www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
89
89
89
Biz çox vaxt unuduruq ki, müasir muzeylər həm də alternativ
təhsil forması kimi fəaliyyət göstərə bilər. Təhsil müəssisələri
ayda
iki-üç
dəfə muzeylərdə açıq dərs keçməyə
çalışmalıdırlar. Mən universitetdə dərs deyəndə, açıq
dərslərimin bir çoxunu Nizami adına Milli Ədəbiyyat
Muzeyində keçirdim. Bu addımımı həmin universitetin
idarəçiləri heç çür başa düşmürdü. Çox acınacaqlı hallarla
qarşılaşırdım: tələbələrimin əksəriyyəti Bakının mərkəzindəki
bu unikal muzeyə birinci dəfə gedirdi, buranı, ümumiyyətlə,
heç tanımırdılar. Tələbələrimə, eləcə də hər zaman gənclərə
deyər ki, bölgələrimizdən, yaxud xaricdən qonaqlarınız
gələndə onlara restoranda qonaqlıq verməklə yanaşı, bir dəfə
də muzeyə aparın.
Təəssüflər olsun ki, gənclərimiz bizim hansı sərvətlərə malik
olduğumuzu bilmirlər. Qərbi Azərbaycan və Qarabağdan olan
―qaçqın‖ muzeylərimiz, mədəniyyət ocaqlarımız dirçəldilməli,
əhalimizin əllərində olan qədimi əşyalar saxlamaq üçün
muzeylərə verilməlidir. Muzeylərimizin virtual – İnternet
variantları yaradılmalı, sosial şəbəkələrdə özlərinin ayrıca
səhifələri olmalıdır. Mədəniyyət və Turizm Nazirliyində bu
məsələ ilə bağlı müəyyən proqramlar həyata keçirilir, amma
istiqamətdə fəaliyyəti sürətləndirməli, gücləndirməliyik.
Dünyanın istənilən muzeyinə virtual gəzinti edə bilərsiniz.
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
90
90
Bizdə
o
imkanlardan
yararlanırlarmı?!
Azərbaycan
muzeylərindəki köhnə iş sistemlərindən imtina etmək
lazımdır. Uşaq, yeniyetmə və gəncləri muzeylərə ziyarət
etməyə həvəsləndirməkdən ötrü oralarda lotareyalar oynamaq,
müxtəlif kreativ kampaniyalar təşkil etmək mümkündür. Bu
problemlərdə muzey işçilərinin ixtisas artırılmasına maraq
göstərməməsi, zamaın tələblərinə uyğun işlərini qura
bilməməsi də öz təsirini göstərir: onlardan innovativ, kreativ
fəaliyyət gözləmək çətindir...
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
91
91
91
Azərbaycanın çağdaş ailə modeli: necə
olmalıdır?!
Milli dəyər sayılan ailə institutunu qorumaq və gələcəyə
sağlam ənənələrlə getmək üçün yeni modelin zəruriliyi
cəmiyyətimizdə son illər ən çox müzakirə olunan, ictimai
debatlar mövzusu olan məsələlərdən birinə çevrilib.
Ailə hər zaman xalqımızın yüksək mənəvi dəyərlərinin
qorunduğu, genofondumuzun saxlanıldığı ictimai-sosial
təsisat kimi sivilizasiya tariximizdə və milli inkişaf
yolumuzda mühüm rol oynayıb. Sirr deyil ki, hər bir sivil
cəmiyyətin və oturuşmuş dövlətin formalaşmasında,
demokratik dəyərlərin inkişafında ailə mühüm yer tutur. Fiziki
və mənəvi baxımdan sağlam ailə intellektual cəmiyyətin,
güclü dövlətin əsasını təşkil edir. Təəssüf ki, bu gün dünyada
gedən proseslər, qloballaşma, xalqların inteqrasiyası,
televiziya ilə İnternetin həyatımıza nüfuz etməsi, sosial
şəbəkələrin genişlənməsi, müxtəlif texnologiyaların inkişafı
kimi mühum amillərin zərbələri Azərbaycan ailəsindən də yan
keçməyib. Bu inkişaf bir tərəfdən müsbət yeniliklər gətiribsə,
digər tərəfdən milli-mənəvi dəyərlərin aşınmasına, ailə
www.kitabxana.net
– Milli
Virtual-Elektron Kitabxana
Aydın Xan Əbilov Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
92
92
institutunun deformasiyaya uğramasına səbəb olmaqdadır.
Tarixən ailə hər zaman Azərbaycanda müqəddəs ocaq, kiçik
dövlət hesab olunub. Bəs günümüzdə bu mənada durum
necədir?
Azərbaycan
ailəsində
yaranan
problemlər
doğrudanmı dünyada gedən inkişafdan, tez-ytez dəyişən
zamandan qaynaqlanır?
Qlobal bir dünyada yaşadığımızdan artıq Azərbaycan ailəsi
anlayışı deyiləndə yalnız bu taylı Azərbaycanda yaşayan və 9
milyon 500 min insanı əhatə edən ailələri deyil, eyni zamanda
dünyanın müxtəlif yerlərinə səpələnmiş 50 milyondan çox
soydaşımız, həmçinin qarışıq nikahlardan doğulanların
sonralar yaratdıqları ailər də nəzərdə tutulur.
Son 10 ilin araşdırmaları göstərir ki, hər il ölkəmizdə dünyaya
göz açan 120 - 130 oğlana rəğmən, 100 qız uşağı doğulur.
Deməli, 10-15 ilin statistikası üst-üstə gələndə bəlli olur ki,
biz yaxın gələcəkdə oğlan uşaqlarımızı evləndirməyə qız
tapmayacağıq. Ona görə biz yaxın gələcəkdə qlobal ailə
tiplərini Azərbaycan ailəsi ilə müqayisə etməyə, yaxud da
milli ailəmizin yeni-yeni fərli formaları haqqında daha çox
danışmağa məcbur olacağıq...
Klassik Azərbaycan ailəsi və onun dəyərləri, o dəyərlərin
müasir dövrdə necə qorunması barədə sosioloqlar,
cəmiyyətşünaslar, siyasətçilər, kulturoloq və filosoflar
Dostları ilə paylaş: |