F.Köçərli adına Respublika
Uşaq Kitabxanası
Opera səhnəsinin batmayan günəşi
Azərbaycanda professional vokal sənətinin banisi, SSRİ xalq artisti
Bülbülün 120 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq
şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, musiqi
məktəbləri üçün hazırlanmış metodik vəsait
Bakı-2017
2
Tərtibçilər: Nərgiz Məcidova
Sevil Əhmədova
İxtisas redaktoru və Şəhla Qəmbərova
buraxılışa məsul: Əməkdar Mədəniyyət işçisi
Opera səhnəsinin batmayan günəşi: metodik vəsait / tərt.ed.: N.
Məcidova ixt. red. və burax. məsul Ş.Qəmbərova; F.Köçərli
adına Respublika Uşaq Kitabxanası. - Bakı, 2017.-23s.
©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017
3
Tərtibçidən
Böyüməkdə olan gənc nəslin bədii zövqünün formalaşdırılması
bu gün xüsusi aktuallıq kəsb edən vəzifələrdən biridir. Məlumdur
ki, bədii zövqə malik olmayan insanı hərtərəfli inkişaf etmiş insan
hesab etmək olmaz. Mənəviyyatı zəngin, mədəni səviyyəsi və bədii
zövqü yüksək olan varlığın estetik keyfiyyətlərini – musiqini, sənət
əsərlərini həssaslıqla qavrayıb özündə gözəl bədii zövq tərbiyə
etməyi bacaran şəxsiyyətlər yetişdirilməsi işi məktəbəqədər tərbiyə
müəssisələrindən, kitabxanalardan başlayır. Bu mənada
məktəbəqədər müəssisələr, kitabxanalar gələcəkdə şəxsiyyət
olaraq uşaqların musiqi zövqünün formalaşması üçün səmərəli
işini qurmalıdır. Kitabxanalar da uşaqlar üçün təlim və tərbiyə
sahəsi olduğundan nəzərdə tutulmuş müsbət keyfiyyətlərin
aşılanması üçün burda müxtəlif tədbirlər həyata keçirilir.
Bunlardan ədəbi-bədii gecələr, müxtəlif tipli sərgilər, kitab
müzakirələri, icmallar və s. nümunə göstərmək olar. Musiqi
sahəsində
olan
tədbirlər
də
kitabxanada
əhəmiyyətli
tədbirlərdəndir. Çünki incəsənətin başqa növü kimi musiqi də
uşaqlara ətraf aləmi göstərir. Lakin öz musiqi dili ilə.
Məktəbəqədər yaşlı uşaqlar və yuxarı sinif şagirdləri gerçəkliyin
musiqi əsərlərində düzgün əks olunduğunu eşitdikdə, duyduqda
onların musiqi zövqü də yüksəlir, bədii zövqü də formalaşır. Bu
məqsədlə
kitabxanamızda
keçirilən
müxtəlif
bəstəkar,
müğənnilərin yaradıcılığı, musiqi günlərinə həsr edilmiş tədbirlər,
zövqlü musiqinin təbliği üçün nəzərdə tutulur. Belə tədbirlərə 18
sentyabr – Milli Musiqi günü ilə bağlı, bəstəkar Fikrət Əmirovun
yaradıcılığı ilə bağlı hazırlanmış metodik vəsaitlər və keçirilmiş
tədbirləri nümunə göstərmək olar. Bu vəsait də Azərbaycan vokal
sənətinin banisi, dahi müğənnimiz Bülbül haqqında hazırlanmışdır.
4
Dünyanın “Bülbülü”
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Qarabağın
gözəllik tacı olan Şuşada anadan olmuşdur. Şuşa həmin illərdə
musiqi mədəniyyətimizin beşiyi sayıldığından Bülbülə bu
xanəndələrin zəngin təcrübəsi təsir etmişdir. O lap uşaqlıqdan
bülbülü, çoban tütəyi ilə o qədər gözəl yamsılayırmış ki, elə o
vaxtdan el arasında Bülbül kimi şöhrət tapmışdır. 1914-cü ildə
Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında
böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil
Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. İlk
səhnə uğuru onun qəlbində “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli
və Kərəm” operalarında iştirak etmək istəyi yaradır. Mükəmməl
vokal təhsili olmadığından vokal təhsili almağın vacibliyini dərk
edib, 1921-ci ildə Bakı Konservatoriyasında təhsil almaq qərarına
gəlir. Uğurları ilə kifayətlənməyən Bülbül 1924-cü ildə İtaliyaya
gedir, orada dünya şöhrətli musiqi ocağı La Skala teatrında təcrübə
keçir. Qayıdandan sonra yenidən 1925-ci ildə Konservatoriyada
Üzeyir Hacibəyov sinfində təhsilini davam etdirir. 1927-ci ildə
təhsilini bitirir, yenidən musiqi təcrübəsini təkmilləşdirmək
məqsədi ilə hökumətə müraciət edir ki, onu İtalyaya ezam etsin.
Milanda Bülbül İtalyanın ecazkar musiqi həyatı ilə tanış olur.
Bülbül Avropa vokal üslubunu öyrənsə də, Azərbaycan xalqının
mentalitetinə, duyumuna uyğun musiqiləri daha gözəl ifa edirdi. O
başa düşürdü ki, Azərbaycanda yetərincə muğam ifaçıları var,
Azərbaycan musiqisini dünya mədəniyyətinə qovuşdurmaq üçün
ariyalar, romanslar ifa etmək lazımdır. Öz üslubunda oxuduğu
operaları, ariyaları ilə Bülbülün səsi Azərbaycan xalqının nəğməli
ruhunun ifadəsi olduğundan, xalqın öz sevimli sənətkarına olan
sevgisi tükənməzdir.
5
Keçiriləcək tədbirlər
Azərbaycanda vokal sənətinin banisi Bülbülün 120 illik
yubileyi bu il respublika səviyyəsində qeyd olunur. Görkəmli
sənətçinin yubileyi münasibətilə respublikamızın bir çox musiqi
məktəblərində, incəsənət ocaqlarında, kitabxanalarda və s.
yerlərdə yubileylə bağlı tədbirlər həyata keçiriləcəkdir. Bu
tədbirlərdən bir neçəsinin F.Köçərli adına Uşaq Kitabxanasında
keçirilməsi nəzərdə tutulmuşdur.
Kitabxanada Bülbülün
yaradıcılığı ilə əlaqədar yubiley həftəsi keçiririlir. Həftə ərzində
aşağdakı tədbirlər hazırlanır. Tədbirlərdən sərgi, Bülbülün
yaradıcılığına həsr edilmiş şeirlərdən ibarət şeir müsabiqəsi,
rəsm müsabiqəsi, kitab müzakirəsi, ədəbi-bədii gecə, Bülbülün
Memorial ev muzeyinə ekskursiya və s. nəzərdə tutulmuşdur.
Kitabxanaya girişdə monitorda Bülbülün şəkillərindən, həyat və
yaradıcılığı haqqında məlumatlardan hazırlanmış slayd həftə
ərzində nümayiş edilir.
Sərgi müxtəlif başlıqlar altında verilir. Məsələn: “Özü
Bülbül, sözü Bülbül”, “Sənət gülüstanının Bülbülü”, “Xoşbəxt
sənətkar”, “Böyük nəğməkar ”,“Ecazkar səs” və s.
“Böyük nəğməkar – 120” adlı sərginin nümunəsini veririk:
Başlıq:
1. “Bülbül – 120”
2. Kitablarının nümayişi.
3. Görkəmli insanların sənətkar haqqında söylədikləri.
4. Dövri mətbuatda nəşr olunan məqalələrin kartotekası.
5. Sitat: “Öz dilində elə oxumalı ki, o dili başa düşməyənlər belə
ləzzət alsınlar” .
7
Görkəmli şəxsiyyətlərin Bülbül haqqında söylədikləri
fikirlər:
Sovet opera sənətinin görkəmli nümayəndəsi, professor,
SSRİ xalq artisti Bülbülün ev muzeyinə böyük maraqla baxdım.
Muzey Bülbülün yaradıcılıq yolunu çox parlaq surətdə əks
etdirir və şübhəsiz ki, indiki, həmçinin gələcək nəsilləri bu
böyük sənətkarın yaradıcılığı ilə tanış edəcəkdir.
Zərifə Əliyeva,
Akademik
Bülbül sözün əsl mənasında böyük və ölməzdir. Xalq onun
işıqlı surətini ürəyində qranit abidə kimi qoruyur.
Mirzə İbrahimov,
Xalq yazıçısı, akademik
Bülbülün xalq tərəfindən böyük maraq və ürək döyüntüsü ilə
dinlənməsi, çətin və gərgin əməyin səmərəli nəticəsidir.
Niyazi,
SSRİ xalq artisti
O, böyüməkdə olan gələcək nəsillərə böyük fayda verə
biləcək
materialları fədakarlıqla, məhəbbətlə qoruyub
saxlamışdır.
Firəngiz Əhmədova,
SSRİ Xalq artisti
Sənin səsin, sevimli qardaşım, bütün ömrün boyunca
insanları gözəlliyə, həqiqətə, haqqa ümidə çağırdı. Mən sənə
dilə gətirdiyin Koroğlu üçün ölümsüz gənclik diləyirəm.
8
Xalqımız yaşadıqca bülbülləri mat qoyan ilə həmişə
oxuyacaqdır.
Əlibala Hacızadə,
Yazıçı
Rəsm sərgisi
Kitabxanada
oxucularla
işin
təşkilində
tədbirlərin
keçirilməsində rəsm sərgilərinin də öz əhəmiyyəti var. Göz
yaddaşına əsaslanan rəsm sərgiləri oxucu yaddaşında daha yaxşı
qalır. Yubilyar haqqında oxucunu daha dolğun məlumatlandırır.
Bülbülün 120 illik yubiley tədbirində milli muğamımızı –
“Azərbaycan muğamları bir arada” başlığı ilə uşaqlara tanıda
bilərik. Sərgidə çəkilmiş rəsmlər uşaqların muğamlarımız
haqqında dinlədikdən sonra düşündüklərindən ibarət olacaq.
Rəsm çəkmək bacarığı olan uşaqlar dinlənmiş musiqidən sonra
çəkdikləri rəsmlər sərgilənir. Həmçinin şair Səməd Vurğunun
aşağıdakı fikrindən istifadə edə bilərik:
“Azərbaycan musiqisi muğamat üzərində qurulmuşdur. Eyni
zamanda bu yalnız Azərbaycan zövqü deyil, bütün Qafqaz və
Şərq xalqlarının bədii zövqüdür. Fəxr edirik ki, yaratdığımız
böyük musiqi məktəbi, nəinki Azərbaycanda həm də
Azərbaycandan xaricdə bir çox xalqlara möhkəm təsir
göstərməkdədir”.
Bəstəkar, vokalist Bülbülün yubileyi ilə bağlı keçirilən
tədbirlərdən biri də “Sənət gülüstanının Bülbülü” adlı xatirə
gecəsidir. Əvvəlcə kitabxanaçı uşaqlara Bülbülün yaradıcılığı
haqqında məlumat verir, Bülbülün ev muzeyi ilə qiyabi də olsa
tanış edir. Daha sonra muzeyin görüntülərinə proyektorda baxa
bilərik. Sənətkarı tanıtmaq üçün kitabxanada onun həyat və
yaradıcılığından
toplanmış
materiallardan
bukletlər
hazırlanması nəzərdə tutulmuşdur. Uşaqlara Bülbülün həyat və
9
yaradıcılığı haqqında dolğun məlumat verdikdən sonra
kitabxanaçı Bülbül haqqında yazılmış xatirələrdən Mehdi
Məmmədovun “Xoşbəxt sənətkar” adlı xatirəsini oxuyur.
Xoşbəxt sənətkar
Xalqın məhəbbəti sənətkar üçün ən yüksək mükafatlardandır.
Bu məhəbbətin, bütün varlığı ilə öz elinə, vətəninə bağlanmış,
xalqın yaradıcılıq dühasından öyrənmiş və kamala yetmiş
sənətkarlar qazanır.
Xalqın məhəbbətini qazanan sənətkarlar xoşbəxtdirlər. SSRİ
xalq artisti Bülbül belə sənətkarlardandır.
Kitabxanaçı: Sizin aranızda musiqiçi olmaq istəyən varmı?
(Kitabxanaçı oxumağa davam edir.)
Xanəndəlik həvəsi Bülbüldə kiçik yaşlarından oyanmışdır.
Xalq musiqisi, el havaları Bülbül üçün əsl məktəb olmuşdur. Bir
çox məşhur vokalçılar kimi Bülbülün də yaradıcılığı mahnıdan
doğmuş və mahnılarla tərbiyələnmişdir. Onun ifaçılıq
xüsusiyyətini xarakterizə edən səmimiyyət, hərarət sadəlik,
məhz bu mənbədən alınmış keyfiyyətlərdəndir. O, “ürəkdən
oxumaq” dərsini hələ uşaq yaşlarında xalqdan almışdır.
Bülbülün bir xanəndə olaraq boy atmasında, ifaçı kimi
inkişafında Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski kimi məşhur
sənətkarların böyük təsiri olmuşdur. Bülbülün fitri istedadı
nadirdir. Onun çox məlahətli və güclü səsi, yaxşı musiqi hafizəsi
vardır. Bu istedadına görə də onu uşaqlıqdan Bülbül
adlandırmışlar. Bülbülün oynadığı Koroğlu operasının ilk
tamaşasından illər keçsə də, bu gözəl əsər öz gözəlliyini hələ də
itirməmişdir.
Koroğlu rolu məhz Bülbülün ifasında öz ləyaqətli ifaçısını
tapmışdır. O, Koroğlu operasının ilk və gözəl ifaçısıdır.
Bülbülün ifasında Koroğlu həm mətin bir qəhrəman, həm də
10
sadiq bir aşiq kimi canlanır. Koroğlunun birinci keyfiyyəti üçün
operanın ilk pərdəsindəki üsyana çağırış səhnəsi, Çənlibeldəki
“Mərd igidlər nərə çəksin davada” monoloqu səciyyəvidirsə,
ikinci keyfiyyəti üçünsə “Sevdim səni mən...” ariyası
səciyyəvidir.
Şeir müsabiqəsi
Şeir müsabiqələrinin də təşkili kitabxanada təbliğat işində ən
münasib işlərdəndir. Bu müsabiqənin təşkilində kitabxanaçı ilk
növbədə şeirləri seçir və ətraf məktəblərə paylanır. Uşaqlar
şeirləri əzbərləyib müsabiqə keçirilən günü kitabxanaya gəlirlər.
Bülbülün yubileyi ilə əlaqədar təşkil edilmiş bu müsabiqədə
münsiflər daha gözəl şeir ifaçılarını mükafatlandırır. Uşaqlara
paylamaq üçün bu şeirlərdən aşağıdakıları təqdim edirik:
Şuşa Bülbülü
Səhnədə oxurkən Şuşa Bülbülü,
Qızardı fərəhdən gülşəndə gülü.
Öyrənir nəğməni ondan bülbüllər,
Oxucaq nəğməsin açılır güllər,
Adı da Bülbüldür, özü də bülbül.
O, yeni nəğmələr yaradır hər il.
Sənətkar sənətin ürəkdən sevir,
Səhnədə xalqına nəşələr verir.
Mirzə Xosrov Axundov (Şaiq)
Dostum Bülbülə
Sən ellərin sevgisilə bəzəmisən ömrünü,
Balam deyib əziz tutur ana vətən ömrünü.
Başın daşdan-daşa dəyib yeni sənət yolunda
Döyüşmüsən əsgər kimi bu həqiqət yolunda,
11
Minbir ətir toplamısan minbir canlı çiçəkdən,
Alqış yağmış ünvanına milyon-milyon ürəkdən,
Sən ötdükcə vətənini ürəyinin gözüylə,
Ucaltmışdır xalqın səni qanadında özüylə.
Alnı açıq nəğməkarı sayılırsan ölkənin...
Süleyman Rüstəm,
Xalq şairi
Eşit həqiqətin incə səsini
...Bu günün eşqinə mahnılar deyək.
Desin Koroğludan bir ağız aşıq,
Nə lazım dünyada sözsüz yaraşıq?
Eşit həqiqətin incə səsini,
Bülbülün “Qarabağ” şikəstəsini...
Səməd Vurğun,
Xalq şairi
Oxu, Bülbül!
Oxu Bülbül!
Oxu Bülbül!
Çənlibeldən gəlsin səsin,
Oxu Bülbül
Uzaq, yaxın
Neçə eldən gəlsin səsin!
Oxu Bülbül!
Bu səs deyil,
Bir əfsundur...
Bu səsə dünya məftundur.
Oxu! Bu bülbül cəh-cəhi
Qarabağdan gələn səsdir
Könlümüzü şeirə, sözə
12
Qanadlandıran həvəsdir.
Bu Koroğlu zənguləsi,
Qəhrəmanlıq nərəsidir.
Bülbül
Bülbül, fəğan etmə bu gecəyarı,
Şirin yuxudadır hələ nazlı gül.
Könüldə məhəbbət oyanmamışsa,
Fəğanla oyatmaq olarmı Bülbül?...
Nigar Rəfibəyli,
Xalq şairəsi
Görkəmli sənətkarlardan Hüseyn Arif, Ələkbər Ziyatay,
Qasım Qasımzadə, Əli Kərim, Məmməd Araz, Tofiq
Mütəllibov, Famil Mehdi, Sərdar Əsədi, Tofiq Bayram, İlyas
Tapdıq, Həmid Abbas, kimi şairlərin Bülbülə həsr etdiyi digər
şeirləri “Nağıl evi” nəşriyyatının 2004-cü ildə çapdan çıxan
“Bizim Bülbül – dünyanın Bülbülü” adlı kitabında verilmişdir.
Şeir müsabiqəsində bu şeirlərindən də istifadə edə bilərik.
Kitab müzakirəsi
Bülbülün 120 illik yubileyi münasibətilə kitab müzakirəsinin
keçirilməsi də məqsədəuyğundur.
Tədbirdə vokalist Bülbülə həsr edilmiş “Bizim Bülbül –
Dünyanın Bülbülü” adlı kitabın müzakirəsi keçirilir.
Kitabxanaçı girişdə Bülbülün yaradıcılığından danışır. Və kitab
haqqında məlumat verir:
Bu kitab dahi müğənnimiz Bülbülün xatirəsinə “Nağıl evi”
nəşriyyatının töhfəsidir. Kitabı hazırlayan və redaktoru Nahid
Hacızadədir. Kitabda Bülbül haqqında tanınmış söz-sənət
13
adamlarının, görkəmli şəxsiyyətlərin məqalələri, xatirələri,
fikirləri, eləcə də şairlərimizin böyük sənətkara həsr etdikləri
şeirlər verilir. Kitabın müzakirəsi bitdikdən sonra uşaqlara kitab
haqqında öyrəndiklərini yoxlamaq üçün sual-cavab hazırlayırıq.
Aşağdakı sualları təqdim edə bilərik:
1)
Bülbül kimdir?
2)
O, harada anadan olub?
3)
Bülbül hansı ölkədə musiqi təhsili alıb?
4)
Hansı ramansların ilk ifaçısı olub?
5)
Hansı operaların ifaçısı kimi tanınıb?
6)
Bülbülün xatirəsi Bakıda necə əbədiləşdirilib?
Yubileylə bağlı Bülbülün ev muzeyinə ekskursiya təşkil edə
bilərik. İlk növbədə hər hansı bir məktəblə danışırıq. Sinif
rəhbəri ilə birgə şagirdləri təyin edilmiş gün muzeyə
ekskursiyaya aparırıq.
Ekskursiya zamanı Bizim Bülbül –
dünyanın Bülbülü: məqalələr, xatirələr, şeirlər. - Bakı: Nağıl evi,
2004. - 530 s. Bülbülün xatirə muzeyi: Bələdçi – kitab =
Мемориальный музей Бюль – Бюля: Краткий путеводитель
= Bulbul`s memorial museum: Gide – book. - Bakı: Gənclik,
2006. - 60 s. bələdçi kitabdan istifadə edə bilərik. Bələdçi xalq
artisti, professor Bülbülün memorial muzeyi haqqında 3 dildə –
Azərbaycan, rus və ingilis dillərində söhbət açır. Müğənni və
artist, ictimai xadim, pedaqoq və musiqişünas-alim Bülbül
musiqi sənətimizdə hər bir mütərəqqi yeniliyin yorulmaz,
fədakar təşəbbüsçüsü, alovlu təbliğatçısı olmuşdur. Muzeydə
Bülbülün yaradıcılığını, elmi-tədqiqat, pedaqoji və ictimai
fəaliyyətini əks etdirən 9000-ə yaxın sənəd toplanmışdır.
Ekskursiyadan sonra uşaqların təəssüratlarını bölüşmək üçün
anket sorğularından istifadə edə bilərik. Sorğular sinif rəhbəri
vasitəsi ilə uşaqlara paylanır.
14
Uşaqlar tərəfindən doldurulduqdan sonra kitabxanaçıya
qaytarılır. Anket sorğusunu təqdim edirik.
Bülbül kimdir?
Bəstəkar
Vokalist, xanəndə
Müğənni
Bülbülün Memorial Muzeyi neçənci ildə açılıb?
1984
1982
1981
Bülbülün muzeyi Bakıda kimin təşəbbüsü ilə açılıb?
Ümummilli lider Heydər Əliyev
Prezident İlham Əliyevin
Oğlu Polad Bülbüloğlunun
Bakıda açılan muzey əvvəllər ev muzeyi kimi harada olub?
Gəncədə
Tiflisdə
Şuşada
Uzun illər bu muzeyin direktoru kim olub?
Həyat yoldaşı Adilə xanım
Oğlu Polad Bülbüloğlu
Oğlu Çingiz
Muzeydə Bülbülə aid hansı əşyalarla tanış oldunuz?
_______________________________________
15
Muzeyi gəzərkən yadda qalan xatirələrdən nə oldu?
_______________________________________
Həftə ərzində kiçikyaşlı uşaqlarla Bülbülün xatirəsinə həsr
edilmiş şeirlərin ucadan oxusunu da keçirə bilərik. Rafiq
Yusifoğlunun yazdığı “Qaçqın heykəllər” şeiri daha
məqsədəuyğun olardı. Oxucular səhnəyə dəvət olunmazdan
qabaq aparıcı iştirakçılara Şuşa haqqında danışır. Daha sonra
vətənpərvərlik mahnısı sədaları altında oxucular səhnəyə
yaxınlaşır:
Qaçqın Heykəllər
I Oxucu Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Gözləriniz önündə
Şuşa qəltan oldu qanına.
Tanklar qarışqa kimi daraşdı
Onun şirin canına.
Siz tarixin ucalığında susanda,
Güllələr alçaqların əllərində
dilləndi.
II Oxucu: Evləriniz od tutub yandı,
Hayı alov-alov
Üfüqlərə çiləndi...
Gözləriniz önündə
İldırımlar sayrışdı...
III Oxucu: ...Sizə işgəncə versələr də,
Dindirə bilmədilər.
Uçurdular postamentinizi,
Ancaq özünüzün
Tarixin ucalığından...
16
endirə bilmədilər...
IV Oxucu: Millətin yaralı ürəyini
Odlara yaxdınız.
Zülmlər görə-görə
Siz də gəlib
Bakıya çıxdınız.
...Qanınız yerdə qalmayacaq,
İgidlər silaha qurşanıb.
V Oxucu: ...Gəlin gözlərinizdən öpək,
Sonuncu siz görmüsünüz Şuşanı.
Həmyerliləlirinizi görəndə
Gözləriniz dolmadımı?!
Heykəl Natəvan!
Heykəl Üzeyir!
Heykəl Bülbül!
Heykəl Vaqifdən
Xəbəriniz varmı?!
Ədəbi-bədii gecə:
Tədbir keçirilən zal qurulur. Bülbülün şəkli və Çingiz
Əlioğlunun misraları zalda proyektorda nümayiş edilir.
Həmçinin tədbirə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
şagird və tələbələri də dəvət edilir.
Bəslərdi könlündə, həssas qəlbində
Neçə xoş arzunu, diləyi Bülbül.
Ötərdi xalqının toy-düyünündə
Yurdunun oxuyan ürəyi Bülbül.
Səhnəyə aparıcılar daxil olur.
I Aparıcı: Salam əziz qonaqlar, əziz uşaqlar. Bu gün
Azərbaycanın vokal sənətinin banisi Bülbül kimi tanıdığımız –
17
Murtuza Məşədi oğlunun 120 illik yubileyini qeyd etmək üçün
sizinlə görüşmüşük. O, bizlər üçün gözəl musiqi əsərlərini
ifasında qoyub getmişdir.
II Aparıcı: Musiqi beşiyi sayılan Şuşada doğulan Bülbül dünya
Avropa musiqisinin məskəni sayılan İtaliyada təhsil alsa da
Azərbaycan vokal musiqisini dünya səviyyəsinə gətirib çatdıran
xanəndələrdəndir. O, Azərbaycan bəstəkarlarının kamera –
vokal əsərlərinin populyarlaşmasında müstəsna xidmətlər
göstərmişdir.
I Aparıcı: Bülbülün doğulduğu Şuşa şəhəri Azərbaycanın bir
çox tanınmış şair və musiqiçilərinin, Şərq üslubunda avazı və
özünəməxsus oxuma tərzi ilə muğam tariximizdə iz qoyan
məşhur xanəndələrin beşiyi olub. Bülbülün atası Məşədi Rzanın
da çox ürəyəyatımlı səsi olub. Məhz belə bir mühitdə böyüyüb
8 yaşına çatan Bülbüldə öz təkrarsız səsi ilə artıq xanəndə kimi
tanınıb.
II Aparıcı: "İlk" sözü Bülbülün bütün yaradıcılığından qırmızı
xətlə keçir. I Ümumittifaq vokalçıların Moskvada keçirilən
müsabiqəsinin ilk azərbaycanlı laureatı Bülbül olub. O, bütün
müsəlman aləmindən İtaliyada təhsil almağa gedən ilk
azərbaycanlı tələbədir. Bülbülün müasirləri olan rus vokal
incəsənətinin tanınmış nümayəndələri Sobinov və Kozlovskinin
Fiqner, Şalyapin kimi sələfləri olduğu halda, onun klassik opera
ənənələri əsasında azərbaycanlı sələfləri olmayıb. O,
Azərbaycan vokal sənətində heç kimin getmədiyi naməlum bir
yolda yeni cığır açmışdır. O cığırla bu gün Azərbaycanın bütöv
vokalçılar ordusu irəliləyir.
I Aparıcı: Asəf Zeynallının “Ölkəm”, Üzeyir Hacıbəyovun
“Sənsiz”, “Sevgili canan” romanslarını eşitmisinizmi?
Uşaqlar: Bəli.
II Aparıcı: Bülbül bu romansların da ilk ifaçısıdır.
(Romanslardan biri səslənir.)
18
I Aparıcı: Zaldakı rəsmlərə baxırsınızmı?
Azərbaycan muğamlarımızdan hansılarını deyə bilərsiniz?
Uşaqlar: Rast, Şur, Seygah, Çahargah
Bu rəsmlərdə uşaqlar Azərbaycan muğamları haqqında
düşüncələrini təsvir ediblər.
II Aparıcı: Professional vokal sənətimizin banisi, böyük
Azərbaycan müğənnisi, pedaqoq, ictimai xadim, SSRİ xalq
artisti, Dövlət mükafatı laureatı, professor Bülbül xanəndəlikdən
opera müğənniliyinə, müəllimliyə qədər geniş yaradıcılıq yolu
keçmişdir.
I Aparıcı: 1912-ci ildə Bülbülün həyatında görkəmli şair Abbas
Səhhətlə tanışlığı önəmli rol oynayır. Abbas Səhhət Bülbülə
savadını artırmaqda kömək edir, ədəbiyyat və incəsənətə daha
dərindən bələd olmaqda ona istiqamət verir. Şair Bülbülə rus
dilini öyrətməklə yanaşı, həm də özünün Puşkindən,
Lermontovdan etdiyi tərcümələrini oxuyur, rus ədəbiyyatından
Bülbülə mükəmməl bilgi verir.
II Aparıcı: Dili yaxşı öyrənən Bülbül Milli operalarımızla
yanaşı, Qərbi Avropa və rus klassiklərinin də operalarında
müvəffəqiyyətlə çıxış edir. İ.Bizenin "Karmen", C.Verdinin
"Riqoletto", İ.Massnenin "Verter", C.Puççininin "Toska",
N.A.Rimski-Korsakovun "May gecəsi", S.Raxmaninovun
"Aleko", R.M.Qliyerin "Şahsənəm", Çileanın "Arlezianka"
operalarında canlandırdığı obrazlar onun repertuarında geniş yer
tuturdu. Gəlin Bülbülün ifa etdiyi bu operaların birindən parçaya
tamaşa edək:
Proyektorda Bülbülün ifa etdiyi bu operalardan biri səslənir.
I Aparıcı: Xalq mahnılarımızı böyük ustalıqla ifa edən Bülbül
“Süsən Sünbül”, “Qara gözlər”, “Segah təsnifləri”, “Çal oyna”
sırasından olan mahnılara yeni nəfəs gətirir. Asəf Zeynallının
19
“Ölkəm”, Üzeyir Hacıbəyovun “Sənsiz”, romanslarının ilk
ifaçısı Bülbül olur. Bir sözlə Bülbül Azərbaycan vokal müusiqi
sənətində inqilab edən, Azərbaycanın musiqi sənətinin inkişafı
naminə bütün ömrünü sərf edən bir şəxsiyyətdir. Bakıda vaxtilə
özünün yaşadığı küçə bu gün Bülbül prospekti adlanır.
II Aparıcı: Bülbülün adına Orta İxtisas Musiqi Məktəbi
fəaliyyət göstərir. Elə bu məktəbin yetirmələri bizim tədbirin
iştirakçıları olmaqla yanaşı, öz ifaları ilə də çıxış edirlər.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin
çıxışı.
I Aparıcı: Bülbül peşəkar xanəndə, musiqi folkloru tədqiqatçısı,
Azərbaycan professional vokal məktəbinin banisidir. 1961-ci
ildə böyük sənətkar sentyabr ayının 26-da Bakıda ürək
tutmasından vəfat edir.
II Aparıcı: 1982-ci il iyunun 10-da Ümummilli liderimiz
Heydər Əliyevin təşəbbüsü ilə Bülbülün Memorial Muzeyinin
təntənəli açılışı olub. Bu gün muzeydə Bülbülün yaradıcılığını,
elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyətini əks etdirən
sənədlər toplanıb.
I Aparıcı: Bu gün Azərbaycan musiqi tarixindən danışarkən
Bülbülsüz danışmaq olmaz. Çünki Azərbaycanın vokal sənəti öz
nadir, təkraredilməz korifeyini Bülbülün şəxsində tapmışdı.
Tədbirin sonu Bülbülün ifasında Koroğlu operasından parçanın
nümayişi ilə bitir.
Son
20
Ədəbiyyat siyahısı
Muğam ensiklopediyası [Elektron resurs]: Qarabağ xanəndələri
/ Heydər Əliyev Fondu; red.heyəti M. A. Əliyeva [et al.]; tərt.ed.
A.Cahangirova [et al.]. - Bakı: Musiqi dünyası; [S. l.]: TUTU
Design, 2008. - 4 el. opt. disk (CD-ROM): rəngli. - (Azərbaycan
Xanəndələri). - CD 1.1, 1.2, 1.3, 1.4 (qutuda):
Kitablarda
Hacızadə N. Bizim Bülbül – dünyanın bülbülü: müğənni Bülbül
haqqında // Yada düşdü. - Bakı : Araz, 2008. - S. 9-15.
Rza X. Ustad Bülbül // Gəl, ey səhər. - Bakı : Nağıl evi, 2004. -
S. 288-298. - Məqaləyə şairin "Möcüzə" adlı şeiri əlavə
olunmuşdur.
Rza X. Musiqi – ruhun qanadları: Bülbül haqqında // Gəl, ey
səhər. - Bakı : Nağıl evi, 2004. - S. 371-377.
Rza R. Bülbül // Seçilmiş əsərləri. 5 cilddə. - Bakı: Öndər, 2005.
– C.5. - S. 205-208.
Dövri mətbuatda
Abbaslı T. Könüllər fatehi Bülbül... : Təbiətdəkilər bağ-bağatlı,
allı-güllü aləmlərçün oxuyur, o isə küll-aləmçün! // Mədəniyyət.
- 2013. - 21 iyun. - № 44. - S. 7.
Abbaslı T. Milli könüllər Bülbülü: Xanəndə Bülbül (Murtuza
Məmmədov) haqqında // Mədəniyyət. - 2012. - 22 iyun. - № 45.
- S. 6.
Abbaslı T. Səs çeşməsi...: müğənni Bülbül haqqında //
Mədəniyyət. - 2013. - 27 sentyabr. - № 69. - S. 11.
21
Abbaslı T. Şuşa – Bakı – Milan – Dünya...: Şuşa ailəsinin
növbəti oğlu, Azərbaycan aləminin təkrarsız bülbülü – Bülbül!
// Mədəniyyət. - 2012. - 26 sentyabr. - № 69. - S. 7.
Ağamoğlanova A. Unudulmayan səs: Bülbül - 115//
Mədəniyyət. - 2012. - 21 dekabr. - № 93. - S. 12.
Atakan L. Bülbül Muzeyi – musiqi folkloru sahəsində əsas
qaynaq kimi: Bülbül Azərbaycan musiqisində yeni dövrün
başlanğıcı idi // Qobustan. - 2015. - № 4. - S. 61-63.
Azərbaycan musiqisinin Bülbülü: Bülbül - 115 // Azərbaycan
Müəllimi. - 2012. - 22 iyun. - № 24. - S. 6.
Babayeva M. Bülbül Azərbaycan vokal sənətinin banisi //
Mədəni Həyat. - 2013. - № 3. - S. 81-84.
Bakıda görkəmli opera müğənnisi Bülbülün abidəsi açılıb //
Yeni Azərbaycan. - 2012. - 1 noyabr. - № 200. - S. 2.
Bülbülün 115 illiyinə həsr olunmuş müsabiqə // Mədəniyyət. -
2012. - 17 oktyabr. - № 75. - S. 6.
Cabbarova F. Unudulmayacaq səs : Murtuza Məmmədov //
Mədəniyyət. - 2013. - 28 iyun. - № 46. - S. 10.
İsgəndərova N. Musiqi folklorunun qoruyucusu: opera
müğənnisi, musiqi folkloru tədqiqatçısı, SSRİ xalq artisti
Məmmədov Murtuza (Bülbül) haqqında // Mədəniyyət. - 2015.
- 7 oktyabr. - № 77. - S. 12.
Məmmədova A. 23 ilin nağılı : [Bülbülün həyat yoldaşı Adilə
Məmmədova ilə müsahibə / yazdı N.Bədəlov] // El. - 2012. - №
10. – S.4-15.
22
Nəzərov İ. Dahi Bülbülün ilham pərisi: Hələ Bülbül adına Orta
İxtisas Musiqi Məktəbində təhsil aldığım zamanlardan Bülbül
sənətinə, onun yaradıcılığına böyük heyranlıq duyardım.
Müəllimlərimiz bizi tez-tez Bülbülün memorial muzeyinə
aparır, muzeydə mühafizə olunan eksponatlarla tanış edərdi //
Mədəniyyət. - 2017. - 23 avqust. - № 63/64. - S. 10.
23
Opera səhnəsinin batmayan günəşi
(metodik vəsait)
Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;
E-mail: childlibbaku@yahoo.com
URL:www.clb.az
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasında
çap olunmuşdur.
Sifariş: 40
Çapa imzalanmışdır: 09.10.2017
Tirajı:100
Pulsuz
Dostları ilə paylaş: |