ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İSTİSMARÇI QÜVVƏLƏRİN OSMANLI İMPERATORLUĞUNDA APARDIĞI İŞLƏR



Yüklə 5,57 Mb.
səhifə24/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

İSTİSMARÇI QÜVVƏLƏRİN OSMANLI İMPERATORLUĞUNDA APARDIĞI İŞLƏR


Elmi-texniki inqilab və kapitalizmin inkişaf etməsinin ardınca avropalılar öz ölkələrinin xaricdə ticarət bazaları əldə etməsi üçün işgüzar fəaliyyətlərə başladılar. Onlar Osmanlı imperatorluğunun daxilinə nüfuz etmək üçün çox ciddi səylər göstərdilər və bu nüfuz da müxtəlif yollarla baş verirdi.

1570-ci miladi ilində osmanlıların Kipri ələ keçirmək üçün göstərdiyi səylər Venisu 5-ci pap Pyusa doğru çəkdi. Pap da ona maddi kömək göstərdi və Avropanın məsihi sərkərdələrini və İran şahını türklərin qarşısında müqavimət göstərməyə təşviq etdi. İkinci Filipp, İspaniyanın padşahı, Kuzimude Mədiçi, Duk Tuskani və İtaliya dövlətlərindən bir qrupu “türklərin əleyhinə müqəddəs ittihadiyyə” təşkil etdilər. Bu ittihadiyyənin hərbi dəniz donanması 1575-ci ildə isveçrəli Don Juvanın rəhbərliyi ilə əməliyyata başlayıb Le Pantoda osmanlıların dəniz donanmasını məğlub etdilər. Məsihi qüvvələri bu qələbədən sonra öz ittihadiyyələrini pozmalarına baxmayaraq Le Pantodakı məğlubiyyət osmanlıların dəniz donanmasının gücünü aşkar etdi və türklərin məğlubedilməzlik əfsanəsinə son qoydu. 1606-cı ildə Stivatorok müqaviləsi əsasında müharibə sona yetdi və bu da osmanlıların zəifləməsinin digər bir nümunəsi sayılırdı. Bu müqavilə o günlərdə “Osmanlıların xərac qoyanı” adı ilə tanınan İsveçrəni türklər qarşısında hər növ öhdəçilikdən azad etdi.

Vyana faciəsi (1672) türklərin məsihi qüvvələri qarşısında məğlubiyyəti onların istilaçılıq siyasətlərinin qarşısını aldı Osmanlı imperatorluğunun tənüzzülünün başlancığı oldu. Bu barədə C. Ş. Stanfort belə yazır: “Osmanlı ordusunun Vyananı ələ keçirmək üçün apardığı müharibədə məğlubiyyətə uğraması, Osmanlı-Avropa əlaqələrində yeni bir mərhələnin əsasını qoydu. Avropa dövlətləri Osmanlı qüvvələrində mövcud olan ciddi zəifliklərdən agah olduğu zaman hücum mövqeyində dayandılar. Bir əsr yarım ərzində osmanlılar özlərinin ardıcıl səylərinə baxmayaraq, ordunu yenidən qurmaq islahat işlərini aparmaqda çox mühüm əraziləri əllərindən verdilər.”1

Həqiqətdə Vyanadakı müqəddəratı həll edən məğlubiyyət Osmanlıların Balkandakı siyasi fəaliyyətlərinin qarşısını aldı və türklər hər bir böyük müharibədə öz ərazilərindən birini əldən verdilər.

Vyanadakı qələbələr məsihi qüvvələri daha çox fəthlərə sövq etdi. Onlarmüqəddəs ittihadiyyətəşkil etdilər Osmanlı ordusunu daha artıq məğlubiyyətə düçar etdilər. Karlotis müqaviləsi (1699) osmanlıları məcbur etdi ki, bütün Macarıstana aid olan Sarlivitsi İsveçrəyə, Paduliyanı Polşaya, Muziyanı Venizə Azovu Rusiyaya versin. Bununla belə, Türklər öz ordusunu yenidən qüvvətləndirərək Rusları məğlub etdilər 1711-ci ildə bağlanan Prus müqaviləsi əsasında Azov dənizi yenidən türklərə qaytarıldı. 1715-1718-ci illərdəki müharibədə türklər Serbistanı orduya təslim etdilər. Lakin həmin dövrdə veniziləri Muriyadan Egey dənizindəki adalardan qovub çıxartdılar.”2

Xarici siyasət baxımından türklər üçün ən ümdə təhlükə Rusların güclənməsi idi. Osmanlılar ilk dəfə 1492-ci ildə ruslarla əlaqə qurmuşdular. “Bizans imperatorluğunun sonuncu hakiminin qardaşının qızı Sufiya ilə evlənmiş Üçüncü Eyvan özünü Bizans imperatorluğunun canişini hesab etdi onların xüsusi əlaməti olan iki başlı qartalı özünə nişan seçdi. Lakin Eyvan Müxəvvəfin dövründən qabaq (1533-1584) osmanlılarla ruslar arasında Qara dənizin şimal məntəqələrinə Qafqaza sahib olmaq barədə ixtilaf yarandı. XVI əsrin əvvəllərində ondan sonrakı iki əsrdə osmanlılarla ruslar arasında çoxlu hərbi toqquşmalar ixtilaflar baş vermiş bu da qazaxlarla tatarlar arasında ardıcıl sərhəd toqquşmalarına gətirib çıxarmışdı. Böyük Pyotrun (1682-1722) dövründən XIX əsrə qədər Rusiya İsveçrə çiyin-çiyinə olaraq türklərə qarşı vuruşdular bundan sonra Rusiya təklikdə osmanlılarla mübarizəyə qalxdı. Yalnız 1711-ci 1853-56- illərdəki müharibə (Krım müharibəsi) istisna olmaqla, türklər altı müharibədə Rusiyaya məğlub oldular.3

Osmanlılarla ruslar arasında bağlanan müqaviləyə əsasən Osmanlı imperatorluğunun böyük əraziləri – Krım yarımadasından Azov körfəzinə qədər Rusiyaya qatıldı. Amma ardıcıl müharibələrin ağır xərcləri Osmanlı dövlətini iqtisadi böhran və çətinliklərlə qarşılaşdırdı.

XVIII əsrin ortalarından etibarən, yəni 1747-1768-ci illərə qədər Osmanlı imperatorluğunun tarixində ən uzun müddətli sülh başladı. Çünki, “bu dövrdə şərqdə Nadir şah Əfşarın ölməsinə iğtişaşlı bir dövrün yaranmasına baxmayaraq osmanlılar əldən getmiş sərhəd torpaqlarını yenidən qaytarmaq uğrunda müqavimət göstərdilər. Onlar avropalılar sarıdan da xatircəm idilər. Çünki, bu dövrdə Avropa dövlətlərinin başı əvvəlcə İsveçrədə canişinlik müharibəsinə (1740-1748), daha sonra isə yeddi müharibəyə qarışmışdı (1756-1763). Halbuki, osmanlı padşahları böyük vəzirlər bu zamanda imperatorluğun bu müharibələrə qarışmasının qarşısını almağa çalışırdılar.”1

XVIII əsrin axırlarında və XIX əsrin əvvəllərində mövcud olan beynəlxalq şəraitlər, eləcə də böyük Fransa inqilabının təsirləri barədə sonradan söhbət olunacaqdır.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə