Vaqif Nəsirov ✵



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü0,76 Mb.
#66029


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

30 

 

Vaqif Nəsirov





 

Diplomatik sığınacaq: beynəlxalq hüquqi 

problemlər və müvafiq həll üsulları 

Annotasiya 

Məqalədə daha çox siyasi aspektdən tənzim olunmağa çalışılan və demək olar ki, 

hüquqi baxımdan tənzimlənməmiş qalan diplomatik sığınacaq hüququndan bəhs 

edilir.  Məqalənin  strukturundan  da  məlum  olduğu  kimi  sığınacaq  hüququnun 

yaranma  tarixi,  xarici  və  yerli  alimlərin  məsələ  ilə  əlaqədar  fikirlərində  fərqli 

məqamları,  fundamental  elementlər  və  ərazi  təsnifatı  yer  alır.  Münasibətlərin 

hüquqi  tənzimlənməsinin  effektivliyini  təmin  etmək  üçün  vahid  beynəlxalq 

hüquqi aktın labüdlüyünün səbəbləri və nəticələri təhlil edilmişdir. 

Summary 

This article is about the diplomatic asylum which is mainly regulated by political 

aspect rather than the legal point of view. As it is shown in the structure of the 

article,  the  history  of  establishment  of  right  to  asylum,  the  differences  in  the 

approaches  of  the  local  and  foreign  scholars,  fundamental  elements  and 

territorial classification is discussed in the article. The reasons and outcomes of 

essence of the uniform international legal document for legal regulation of the 

relations is analyzed.  

Giriş 

lk  baxışdan  daha  çox  siyasi  məsələyə  bənzəsə  də  və  nə  qədər  siyasi 

iradələr  tərəfindən  tənzimlənsə  də    lakin  sırf  hüquqi  aspektdən 

məsələyə yanaşıb və yaranan ciddi problemlərə öz çərçivəmdə hüquqi 

şərh və həll variantları bildirmək istərdim. Diplomatik sığınacaq haqqında geniş 

məlumat verməzdən öncə bu fikri diqqətinizə çatdırmaq istəyirəm və məqalənin 

sonunda özünüz də bunun şahidi olacaqsınız ki, diplomatik sığınacaq haqqında 

qlobal  tənzimləmə  mexanizmi  yoxdur  və  beynəlxalq  hüquqda  da  beynəlxalq 

hüququn subyekti olan dövlətlərə diskresion səlahiyyət verilərək bu məsələ çox 

nisbi tənzimlənmişdir. 



I. Diplomatik sığınacaq anlayışının meydana gəlməsi 

        Suverenliyin  bir  təzahür  forması  olaraq  müdafiə  olunma  mənasında 

sığınacağın  meydana  gəlmə  tarixi  qədim  yunan  şəhər-dövlətlərinin  mövcud 

olduğu dövrə qədər uzanır. Diplomatik sığınacağın tətbiq olunması isə 15-16-cı 

əsrlərdə  Avropada  daimi  təmsilçilik  hüququna  malik  olan  nümayəndəliklərin 

açılması  və  diplomatik  imtiyazların  genişlənməsi  nəticəsində  meydana 

gəlmişdir.

1

 Yerli səlahiyyətli şəxslərin səfirliyin yerləşdiyi məkana daxil olmaları 



qadağan  olunduqdan  sonra  təqib  olunan  şəxslərin  bu  yoldan  istifadə  etmək 

cəhdləri  artmışdı.  Lakin  bu  vəziyyət  hər  zaman  problemli  məsələyə  çevrilmiş, 

beləliklə, dövlətlər arasında ixtilaflar yaranmağa başlamışdır. Beynəlxalq hüquqi 

tənzimetməyə  nəzər  yetirdikdə  də  diplomatik  sığınacağa  nadir  hallarda  icazə 

                                                            

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, 2-ci kurs, SABAH qrupu tələbəsi  



1

 Maarten Den Heijer. Diplomatic Asylum and the Assange Case. Leiden Journal of International 

Law vol. 26, № 2, s. 401 (2013) 

    


 

İ 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

31 

 

verildiyini  görə  bilərik,  buna  dövlətlərin  sığınacaq  hüququnu  verməkdən 



çəkindiklərini də demək olar. 

II. Azərbaycanda baxış bucağı 

Ölkəmizdə bu hüquq konstitusion hüquq kimi təsbit olunmuşdur. Belə ki, 

diplomatik sığınacağın da daxil olduğu siyasi sığınacaq Azərbaycan Respublikası 

Konstitusiyasının 70-ci maddəsinin 1-ci hissəsində  özünə bu cür yer tapmışdır: 



“Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan 

Respublikası  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  siyasi  sığınacaq  verir”

Lakin  yuxarıda  da  qeyd  etdiyim  kimi  beynəlxalq  hüquqda  siyasi  sığınacaq 

haqqında hamılıqla qəbul edilən normalar məcmusu yoxdur. Beynəlxalq hüquq 

dövlətin  müəyyən  şəxslərə  siyasi  sığınacaq  vermək  hüququnu  və  başqa 

dövlətlərin  bu  hüquqa  hörmət  etmək  vəzifəsini  təsbit  edir.

2

 Beynəlxalq  hüquq 



üçün  əhəmiyyətli  olan  məsələ  sığınacaq  veriləndən  sonra  ortaya  çıxan  hüquqi 

nəticədir və deməli, sığınacaq beynəlxalq hüquq nəticəsində deyil, dövlət daxili 

qanunvericilik əsasında verilir. Ümumiyyətlə beynəlxalq hüquqda (Ümumdünya 

İnsan  Hüquqları  Bəyannaməsinin  14-cü  maddəsində  təsbit  olunmuş  və 

ümumməcburi  xarakter  daşıyan)

3

 “sığınacaq  hüququ”  bir  norma  kimi  təsbit 



olunduqda dispozitiv norma kimi müəyyən olunur və əslində “sığınacaq hüququ” 

deyil, “sığınacağa müraciət hüququ” kimi nəzərdə tutulur.  



III. Alimlərin fərqli düşüncələri və qənaətləri 

Rus alimi V. T. Batıçko beynəlxalq hüquq elmində “sığınacaq” anlayışının 

müəyyən olunmasında iki yanaşmanın olduğunu qeyd edir. O göstərir ki, bir qrup 

alimlər  bu  institutu  “dövlətin  sığınacaq  vermək  hüququ”  kimi,  digərləri  isə 

“şəxsin sığınacaq almaq hüququ” kimi başa düşür.

4

 Sığınacaq hüququnu “dövlə-



tin sığınacaq vermək hüququ” kimi tanınması ilə bağlı birinci qrup müəlliflərin 

fikrini  daha  məqsədə  müvafiq  hesab  etmək  olar.  Çünki  qeyd  etdiyim  kimi 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsində “siyasi sığınacaq” hüququ insan 

hüquqlarından  biri  kimi  təsbit  olunsa  da  əslində  siyasi  sığınacağın  verilməsi 

dövlətin onun suverenlik hüququndan irəli gələn diskresion səlahiyyətidir. İnsan 

hüquqları ilə dövlətin diskresion səlahiyyəti tərs mütənasiblik təşkil etdiyindən 

və dövlətin bu hüquqları təmin etməsi məcburi xarakter daşıdığından, belə bir 

hüququn konvensiyada insan hüquqları kimi təsbit olunması formal hüquqi və 

məntiqi baxımından düzgün hesab edilməməlidir.  

“Beynəlxalq hüquq” dərsliyinin müəllifi L. Hüseynov şəxsin sığınacaq hüqu-

qunu  məhdud  xarakterli  insan  hüququ  kimi  səciyyələndirərək,  onun 

məhdudluğu  deyərkən  hüququn  əhatə  etdiyi  subyektlər  dairəsini  nəzərdə 

tutduğunu bildirir.

5

 Fikrimcə, bu məsələdə məhdudiyyət subyektlər dairəsində 



deyil  (subyektlər  dairəsi  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  kimi 

götürülsə  də  dolayı  yolla,  yəni  xarici  ölkə  bucağından  baxdığımızda  həmin 

ölkənin  vətəndaşları  da  bu  hüququn  subyektinə  çevrilirlər)  məsələni 

tənzimləyəcək vahid beynəlxalq normalar sisteminin mövcud olmamasındadır. 

                                                            

2

 Lətif Hüseynov. Beynəlxalq hüquq. s. 98 (Bakı, 2012) 



3

 Ümumdünya insan hüquqları bəyannaməsi Baş Assambleyanın 1948-ci il 10 dekabr tarixli 

217-ci A (III) qətnaməsi ilə qəbul və bəyan edilib. 

4

 Батычко В.Т. Международное право Конспект лекций. Таганрог: ТТИ ЮФУ, 2011. 



http://www.aup.ru/books/m232/9_5.htm 

5

  Hüseynov, s. 98 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

32 

 

Daha  sonra  müəllif  siyasi  sığınacağa  belə  bir  tərif  vermişdir:  “Siyasi  sığınacaq 



hüququ  şəxsin  subyektiv  hüququ  olub,  vətəndaşı  olduğu  və  ya  daimi  yaşadığı 

ölkədə siyasi motivlər əsasında məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün 

şəxsin  başqa  bir  dövlətdən,  onun  ərazisinə  keçməyə  və  orada  yaşamağa  icazə 

almaq  hüququdur”.  Bu  sığınacaq  siyasi  əsaslara  görə  verildiyi  üçün  “siyasi 

sığınacaq” ifadəsi işlədilir. Burada “siyasi əsaslar” geniş mənada işlədilir və bu 

anlayışa ictimai  fəaliyyətinə,  dini  əqidəsinə,  irqi,  etnik  və  ya  dövlət  mənsubiy-

yətinə görə təqib olunması daxildir. Daha sonra müəllif dövlətlərin praktikasında 

siyasi  sığınacağın  iki  formasına  rast  gəlindiyini  bildirir:  ərazi  sığınacağı  və 



diplomatik sığınacaq. Dövlətin hər hansı bir şəxsə siyasi sığınacaq verməsi bir 

sıra beynəlxalq-hüquqi nəticə doğurur: 

1)

 

Dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz



2)

 

Dövlət  sığınacaq  verdiyi  şəxsə  onun  hər  hansı  bir  ölkədə  hüquqları 



pozulan  zaman  diplomatik  müdafiə  təmin  edə  bilər  (daha  doğrusu, 

kvazi-diplomatik  müdafiə,  çünki  diplomatik  müdafiə  dövlətin  yalnız 

öz vətəndaşlarına göstərilə bilər); 

3)

 



Dövlət  sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət  daşıyır, 

yəni  o,  həmin  şəxsin  tərk  etdiyi  dövlətə  qarşı  zorakılıq  aktları 

törətməsinə yol verməməlidir. 

Müəllifin qənaətə gəldiyi bu nəticələr beynəlxalq adət kimi tətbiq olunsa 

da  bəzi  prinsiplərlə  bir  başa  səsləşir.  Məsələn,  birinci  nəticə  birbaşa  “non-

refoulement” prinsipi ilə üst-üstə düşür.

6

  

Diplomatik  sığınacaqda  adətən  diplomatik  münasibətlər  çərçivəsində 



şəxsi  təqib  edən  dövlətin  (bu  dövlət  əsasən  “territorial  state”  -  “ərazi  dövləti” 

adlanır)  sahib  olduğu  suverenlik  hüququ  ilə  şəxsi  müdafiə  edən  dövlətin 

(protective  state)  həmin  dövlət  tərəfindən  tanınan  diplomatik  toxunulmazlığı 

arasında toqquşma baş verir və münaqişəyə yol açır. Lakin bəzən bu hadisə dinc 

yollarla  həll  olunur.  Məsələn,  Pekindəki  ABŞ  səfirliyinə  sığınan  ÇXR  vətəndaşı 

Chen  Guangcheng-ın,  Çin  onun  daxili  işlərinə  qarışdığı  üçün  ABŞ-dan  üzr 

istəməsini tələb etsə də, ölkədən çıxarılmasına icazə verilmişdir.

 7

 

Bu  məsələni  araşdıran  alimlər  əsasən  eyni  fərqləndirici  məsələlərə 



toxunmağa çalışmışlar. Belə ki, müəlliflər ölkə daxilində  alınan siyasi sığınacaqla 

xaricdəki  diplomatik  nümayəndəlik  və  konsulluqlarda  alınan  siyasi  sığınacağı 

fərqləndirməyə  çalışmışlar,  baxmayaraq  ki,  dövlətin  konsulluğu,  səfirliyi  onun 

ərazisi  sayılır  və  diplomatik  immunitetə  malikdirlər.  Lakin  prof.  Z.  Əsgərov 

fərqləndirici  xüsusiyyət  kimi  “Diplomatik  əlaqələr  haqqında  Vyana 

konvensiyası”nın  41-ci  maddəsini  əsas  götürərək,  diplomatik  nümayəndəliyin 

qeyri-təmsilçilik  məqsədlər  üçün  istifadə  edilməsinin  yolverilməzliyini 

göstərmişdir.

8

 Siyasi  sığınacaq  hüququndan  sui-istifadə  edilməməsi  üçün  ona 



qoyulan  məhdudiyyətlərdən  birini  və  ən  əsasını  BMT-nin  Nizamnaməsində 

nəzərdə  tutulmuş  məqsəd  və  prinsiplərə  zidd  olan  siyasi  cinayətlər  törətmiş 

şəxslərə siyasi sığınacaq hüququ verilməməsi təşkil edir. Bu hüquq terror aktları 

törədən,  aparteid  çıxışları  edən,  ictimai  qaydanı  pozan  və  əhalinin  sağlamlığı, 

mənəviyyatı üçün təhlükəli olan şəxslərə şamil edilmir. Ərazi sığınacağı bir çox 

ölkələrin praktikasında daha çox yaşansa da diplomatik sığınacaq daha az rast 

                                                            

6

  Hüseynov, s. 99 



7

 Ahmet Hamdi Topal. Uluslararası Hukuk Açısından Diplomatik Sığınma ve Assange Olayı. 

İstanbul Medipol Üniversitesi Hukuk Fakültesi Dergisi (1), s. 53 (2014) 

8

 Ziyafət Əsgərov. Konstitusiya Hüququ, s. 304 (Bakı, 2011) 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

33 

 

gəlinən hadisə kimi bilinir. Lakin Latın Amerikasında diplomatik sığınacaq qəbul 



olunmuş  praktikadır  və  “Sığınacaq  haqqında”  1928-ci  il  Konvensiyasında  və 

xüsusən “Diplomatik sığınacaq haqqında”  1954-cü il Konvensiyasında öz əksini 

tapmışdır.

 9

 



 Siyasi  sığınacaq  almış  şəxsin  hüquqi  rejiminə  gəldikdə  isə,  bu  bir  qayda 

olaraq, vətəndaşlığı olmayan şəxslərin hüquqi rejimi ilə bir tutulur.

10

 Lakin bir 



çox  dövlətlərdə  siyasi  sığınacaq  almış  şəxsə  adaptasiya  olması  üçün  bəzi 

imtiyazlar verilir. Siyasi sığınacaq almış şəxsin hüquqi rejiminin əcnəbilərlə yox, 

vətəndaşlığı  olmayan  şəxslərlə  bərabər  tutulmasının  əsas  səbəbi  bundan 

ibarətdir  ki,  təqib  edilən  və  sığınacaq  almış  şəxs,  qaçdığı  dövlət  tərəfindən 

vətəndaş olduğu üçün malik olduğu hüquqlarının müdafiə olunmaması səbəbilə 

belə  addım  atmışdır.  Və  faktiki  olaraq  vətəndaşlar  üçün  təsbit  olunmuş 

hüquqları  qorunmadığından  bu  şəxsi  əcnəbilərin  hüquqi  rejiminə  tabe  etmək 

düzgün olmazdı. 



IV. Fundamental elementlər 

Diplomatik  sığınacaq  anlayışının  fundamental  elementlərini  bu  cür 

göstərə bilərik; belə ki, sığınacaq terminindəki şəxs, müdafiə olunduğu və ya 

qaçdığı dövlətin  vətəndaşı ola bildiyi halda, üçüncü bir dövlətin də vətəndaşı 

ola  bilər.  Dövlət  sığınma  tələb  edən  şəxsin  bu  tələbini  öz  ərazisində  və  ya 

səlahiyyəti altında olan digər bir yerdə qəbul edə bilər. Dövlət bu hərəkəti ilə 

öz cavabdehliyini qısa zaman kəsiyi çərçivəsində deyil, uzun zamanlı müdafiəni 

təmin etməlidir. Təqib olunan şəxsi öz müdafiəsi altına alan dövlət bu qərarı 

aldığı  andan  şəxsin  qorunması  üçün  bir  sıra  tədbirlər  görməli  və  labüd 

təhlükələrə qarşı şəxsi müdafiə etməlidir.

11

 

V. Ərazi təsnifatı 



Siyasi  sığınacağı  dövlət  ərazisinə  sığınma  (territorial  asylum)  və  dövlət 

ərazisindən kənarda sığınma (extraterritorial asylum) kimi ikiyə ayıra bilərik.

12

 

Lakin dövlətin konsulluğu və səfirliyinin onun ərazisi sayıldığını və diplomatik 



immunitetə sahip olduqlarını düşünsək, bu təsnifatın mənasız olduğunu görərik. 

Tarixə  nəzər  saldıqda  isə  səfirliyin  yerləşdiyi  ölkənin  icazə  vermədiyinə  görə 

uzun müddət, hətta illər boyu səfirlik ərazisində yaşayan şəxsləri göstərə bilərik. 

Bu  ölkələr  səfirliyin  ərazisinə  müdaxilə  etməsələr  də,  həmin  şəxsin  ölkədən 

çıxmasına icazə verməmişlər. Macarıstanla ABŞ arasında baş vermiş Mindszenty 

hadisəsinə  nəzər  salaq.  1956-cı  ildə  katolik  kilsəsinin  başçısı  olan  Mindszenty 

kommunizm  əleyhinə  çıxışlarına  görə  təqib  olunur  və  Macarıstandakı  ABŞ 

konsulluğuna sığınır. Buna baxmayaraq, o zamankı Macarıstan hökuməti şəxsin 

ölkəni  tərk  etməsinə  icazə  vermədiyi  üçün  Mindszenty  15  il  ərzində  ABŞ 

konsulluğunda yaşamaq məcburiyyətində qalır. Və 1971-ci ildə 15 il sonra icazə 

verilməsilə birlikdə ölkəni tərk edir.

13

 



                                                            

9

 Əsgərov , s. 304-305.   Hüseynov, s. 98-99. Батычко В.Т. Международное право Конспект 



лекций. Таганрог: ТТИ ЮФУ, 2011. http://www.aup.ru/books/m232/9_5.htm  

10

 Əsgərov, s. 304-305 



11

 Rene Vark. Diplomatic Asylum: Theory,Practice and Case of Julian Assange, Proceedings of 

the Estonian  Academy of Security Sciences, №11, s. 241 (2012) 

12

 Topal, s. 53 



13

 Heijer, s. 404. 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

34 

 

Nəticə 



Beləliklə,  müasir  beynəlxalq  hüquq  bütövlükdə  diplomatik  sığınacaq 

hüququnu tanımır. Beynəlxalq hüquqda dövlətlər üçün məcburi olan sığınacaq 

verilməsi və ondan istifadə qaydalarını təsbit edən xüsusi beynəlxalq hüquqi 

akt  mövcud deyil, hətta,  “Mülki  və siyasi  hüquqlar  haqqında” Paktda  belə bu 

instituta  toxunulmur.

14

 Beynəlxalq  hüquq  çərçivəsində  universal  tənzimlən-



mə  dünya  siyasətini  müəyyənləşdirən  böyük  dövlətlərin  maraqlarına  uyğun 

gəlmədiyindən  diplomatik  sığınacaq  məsələsi  beynəlxalq  hüququn  müasir 

dövrdə  ən  mühüm  problemlərindən  biri  olaraq  tənzimlənməmiş  qalmışdır. 

Hazırki  dövrə  qədər  bu  problemin  beynəlxalq  təşkilatlar  tərəfindən  həllinə 

dəfələrlə  cəhd  göstərilsə  də  siyasi  maraqların  müxtəlifliyinə  görə    konkret 

beynəlxalq hüquqi akt qəbul olunmamışdır. Lakin tarixən bir sıra beynəlxalq 

regional aktlarla insan hüquqlarını müdafiə etməyə yönəlmiş bir məsələ kimi 

diplomatik  sığınacaq  hüququ  regional  səviyyədə  təsbit  olunmuş  və  tətbiqi 

təcrübəsi mövcuddur. Bu halı beynəlxalq hüququn müqavilə azadlığı prinsipinə 

əsaslanması ilə izah etmək mümkün olsa da, hətta regional normalar universal 

normalara münasibətdə “lex specialis” qismində çıxış etsə də, siyasi sığınacağın 

bir növü olsa da diplomatik sığınacağın verilməsi əslində 1961-ci il “Diplomatik 

əlaqələr haqqında”

15

 Vyana Konvensiyasının müddəalarına uyğun gəlmir, digər 



bir  tərəfdən  əsas  etibarilə  dövlətlərin  maraqları  ilə  uzlaşmır.  Bu  hüququn 

tanınması  sadəcə  olaraq  dövlətlərin  diskresion  səlahiyyəti  kimi  xarakterizə 

oluna bilər. 

                                                            

14

 Батычко В.Т. Международное право. Конспект лекций. Таганрог: ТТИ ЮФУ, 2011. 



http://www.aup.ru/books/m232/9_5.htm 

15

 “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası, BMT Müqavilələr Toplusu, № 500, s. 95 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə