Vilayət bağçası yeddİncİ cİld


Şeir, milli sərvət və qardaşlıq ruhu6



Yüklə 0,79 Mb.
səhifə5/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   2   3   4   5   6   7   8   9   ...   21

Şeir, milli sərvət və qardaşlıq ruhu6

Bismillahir-Rəhmanir-Rəhim.


Əvvəla, bütün qardaş və bacılara təşəkkür edirik; həm şeir oxuyan və mənim şeirlərindən həqiqətən, həzz aldığım şəxslərə, həm də oxumayan və öz şeirlərinə marağımızı daha da artıranlara, həmçinin məclisi belə gözəl şəkildə idarə edən cənab Baqiriyə və bir müddət öncədən bu işləri hazırlayan əziz qardaşlara. Onlar dəvət etdilər, seçdilər, təyin etdilər; hamısı bu əzizlərin zəhmət və fəaliyyəti sayəsində hasil oldu; cənab Qəzvə, cənab Mömini və digər qardaşların.
Şeir milli sərvət kimi

Şübhə yoxdur ki, şeir milli sərvətdir. Əgər kimsə buna şübhə etsə, ən aydın məsələlərdən birinə şübhə etmişdir. Şeir hər bir ölkə üçün böyük və səmərəli bir sərvətdir. Əvvəla, bu sərvəti yaratmaq, ikincisi, günbəgün artırmaq lazımdır ki, ziyana, uğursuluğa və azlığa uğramasın. Üçüncüsü, ondan ölkənin ehtiyacları üçün yaxşı istifadə etmək lazımdır. Bizim ölkəmizdə şeirin əhatəsinin inkişaf - bu inkişaf keçmişə nisbətən çox böyükdür - amilinin dəqiqliklə nə olduğunu iddia edə bilmərəm. Şübhə yoxdur ki, ən mühüm amillərindən biri düşüncə, elm mühitinin açıq olmasıdır. Bu, şübhəsiz, inqilabın bizə hədiyyəsidir. Biz inqilabdan öncəki dövrü, o zamanın şeirini görmüşük, tanıyırıq, çoxları ilə oturub-durmuşuq. Ən yaxşıları heç zaman bu fürsəti əldə etmirdilər ki, ümumi bir səhnədə, toplantıda şeirlərini təqdim etsinlər. Öz dövründə həqiqətən, qəzəlin zirvəsində duran mərhum Əmiri Firuzkuhi kimi bir şairdən ən çox görüntü bu idi ki, özünün təcrid olunduğu küncdə keçirilən xüsusi bir məclisdə 4-5 nəfər dost-tanışı yığışsın və o, qəzəlini oxusun. Yeni şeirdə, heç şübhəsiz, öz dövrünün nima üslubunda yazan ən yaxşı şairi və mənim fikrimcə, bütün həmkarlarından güclü, səlis və yaxşı söz və məzmuna malik mərhum İxvan bir tərəfdə yaşayırdı, heç kəsin ondan xəbəri yox idi, bir qrup insandan başqa heç kəs onu tanımırdı, təcrid olunmuş vəziyyətdə idi. Yəni şeirin vəziyyəti belə idi. Təbii ki, şeir böyükləri belə təcrid olunmuş və tanınmaz halda yaşadıqda gənclər çox inkişaf edə bilməzlər. Bu, qəti bir şeydir. Əlbəttə, keyfiyyət başqa məsələdir. Mən indi sayı, kəmiyyəti və inkişafı deyirəm, keyfiyyət mövzusu isə başqa bir mövzudur. Keyfiyyətləri artırmağın mümkünlüyü barədə həqiqi və elmi bir araşdırma aparılmalıdır. O zaman şeirin keyfiyyəti həmin dövrə nisbətən çox yaxşı idi. Məsələn, qəzəldə Əmiri, Rəha, yaxud mərhum Şəhriyar kimi şəxsiyyətlər və bəlkə də başqa növlərdə digər böyük şəxslər vardı, - indi bu barədə geniş söhbətin yeri deyil, bəzi fikirlərim var, amma indi demək istəmirəm - lakin ümumilik, şərait və insanların özlərini göstərə bilmələri baxımından şərait münasib deyildi. İnqilab yalnız şeir və ədəbiyyat aləmində yox, müxtəlif elmlərdə, tədqiqatda, müxtəlif idarəçiliklərdə, strateji idarəçilikdə, məsələn, zəruri şəkildə yaranan və hamı üçün sınaq olan müqəddəs müdafiənin idarəçiliyində bu şəraiti yaratdı. Allaha şükür olsun ki, bu var və şeir olduqca çox inkişaf etmişdir.

Bundan əlavə, mənim bu axşam eşitdiyim və keçən il həmin məclisdə gənclərdən eşitdiyim şeirlər 14-15 il öncə gənclərdən eşitdiklərimlə çox fərqlənmişdir; çox yaxşılaşmış və inkişaf etmişdir. Bundan başqa insan şeirlərdə yaxşı məzmunlar da müşahidə edir. Şeir bu ölkədə həqiqətən, inkişaf etmişdir. Bu gün bizim bu milli sərvətimiz var, lakin bunu artırmalıyıq. Artırması da aidiyyətli orqanların, həmçinin şairlərin özlərinin və şair təbi olanların üzərinə düşür. Yəni bu təbə malik olan siz qardaş və bacılar həqiqətən, bu məsuliyyəti hiss etməlisiniz. Çünki bu sizə verilən bir nemətdir və bu nemətə görə şükür etməlisiniz. Şükrü də belədir ki, bunu tələf etməyəsiniz, məhv olmağa qoymayasınız, qoruyasınız, artırasınız, bu bulağı bacardıqca çağlar saxlayasınız.
Şeirin dili və şairin məsuliyyəti

Mənim fikrimcə, şeir digər sənət növləri kimi məhdud ediləsi deyil. Bunu gözəl bilir və qəbul edirik. Adi məişət işlərində mövcud olan nizam-intizam incəsənət aləmində mümkün deyil; nə bunu gözləmək olar, nə də ümumiyyətlə, lazımdır. Mən güman edirəm ki, müxtəlif məişət məsələlərində lazım olan qayda-qanun icra olunsa, incəsənət məhv olar. Bu baxımdan, məqsədim elə qayda-qanun deyil. Amma hər halda, şairin özü məsuliyyət daşıyır. Şairin ölkənin lazımi sahələrə təmayülünü təmin edə bilən şəxslər də məsuliyyət daşıyırlar. Bu gün xalqımızın elə şeylərə ehtiyacı var ki, bu ehtiyaclar həmçinin şeirdən ibarət sənət dili ilə aradan qaldırıla və təmin edilə bilər. Bu gün ölkəmizdə çoxlu əxlaqi məsələlərin milli əxlaq formasına düşməsinə ehtiyac var. Biz bir neçə əsr istibdad çəkməsi altında yaşadığımızı unutmamışıq. Tarix boyu fəxr edə biləcəyimiz ən yaxşı padşahlarımız öz dövrlərinin ən zalım və qəddar insanlarından, hakimlərindən olmuşlar. Nadir şah bir milli qəhrəman kimi əfsanə, yaşadığı dövrdə isə öz xalqı üçün qorxulu bir divdir; Şah Abbas da həmçinin. Böyük işlər gördüklərinə görə onlarla fəxr edirik, amma siz görün ölkə əhalisi ilə necə rəftar etmişlər; yaxşı və nisbi təqvaya sahib olanlar necə əməl etmişlər, təqvasız olanlar necə əməl etmişlər.


Cəmiyyətin paklığa, birliyə və qardaşlıq ruhuna ehtiyacı

Biz əsrlərlə belə yaşadıq və bizdə bəzi xarakterlər yarandı. Bu xarakterlər düzəldilməli və İslama uyğunlaşdırılmalıdır. Bizim mənəvi paklığa, birliyə, qardaşlıq ruhuna ehtiyacımız var; cəmiyyətimizdə hər bir insan evdə, iş yerində, küçədə öz qonşularından təhlükəsizlik duymalı, təhlükə hiss etməməlidir. İndi bunlar yoxdur. Milli bir xarakter kimi bizim yaradıcılıq qüvvəsinə və yenilik cəsarətinə ehtiyacımız var. Milli bir xarakter kimi böyük işlərdən ötrü təhlükəyə atılmağa ehtiyacımız var. Bunlar indi bizim milli xarakterlərimizdən deyil. Ola bilsin, kimlərsə bu xarakterlərdə yüksək dərəcələrdə olsunlar. Biz bunların əllərini öpməyə hazırıq. Lakin bu, kifayət etmir. Bunlar milli xarakter formasına düşməlidir. Bir-birinə qarşı qayğıkeşlik, gələcəyə ümid, digərlərini ümidvar etmək; bunlar elə xüsusiyyətlərdir ki, bir xalqda olsa, o xalq təkamülə doğru sürətlə gedər. Bizim bunlara ehtiyacımız var. Bunlar hansı yolla təmin olunur? Bunlar fərmanla, nəsihətlə də təmin olunmur, sənət dili ilə təlqin olunmalı və ənənəyə çevrilməlidir. Bu baxımdan, bizim bugünkü ehtiyaclarımızdan biri əxlaqi şeirdir.


Şeiri və sənət dilini dərk etməyin zəruriliyi

Əxlaqi şeir gözəlliyin zirvəsində ola bilər. Siz bizim ədəbiyyatımızın tarixinə baxın. Sədi əxlaq və nəsihət şeiri baxımdan zirvədədir. Firdovsi də belədir, Nizami də, Sənai də, Nasir Xosrov da; bizim böyük şairlərimizin çoxu belədirlər. Cami də belədir və son dövrlərdə, Hind üslubu dövründə Vaiz Qəzvini də belədir. Vaiz Qəzvini bir vaiz olmuşdur, minbərdə oturub moizə edirmiş, şeiri isə sənət baxımından zirvədə, Hind üslubunda çox yaxşı, məzmunlu və güclüdür. Saibin özü də həmçinin. Siz Saibin bir neçə onminlik şeirləri arasından yalnız nəsihətamiz və əxlaqi qəzəllərini toplasanız, böyük bir divan olacaq.

İndi siz dini məzmunda bir şeir deyirsiniz; cənabların sözü ilə desək, dini şeir. Bu dini şeir yalnız imamlara və Peyğəmbər ailəsinə aid məsələlərə yönəlmişdir və çox yaxşıdır. Yəni bu nöqtə çox yaxşı mərkəzdir, duyğu mərkəzidir. Şiənin xüsusiyyətlərindən biri budur ki, bizim etiqadlarımızda mövcud olan qəti dəlilin və güclü məntiqin kənarında duyğusal cəhətə malik olmasıdır; güclü duyğular, eşq və indi siz gənclərin bu şeirlərində olanlar. İnsan bunları görəndə həqiqətən, həzz alır. Bu dini şeir yaxşıdır; bu gün müxtəlif vasitələrlə yalnız bizim xalqımıza yox, bütün xalqlara təlqin olunan süni, saxta və yalançı örnəklərin, qadın və kişilərə örnək göstərilən aktyorların, maneken və rəqqasların yerinə imamların həyatını, məsumların simasını örnək göstərmək yaxşıdır. Mənim əsla şübhəm yoxdur ki, sizin imamlar, onlara təvəssül, məhəbbət və mərsiyə sahəsində gördüyünüz bu işlərin hamısı - Allaha şükür olsun ki, hər növü var – yaxşıdır, lakin kifayət etmir.

Bizim dini şeirimizin mühüm bir sahəsi irfani və mənəvi məsələlərə yönələ bilər. Bu da böyük bir dəryadır. Siz Mövləvinin şeirinə baxın. Xüsusi dili və xüsusi halı olduğuna görə çoxumuz Şəmsin divanından xəbərsizik. Kimsə onu bir qədər əlçatmaz bilsə də, Məsnəvi ki var. Mövlananın özü deyir ki, o, dinin əsasının əsasının əsasıdır. Mənim fikrim də budur. Bir dəfə mərhum Mütəhhəri məndən soruşdu ki, Məsnəvi haqqında fikrin nədir? Mən dedim ki, fikrimcə, özünün dediyi kimidir: dinin əsasının əsasının əsası. O dedi ki, tamamilə doğrudur, mənim də fikrim budur. Hafiz barədə bir qədər fikir ayrılığımız vardı; son dövrlərdə meydana çıxan Bidel haqqında da həmçinin. Bidelin möhtəşəm divanında, bu dərin dəryasında nə qədər tövhid və irfan məfhumları var! Cənab Kazimi Bidelin seçilmiş qəzəlləri üzərində yaxşı iş görmüşdür. Mən onu bir qədər vərəqlədim. Əlbəttə, onun seçdikləri Bidelin qəzəllərinin bəlkə ondan biri də deyil. Lakin hər halda, yaxşı iş görülmüşdür. Bidelin şeiri üslub baxımından Hind üslubunda olan mahir, mürəkkəb və qüdrətli sənət əsərlərindəndir. Ola bilsin, bəzi yerlərdə oxucu dərin incəliklər səbəbindən çox da həzz almasın, amma həqiqətən, sənətkarcasınadır və bu qeyri-iranlı kişinin şairlik gücünü göstərir. Deyəsən, onun ana dili fars dili deyil, bilmirəm, Bidelin ana dili fars dili olub? Dehlidə fars dilində danışırdılar?.. Bəli, siz sonra buna cavab verin. Amma farsca belə yaxşı danışır və irfan dəryasıdır. Bəli, bizim gənclərimizin bugünkü şeirləri arasında onun yeri boşdur. Bunlar da təqlid ediləsi məsələlər deyil. Yəni insan dərinliyinə varmadan Hafizin, Mövləvinin, yaxud Bidelin sözlərini eynilə yamsılasa, şeirin, ləzzəti olmaz və fayda da yetirməz. Bir şeyi anlamaq, zehində bişirmək və sonra Allahın verdiyi sənət və təb dili ilə demək lazımdır. Bu da şeirdə vacib bir məsələdir.


İran xalqının şeir formasında olan müqavimət mesajı

Mənim fikrimcə, siyasi və inqilabi sahələrdə də çox işlər görülməlidir. Bizim görülməyən işlərimiz var. Şəhid və şəhadət məsələsi tükənən deyil, heç zaman bitmir; Allaha şükür olsun ki, davam da edir. Biz qardaş və bacılarla hər dəfə oturanda yaxşı şeirlər eşidirik. Digər yerlərdə də oxuyur və görürəm. Lakin inqilab məsələləri yalnız şəhadət mövzusundan ibarət deyil. Bizim uca inqilab məfhumlarımız çoxdur. İnqilab dünyaya yeni söz gətirmişdir, zarafat deyil. Düşmənlər inqilab əleyhinə ajiotaj, şantaj və təbliğat toz-dumanı yaradırlar. Bundan başqa bir şey gözləmirik də. Lakin həqiqət budur ki, inqilab yeni bir söz gətirmişdir. Bu söz ki, indiyə qədər ölməz olduğunu göstərmişdir. Bunu məhv etmək üçün nə iş gördülərsə, bacarmadılar. Bu söz günbəgün genişlənmiş, daha artıq nüfuz qazanmış, supergüclər üçün problem yaratmış və onların təzyiqlərini zərərsizləşdirmişdir. Siz görün bu gün dünyada İran xalqından başqa hansı xalq, ölkə və hökumət hegemonizmin təcavüzkar və ekspansionist şüar və məqsədləri qarşısında açıq şəkildə duruş gətirə bilmişdir?! Başqa heç bir xalq, heç bir hökumət yoxdur. Bu həmin sözün nəticəsidir. Bu quruluşun bu yeni söz sayəsində əldə etdiyi gücə əhəmiyyətsiz yanaşmaq olmaz. Bu, çox mühüm məsələdir. Bu mesaj verilməlidir. Bu mesaj ədalət, mənəviyyat mesajı, başdan-ayağa yalan və dəcəllikdən ibarət Amerika humanizmi yox, həqiqi humanizm mesajıdır. Bunlar çox mühüm mesajlardır. Bunları düzgün ötürmək lazımdır və dediyim kimi, heç birini kopyalamaq, tutuquşu kimi təkrarlamaq olmaz. Yəni bunları anlamaq, beyində həll etmək, xırdalamaq və vermək lazımdır. Milli, böyük və həmişəyaşar sərvət olan möhtəşəm şeir sərvəti bu yollara sərf olunmalıdır. Mən əlbəttə, heç zaman heç bir şairə tövsiyə etmirəm ki, siz aşiqanə şeir deməyin. Bəllidir ki, mümkün deyil, hər halda, hər bir şairin təbii olaraq bir zövqi təmayülü var. Lakin tövsiyə edə bilərəm ki, bu işdə ehtiyatlı olub ifratçılıq etməsinlər, bizim İran-İslam həyası dairəsindən çıxmasınlar və qabaqkı kimi çılpaq şeiri yaymasınlar. Aşiqanə şeir də deyilsin. Biz nə o qədər quru adamıq ki, sevməyək və nə o qədər donmuşuq ki, anlamayaq; anlayırıq, xoşumuz da gəlir. Lakin o, belə milli sərvətin işləndiyi yeganə yer olmasın. Bu sərvət çox əzəmətlidir.

Kaş bizim çıxış etdiyimiz vaxtda dostların iki-üçü şeir oxuyaydı, şeirlərindən daha çox bəhrələnəydik. Hər halda, mən yenə də hamınıza təşəkkür edirəm. Əminpurun vəfatı bizi həqiqətən, matəmə saldı. O mərhumun xatirəsini də uca tuturuq. Həqiqətən, sözün həqiqi mənasında mərhum Hüseynidən sonra bizim ürəyimiz Əminpurla isinirdi. Təəssüf ki, getdi. İndi gərək sizin qədrinizi bilək ki, Allah eləməmiş, bizi yalqız qoymayasınız.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə