ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İbn TeymiyyəNİN MÜXALİFLƏRİ VƏ MÜDAFİƏÇİLƏRİ



Yüklə 5,57 Mb.
səhifə8/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

İbn TeymiyyəNİN MÜXALİFLƏRİ VƏ MÜDAFİƏÇİLƏRİ


İbn Teymiyyə kəlam, fiqh, irfan və s. kimi müxtəlif məsələlər barəsində özünün xüsusi əqidələrini izhar etdiyinə və İslam aləminin görkəmli şəxsiyyətləri qarşısında sərt mövqe tutduğuna görə həmin dövrlərdə özünə həm çoxlu müxalif, həm də mürid qazana bilmişdi. Onun müxaliflərindən aşağıdakıların adlarını qeyd etmək olar:

Onunla müasir olan zahid fəqihlərdən Nəsr ibn Salman ibn Ömər Münbəhini (719-cu h.q.; 1319 miladi), təəssübkeş səthi görüşlü şəxslərdən Nuriddin Əli ibn Yəqub ibn Cəbrəil Bikri Şafei (724- h.q.; 1324 miladi), sufilərin böyüklərindən olan Tacuddin Əbül-fəzl Əhməd ibn Məhəmməd ibn Əbdül-kərim İskəndərani Şazli (709-cu h.q.; 1309-cu miladi), Əbdül-Kərim Kərimuddin Əbulqasim ibn Əbdüllah Amuli Təbəri (710-cu h.q), “İbn Cümləadı ilə məşhur olan Cəmaluddin Əbul Məhasin Yusif ibn İbrahim Şafei Hövrani (O, Dəməşqdə şafeilərin qazisi idi camaatın qorxusundan İbn Teymiyyənin dəfn mərasimində iştirak etmədi özünü gizlətdi) İbn Zəmləkani adı ilə məşhur olan Kəmaluddin Əbul-məali Məhəmməd ibn Əli ibn Əbdül Vahid Ənsari (727-ci h.q.; 1327 miladi).1 O, əvvəlcə İbn Teymiyyənin havadarlarından idi; Öz dövrünün böyük hədis, təfsir nəhv alimlərindən olan Əbu Həyyan Məhəmməd ibn Yusif ibn Əli ibn Yusif Əndəlusi Nəhvi (745 h.q.; 1344 miladi). O da əvvəllər İbn Teymiyyəyə hörmət göstərirdi. Lakin sonralar İbn Teymiyyə, Sibəveyhə irad tutduğuna görə onların əlaqələri gərginləşdi. Təqiyuddin Əli ibn Əbdüllah Kafi Səbki (683-756 h.q.; 1284-1355 miladi). OTəbəqatuş-Şafeiyyəadlı kitabının müəllifi Tacuddin Səbkinin atasıdır. Belə ki, o, İbn Teymiyyənin nəzəriyyələrini rədd etmək üçün bir neçə kitab yazmışdır. O cümlədən: “Əd-dürrətül-muziqiyyiqətu fir-rəddi əla İbn Teymiyyə”, “Nəqdul-ictimai vəl-iftiraqi fi məsailil-imani vət-təlaqi vən-nəzərul-mühəqqəqi fil-həlfi bit-təlaqil-müəlləq” (İbn Teymiyyənin şagirdlərindən olan İbn Qudamə Məqdisi (744 h.q) Səbkinin sözlərini rədd etmək üçün kitab yazmışdı). Onun digər müxaliflərindən İbn Cüheyl adı ilə məşhur olan Şahabuddin Əhməd ibn Yəhya Kilabidir (733 h.q). O da İbn Teymiyyəni rədd etmək üçün bir risalə yazaraq orada Allah-təalanın hər hansı cəhətə malik olmasını inkar etmişdir.1 Onun müxaliflərindən biri 705-ci ildə ilk dəfə İbn Teymiyyə ilə elmi mübahisəyə başlayan Səfiyuddin Hindidir (644-715). Əbu Bəkr Həsəni Dəməşqi (829 h.q) İbn Teymiyyə barəsində yazır: İbn Teymiyyənin sözlərinə nəzər saldıqda hiss etdik ki, o, batilə meyl edir. Mütəşabih ayələrə istinad edərək fitnə-fəsad törətmək istəyir. Onun kitablarında elə şeylərə rast gəldik ki, dil onları bəyan etməyə, barmaq onları yazmağa həya edir.”2

İbn Teymiyyənin müdafiəçilərindən aşağıdakı şəxslərin adını qeyd etmək olar:

Əl-bidayətu vən-nihayəkitabının müəllifi İbn Kəsir (744 h.q). O, öz kitabının hər yerində irəli gələn hər bir münasibətlə əlaqədar İbn Teymiyyəni müdafiə edərək tərifləmişdir... O, İbn Teymiyyənin müasiri olmaqla həmin əsrin böyük alimlərindən biri idi onu müdafiə etdiyinə görə çoxlu əzab-əziyyətlərə qatlaşmışdır. Onun digər bir müridiTəhzibul-kəlamkitabının müəllifi (bu kitab sünnülərin rical kitablarının ən mötəbəridir), məşhur hafiz mühəddis Əbul-Həccac Məzidir ki, 742-ci ildə vəfat etmişdir. Onun məşhur şagirdlərindən biri Əhməd ibn Məhəmməd Məzi Ləbli Hənbəlidir ki, İbn Həcərin dediyinə görə əvvəllər İbn Teymiyyənin müxaliflərindən idi. Lakin onunla görüşdükdən sonra onun yaxın dostlarından şagirdlərindən biri oldu, onun kitablarını yazmağa başladı onu müdafiə etmək üçün çoxlu israr etdi, sufilərin rədd edilməsində ziyarət məsələsində onu şiddətlə müdafiə etdi. Nəhayət, sufilər qiyam edərək onu öldürmək qərarına gəldilər... Amma, şübhəsiz, İbn Teymiyyənin ən böyük şagirdi müdafiəçisi İbn Qəyyim Covziyyə adı ilə məşhur olan Şəmsuddin Məhəmməd ibn Əbi Bəkr ibn Əyyubdur (691-751 h.q.; 1292-1350 miladi). Özünün bütün sözlərində əqidəsində İbn Teymiyyənin mütləq şəkildə himayəçisi ardıcılı idi. Belə ki, onun əqidələrinin həm onun həyatında, həm ölümündən sonra nəşr olunub yayılmasını öz öhdəsinə almışdı. Buna görə ona şallaq vurulmuş, dəvəyə mindirilərək şəhərlərdə gəzdirilmişdir. O, İbn Teymiyyə ilə birlikdə Dəməşq qalasında həbs edilmişdi. O, 712-ci h.q ilindən (1312 miladi) İbn Teymiyyənin öldüyü vaxta qədər həmişə onunla yanaşı olmuş onun müxalifləri ilə, o cümlədən, Təqiyuddin Səbki ilə mübarizə aparmışdır.1

İbn Teymiyyənin müəyyən qədər müxalif tərəfdarları olmasına baxmayaraq, müvafiqləri onu tərifləməkdə həddi aşmışlar. Nümunə üçünNəzəriyyatu şeyxül-İslam İbn Teymiyyə fis-siyasəti vəl-ictimaadlı kitabın müəllifi Hanri Laost onuİslamın böyük mücahidlərindən biriadlandıraraq, onun monqollar qarşısında İslamı müdafiə edib müqavimət göstərməsini tərifləmişdir.”2 Bunun əvəzində müxalifləri onun yaratdığı batil fikirləri, bidətləri ideoloji azğınlıqları tənqid atəşinə tutaraq onu məzəmmət etmişlər. Amma şübhəsiz, Əhməd İbn Teymiyyə hənbəli mütəkəllimi, mühəddisi fəqihi kimi tanınmış, “yenilikçiliyə azad düşüncəyə qarşı qiyam etmiş, həm hənbəli firqəsi, həm sair məktəblər barəsində müxtəlif kitablar yazmışdır.”3 Dehxudanın dediyinə görə4 o, sələfilikdən başqa bütün İslam firqələri ilə, əşairələrlə, filosoflarla, sufilərlə mübarizə aparmış hamısını batil hesab etmiş, Allah övliyalarının qəbirlərini ziyarət etməyi bidət saymışdır. Onu bu məsələdə Vəhhabilərin rəhbəri hesab etmək olar.

Aydındır ki, İbn Teymiyyə əqaiddə kəskin təəssübə, məntiqsizliyə donuqluqa malik idi. Onun sair həmfikirləri (İbn Qəyyim, İbn Fərəm, İbn Bəttə, Bərbəhari, İbn Numərət İbn Covzi) zahirə meyl etməyin, donu nəzərlərin səthi məlumatların əsiri idilər. Onun təfəkkürü çox səthi ibtidai olub fəlsəfi meyarlardan uzaq idi. “İbn Teymiyyə bir növ incə dini materialist təfəkkürə meyl etmiş zahirpərəstliyin, materializmə yönəlmənin dəşhətli uçurumuna düşmüşdü.”5

Doktor Himməti yuxarıdakı mətləbləri qeyd etdikdən sonra tam yəqinliklə deyir: “... Fəlsəfə elmi ilə tanış olmaq, İslam hikmətinin dərinliklərinə varmaq, əqli elmlərlə məşğul olmaq İbn Teymiyyənin əsər kitablarını araşdırmaqla aydın olur ki, o, fəlsəfi məsələləri dərk edə bilməmiş, ən ibtidai məntiqi məsələlərdə ilişib qalmış, tövhiddə ilahiyyatda çox süst, möhkəm olmayan addımlarla irəliləmişdir. Həmçinin hiss üzvlərinə meyl edənlər aya pərəstiş edənlər kimi Allahı cisim təsəvvür edərək Onun cism olduğuna inanırlar. O, İslam dünyasında məntiq, fəlsəfə irfanla mübarizə aparan məşhur adamlardandır. Biz bu kimi şəxslər timsalında dərindən düşünə biləcək bir şəxs görməmişik. Əqli elmlərdə, hikmət irfanda dərin məlumatı olmayan bəzi sadəlövhlər onun barəsində mübaliğəyə, şişirtməyə yol vermişlər. Amma bizim nəzərimizə görə bu cür mühakimə yürütmək ifratçı səviyyədədir. Əgər İbn Teymiyyənin rəy düşüncələrinə İslam təfəkkürünün hərtərəfliliyi külliyyatı baxımından, xüsusilə şiəliyin dərin nəzəriyyələri ali İslam meyarları ilə nəzər salsaq, onun zahirə nəzər salan səthi yönlü fikir sahibi olduğunu, donuq, təəssübkeş puç xəyalların əsiri, söyüş söyən, yalnız özünü haq bilən, sofistliyin əsiri, müğalitəçi (hər şeydə hər kəsdə səhv tutan) ən ibtidai, elementar zəruri məsələləri belə inkar edən adam olduğunu, eləcə əql düşüncənin dəyərini aşkar şəkildə nəzərə almadığını, əqli hörmətdən saldığını görürük.”6

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə