Vilayət bağçası yeddİncİ cİld


Yenilik və gələcəyə ümid4



Yüklə 0,79 Mb.
səhifə3/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   2   3   4   5   6   7   8   9   ...   21

Yenilik və gələcəyə ümid4

Bismillahir-Rəhmanir-Rəhim.


Siz əzizlərin bugünkü bu məclisi mənim üçün çox şirin və ürəkaçan məclis idi. Allaha şükür olsun ki, yetərli həddə idi. Əsas əhəmiyyətli sahələrdə əzizlər, öncüllər, seçilmiş şəxslər çıxışlar etdilər və mən bəhrələndim. Dostların diqqətə çatdırdıqları, tövsiyə etdikləri, yaxud istədikləri məsələlər inşallah, məmurlara tapşırılacaq. Birbaş bizim özümüzə aid olanlarla da inşallah, məşğul olacağıq.
Ölkədə insan kapitalının əhəmiyyəti

Belə bir məclisdən bizə və xalqa nəsib olan birinci fayda bu böyük insan kapitalına diqqətdir. Müxtəlif səfərlərdə oxşar toplantılar keçirməkdə məqsədim də budur. Bütün səfərlərdə təkid edirik ki, vilayətin elmi nümunələrini toplayıb bu formada səmimi bir toplantı keçirək. Məqsəd budur ki, özümüzə və bəzi gec inanan insanlara ölkədəki böyük insan kapitalının nə qədər zəngin və səmərəli olduğunu başa salaq. Bu məclisin xalq və ölkə səviyyəsində əks olunması bir daha bizim bu milli fəxrlər kitabımıza daha bir vərəq artıracaq və onun üzərində təkid göstəriləcək. Bizim məqsədimiz də budur.


İslam ümmətinin hərəkəti üçün örnək təqdim etmək iradəsi

Bu məclis daha çox mənim dinləməyim üçündür. Kaş vaxt çox olaydı və siz əzizlərin daha çoxunu dinləyə biləydik. Eşitdiklərim mənim üçün çox faydalı və şirin idi. Şübhəsiz, daha artıq eşitsəydim, yenə elə olardı.

Demək istədiyim isə budur ki, indiki şəraitdə xalqımızın hərəkət mənzərəsi çox aydındır. Həm bizim keçmiş irsimiz, həm çox dəyərli istedadımız, həm iradə və maraq, həm də bu hərəkətdə dini və ilahi təmayül ümumilikdə bizim üçün böyük milli sərvətdir. Bütün bunlar bizə müjdə verir ki, İslam sivilizasiyasını yenidən dirçəldib İslam ümmətinin hərəkəti üçün bir örnək təqdim edə biləcəyik.
Zamanın devizi və günün ehtiyacı

Fars vilayəti və Şiraz şəhəri, əziz dostların qeyd etdiyi kimi, çox zəngin bir torpaqdır; mən təsdiq edirəm ki, həm elm, həm ədəbiyyat, həm incəsənət, həm istehsal fəaliyyətlərinə - əkinçiliyə, yaxud sənayeyə aid məsələlərdə, xüsusən də bu gün dünyanın araşdırdığı yeni sənaye fəslində şübhəsiz, öncül bir vilayət və dəyərli toplumdur. Bizim gələcəyimiz üçün ümidverici olan budur ki, yenilik devizi dövrün həqiqi şüarı və günümüzün ehtiyacıdır. Bütün dəlillər bunu təsdiq edir. Yenilik ölkənin hərəkətinin indiki ehtiyacıdır. Yeniliyin mənası keçmiş üzərindən xətt çəkmək yox, gələcəyi qurmaq üçün keçmişə söykənməkdir. Bunun üçünsə bizim bütün iradəmizin, fəaliyyətimizin bu ölkənin və bu tarixin quruculuğuna yönəlməsinə ehtiyac var.


Yeni tarixi dönəm

Bu gün İran xalqının üzərinə böyük məsuliyyət düşür. Bizim xalqımız heç zaman öz taleyinə bugünkü qədər hakim olmamışdır. Bu ölkənin tarixi ilə tanış olanlar bunu təsdiq edərlər. Xalq həmişə hökmdarların əlində bir vasitə olmuşdur və bu, hökmdarın hikmət, siyasət və güclü iradə sahibi olub-olmamasına, onun iradəsinə bağlı olmuşdur. Ölkənin idarəsində xalqın rolu olmamışdır. Bir gün padşah müharibə, hücum və ölkəni genişləndirmək istəmişdir, ümumi hərəkət də o istiqamətdə olmuşdur; bir gün geri çəkilmək istəmişdir, xalq da geri çəkilmişdir. Qiyamlar olmuş, müqavimət göstərilmişdir, lakin xalqın maraq göstərdiyi və sevdiyi məqsədlər istiqamətində böyük və milli hərəkət olmamışdır. Bu dövr İran xalqının tarixində yeni dönəmdir.


İndiki quruluşun xüsusiyyəti və yeniliyin zərurəti

İslam inqilabının qələbəsindən sonra və İslam Respublikası dövründə əsas fərq bundadır. Bu gün şah üsul-idarəsi milli iradə hakimiyyətinə çevrilmişdir. Əsas fərq budur. Allaha şükür olsun ki, bu milli iradə İslamın hidayəti və ilahi ayələrin işarəsi ilə irəliləyir və proqram hazırlayır. Bunun qədrini bilməlisiniz. Bu gün İran xalqının tükənməz istedad xəzinəsində nə ehtiyat varsa, ölkənin sürətli inkişafı yolunda işlənə bilər. Buna görə bizim anbaan yeniliyə ehtiyacımız var; yalnız sənaye, yaxud əkinçilikdə yeniliyə yox, bir xalqın həyatında rolu olan müxtəlif üsullarda yeniliyə, istedadların aşkara çıxmasına, düşüncə və zehinlərin çiçəklənməsinə. Biz dünyadan 200 il geri qalmışıq. Bu acı reallığı qəbul etməliyik. Bu geriliyin amili başqa bir söhbətin mövzusudur, amma reallıq budur ki, biz bəşəri inkişaf karvanlarından ən azı 200 il geri qalmışıq. Sizin eşidib müşahidə etdikləriniz və mövcud olanlar - ölkə səviyyəsində görülən işlər, fəaliyyətlər və yeniliklər bu məclisdə deyiləndən dəfələrlə artıqdır - bu geriliyin bir hissəsini düzəldə bilər. Əgər bu fəaliyyətlər bizim yeniliyimiz və səyimiz sayəsində artsa, o zaman öz yerimizi tapa biləcəyik.


Tağut quruluşu və İranın vəziyyəti

Bir xalqın geri qalması böyük dərddir, ağır xəstəlikdir. Bu xəstəliyi güclü səy və davamlı fəaliyyətlə müalicə etmək olar. Əsas bu idi ki, biz özümüzə gələk və bu xəstəliyi təsdiqləyək. Ondan sonra isə bu xəstəliyi müalicə etməyə səy göstərək. Bunlar baş vermişdir. İran xalqı özünə gəlmiş, öz yerini tutmalı olduğunu hiss etmişdir. İran xalqı anlamışdır ki, tağut dövründə sövq edildiyi şirin yuxuya qalmamalıdır. O zaman sərxoş və narkoman insanlar kimi gözlərimizi bağlamış, “böyük sivilizasiyanın darvazası” kimi sözləri təkrar edə-edə bir addım atmadan bizi xəyallar aləmində saxlamışdılar. Biz dayanmışdıq. Dayanmaq da geriləmək deməkdir. Çünki hər halda, dünya bizi gözləmir, sürətlə irəliləyirdi, biz isə dayanmışdıq.


Elm mərkəzləri üçün inkişafın zəruriliyi

Allaha şükür olsun ki, bu narkomanlıq və sərxoşluq vəziyyəti bitdi, xalqımız özünə gəldi, möhtəşəm iniqilab bizi ayıltdı. Bu gün bizim gənclərimiz bu yolla sürətlə irəliləməli və qaçmalı olduqlarını hiss edirlər. Həm onlarda qaçmaq gücü var, həm iradə var, həm də yol aydındır. Buna görə də, inkişaf etməliyik. Universitetlərin, elm hövzələrinin, tədqiqat mərkəzlərinin, aidiyyətli məmurların hamısının üzərinə ağır məsuliyyətlər düşür. Bu məsuliyyətlər həm də aydındır və Allaha şükür olsun ki, biz hərəkətin başlandığını və günbəgün irəliləyəcəyimizi görürük.


Gələcəyə ümid və inkişaf əlamətləri

Bütün əlamətlər bizə ümid, inkişaf müjdəsi verir. Bütün sahələrdə ümidvarıq ki, bu müjdələr bir nəsildən də tez həyata keçsin və bizim gənclərimiz İslam İranının özünə layiq yerdə durmasını, dünya xalqlarının, dünyanın alim və mütəfəkkirlərinin elmi məsələlərdə yeni addımlar atmaq üçün İrana, onun dilinə və mədəniyyətinə ehtiyaclı olduqlarını hiss edəcəkləri günü görsünlər. Bu, mümkündür. Necə ki, bu gün bəşərin ehtiyacı olan bir çox fənləri öyrənmək üçün hansısa ölkənin və xalqın dilini öyrənməyə ehtiyac var. O zaman da dünya xalqları sizin dilinizi, mədəniyyətinizi öyrənməyə ehtiyac duyacaqlar. O gün gələcək və mümkündür. Əgər çalışsaq və bu gün Allahın lütfü ilə gənclərimizin, mütəfəkkirlərimizin və xalqımızın ürəyinə dolmuş bu maraq davam etsə, o gün çox uzaqda olmayacaq.

Mən yenidən bu məclisdə iştirak edən siz əzizlərə və xüsusən də çıxış edən dostlara təşəkkür edirəm. Ümidvaram ki, bu vilayətdə mövcud olan bu dəyərli potensialların qədrini bilək.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə