Ələkbər Süleymanov, Mirzə Cəlil
Mirzəyev(Şürbi), Əsəd ağa Kəngərli,
Qurbanəli Şərifzadə və başqaları ilə
birlikdə Naxçıvanda “üsuli-cədid”
məktəbi və kitabxana açdırmağa nail
olmuşdur. 1883-cü ildən teatr tama-
şaları təşkil etmişdir. 1892-ci ildə
Naxçıvanda yaxın dostu Əsəd ağa
Kəngərli ilə birlikdə gizli mətbəə
təşkil edərək burada müxtəlif məz-
munlu bəyannamələr çap etdirmişdir.
Lakin bundan xəbər tutan iri torpaq
sahibləri, ruhanilər onu ən qorxulu
şəxs elan edir, bu cür dardüşüncəli
insanların şikayətlərindən sonra qəza
rəisinin göstərişi ilə təqib olunmağa
başlanır. Təqiblərdən ehtiyatlanan və
çətin vəziyyətdə qalan ədib Qars şə-
hərinə gedib özü üçün iş axtarmalı
olur. Bir neçə ay Qars şəhər uprava-
sında rütbəsiz məmur işinə düzəlir.
Bu iş onu təmin etmədiyi üçün dörd
ay burada işlədikdən sonra Qarsı tərk
edərək İrəvan şəhərinə gedir.
Yazıçının İrəvandakı fəaliyyəti
haqqında akademik İsa Həbibbəy-
linin əldə etdiyi “İrəvan quberniyası
Dairə Məhkəməsi prokurorunun ka-
tibi Eynəli Sultanovun şəxsi işi”ndəki
tərcümeyi-halında ətraflı məlumat
verilir.
XIX əsrin səksəninci illərindən
E.Sultanov bir çox qəzet, jurnal və
məcmuələrdə müxtəlif mövzulu ya-
zılarla çıxış edir və ictimaiyyət ara-
sında publisist kimi tanınır. Məhz
qələminin kəsərli olmasının nəticəsi
idi ki, 1905-1908-ci illərdə “Kaspi”
qəzetinin İrəvan və Naxçıvandakı
xüsusi müxbiri vəzifəsi ona həvalə
edilmişdi. İrəvanda olarkən 10 il
müddətinə hüquq sistemində müxtəlif
vəzifələr daşıması artıq E.Sultanovun
bir hüquqşünas kimi də yetişməsinə
səbəb olmuşdur. Buna görə də 1906-cı
ildən etibarən İrəvan Dairə Məhkə-
məsi prokurorunun Naxçıvan mahalı
üzrə köməkçisi vəzifəsini də daşı-
mışdır. Hətta 1907-ci ildə Dövlət
Dumasına deputat seçilmişdir.
Görkəmli ədib bu dövrdə artıq
Tiflisdə çıxan “Zakavkazye” qəze-
tində dərc olunan “Naxçıvan mək-
tubları”, “İfşaedici vərəqələr” silsilə
məqalələrinə görə təqib olunmağa
başlanmışdı. Qəza rəisi və din xa-
dimlərinin ciddi müqavimətinə rast
gələn E.Sultanov Tiflis şəhərinə ge-
dib ömrünün sonuna qədər orada
yaşamışdır. O, Səttarxan inqilabına
kömək məqsədi ilə yaradılan “Mü-
cahid” inqilabı təşkilatına daxil ol-
muşdu. Tiflisdə yaşadığı ilk illərdə,
konkret olaraq 1909-cu ildə E.Sul-
tanov burada Zubalov adına xalq evi
yanında Azərbaycan dram şöbəsinin
təsis edilməsinə çalışan və buna nail
olan maarifçilərdən biri olmuş, hətta
1911-ci ildə Gürcü Əyanlar Teatrında
təşkil olunan Azərbaycan Teatr Cə-
miyyətinin bürosuna üzv seçilmişdir.
O, Tiflisdə yaşayarkən pedaqoji fəa-
liyyətlə də məşğul olmuşdur.
Xalqının maarifini, mədəniyyə-
tini, ədəbiyyatını sevən, onu öyrənən
və təbliğ edən E.Sultanov 1923-cü
ildə Tiflisdə “Azərbaycan ədəbiyyatı
həvəskarları” dərnəyi yaradır və bu-
rada Nizami, Füzuli, Vaqif, Nəbati,
M.F.Axundov və digər Azərbaycan
şair və yazıçıları haqqında məruzələr
oxuyur.
1924-cü ildə o dövrün mətbuatında
da ciddi müzakirə mövzusu olan latın
əlifbasına keçmək uğrunda mübari-
zəyə qoşulan E.Sultanov bunun nə-
ticəsində də Yeni Əlifba Komitəsi
Tiflis şöbəsinin katibi seçilmiş, “Yeni
fikir” qəzetinə əlavə kimi nəşr edilən
“İşıq yol” qəzetinin məsul katibi və-
zifəsini daşımışdır. Hətta bu illərdə
“Yeni əlifbanın ən yaxşı təbliğatçısı”
adını almışdır. Daha sonra Yeni Türk
Əlifba Komitəsində tərcüməçi vəzi-
fəsində çalışan yazıçı 1930-cu ildə
elə həmin komitədən də təqaüdə çıx-
mışdır. E.Sultanov 1935-ci ilin iyun
ayında Tiflis şəhərində vəfat etmiş
və Tiflisdəki müsəlman qəbiristanlı-
ğında dəfn olunmuşdur.
Görkəmli ədib folklor toplayıcısı
kimi də fəaliyyət göstərmiş, 1886-
1890-cı illərdə İrəvan quberniyasını
və Naxçıvanı dolaşaraq 3 mindən
çox atalar sözü, bir neçə aşığın ya-
radıcılığından nümunələr toplamışdır.
Topladığı folklor materiallarının bir
çoxunu 20 məktub vasitəsilə F.Kö-
çərliyə göndərmişdir. Çox təəssüf
ki, həmin məktubların heç biri bu
günədək əldə edilməmişdir.
Bədii yaradıcılıqla məşğul olan
ədib 46 hekayə, 3 dram əsəri, bir
sıra şeir və tərcümənin müəllifidir.
Onun sağlığında “Tatarka” adlı iki-
pərdəli dram əsəri 1904-cü ildə İrə-
vanda, “Seyidlər” hekayəsi (Rzaqulu
Nəcəfovun müqəddiməsi ilə) isə
1926-cı ildə Tiflisdə kitab halında
nəşr olunmuşdur. “Tatarka” 1883-cü
ildən bəri indiyədək bir çox teatrlarda
tamaşaya qoyulmuşdur.
İlk qələm təcrübələrini gənclik
illərində “Tərcüman”da çap etdirən,
onun mühərririni (İsmayıl Qaspıralı –
E.M.) özünün ilk publisist müəllimi
adlandıran Eynəli bəy Sultanov son-
ralar “Həyat”, “İrşad”, “İqbal”, “Mol-
la Nəsrəddin”, “Yeni fikir”, “Dan
ulduzu”, “Şərqi-rus”, “Yeni yol”,
“Qızıl şəfəq” (1932-ci ildən sonra
“Yeni qüvvə” adı ilə çıxanda belə),
“Qığılcım”, “Kəndli”, “Gələcək”
kimi qəzet, jurnal və məcmuələrdə
mütəmadi olaraq bədii, publisist,
tənqidi yazılarla çıxış etmişdir. Hətta
“Kaspi” qəzetinin İrəvan və Naxçı-
van üzrə xüsusi müxbiri, “Zakav-
kazye” qəzetinin Müsəlman həyatı
şöbəsinin müdiri, “Kavkazskaya
kommuna” qəzetinin redaktoru
(1921-1923), “Yeni fikir” qəzetinə
əlavə kimi nəşr olunan “İşıq yol”
qəzetinin məsul katibi (1924-1926)
işləmişdir.
...Ədibin əsərlərini sonradan,
1937-ci ildə oğlu Çölü qaydaya sal-
mış, Azərnəşrə təqdim etmiş, lakin
məlum olmayan səbəblərə görə XX
əsr Azərbaycan ədəbiyyatında müəy-
yən mövqe qazanan yazıçının əsərləri
nəşr edilib oxuculara çatdırılmamış-
dır. Bəlkə də, özü olmasa da, yaz-
dıqları 37-ci ilin repressiyasının qur-
banı olmuşdur. Ölümündən sonra,
1966-cı ildə İ.Maqsudovun tərtibi
ilə E.Sultanovun “Seçilmiş hekayə-
lər” kitabı nəşr olunmuşdur ki, burada
da ədibin yaradıcılığının çox az bir
qismi, cəmi 12 hekayəsi toplanmışdır.
Bizim tərəfimizdən isə son illərin
axtarışlarının nəticəsi olan 34 he-
kayəsinin toplandığı kitabın nəşri
planlaşdırılmışdır.
Görkəmli yazıçı-publisist, fədakar maarifçi,
milli dəyərlərin tədqiqatçısı və təbliğatçısı
XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir
tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yadda-
qalan bir dövr olmuşdur. Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəm-
küsar, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli və onlarla belə
ədiblərin içərisində bir imza da var idi: Eynəli bəy Sultanov. O Eynəli
bəy Sultanov ki Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında
belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan
da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın,
mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Tə-
bii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət
payı da olmamış deyil... May ayının 5-də Eynəli bəy Sultanovun anadan
olmasının 150 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilmə-
si haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının
yubileyi muxtar respublikada geniş qeyd olunacaqdır.
Eynəli bəy Sultanov – 150
“Mən səni sevirəm, xalqım! Bütün məramımla, bütün qəlbimlə,
ruhumun bütün incə telləri ilə sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim
qədər sevirəm! Səni bəşəriyyətin böyük ailəsinin üzvü kimi sevirəm!
Bütün məziyyətlərin və qüsurlarınla birlikdə sevirəm! Səni sevərək
həyatını müşahidə edir, sənin övladlarını öyrənir, dost-düşmənlərini
ayırd edirəm...”, – deyən Eynəli bəy Sultanovu da öz xalqı bəşəriyyətin
böyük ailəsinin üzvünün alovlu publisisti, fədakar maarifçisi, milli də-
yərlərimizin tədqiqatçısı və təbliğatçısı kimi daim sevəcəkdir.
Elxan MƏMMƏDOV
AMEA Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi