12
ağzı, bayatı, haxışta, sevgi, layla, qaynana-gəlin sözləri”
(Abbaszadə Mirzə Abbas, Bakı, “Kaspi” mətbəəsi,
1914), “Milli nəğmələr” (Mirzəzadə Ağa Həsən, Bakı
“İran”, 1919), “Nağıllar məcmuəsi” (İsmayılov Kərim-
bəy, Orucov qardaşları mətbəəsi, 1911), “Şagirdlərə
bəxşiş” – nağıllar məcmuəsi (Axundov Nəsrullah, Bakı,
1915) və başqa kitabları göstərmək olar” (162, 60).
Azərbaycan
şifahi
xalq
ədəbiyyatının
formalaşmasında böyük əmək sərf edənlərdən biri də
Eynəli Sultanovdur. E. Sultanov ömrünün sonuna qədər
folklorşünaslıq fəaliyyətini davam etdirmiş, XX əsrin
əvvəllərində rus mətbuatında, Sovet hakimiyyəti illərində
isə “Dan ulduzu” jurnalında folklorun ayrı-ayrı
problemlərinə dair bir sıra məqalələrlə çıxış etmişdir.
Xalq ədəbiyyatımızın toplanması, nəşri, rus dilinə tər-
cüməsi və yayılmasında fəal iştirak edən ziyalılardan biri
də Mahmud bəy Mahmudbəyov idi. İstər E.Sultanov,
istərsə də M. Mahmudbəyovun şifahi xalq yaradıcılığı
nümunələrinin toplanması, nəşri və araşdırılması
sahəsində
məhsuldar
fəaliyyətləri
Azərbaycan
folklorşünaslığı tarixində uğurlu addımlar sayılır.
Bu dövrdə atalar sözlərindən ibarət ilk məcmuəni
(1899) nəşr edən M. Qəmərlinskinin fəaliyyəti də
diqqətəlayiqdir. Görkəmli tədqiqatçı-alim, öz çoxşaxəli
ya
radıcılığı ilə seçilən Firudin bəy Köçərli Azərbaycan
folklorşünaslıq elminin inkişafında təkcə toplayıcılıq
fəaliyyəti ilə yox, həm də folklorşünaslığımızın
yaradıcısı kimi xüsusi yer tutur.
XX əsrin əvvəllərində şifahi xalq ədəbiyyatımızın
həm toplanıb nəşr edilməsi, həm də öyrənilməsi,
qiymətləndirilməsi sahəsində uğurlu işlər görülmüşdür.
Bu ba
xımdan R. Əfəndiyev, A. Şaiq, S. Hüseyn, N.
Nərimanov, A. Şahtaxtlı, T. Bayraməlibəyov, Ə. Ağayev
13
və başqalarının fəaliyyəti xüsusilə diqqətəlayiqdir (162,
60).
XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadənin
böyük səyləri ilə mətbuatda adını xalqın müdrik
qəhrəmanının adından götürən, Bakıda, Təbrizdə və
Tiflisdə qısa fasilələrlə 25 il nəşr həyatı yaşayan “Molla
Nəsrəddin” dərgisi görünməyə başlamışdı. Bu dərgi
həmin dövrdə cəmiyyətin ictimai bəlalarını, cəhaləti ifşa
edərək xalqı maarifləndirməklə yanaşı, adından da
göründüyü kimi, həm də xalqın hikmətli, müdrik
kəlamlarının toplanması və dərci işində bilavasitə iştirak
etmiş, maarifçilik tariximizdə layiqli yerini tutmuşdur.
Dərginin səhifələrində C. Məmmədquluzadə ilə yanaşı,
Ə. Haqverdiyev, A. Şaiq, S.M. Qənizadə, A. Səhhət,
M.
Ə. Sabir, Ə. Nəzmi, Ə. Qəmküsar və başqalarının
şifahi xalq ədəbiyyatının ayrı-ayrı problemlərinə həsr
olunmuş məqalələri, eləcə də topladıqları xalq ədəbiyyatı
nümunələri yer alırdı.
1923-
cü ilin noyabrın 2-də “Azərbaycanı Tədqiq
və Tətəbbö Cəmiyyəti” kimi bir elmi təşkilat komitəsi
yaradılmışdır. 1929-cu ilədək bu adla fəaliyyət göstərən
qurum 1933-
cü ildən SSRİ Elmlər Akademiyasının
Zaqafqaziya Filialının tərkibində “AzOZFAN” adını
daşımışdır. AzOZFAN 1936-cı ildən SSRİ EA-nın
Azərbaycan Filialı adlandırılmış, 1945-ci ildən bu
günədək isə Azərbaycan SSR Elmlər Akademiyası kimi
akademik fəaliyyətini sürdürmüşdür (99, 46-48). Təbii
ki, bu qurumun uzun illər ərzində müxtəlif adlarla
adlandırılması yalnız protokol xarakterli dəyişikliklər idi,
yəni qurumun məhsuldar fəaliyyətində mahiyyət
dəyişməmiş, xalq yaradıcılığı nümunələrinin toplanması,
nəşri və tədqiqi məsələləri əsas inkişaf istiqamətləri
arasında olmuşdur.
14
Çox görkəmli dövlət və mədəniyyət xadimləri,
ziyalılar bu cəmiyyətin işində yaxından iştirak etmiş,
gərgin fəaliyyətə başlamışdılar. C. Ağamalıoğlu, R.
Axundov, M. Quliyev, D. Bünyadza
də, Q. Musabəyov,
S.
M. Əfəndiyev, Ü. Hacıbəyov, H. Zeynallı, V. Xuluflu,
T. Şahbazi, C. Məmmədquluzadə, Ə. Haqverdiyev, S.M.
Qənizadə, H. Cəbiyev, rus alimlərindən V.V. Bartold,
A.N. Samoyloviç, N.Y. Marr, İ.İ. Meşşaninov və
başqalarının fəaliyyətini qeyd etmək yerinə düşərdi.
Xalq ədəbiyyatı sahəsində çalışan şəxslərdən
cəmiyyətin tərkibində prof. A. Baqri, H. Zeynallı, V.
Xuluflu, A. Sübhanverdixanov, yazıçılarımızdan C.
Məmmədquluzadə, Ə. Haqverdiyev və başqaları da bu
gərgin əməyin daşıyıcıları sırasında idilər (162, 63).
Qurumun geniş fəaliyyətindən bəhs edən akademik
İsa Həbibbəyli yazır: “Tanınmış ictimai xadim və
publisist Həbib Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutunda Dil, Ədəbiyyat və
İncəsənət Bölməsinə əvvəlcə professor Bəkir Çobanzadə
və dosent Əli Nazim Mahmudzadə, daha sonra isə
professor Vəli Xuluflu başçılıq etmişlər. Cəmi üç il
müddətində fəaliyyət göstərən bu İnstitutda Folklor
şöbəsi ilə yanaşı, Tənqid və ədəbiyyatşünaslıq, Müasir
ədəbiyyat şöbələri – seksiyaları əsasında bütövlükdə
milli ədəbiyyatın geniş surətdə tədqiqinə ciddi şəkildə
diqqət yetirilmişdir” (94).
XX əsrin əvvəllərində folklorumuzun toplanması,
nəşri və tədqiqi kimi əhəmiyyətli bir məsələyə xüsusi
di
qqət və həssaslıqla yanaşan və bu işdə yaxından iştirak
edən ziyalılarımız arasında elmi-nəzəri fəaliyyəti ilə
diqqəti cəlb edən, ədəbiyyatşünas-tənqidçi, “Folklor
komissiyası”nın sədri, “Azərbaycan atalar sözü və
məsəlləri” (1926), “Azərbaycan tapmacaları” (1928)
kitablarının müəllifi Hənəfi Zeynallı da var idi.
H.
Dostları ilə paylaş: |