Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə21/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   18   19   20   21   22   23   24   25   26

 

72 


problemi  ilə  qarĢılaĢdı.  Fars  və  ərəb  tərkibləri  ilə  yüklən-

miĢ, fars dilinin bir çox  təsirinə məruz qalmıĢ  Cənub da-

nıĢıq dili  məqsədə uyğun deyildi. Türkiyə türkcəsi də bizə 

uyğun gəlmirdi. Cənubi  Azərbaycanın  ədəbi dili üzərində 

dayanmağı qərarlaĢdıq. Dili öyrənmək, onun zənginliyini, 

qüdrətini, göstərmək üçün isə o taylı dilçi alimlərin əsərlə-

rindən istifadə edildi.‖ Bunun nəticəsində Güney Azərbay-

canda  ədəbi  dildə  yeniləĢmə  prosesi  baĢ  verdi.  «Varlıq» 

isə  öz  təmiz  və  kamil  dil  üslubu  ilə  baĢqa  mətbuat 

orqanları üçün aparıcı və yol göstərici rolunu oynadı. 

«Varlıq»  ilk  günlər  dil-üslub  problemini  də  tədricən 

aradan  götürmüĢ,  nəticədə  ərəb  əlifbası  ilə  sözlərin  azər-

baycan  türkcəsində  asan  oxunması  kimi  vacib  məsələni 

həll  etmiĢdi.  «Varlıq»ın  bir  mətbuat  orqanı  kimi 

özünəməxsus  dili  olub,  digər  mətbuat  orqanları  üçün  də 

örnək  rolunu  oynayıb.  Ortaq  türkcə  sözlərdən  bol-bol 

istifadə  edən  dərgi  ümumtürk  nəĢrinə  çevrilə  bildi. 

Dərgidə  Ġrandakı  digər  türk  xalqlarının  da  az  öyrənilmiĢ 

ədəbiyyat,  dil  və  tarixi  araĢdırılır,  Azərbaycan  xalqının 

mənəvi  dəyərlərinə  həsr  olunmuĢ  materiallara  ümumtürk 

konteksti prizmasından yanaĢılaraq bu məsələni kompleks 

halda  həll  etməyə  səy  göstərilir.  Dərgi  Azərbaycan  Ģifahi 

xalq  ədəbiyyatı  nümunələrinin  nəĢrində,  yeni-yeni  xalq 

sənətkarlarının  üzə  çıxarılmasında,  Azərbaycan  klassik 

ədəbiyyatının  öyrənilməsi  və  təbliğində  bir  araĢdırma 

mərkəzi  kimi  fəaliyyət  göstərib.  NəĢr  olunduğu  ilk 

dövrlərdən  baĢlayaraq  dərgi  Azərbaycan  ədəbiyyatının 

ümumtürk 

ədəbiyyatı 

kontekstində 

öyrənilməsi 

nəzəriyyəsini və ortaq türk dili düĢüncəsini müdafiə edib. 

«Varlıq»  Güneydə  yeri  boĢ  olan  anadilli  ədəbi  prosesi 

formalaĢdırıb,  onun  modernləĢməsində  xüsusi  mövqe 

tutub. Bu gün artıq Güneydə yetiĢən yazarların dünyadakı 

çeĢidli  ədəbi  cərəyanları əks etdirən  yeni  və orijinal  Ģəkil 




 

73 


və  içərikli    əsərləri  bunun  gerçək  göstəricisidir.Dərgidə 

əsas  yeri  xalqın  ictimai-siyasi  problemlərini  əks  etdirən 

ədəbi örnəklərin nəĢri tutur.  

Dərgi  üçün  yazılmıĢ  yazıdan  tutmuĢ,  onun  bütün  tam 

hazır  vəziyyətə  gəlməsinə  qədər,  hətta  böyük  və  kiçik 

Ģəhər  və  məntəqələrdə  yayılması  da  bir  neçə  həmkarın 

üzərinə düĢüb. Bu iĢin zəhməti üçün bir tümən belə alma-

yan,  əksinə  yeri  gələndə  ortaya  çıxan  məsrəfləri  ödəmək 

üçün  imkanı  daxilində  maddi  yardım  göstərən  redaksiya 

kollektivinin fədakarlığı müasir dövrümüzdə kommersiya-

nın  hər  yerdə  ayaq  açaraq  qoyduğu  qanunlarla  bir  araya 

sığmır. Böyük maddi çətinliklər və mənəvi təzyiqlər baha-

sına ərsəyə gələn böyük bir elmi mərkəzin görə bilmədiyi 

iĢin  öhdəsindən  gələ  bilən  dərginin  yaradıcı  heyətinə 

baĢqa ölkələrin ziyalıları yəqin ki, həsəd apara bilər.  

«Varlıq»  dərgisi  Cənubda  yaranmıĢ  folklor  nümunə-

lərini  toplayıb  nəĢr  etməklə  xalqımızın  zəngin  Ģifahi  söz 

sərvətini  yaĢadıb.  Klassik  ədəbi  irsimizin  bizə  məlum 

olmayan  nadir  Ģəxsiyyətlərini  və  nümunələrini  dərc 

etməklə  Azərbaycan  ədəbiyyatı  tarixini  zənginləĢdirib. 

Eləcə də güvənc yerimiz olan ümumtürk abidələrini tədqiq 

etməklə  ortaq  tarixi-mədəni  keçmiĢimizə  elmi  iĢıq  salıb. 

Pəhləvi  diktaturası  dövründə  açıq  assimilyasiya  siyasəti 

tüğyan  etdiyi  vaxtlarda,  xüsusilə  Güney  Azərbaycanda 

1945-1946-cı  illər  və  1951-1953-cü  illər  milli  azadlıq  və 

demokratik  hərəkatları  yatırıldıqdan  sonra  ölkədə 

azərbaycanlıların 

milli 


varlığını, 

onların 


dilini, 

ədəbiyyatını  qoruyan  və  yaĢadan  baĢlıca  amilin  xalqın 

folklor  yaradıcılığı  olduğunu  nəzərə  alsaq,  həmin  dövrdə 

M.Ə.Fərzanə, Ə.Kəmali və bir sıra digərlərinin Ģifahi xalq 

ədəbiyyatı,  baĢqa  sözlə,  ağız  ədəbiyyatı  nümunələrini 

toplayıb  saxlamaq,  qismən  də  olsa,  nəĢr  etmək  sahəsində 

fəaliyyəti  böyük  fədakarlıq  idi  və  ilk  saylarından  "Var-



 

74 


lıq"ın  səhifələrində  həmin  müəlliflərin  bu  sahədə  araĢdır-

malarının  tədricən  oxuculara  çatdırılması  özü  xalq  qarĢı-

sında böyük xidmətdir.                                 

Doktor  Cavad  Heyətin  redaktorluğu  yaxından  iĢtirakı 

və təsisçiliyi ilə nəĢr olunan «Varlıq» dərgisi folklor, türk 

xalqlarının  mifologiyası,  tarixi-mənəvi  varlığı  klassik 

ədəbiyyatı  ilə  bağlı  araĢdırma  mərkəzlərindən  biri  sayıla 

bilər.  Türklərin  tarixi  təĢəkkülü,  türk  dünyagörüĢü  və 

mədəniyyətinin dünya sivilizasiyasında yeri, rolu haqqında 

silsilə tədqiqatlara öz səhifələrində  yer ayırması  «Varlıq» 

dərgisinin  böyük  tarixi  xidmətləridir.  Hələ  ġimaldaĢsovet 

dönəmində  bu  tipli  tədqiqatların  geniĢ  vüsət  almadığı  bir 

vaxtda  Cavad  Heyətin  türk  dövlətləri,  türk  xalqları 

haqqında  böyük  informasiya  tutumu  olan  məqalələrinin 

nəĢri  milli  mənəviyyatımızın  öz  kökü,  əsli  ilə  iliĢgilərini 

üzə çıxartmaqda böyük rol oynamıĢdır.  

Qədim  türk  ədəbi  nümunələri,  yazılı  qaynaqları  haq-

qında Cavad Heyətin tədqiqatları ana dilli ədəbiyyatımızın 

tarixi  kökləri  haqqında  da  zəngin  məlumat  verir.  Cavad 

Heyətin  bu  səpgili  araĢdırmaları  «Türklərin  tarix  və 

mədəniyyətinə  bir  baxıĢ»  adı  ilə  Bakıda  nəĢr  olunandan 

sonra  «Varlığın»  tarixi,  ictimai  və  milli-mənəvi  çəkisi 

haqqında təsəvvürlər daha da zənginləĢdi. Əslində Ģovinist 

siyasət  yeridən  məmləkətdə  bu  tipli  tədqiqatların  nəĢr 

edilməsi,  Cənubda  yaĢayan  soydaĢlarımızın  öz  tarixi  kö-

künə  qayıdıĢı  üçün  zəmin  hazırlayırdı.  ġimalda  isə  uzun 

müddət    türk  xalqlarının  tarixi  birtərəfli,  səthi  öyrənilmiĢ 

və nəzəri baxımdan məlum qəliblərə əsaslanmıĢdı. 

Cavad  Heyətin,  ümumilikdə  isə  «Varlığ»ın  bu  istiqa-

mətdəki  fəaliyyəti  Azərbaycan  türkləri  üçün  öz  tarixlərini 

öyrənməkdə  zəngin  məlumat,  informasiya  vermək  baxı-

mından qiymətlidir. Cavad Heyətin türk tarixinə dair araĢ-

dırmalarında Azərbaycan faktoru əsas yer tutur. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə