Vilayət bağçası yeddİncİ cİld


Alim yetişdirmək və qurucu fikri inkişaf etdirmək5



Yüklə 0,79 Mb.
səhifə4/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   2   3   4   5   6   7   8   9   ...   21

Alim yetişdirmək və qurucu fikri inkişaf etdirmək5

Bismillahir-Rəhmanir-Rəhim.


Alim, seçilmiş və ölkənin gələcəyi üçün ümidverici bir qrup arasında oturub ölkənin ən əsas məsələlərindən biri – elmin və onun əsasında texnologiyanın inkişafı barədə söhbət etmək mənim üçün çox şirin və xoşdur. Bizim əziz qardaşlarımızın, bacılarımızın və gənclərimizin burada bəyan etdikləri məsələlər insanda bu fikri gücləndirir ki, ölkə gəncləri arasında alim yetişdirmək və qurucu fikri inkişaf etdirmək inkişafda olan bir prosesdir və yaxşı gələcəyi müjdələyir. Mən dostların ötən ildəki sozlərini də az-çox xatırlayıram; onlar da belədir. Bizim gənclərimizin və elmi nümunələrimizin beynində olan və burada bölüşməli olduqlarını düşündükləri məqamlar bizim üçün meyardır. İnsan görür ki, həm elmin inkişafına, elm və texnologiyanın əhəmiyyətinə diqqət və maraqlar çoxalıb, həm də İslam Respublikası quruluşunun uca məqsədlərinə daha uyğunlaşmışdır.
Elm ilahi bir nemət kimi

Elm cəmiyyət üçün ilahi bir nemətdir: həm dəyər və mənəviyyat elmləri, həm də bu zəngin təbiətində və bu heyrətamiz xilqətində Böyük Allahın insan üçün yaratdığı xəzinələrdən daha artıq və daha yaxşı istifadə etməkdə insana kömək edən elmlər. Yarandığı zamandan insan təbiətin sirlərini açmağa, bu möhtəşəm quruluşun və böyük sistemin sıx küçə və dalanlarını kəşf etməyə çalışmışdır. İslam və bütün dinlər bunu təsdiq edirlər. Siz heç bir dində, xüsusən də İslam dinində dünyəvi elmlərin faydalı olmadığına, yaxud zərərli olduğuna, yaxud onları öyrənməyin lazım olmadığına dair bir söz və cümlə tapa bilməzsiniz. Əksinə, bəşərin bu günə qədər əldə etdiyi bütün bu elmlər, insanın bu mövcud həqiqətdən və Allahın bizim üçün yaratdığı təbiətdən daha yaxşı istifadə etməsi üçün vasitə olan bütün bu elmlər, həmçinin bu günə qədər bəşərin əldə etmədiyi elmlər İslama görə dəyərlidir. Bəlkə də gələcəkdə o qədər elm tapılacaq ki, onların həcmi və sayı indiyədək kəşf olunan bütün bəşəri elmlərdən artıq olacaq.


Elmin dəyər və ya antidəyər olması

Elmin özü dəyərdir. Bu dəyərdən bəşəriyyət əleyhinə istifadə edənlər onu antidəyərə çevirə bilərlər. Elmin özü isə bir dəyərdir. Elmin sayəsində Allahı tanımaq da asanlaşır. Elmli adamlar peyğəmbərlərin və İslamın sözünün haqq olmasını daha yaxşı anlayırlar. Elmi ehtiraslarla, qərəzlərlə, maddi aləm və təmayüllərdə mövcud amillərlə qarışdırmaq olmaz. Qərbdə pis olan onların dəyər əleyhinə hərəkət etmələri, elmdən ehtiras və nəfs üçün bəhrələnmələridir, elmin özü yox. Buna əsasən, elm bir dəyərdir, buna şübhəniz olmasın. Həm inanc, dəyər elmləri, məsələn, fəlsəfə və fiqh çox dəyərlidir, həm də bəşərin ixtiyarında olub dünyanı kəşf etməyə, onun sirlərini açmağa və bu möhtəşəm xəzinədən daha yaxşı istifadəyə səbəb olan elmlər.


Elm və hərəkət yolu

Bizim ixtiyarımızda olan bu dünya, bu yer, bu maddələr bəlkə də bu gün bəşərin istifadə etdiyindən milyon qat səmərəlidir. Sudan, torpaqdan, mineral maddələrdən, havadan, yerin altında olan mədənlərdən, ixtiyarımızda olan və qiymətini bilmədiyimiz bu şeylərdən bəşəriyyət gələcəkdə çoxlu faydalar götürə bilər. Biz bu gün nefti yandırırıq, ola bilsin, gələcəkdə neftin insana elə faydaları kəşf olunacaq, o qədər qiymətli sayılacaq ki, heç bir ağıllı adam bir damla nefti yandırmağa razı olmayacaq və onun yerinə digər enerjilərdən istifadə edəcək. Siz görürsünüz ki, bu gün zibillərdən dəyərli maddələr hazırlayırlar. Zibil zibildir; bu, çox kiçik bir misaldır. Çoxlu şeylərdən istifadə edilməsi mümkündür. Onları hansı yolla anlamaq, hansı yolla təbiətin çoxlu sirlərini öyrənmək və onlardan istifadə etmək olar? Elm yolu ilə. Peyğəmbər “Çində olsa belə elmi öyrənin” - deyə buyurduqda demək istəmir ki, gedin Çindən fəlsəfəni, yaxud fiqhi öyrənin. Gedin elmi - hər hansı bir elmi və elmə aid məsələləri, yəni texnologiyanı və bəşərin çarpışdığı çoxlu sənətləri öyrənin; bunlar lazımlı işlərdir. Bu dediklərim bir qədər aydın məsələlər idi. Yəni mən güman etmirdim ki, siz alim gənclərin arasında bu sahədə şübhəsi və tərəddüdü olan və İslamın nə dediyini bilmək istəyən bir şəxs olsun.


Mənəviyyat, elm və mənzərə sənədi

Mənzərə sənədi də əsla Qərb baxışlarının bir hissəsi deyil. Biz istiqaməti dəyişmişik. Siz gənclər üçün vacib bir məqam budur ki, forması eyibsiz, lakin istiqaməti qüsurlu olan çoxlu məsələlər var. Bizdə İslamda da belə məsələlər var. Sizin getdiyiniz, bizim bu qədər gənc qız və oğlanımızın təsirləndikləri həcc və ümrə cahiliyyət dövründə mövcud olmuş bir ənənə idi. O zaman da təvaf edirdilər. Haram (hörmətli) aylardan ibarət həcc mövsümündə Kəbənin ətrafında təvaf etmək üçün Ərəbistanın hər tərəfindən Məkkəyə gəlirdilər. Təvafın forması sizin etdiyiniz kimi, məzmunu və istiqaməti isə 180 dərəcə fərqli idi. Siz bu gün təvaf edərkən tövhidi təcəssüm etdirirsiniz. Burada simvolik bir hərəkət meydana çıxdı, Kəbə İslamda tövhidin, həcc İslam dünyasının böyük birliyinin rəmzi oldu. Bu, onun bugünkü istiqamətidir. Cahiliyyət dövrünün istiqaməti isə 180 dərəcə fərqlənirdi və bunun əksinə idi. Kəbənin xaricində və daxilində müxtəlif bütlər asmışdılar. Kəbənin ətrafına fırlanan insanlar əslində, o bütə məftun idilər, Vahid və Bir Allah haqda heç bir şey bilmirdilər. Bu hərəkət onları nəinki bir-birinə yaxınlaşdırmırdı, bir-birindən uzaqlaşdırırdı da. Çünki sevdikləri bir-birindən fərqli idi; biri Kəbənin daxilində olan filan bütə görə onun ətrafına fırlanırdı, digəri başqa bir bütə görə. Peyğəmbər həcci, təvafı və səyi (iti yerişi) tam dəyişdirmədi, forma qaldı, istiqamətini isə 180 dərəcə dəyişdirdi. Şirkin, bütpərəstliyin, xurafatçılığın, təəssübkeşliyin və mütləq cahilliyin əlaməti olan həcc tövhid, paklıq, Müqəddəs Allaha sevgi və ixlas əlamətinə çevrildi.


Vasitələr yox, şəxslər müqəssirdirlər!”

Formaların eybi yoxdur. Atom texnologiyası heç bir günah etməyib, günah onun istiqamətini insanların məhvinə yönəldən şəxsdədir. İnkişaf etmiş nano texnologiyanın, çox mütərəqqi elektrosənayenin, aerodinamikanın günahı yoxdur. Bunlar çox yaxşıdır və Allahın təbiətdə yaratdığı sərvət və nemətlərdən ən yaxşı istifadəsinə vasitələrdir. Günah o adamlardadır ki, Allahın verdiyi nemətdən, ilahi xəzinədən insanlara hegemonluq etmək, hakim olmaq və digərlərinin hüququnu tapdamaq üçün istifadə edirlər. Yaxşı bünövrənizin olduğuna, Allaha, insan ucalığına etiqad bəslədiyinizə, zülm, işğal və təcavüzə qarşı çıxdığınıza, hegemonluğu, şəxsi və ictimai ehtiraslardan qaynaqlanan cəmiyyət və hökumətləri pis saydığınıza görə, bu elmləri siz öyrənin ki, dünyada öz dəyərlərinizi yaya, inamlarınızı hakim edəsiniz. Bu, pisdir?! Bir nəfər təyyarəyə minib əyyaşlıq və avaralıq üçün hansısa ölkəyə gedir. Bir nəfər də həmin təyyarəyə minib Allah evinin ziyarətinə gedir. İstiqamətlərin fərqli olduğuna görə bu təyyarənin günahı yoxdur. Siz elm və texnologiyanı oyrənin, bu sahədə zirvəni fəth etməniz üçün sizdə olan özəl istedaddan - mən buna toxunacağam, bəzi dostlar da dedilər - istifadə edin. Sonra bundan yalançı dəyərlərin, nəfsi istəklərin, veyilliyin, böyük güclərin insan taleyinə hökmranlığının yerinə həqiqi dəyərləri yaymaq üçün istiadə edin. Bu gün dünyada iki milyarddan artıq insan acdır. Bu, zarafatdır?! Bu gün bəzi xalqlar qızıl üzərində yeriyirlər, lakin qarınları acdır. Dünya düzəni istismarçı, hegemon, zalım düzəndir. ABŞ nə yolla buraya çatdı? Necə oldu ki, dünyaya bu şəkildə hegemonluq edə bildi? Çünki elmi vardı və elmdən istifadə etdi. Qərblilər tarix boyu mövcud olmuş bu beynəlxalq yarışdan sui-istifadə etmişlər.


Elmi üstünlük və müstəmləkəçilik

Elm tarix boyu dünya xalqları arasında əlbəəl gəzmişdir. Siz elə bir xalq tapmazsınız ki, elm əvvəldən axıra qədər onların ixtiyarında olsun. Xeyr! Bu, Allahın qanunlarından biridir. Cəmiyyətlər arasındakı elmi yarışmada bir zaman şərq öndə idi, bir zaman İslam ölkələri, bir zaman da məhz İran ölkəsi. Görürsünüz ki, bu gün bəzi Qərb ölkələri elmi baxımdan yüksək səviyyədədirlər, digərləri onları görmək üçün yuxarı boylanmalıdırlar. Bir zaman sizin ölkəniz də belə idi; Avropa, şərq və qərb ölkələri iranlı alimləri görmək üçün yuxarı boylanmalı olurdular. Yalnız elmdə yox, hətta o dövrün texnologiyasında bütün dünyadan öndə olan böyük alimlər vardı. Bir zaman belə olub, sonra da qərblilər önə keçmişlər.


Elmi güc və müstəmləkəçiliyin sui-istifadəsi

Mühüm bir məqam budur ki, qərblilər önə keçən kimi elmi üstünlükdən siyasi və iqtisadi istismarçılıq üçün istifadə etdilər və müstəmləkəçilik yarandı. Müstəmləkəçilik əvvəllər yox idi. Müstəmləkəçiliyin mənası budur ki, bir ölkə minlərlə kilometr uzaqdan sərvətli bir ölkəyə, məsələn, Hindistan yarımadasına gəlib xəncər və silah gücünə oranı ələ keçirsin. Bilirsiniz ki, İngiltərə suyun ortasındadır. İngilislər dənizçilik və gəmiçilik işində mahir olduqlarından dənizçiliyi inkişaf etdirdilər, təhlükə və risklərə atıldılar, gəlib Hindistanı tapdılar, onu ələ keçirdilər və özlərinin elmi üstünlüklərindən siyasi məqsədlə istifadə etdilər. O zamana qədər elmi üstünlüyü olan müxtəlif ölkələrin heç biri bu işi görməmişdi. Şərq bölgəsinə və Hindistan yarımadasına gedib ilk dəfə müstəmləkəçiliyi başladan ingilislər, belçikalılar, hollandiyalılar, həmçinin sonradan gedib Afrikanı tutan bir qrup Avropa ölkəsi, məsələn, Portuqaliya elmi inkişaf və bacarıqlarından siyasi yolda istifadə etdilər, müstəmləkəçiliyi yaratdılar. Bu zaman müstəmləkə xalqın taleyi müstəmləkəçinin əlinə keçir. Onlar xalqları cəhalətdə saxlamaq üçün elmdən istifadə etdilər və elmi rəqabəti bacardıqları qədər dayandırdılar.


Müstəmləkəçilik və elmi monopoliya

Elmdən belə sui-istifadə olunmuşdur. Dünyada dəyişikliklər baş verir, insanlar bir həddə qalmırlar. İnsanı həbs etmək olmaz. Hər halda, istər elmdə, istər siyasətdə insan istedadı öz işini görür və gördü də. Dünyanın müxtəlif yerlərində çoxlu belə hərəkətlər baş verdi. Dünyanın bugünkü vəziyyəti elədir ki, elmi inkişafa sahib olan güclər bu inkişafı öz inhisarlarında saxlamağa çalışırlar. Siz yaxşı bilirsiniz ki, inkişaf etmiş Qərb ölkələrində öz çevrələrindən xaric insanlara bəzi elmlərə yiyələnmək imkanı verilmir. Köhnələndən sonra yayılan sənədlər kimi, elm də əhəmiyyətini itirəndən, özləri daha üstün mərhələyə çatandan sonra digərlərinin öyrənməsinə icazə verirlər. Onlar elmdə belə inhisarçıdırlar.


İndiki dövrdə elmin zəruriliyi

Dünyadakı bu istismarçılığı ortadan götürmək üçün elmi bir hərəkət lazımdır. Bu gün dəyər sistemi baxımından Qərb istismarçılarının istədiklərinin əksi olan İslam Respublikası quruluşu uğur da qazanmışdır; siyasi baxımdan müvəfəqiyyət əldə etmiş, özünü möhkəmlətmiş, təxribatlar qarşısında otuz il duruş gətirmiş və müxtəlif cəhətlərdən inkişaf etmişdir. O, hər bir insanın qəbul etdiyi uca insani məqsədləri təmin etmək üçün elmlə məşğul olmalıdır. Buna görə mən demişəm ki, bu gün ölkəmizdə ən əsas müzakirə mövzularından biri elm və texnologiyanın inkişafı olmalıdır. Bunun oyan-buyanı yoxdur. Biz elmi inkişaf və elmi güc ardınca getmədən, bu elmi potensialı öz məişət səviyyəmizə çıxarmadan və maddi həyatımızı yüksəltmədən o güclərlə qarşılaşmaq imkanına malik olmayacağıq. İslam Respublikasının əlində olan bu bayraq o zaman dalğalanacaq, yüksəkdə duracaq və qalib olacaq. Nə isə, mən bu barədə bəlkə də bir az həddindən çox danışdım.


Elm və milli iqtidar

Baxın, elm qüdrət və sərvət amilidir. Əgər sizin ölkəniz və İslam Respublikası quruluşu öz xalqını, ölkəsini, dəyərlərini və quruluşunu himayə və mühafizə etmək üçün bu qüdrətə malik olmalıdırsa – bu qüdrət digərlərinə hegemonluq etmək üçün deyil, digərlərinin hegemonluğunun qarşısını almaq üçündür - və əgər bunun yanında bu ölkədə uzun illər davam edən istibdadın miras qoyduğu müxtəlif problemləri aradan qaldırmaq üçün sərvətə ehtiyacı varsa, mütləq elm əldə etməlidir. Elm bir xalq üçün milli iqtidar və milli sərvət amilidir.


İranlı səyi və nailiyyəti

Biz yalqızıq. İslam quruluşuna və İslam təfəkkürünə heç kim elmi yardım etmir. Siz çinliləri gördünüz; Pekində olimpiyada çinlilərin texniki bacarıqlarının bir hissəsi göstərildi, daha doğrusu, göründü. Onların elmi baxımdan çoxlu yaxşı inkişafları var. Lakin unutmayın ki, 1948-c ildə - yeni və kommunist Çinin qurulduğu zaman onların heç nəyi yox idi. O zaman ideoloji, elmi və texniki baxımdan olduqca təcrübəli dövlət olan SSRİ-nin nəyi var idisə, Çinin ixtiyarına buraxdı. Onda Stalinin dövrü idi. Böyük Sovet ölkəsinin yanında və Asiyanın qəlbində Çin kim böyük, geniş və əhalisi çox olan bir ölkənin olması ozamankı kommunist SSRİ üçün çox dəyərli idi. Onların nəyi vardısa, çinlilərin ixtiyarına buraxdılar, hətta nüvə enerjisini də. Nüvə enerjisini bizim gənclərimiz özləri əldə etdilər, çinlilər isə onu bir hədiyyə kimi ruslardan aldılar. Necə ki, Şimali Koreyaya da verdilər; həm çinlilər verdilər, həm də ruslar. Görürsünüz ki, Çin kimi ölkələrin inkişafı digər ölkələrin çox böyük və müstəsna dəstəkləri sayəsində həyata keçdi. Hindistan da başqa cəhətlərdən belə ölkələrdəndir. Bilirsiniz ki, Stalindən sonra bir neçə onilliyə qədər Rusiya ilə Çin arasında dərin uçurum yarandı; Şərq və Qərb konflikti kimi və bəlkə də daha kəskin. Bu iki böyük kommunist ölkəsi arasında qarşıdurma rusların Çinin qonşusu olan hindlilərə kömək etməsinə, çinlilərin isə Hindistanın rəqibi olan Pakistana kömək etməsinə səbəb oldu. Yəni müttəfiq seçməkdə siyasi amillər öz rolunu oynadı. O zaman çinlilər nüvə enerjisini Pakistana, ruslar da nüvə enerjisini və bir çox mütərəqqi vasitələri Hindistana verdilər. Yəni həm Hindistan, həm də Pakistan məhsullarını digərlərindən aldılar.

Mən nə qədər baxıramsa, görürəm ki, müxtəlif sahələrdə belə inkişaf etmiş bu ölkələrin heç biri bizim ölkəmiz kimi deyil. Biz məzlum, yalqız və bütün bu düşmənllərin əhatəsindəyik. Həm kommunist Şərq, həm də kapitalist Qərb bizimlə kəskin düşmən idilər; Avropa orta bir rol ifa etməyə meyl göstərsə də, o da bizə heç bir kömək etmədi, hətta zərbə də vurdu. Lakin xalqımızın bu istedadlı, zirək və bəzən çox qoçaq gəncləri bu yeni işləri inkişaf etdirib ərsəyə gətirə bildilər. Böyük işlər görülmüşdür. Bu, çox ümidvericidir. Bu işləri gələcəkdə də görə bilərsiniz. Mən gələcəyə çox nikbinəm. İndiki vəziyyəti təqdirəlayiq bilsəm də, bu vəziyyətlə qane olmağı heç kim üçün - nə hökumət adamları, nə siz gənclər, nə də müəllimləriniz üçün düzgün sayıram. Biz hələ çox yol getməli, çox hərəkət etməliyik. Bizim zirvələrlə və hətta bəzi zirvədən aşağılarla məsafəmiz çoxdur. Bu məsafələri qət etməliyik.
Elm istehsalı - sərvət istehsalı

Sözsüz ki, bunlar üçün sərvət və pul lazımdır. Pulu həmin yolla əldə etməliyik. Dostların dediyi bu məsələlərin əksəriyyəti düzgündür və bizə verilən qeydlərdə hamısı mövcuddur. Onlar da dedilər ki, sərvəti bu yolla əldə etməliyik. Ölkənin gəlirini elmimiz vasitəsi ilə əldə etdiyimiz və neft quyularının ağzını plombladığımız gün bizim üçün yaxşı gün olacaq. Bu gün biz ehtiyatlarımızı yeyirik. Ölkə büdcəsinin çoxu neftdəndir. Neft bizim ehtiyatımızdır. Biz çarəsizlikdən xəzinəmizi boşaltmaqdayıq. Elə bir gün çatmalıdır ki, öz elmimizdən çörək yeməliyik, bu xalq öz elmi ilə sərvət istehsal etməlidir. O zaman o sərvətin özü elmin inkişafına kömək edəcək. Elm sərvətə kömək edəcək, sərvət də elmə; daim bir-birini artıracaqlar. Biz belə bir günə çatmalıyıq. Əlbəttə, istiqamətlər düzgün, mənəvi və ilahi olmalıdır.


Elm və texnologiya arasında uyğunluq

Zəif cəhətlərdən biri əməkdaşlığın olmaması və uyğunsuzluqdur. Elm və texnologiyaya aid sahələrdə əməkdaşlıq olmalıdır. Biz sənaye və universitetin əlaqəsi məsələsini irəli sürdük. Allaha şükür olsun ki, bu sahədə işlər görülür və daha çox işlər görüləcək. Məsul şəxslər elmi nümunələrin tədiqiqat, sənaye və digər mərkəzlərlə əlaqəsi barədə bizə bəzi xoş xəbərlər vermişlər. İnşallah, zamanında sizə deyiləcək. Lakin elm mərkəzlərinin özləri arasında əməkdaşlıq çox vacibdir. Təhsil və Səhiyyə nazirliklərinin prezidentin Elm və texnologiya müavinliyi, Elmi Nümunələr Fondu, Elm və Sənaye Tədqiqatları Komitəsi və bu sahələrdə çalışan digər qrumlarla daimi əlaqəsi, əməkdaşlığı lazımdır. Onlar qarşı-qarşıya dayanmamalı, bu sahədə boşluq yaranmamalıdır.


Elmi nümunələrə hörmət

Burada deyilməsi lazım olan başqa bir məsələ elmi nümunələrə hörmət məsələsidir. Bu söz əslində, bizim media qurumlarımıza, xüsusən də milli mediaya, radio və televiziyaya aiddir. Siz aparılan təbliğata diqqət yetirin: aktyorlar, xarici aktyorlar və müxtəlif adlar təbliğ olunur. Məsələn, televiziyada yarış keçirib sual verirlər ki, filan filmin qəhrəmanının adı nədir; desən, qalib olacaqsan. Bunu bilməsən, nə olar ki?! Məgər hansı qüsur yaranar?! Fərz edin, milyonlarla insan bu filmi görməyib, həmin sənətkarı və aktyoru tanımır. Məgər bu, nöqsandır?! Onu tanımaq üstünlükdür?! İdman da belədir. Əlbəttə, bilirsiniz, dəfələrlə demişəm ki, mən peşəkar idmanın tərəfdarlarındanam, bunu vacib bilirəm. Peşəkar idman əslində, nümunəvi idmançı yetişdirməkdir. Bu, bir zirvə olur. Zirvə olmasa, yamac da olmaz. İdmanda zirvə təmin olunanda yamac - yəni ümumi idman da formalaşar. Bu baxımdan, mən peşəkar idmanı vacib sayıram. Gedib orada-burada ölkəmizin bayrağını ucaldanları, himnini səsləndirənləri sevirəm, onlara təşəkkür edirəm, onları çox istəyirəm, bəzən mənim yanıma da gəlirlər. Lakin sözüm budur ki, biz nə üçün nümunəvi alimi nümunəvi idmançıdan az dəyərləndirməliyik?! Bizim nə qədər yüksək elmi nümunələrimiz var! Bizim o qədər elmi nümunələrimiz var ki, digər ölkələrin əli onlara çatsa, tez götürüb apararlar. Onları uca tutmaq lazımdır.

İndi mən misal üçün, mərhum Kazimi Aştiyaninin adını çəkirəm. Mən dəfələrlə onun adını çəkmişəm. Dünyadan da köçmüşdür, Allah ona rəhmət eləsin! Cənab Doktor Vaizzadə başqa bir əziz gəncin adını çəkdi; ötən il burada bizim aramızda idi, bu il vəfat etmişdir. Onları uca tutmaq, tanıtdırmaq lazımdır. Biz tarixi elmi dahilərimizi də təbliğ etmirik. Ölkəmizin əhalisinin çoxu müxtəlif sahələrin böyük alimlərini tanımırlar. Yalnız fiqhdə, fəlsəfədə, dini elmlərdə yox, hətta bu gün dünyada geniş yayılmış fənlərdə - fizikada, riyaziyyatda, kimyada, mexanikada bizim özümüzdə görkəmli alimlər olmuş, böyük işlər görmüşlər. Onların bəzi ixtiralarından bu gün də istifadə olunur. Nə bizim gənclərimiz onların adlarını bilirlər, nə onlar təbliğ olunur, nə də xatırlanırlar. Bu, böyük qüsurdur. Bu da mütləq düzəldilməlidir.

Digər müxtəlif məqamlar da var; bəzi dostlar dedilər. Elmi layihələri istehlak bazarına çıxarmaq çox mühüm işlərdəndir. Hökumət mütləq bu sahədə kömək etməlidir və buna qərar da vermişdir; mənim xəbərim var.


Elm yolu ilə xidmət

Artıq günorta və deyəsən, azan vaxtıdır. Axırıncı söz budur ki, ölkəyə elmlə xidmət etmək şərəfini uca tutun. Müxtəlif yollarla ölkəyə xidmət etmək olar. Ən yaxşı yolların biri elm yolu ilə xidmət etməkdir. Bəli, siyasətçilər də ölkəyə xidmət edirlər, Allah yolunun mücahidləri və hərbçilər də, tacirlər, sənətkarlar və digərləri də. Lakin ölkəyə xidmətin ən dəyərli yollarından biri elmdir. Öncə deyilən dəlillərə əsasən, elm milli iqtidar, hər bir ölkəyə qüdrət, sərvət və şərəf amilidir. Siz bu niyyətlə dərs oxuyub yüksək elmi dərəcələrə nail olsanız, işiniz ibadət olar. İnsanın bir işi iki müxtəlif niyyətlə iki müxtəlif hala düşər: bəzən ibadət olar, bəzən isə günah. İnsanın qıldığı namaz Allaha yaxınlaşmaq niyyəti ilə qılınsa, diqqəti Allaha yönəlsə, ixlasla namaz qılsa, bu, ən üstün ibadətdir. Əgər həmin namazı riya üçün qılsa, o namazın özü günah olar. Riya böyük günahdır. Bir nümunəsi də riya ilə qılınan namazdır. Niyyət bu qədər təsirlidir. Siz təhsili, elmi fəaliyyəti xalqa, ölkəyə xidmət və İslam quruluşunun başucalığı üçün etsəniz, şübhəsiz, yaxşı işlərinizdən biri olar.

Ümidvarıq ki, Allah-Taala hamınızı müvəffəq etsin! Allah-Taala sizə kömək etsin ki, ölkədə elm və tədqiqatın daha artıq inkişafına şahid olaq, mömin və saleh gənclərimizin bu möhtəşəm yarışmada öndə hərəkət etməsini görək! Allah hamınızı qorusun!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə