UOT 327
Fazilə HÜSEYNLİ
müəllim, Azərbaycan Dövlət
Pedaqoji Universiteti
AVROPA ŞURASI VƏ AZƏRBAYCAN RESPUBLİKASI
QANUNVERİCİLİYİNDƏ İNSAN ALVERİ İLƏ
MÜBARİZƏNİN SİYASİ ASPEKTLƏRİ*
İnsan alveri köləliyin müasir forması olmaqla insan hüquqlarının pozulması, həm
şəxsiyyət, həm də dövlət əleyhinə yönəlmiş bir cinayətdir. Bunun qəbul edilməsi zəruridir
və sözügedən cinayət əməlinin törədilməsi qanunvericilik vasitələrlə cəzalandırılmalıdır.
Qeyd olunması çox böyük əhəmiyyət kəsb edən məqamlardan biri də odur ki, insan alveri
insanın təhlükəsizliyinə qarşı yönəlmiş bir cinayət olduğu kimi, dövlətin təhlükəsizliyinə də
zərbə vurur. Belə ki, insan alverinin qarşısının alınması bu qəbildən olan cinayətlərin tö
rədilməsində günahkar olan cinayət təqibinin həyata keçirilməsi və zərərçəkənlərin müda
fiəsi məqsədi ilə görülən tədbirlər təkcə dövlətin deyil, insanın da şəxsi təhlükəsizliyinin
təmin edilməsinə yönəldilməlidir. İnsan alveri onun daha çox qurbanı olan qadınlara və
uşaqlara qarşı zorakılığın formalarından biridir. İnsan alveri həm də beynəlxalq ailə
hüququ sferasına qanunazidd müdaxilələrin formalarından biri kimi dəyərləndirilə bilər.
Belə ki, onun ayrı-ayrı növləri qanuni ailə qaydalarının təhrif olunması və vicdansızcasına
istifadəsi ilə əlaqədardır. Adi praktikanın müəyyən dairələrdə mahiyyətinə görə insan
hüquqlarına və ləyaqətinə zərər yetirən kimi qəbul edilən bəzi növləri də insan alverinin
yayılmasına rəvac verə bilər.
Mütəşəkkil transmilli cinayətkarlığın müasir vəziyyətinin və strukturunun təhlili gö
stərir ki, sözügedən cinayət fəaliyyətinin ayrı-ayrı növləri kifayət qədər aktiv inkişaf edir.
Müasir zamanda gəlirli biznesə çevrilən insan alverinin həyata keçirilməsi bu qəbildən
olan fəaliyyət iyerarxiyasında xüsusi yer tutur və mütəşəkkil transmilli cinayətkar qrupla
rın başlıca gəlir mənbəyini təşkil edir. Yaranmış vəziyyət xarici ölkə mütəxəssislərinin
tədqiqatları ilə də təsdiq olunur. Belə ki, alman alimi Leo Kaydel apardığı elmi tədqiqat
lar nəticəsində belə bir fikrə gəlmişdir ki, insan alveri cinayətkar qrupların əsas fəaliyyət
növlərindən biridir və kriminal fəallıq iyerarxiyasında beşinci yeri tutur (10). Qadın alveri
və qadın əmək miqrasiyası problemləri üzrə ilk sosioloji tədqiqatlar Y.V.Tyuryukanova və
M.M.Malışeva tərəfindən aparılmışdır. Burada müasir qadın əmək miqrasiyası, onun baş
lıca ünsürləri, strukturu, istiqamətləri təhlil edilir (5).
Qeyd olunmalıdır ki, müasir cinayət hüququ və kriminologiya elmində insan alveri
ilə bağlı mövzunun problemini tam əhatə edən fundamental tədqiqatlar son vaxtlara qə
dər demək olar ki, yox idi. Mövcud tədqiqatlar arasında, ilk növbədə, Ümumdünya şəbə
kəsinin «Alınmışlar və satılmışlar» (7) adlanan məlum məruzəsini qeyd etmək olar. Pro
blemin beynəlxalq-lıüquqi bazası insan alverinə qarşı yönəlmiş bir sıra regional sazişlərlə
tamamlanır. İnsan alverinə qarşı fəaliyyət haqqında Avropa Şurasının 2005-ci ildə qəbul
edilmiş Konvensiyası da bu sıraya aiddir. Konvensiyada insan alveri qurbanlarına daha
çox yardım göstərilməsinə və onların müdafiəsinin təmin olunmasına cəhd göstərilir. Söz
ügedən Konvensiya təkcə Avropa Şurasına üzv olan dövlətlər deyil, həm də Avropa birliy
inin üzv olmayan, sənədin hazırlanmasında iştirak edən dövlətləri üçün də açıqdır.
«Elmi əsərlər», «Scientific works» 2017
,
№ 2(29)
' Məqalə hüquq ü.f.d. Mirafərim Seyidov tərəfindən çapa məsləhət görülüb.
ts,219 jes
«Elmi əsərlər», «Scientific works
»
2017, № 2(29)
Birləşmiş Millətlər Təşkilatının köləliyin müasir formaları üzrə İşçi qrupu insan
hüquqlarının pozulması siyahısını hazırlamışdır ki, bunlar da müasir köləliyin formaları
hesab olunur:
- uşaqların alınıb-satılması;
- uşaq fahişəliyi;
- uşaq pornoqrafiyası;
- uşaq əməyi;
- seksual turizm;
- uşaqlardan silahlı qüvvələrdə istifadə olunması;
- əmək miqrantlarmın istismarı;
- qeyri-qanuni oğulluğa götürmə;
- insan alveri;
- insan orqanları ilə ticarət;
- başqa şəxslərin fahişəliklə istismarı;
- qadınlara münasibətdə zorakılıq;
- nikaha girməyə məcburedilmə;
- borc asılılığı;
- məcburi əmək.
Hal-hazırda insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq intensiv inkişaf
edir. Bu da öz növbəsində həmin sahədə mütəşəkkil beynəlxalq qrupların qurbanlarının
sayının artması və dövlətlərin milli təhlükəsizliyinə təhdidlərlə şərtlənir, tnsan alverinə
qarşı mübarizəyə yönəlmiş fəal kodifikasiya prosesi də məhz bununla bağlıdır. Belə ki, yu
xarıda qeyd edildiyi kimi, may 2005-ci ildə Avropa Şurasının Nazirlər Kabineti «Açıq xa
rakterli insan alverinə qarşı fəaliyyət haqqında» Konvensiya qəbul etmişdir. Böyük əhə
miyyətinə baxmayaraq sözügedən sənəd hələ də müfəssəl elmi tədqiqat obyekti olmamışdır
(
8
).
Konvensiyanın hazırlanmasının əsas səbəblərindən biri regional səviyyədə elə bır
icbari hüquqi sənədin işlənməsi olmuşdur ki, bu sənəd insan alveri qurbanlarının müdafiə
sini, insan ləyaqətinə hörmətlə yanaşılmasını təmin etsin və hüquqazidd təaliyyətlə məşğul
olan şəxslərin cənayət təqibi və insan hüquqları məsələlərini tənzimləyə bilsin (b.29). Kon
vensiya universal və regional səviyyələrdə qəbul edilmiş digər aktlarla rəqabət aparmır,
lakin onların təmin etdiyi müdafiəni yaxşılaşdırır, əhatə etdikləri standartların mahiyyətini
açır. İnsan alverinin qarşısının alınmasına, günahkar şəxslərin təqib olunmasına və cəza
landırılmasına, cinayət əməlinin qurbanlarının müdafiəsinə, habelə göstərilən sahələrdə
beynəlxalq əməkdaşlığın stimullaşdırılmasına yönəlmiş Konvensiya alverdən zərər çəkmiş
insanların xidmətlərinə olan tələbin azaldılması üzrə tədbirlərin həyata keçirilməsini nə
zərdə tutur. Konvensiyanı milli və transmilli insan alverinin mütəşəkkil cinayətkarlıqla bu
və ya digər dərəcədə əlaqədar olan bütün formalarına tətbiq etmək mümkündür.
Konvensiyaya görə «qurban dedikdə, insan alverinə məruz qalan istənilən fiziki şəxs
nəzərdə tutulur» (m. 4, b. (e)). Konvensiyada əsas diqqət dövlətin insan alverinin qarşısı
nın alınması üzrə preventiv fəaliyyətinin müxtəlif formalarına yönəldilir, bununla mübari
zə üçün məsuliyyət daşıyan müxtəlif orqanlar arasında əlaqələndirmənin gücləndirilməsi
risk qrupuna daxil olan şəxslər üçün onların hüquqlarının, uşaqların maraqlarının, qadın
larla kişilər arasında bərabərliyin qorunması şərti ilə müxtəlif səviyyəli tədqiqatların, təhsil
və informasiya xarakterli kampaniyaların aparılması tövsiyə edilir (m. 5). Konvensiya işti
rakçı dövlətlər üzərinə müvafiq orqanlar tərəfindən qanuni mühacirət etməyə imkan verən
şərtlər haqqında səhih məlumatların yayılması yolu ilə zəruri tədbirlərin həyata keçirilməsi
vəzifəsini qoyur. Konvensiya dövlətdən qurbanların müəyyən edilməsi üzrə xüsusi prose
durların qəbul olunmasını tələb edir (m. 10). İnsan alveri qurbanlarının müəyyən edilməsi
'skllQeS
«Elmi əsərlər», «Scientific works» 2017, M 2(29)
onların əsas hüquqlarının qəbul olunmasına, vaxtında yardım göstərilməsinə, habelə qur
banlarla cinayətkar, qeyri-leqal miqrant kimi rəftar edilməsinin qarşısının alınmasına im
kan yaradır. Konvensiyanın qurbanlara yardım göstərilməsi üzrə tədbirlər siyahısı da ki
fayət qədər genişdir (m. 12). Buraya insan alveri qurbanına bərpa olunmaq üçün 30
günlük müddətin (m. 13), yaşamaq üçün icazənin (m. 14) verilməsi də daxildir (9).
Öz qurbanlarını tələyə salan insan alveri ümumdünya qul ticarətinin müasir forma
sıdır. Burada insanlara adi alqı-satqı predmeti kimi yanaşılır, onları əsasən seksual xid
mətlər sahəsində, habelə kənd təsərrüfatı sektorunda, gizli və leqal emalatxanalarda ha
vayı və ya cüzi əmək haqqı ilə işləməyə məcbur edirlər. İdentifıkasiya edilmiş insan alveri
qurbanlarının böyük hissəsini qadınlar təşkil edirlər, lakin buraya kişilər də daxil ola bilər
lər.
«İnsan alveri» anlayışının beynəlxalq səviyyədə hüquqi tərifi (Avropa Şurası Kon
vensiyasının da qəbul etdiyi - müəl.) Palermo protokolunda verilmişdir (Konvensiyanın 4-
cü maddəsinin şərhi). Bu mərhələdə qeyd olunmalıdır ki, insan alveri anlayışı «qeyri-
qanuni miqrant qaçaqçılığı»ndan fərqlənir. Sonuncu, BMT-nin mütəşəkkil transmilli ci
nayətkarlıqla mübarizə Konvensiyasının ayrıca protokolunun tənzimlənmə obyektidir
(BMT-nin mütəşəkkil transmilli cinayətkarlıqla mübarizə Konvensiyasını tamamlayan
miqrantlarm quru, dəniz və hava yolu ilə qaçaqçılığına qarşı Protokol). Miqrantlarm qa
nunsuz qaçaqçılığınm əsas məqsədini onları birbaşa və ya dolayı yolla gəlir yaxud digər
maddi fayda əldə etmək üçün sərhəddən keçirmək təşkil edirsə, insan alverinin başlıca
məqsədi istismardır. Bundan başqa, insan alverinə yalnız milli səviyyədə mümkün olan
transsərhəd elementinin daxil olması vacib deyil. Bu sahədə mövcud təcrübə göstərir ki,
milli səviyyədə müvafiq hüquqi alətlərin tətbiq olunması dünya birliyi miqyasında həyata
keçirilən tədbirlərin güclənməsinə imkan yaradır.
İnsan alveri mütəşəkkil cinayətkar qruplar tərəfindən qanundan yan keçmək və gə
lirləri gizlətmək üçün korrupsiya əlaqələrindən istifadə edilməklə, çirkli pulluran yuyulma
sı məqsədi ilə həyəta keçirilə bilən bir fəaliyyətdir. Lakin qeyd olunmalıdır ki, bu fəaliyyət
göstərilən kontekstdən kənara da çıxa bilər. Elə buna görə də bu sahədə Avropa Şurası
tərəfindən işlənib hazırlanmış başqa hüquqi alətlər, xüsusilə insan hüquqlarını, uşaq
hüquqlarını, sosial hüquqları, insan alveri qurbanlarının hüquqlarını qorumaq, habelə
korrupsiya, çirkli pulların yuyulmasını, kibercinayətkarlıqla mübarizə məqsədləri güdən
sənədlər, o cümlədən hüquqi sahədə beynəlxalq əməkdaşlıq haqqında müxtəlif müqavilələr
də tətbiq oluna bilərlər.
Avropa Şurasının Parlament Assambleyası özünün qadın alveri və fahişəliklə əlaqə
dar miqrasiya haqqında 1610 saylı (2003-cü il) Tövsiyəsində bu məsələyə münasibət bildi
rir. Bu Tövsiyədə Parlament Assambleyası Nazirlər Kabinetinə aşağıdakıları məsləhət
görmüşdür:
a) Avropa Şurasının bu sahədə mövcud olan digər beynəlxalq sənədləri tamamlayan
insan alveri ilə bağlı və insan hüquqlarının qorunmasına yönəlik Konvensiyanın işlənib
hazırlanmasına mümkün qədər tez başlamaq;
b) Avropa Şurasının Konvensiyasında insan alveri ilə bağlı aşağıdakı müddəaların
olmasını təmin etmək:
• insan alveri cinayətinin Avropa Şurasına üzv-dövlətlərinin cinayət qanunvericiliyi
nə daxil edilməsi;
• insan alverinə tətbiq olunan cəzaların harmonizasiyası;
• insan alverində şübhəli bilinən şəxslərə münasibətdə səmərəli yurisdiksiyanın
müəyyən edilməsini təhvilverilmə prosedurlarının sadələşdirilməsi və insan alveri ilə əla
qədar olan bütün məsələlərə dedere aut judicare prinsipinin tətbiq olunmasını təmin et
mək.
W 2 2 \
jss
«Elmi əsərlər», «Scientijic works» 2017, № 2(29)
İnsan alverinin birbaşa və ya dolayı yolla insan hüquqlarının pozulması kimi qəbul
edilməsinə bir çox beynəlxalq bəyannamələrdə və hüquqi sənədlərdə rast gəlinir. Avropa
İttifaqının 19 iyul 2002-ci il tarixli Çərçivə qərarında bildirilir ki, «insan alveri şəxsiyyətin
əsas hüquqlarının və insan ləyaqətinin pozulmasıdır...» (paraqraf 3). BMT-nin nəzarət
orqanları, o cümlədən İnsan hüquqları üzrə Komitə və Qadınlara münasibətdə ayrıseçki-
liyin aradan qaldırılması üzrə Komitə də insan alverini insan hüquqlarının pozulması kimi
qiymətləndirir (2, 3).
Müasir dünyada insan alveri əsl fəlakətə çevrilmişdir. Kişilərə, qadınlara və uşaqlara
da təsir göstərən bu fenomen görünməmiş miqyas almışdır və faktiki olaraq köləliyin yeni
bir formasına çevrilmişdir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 4-cü mad
dəsində köləlik və məcburi əmək qadağan olunur və qeyd edilir ki, «heç kim köləlikdə və
ya asılı vəziyyətdə saxlanıla bilməz. Heç kəs məcburi və icbari əməyə (11) cəlb edilə bil
məz». İnsan alverinin bu Konvensiyanın 4-cü maddəsində verilən tərifində «köləlik» an
layışına istinad edilir.
Nəticədə, Avropa Şurasının bu Konvensiyasını digər beynəlxalq hüquqi sənədlərə
münasibətdə aşağıdakı kimi yekunlaşdırmaq olar:
- insan alverini insan hüquqlarının pozulması kimi qəbul etmək;
- insan alveri qurbanlarına yardım göstərilməsinə və onların müdafiəsinə xüsusi diq
qət vermək;
- insan alverinin bütün formalarını - transmilli və ya milli, mütəşəkkil cinayətkarlıqla
əlaqəsi olan və ya olmayan növlərini əhatə edən sahə kimi qəbul etmək;
- Konvensiya insan alverinin qurbanı olmuş bütün şəxslərə - uşaqlara, qadınlara və
kişilərə tətbiq olunur;
- qurbanların və şahidlərin müdafiəsinin təmin olunması üçün kompleks şəklində
hüquqi çərçivənin müəyyən olunması;
- səmərəli və müstəqil nəzarət mexanizmlərinin müəyyən olunması. Təcrübə göstərir
ki, belə mexanizmlərin tətbiq olunduğu sahələrdə (məsələn, işgəncələrə qarşı mübarizə,
milli azlıqların hüquqlarının müdafiəsi və s.) iştirakçı dövlətlər tərəfindən onlara böyük
etimad göstərilir.
İnsan alverinin profilaktikasının hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və
Azərbaycan Respublikasında insan alveri qurbanlarının müdafiəsi məsələlərinin tənzim
lənməsi üçün 28 iyun 2005-ci il tarixində Azərbaycan Respublikasının «İnsan alverinə
qarşı mübarizə haqqında» Qanunu qəbul edilmişdir. Azərbaycan Respublikasının «İnsan
alverinə qarşı mübarizə haqqında» Qanununa uyğun olaraq və Milli fəaliyyət planında
göstərilən vəzifələrin yerinə yetirilməsinin səmərəliliyinə nail olunması, insan alveri qur
banlarının təhlükəsizliyinin təmin olunması, onlara peşəkar yardımın göstərilməsi, insan
alveri ilə mübarizə sahəsində məlumatların xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları
və polis strukturlarında toplanması və saxlanması, onların zəruri avadanlıqla təchiz edil
məsi məqsədi ilə Daxili İşlər Nazirliyi strukturunda xüsusi polis strukturu yaradılmışdır.
Azərbaycan Respublikasının «İnsan alverinə qarşı mübarizə haqqında» Qanununda insan
alveri anlayışı belə müəyyən edilir. Qanunun 1.0.1-ci maddəsinə görə insan alveri zor tət
biq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələ
ri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətin
dən sui-istifadə etməklə yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün
maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istis
mar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, veril
məsi və ya qəbul edilməsindən ibarət olan əməlləri əhatə edir (uşağın istismar məqsədi ilə
cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul
■
a
.
222
jss
«Elmi əsərhr», «Scientific works» 2017, № 2(29)
edilməsi bu maddədə göstərilən üsullardan istifadə olunmasa da insan alveri hesab edilir)
(D-
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin dispozisiya-
smda insan alveri cinayətinə aşağıdakı kimi anlayış verilir: «İnsan alveri, yəni şəxsin alqı-
satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması yaxud onun istismar edil
məsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi üçün və ya
eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanılması, giz
lədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi». Göründüyü kimi, adı çəkilən
Qanunda insan alverinə verilən anlayış Cinayət Məcəlləsinin 144-1-ci maddəsində verilən
anlayışdan daha geniş məzmundadır. Hesab edirik ki, adı çəkilən Qanunda insan alverinə
cinayət-hüquqi baxımdan, o cümlədən əməlin tövsifinin düzgün həyata keçirilməsi
yönündən daha dolğun və dürüst anlayış təsbit edilmişdir.
Azərbaycan Respublikasında insan alveri ilə mübarizə sahəsində əsas tədbirlər həya
ta keçirilmişdir. Belə ki, 6 may 2004-cü il tarixində insan alveri ilə mübarizə üzrə Milli
Fəaliyyət Planı təsdiq edilmişdir. Məhz bu Plana uyğun olaraq Azərbaycan Respublikası
nın «İnsan alverinə qarşı mübarizə haqqında» Qanunu qəbul edilmiş, Azərbaycan Res
publikasının Cinayət Məcəlləsinə müvafiq əlavələr və düzəlişlər edilmişdir. İnsan alveri ilə
mübarizənin əsaslarının təşkili məqsədi ilə insan alveri ilə mübarizə üzrə məsuliyyətli şəxs -
Milli Koordinator təyin edilmişdir. Milli Fəaliyyət Planının iştirakçılarının vahid əmək
daşlıq və onlar arasında informasiya mübadiləsi sisteminin yaradılması məqsədi ilə mər
kəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılmışdır (4).
Eyni zamanda İnsan Alveri ilə Mübarizə ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər
Kabineti tərəfindən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. 2004-cü ildə Daxili
İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi bazasında insan alveri
ilə mübarizə İdarəsi yaradılmışdır. İnsan alveri ilə ədaqədar cinayətlər haqqında məlumat
ların toplanması, ümumiləşdirilməsi və təhlili məqsədi ilə İnsan Alveri ilə Mübarizə İdarə
sində mərkəzləşdirilmiş məlumat bazası yaradılmışdır (məlumatların məxfiliyinə təminat
verilir - müəl.). Ölkə ərazisində «Qaynar xətt» telefon xidməti yaradılmışdır ki, insan alve
ri qurbanlarına və potensial qurbanlara pulsuz xidmət göstərir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu qəbildən olan cinayətlərlə
mübarizəni tənzimləyən müvafiq maddələr nəzərdə tutulmuş, potensial cinayət subyektləri
hesab olunan qadınların və uşaqların hüquqlarının və azadlıqlarının müdafiəsinə yönəlmiş
bir sıra normativ-hüquqi aktlar qəbul olunmuşdur: maddə 106 (Köləlik), maddə 137 (İn
san orqanlarının və toxumalarının alqı-satqısı), maddə 144-1 (İnsan alveri), maddə 144-2
(Məcburi əmək), maddə 150-1 (Sərnişinlərin sənədsiz daşınması), maddə 171 (Yetkinlik
yaşma çatmayanların fahişəliyə və ya pozğunluğa cəlb edilməsi), maddə 244 (Fahişəxana-
ların saxlanması), maddə 316-1 (İnsan alverindən zərər çəkmiş şəxs haqqında məxfi mə
lumatların yayılması).
Açar sözlər: insan alveri, köləlik, zorakılıq, borc asılılığı, məcburi əmək, kodifika-
siya.
'& .2 2 3 &
«Elmi əsərlər», «Scientific works» 2017, № 2(29)
İstifadə olunmuş ədəbiyyat
1. Закон Азербайджанской Республики о борьбе с торговлей людьми. Баку, 28 июня
2005r.URL:http://www.base.spinform.ru.
2. О плане действий ОБСЕ по борьбе с торговлей людьми от 24 июля 2003 года: ре
шение №557 Постоянного совета ОБСЕ от 19-21 марта 2003 г. URL:http://www,-
humanrts.tj/public.
3. Об общественном здоровье и торговле людьми: Будапештская декларация от 19-21
марта 2003 г. URL: http://www.coe.int/t/dg2/trafficking.
4. План Национального Действия по борьбе с торговлей людьми Азербайджанской
Республики, май 2004 г. URL: http://iadmi.gov.az.
5. Тюрюканова Е. В., Малышева M. М. Женщина. Миграция. Г осударство. М., 2001.
6. Уголовный кодекс Азербайджанской Республики: угв. Законом Азербайджанской
Республики от 30 дек. 1999 г.; вступил в силу с 1 сент. 2000 г. URL:http://www.crime.vl.ru.
7. Caldwell G., Galster S., Steinzor N. Crime & Servitude: An Expose of the Trafficin
Women for Prostitution from Newly Independent States //Trends in Organized Crime. New
Brunswick, Summer 1998. Vol. 3. №4.
8. Council of Europe Convention on Action against Trafficking in Human Beings [Elec
tronic resource] //Council of Europe. Mode of access: URL.: http://conven-tions.coe. int/T
reaty/EN/T reatie s/Html/197. htm.
9. Explanatory Report to the Council of Europe Convention on Action against Trafficking
in Human Beings [Electronic resource] //Council of Europe. Mode of access: URL:
http://conventions.coe.int/Treaty/EN/Reports/Ht.ml/197.htm.
10. Keidel L. Menschenhandel als Phenomen Organi-sierter Kriminalitdt. Kriminalistik, no.
5, p. 325.
11. Trafficking in Human Beings [Electronic resource] //Council of Europe. Mode ofaccess:
URL:http://conventions.coe.int/Treaty/EN/Treaties/Html/197.htm.
Фазиля ГУСЕЙН ЛИ
ЕВРОПЕЙСКИЙ СОВЕТ И ПОЛИТИЧЕСКИЕ АСПЕКТЫ
БОРЬБЫ С ТОРГОВЛЕЙ ЛЮДЬМИ В ЗАКОНОДАТЕЛЬСТВЕ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
Резюме
Являясь современной формой рабства, торговля людьми - это преступление, на
правленное против нарушения прав человека, а также личности и государства, наказуе
мо в законодательном порядке. Предложанная статья посвящена вопросам борьбы с тор
говлей людьми, зафиксированных в решениях Совета Европы, а также в законодательст
ве Азербайджанской Республики. Автор исследовал Конвенцию Совета Европы о про
тиводействии торговле людьми и различные решения Совета Европы по борьбе с тор
говлей людьми, а также законодательство и нормативно-правовые акты Азербайджан
ской Республики, касающиеся этих вопросов.
Ключевые слова: торговля людьми, рабство, насилие, долговая зависимость, на
сильственный труд, кодификация.
■&224^г
Fazilya HUSEYNLI
THE EUROPEAN COUNCIL AND POLITICAL
ASPECTS
OF THE STRUGGLE AGAINST HUMAN TRADE IN
THE LEGISLATION OF THE REPUBLIC OF AZERBAIJAN
Summary
Been a modem form of slavehood, human trade is a crime directed at the human rights,
as well of personality and state, profitable in the legislative order. The present article is dedi
cated to the issues of human trade banned in the countries of European Council as well in the
legislation of the Republic of Azerbaijan. The author investigated the Convention of the Euro
pean Council on protection of human trade and different resolutions of the European Council
on stuggle against human trade as well as the legislation and normative-legal statutes of the
Republic of Azerbaijan, concerning these issies.
Keywords: human trade, slavehood, violence, debt dependence, forcedlabour, confisca
tion.
«Elmi »sorter», «Scientific works» 2017, № 2(29)
■23.225^?
Dostları ilə paylaş: |