Vaqif nəSİR



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə22/101
tarix12.10.2018
ölçüsü2,82 Mb.
#73261
1   ...   18   19   20   21   22   23   24   25   ...   101

 

 

116 



 

Yer tutsa qar ürəyimdə. 

Həkim dedi: Abbas, qardaĢ, 

Ġnan ki, sən 

Bir qədər də səbr etsən

Bu dünyanı görəcəksən. 

Dost arzusu müqəddəsdir, 

Sən ona da əməl edib, 

Həmidini görəcəksən, 

Ġnan mənə, görəcəksən! 

 

* * * 

 

Keçib neçə-neçə illər, 



Bakı necə gözəlləĢib! 

Gen küçələr, uca evlər. 

ġəhər simasın dəyiĢib. 

Həmid Ģəhərdə yaĢayır. 

O evlidir; Böyük oğlu 

Babanın adın daĢıyır 

Ali təhsil alıbdı o, 

Həm iĢində, həm təhsildə 

Gedib atanın yoluyla, 

Çox zəfərlər çalıbdı o. 

Nisə xala bu gündəcə 

Xəlilin yolun gözləyir. 

Qucağında  nəvələri 

Bax beləcə əzizləyir: 

 

Köhnə binalar söküldü, 




 

 

117 



 

Yeni Ģəhərlər tikildi, 

Nisənin beli büküldü 

Bəs sən niyə qayıtmadın?! 

 

Ötən günlər gəlmir saya



Ġnsan ayaq açır Aya; 

Nəvən gəlib bu dünyaya 

Bəs sən niyə qayıtmadın?! 

 

Zümrüd qanadlı atlılar, 



Mənzil baĢına çatdılar; 

QaranquĢlar qayıtdılar, 

Bəs sən niyə qayıtmadın?! 

 

* * * 

 

Zəngi çalınır qapının, 



Həmiddi açan qapını. 

QarĢısında yaĢlı kiĢi, 

Üzündə əsla yox qanı. 

Dayanıbdır, sanki laldır, 

BaxıĢları həyəcanlı,  

DuruĢu min bir sualdır. 

- XoĢ görmüĢük-deyir qonaq 

Həmid, bala qurban olum, 

Nə xoĢbəxtəm, bax bu evə 

Nəhayət ki, düĢdü yolum. 

Bağrına basıb Həmidi, 

Gözlərindən öpür kiĢi. 




 

 

118 



 

Evdə heç kəs anlamayır, 

BaĢa düĢmür bax bu iĢi. 

 - Mən Abbasam, deyir gələn, 

Əsir bədəni, əlləri. 

Kor olmuĢdum, ona görə 

Bax bu görüĢ, iyirmi beĢ il 

DüĢüb geri... 

YaxĢı tanıyırlar onu bu evdə 

Üzünü heç zaman görməsələr də. 

Xəlillə birlikdə Ģəkili vardı, 

Nisə bu Ģəkilə baxıb Xəlillə, 

Oğlundan xəlvəti, hey danıĢardı. 

Abbas dəyiĢmiĢdi bu neçə ildə 

Ona doğru qaçdı nəvə Xəlil də. 

Dedi: Abbas baba, dostun Xəliləm, 

Mən indi kiĢiyəm, körpə deyiləm. 

Abbas onu aldı öz qucağına, 

Ġsti öpüĢ qondu al yanağına. 

Abbas dedi: Dostum, xoĢ gördüm səni, 

Yaman sevindirdin Xəlilim məni. 

Bu görüĢ qəlbimdə yuva salmıĢdı, 

Ġyirmi beĢ ildə hər zaman, hər an. 

Möhkəm inanırdım ölmür heç zaman 

Öz saf əməliylə, iĢiylə insan! 

1985 


 

*** 

 

 


 

 

119 



 

          MƏHƏBBƏT  BALLADASI 

 

Əziz dost! Qəlbinlə gəl dinlə məni



Qələmə alıram bu hadisəni. 

Sanıram gənclərə bir kömək olar, 

Bir nümunə olar, bir örnək olar. 

Neçə illər boyu, əsrlər boyu 

Dastanlar qoĢulub eĢq, məhəbbətə. 

Saf məhəbbət ilə insan övladı, 

Layiq görülübdü hər bir hörmətə. 

Sevgi dünyasının Leylisi olub, 

EĢqiylə Məcnunu səhraya salıb: 

Sevgi dünyasının Əslisi olub, 

Kərəmi məhəbbət odunda yanıb; 

Sevgi dünyasının cəsur pəhləvan 

Ġgid Koroğlu tək bir əri olub, 

Sevgi dünyasının incə, mehriban 

ġirin, lətafətli Nigarı olub. 

EĢqə, məhəbbətə sadiq olanlar 

Dildə, dodaqlarda yaĢayıb qalıb, 

Bir abidə kimi qəlblərdə onlar 

Daim əzəmətlə qalxıb, ucalıb. 

Məhəbbət deyildir adi bir istək

Onun öz dünyası, öz aləmi var. 

Məhəbbət həyatdır, özü də gerçək. 

Onun öz sevinci, öz ələmi var. 

 

* * * 

 



 

 

120 



 

Sevən ürəklərin dilsiz harayı, 

Ülviyyət məbədi, sevgi sarayı, 

Taleyin ən Ģirin neməti, payı 

Tanrı vergisidir vəfa, məhəbbət. 

Bir qızıl qanaddır arzu, diləyə 

Hüsnüylə bənzəyir huri-mələyə. 

Yolunda rast düĢsən yaman küləyə, 

Bil ki, həm cəfadır, cəfa məhəbbət. 

Acı dəqiqəli, ən Ģirin anlı 

Həm gözəl, həm incə, həm dəliqanlı, 

Xeyirxah, ümidli, neçə gümanlı 

Xəstəyə Ģəfadır, Ģəfa məhəbbət. 

 

Heç zaman səs verməz qaba səslərə, 



Saxta duyğulara, yalan hisslərə; 

Naxələf, nadürüst, nadan kəslərə 

Allahdan deyildir rəva məhəbbət. 

Odur sarı simi ürək səsinin, 

Dahi bəstəkarı eĢq nəğməsinin; 

Canıdır anamız Yer kürəsinin 

Özgə bir səfadır, səfa məhəbbət. 

  

Bəli ötəri hiss, ötəri bir eĢq 



Dost cildinə girmiĢ kəsə bənzəyir. 

Böyük sədaqətdən pay alan bir eĢq, 

Ġnsan həyatını daim bəzəyir. 

 

Sevirdi o oğlan, bir gözəl qızı, 



Bu qız həyatının çiçəkli yazı. 


 

 

121 



 

Sevirdi o oğlan o gözəl  qızı 

Sevildikcə qızın artırdı nazı. 

 

Birgə təhsil alır, bir oxuyurdular, 



Bir bilik çələngi toxuyurdular 

Məhəbbət gül rəngli, ətir qoxulu, 

Bəzən də aĢiqi edir yuxulu... 

Necə də sürətlə ötürdü illər 

Sanki yarıĢırdı aylar, fəsillər. 

Son kursa çatdılar beləcə onlar

Quruldu sabahçün yeni planlar. 

Qız dedi: Gərək biz tez niĢanlanaq 

Mən ata evində qonağam, qonaq. 

Oğlanınsa fikri tamam baĢqaydı, 

Gərək o özünə bir ev quraydı. 

Bir qədər iĢləyib öz zəhmətiylə 

Zəruri nə varsa, tapıb alaydı. 

Atası müəllim, anası həkim, 

Hörmətin saxlardı bu ailənin, 

YaxĢı bələd olan, tanıyan hər kim. 

Oğlan düĢünürdü...Sevgi, məhəbbət 

Yaman bağlamıĢdı onun dilini; 

Axı o sevgidən alırdı qüvvət 

Ona uzatmıĢdı cüt əllərini... 

Bir gün qız hirs ilə söylədi ona: 

- Gəl bu məcaranı yetirək sona. 

 Elçi gəlməlidir, bil atan, anan 

Yoxsa dəfn edərəm bu eĢqi inan. 

Oğlan fikrə getdi, oğlan düĢündü 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə