Uot 004. 04 Alıyev E. M



Yüklə 126,84 Kb.
Pdf görüntüsü
tarix14.10.2017
ölçüsü126,84 Kb.
#4619


İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

 



       www.jpit.az                                                                      61 

 

UOT 004.04 



Alıyev E.M. 

MAKA-nın T.K.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, Bakı, Azərbaycan 

elvin.aliyev.m@gmail.com 

COĞRAFİ İNFORMASİYA TEXNOLOGİYALARI VƏ MƏSAFƏDƏN ZONDLAMA 

VERİLƏNLƏRİ ƏSASINDA DAŞINMAZ ƏMLAK BAZARINDA DİNAMİKANIN 

ÖYRƏNİLMƏSİ MƏSƏLƏLƏRİ 

Ərazidə daşınmaz əmlakın dinamikasının öyrənilməsi, müqayisəli analizinin aparılması, əmlakın 

idarə  olunmasının  avtomatlaşdırılması,  daşınmaz  əmlakla  bağlı  müxtəlif  tematikalı  xəritələrin 

tərtib  edilməsi,  artım  göstəricilərinin  zaman  etibarı  ilə  öyrənilməsi  və  s.  qarşıda  duran  vacib 

məsələlərdəndir.  Məqalədə  bu  istiqamətdə  coğrafi  informasiya  texnologiyaları,  məsafədən 

zondlama  verilənləri  və  riyazi-statistik  metodlar  tətbiq  olunmaqla  daşınmaz  əmlakların  2000-

2010-cu illər intervalında artımın tədqiqi məsələlərinin həlli öz əksini tapmışdır. Məqalədə CMB 

əsasında  üçölçülü  modelin  qurulması,  mütləq  artım  göstəriciləri  və  nöqtələr  üsulu  tətbiq 

olunmaqla  “daşınmaz  əmlak  bazarında  dinamika  xəritəsi”nin  tərtibi  və  onun  alqoritmik 

strukturunun hazırlanması mərhələləri öz əksini tapmışdır. 

Açar  sözlər:  Coğrafi  informasiya  sistemləri,  məsafədən  zondlama,  coğrafi  məlumat  bazası, 

ArcGİS proqram təminatı.  

Giriş 

Ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra  bazar  münasibətlərinin  inkişafını  təmin  etmək 

məqsədi ilə həyata keçirilən islahatlar respublikamızda sivil əmlak bazarının formalaşmasına və 

genişlənməsinə zəmin yaratmışdır.  

Respublikamızda  böhran  ili  kimi  səciyyələnən  2009-cu  ildə  daşınmaz  əmlak  bazarında 

tikinti  tempinin  azalması  ilə  paralel  olaraq  alıcılıq  qabiliyyətinin  də  aşağı  düşməsi  müşahidə 

edilmişdir.Azərbaycanda  qlobal  iqtisadi  böhranın  təsirləri  2008-ci  ilin  sentyabr  ayından 

müşahidə  olunmağa  başladığı  üçün  dinamikanın  düşmə  tendensiyası  məhz  bu  dövrə  təsadüf 

etmişdir. Ümumilikdə isə daşınmaz əmlak bazarında təkrar mənzil və qeyri-yaşayış seqmentləri 

istisna  olmaqla,  digər  əmlak  növlərinin  likvidlik  göstəriciləri  bazardakı  dinamikaya  müvafiq 

olaraq  azalan  tendensiya  ilə  səciyyələnmişdir.  Yeni  tikililərin  hesabına  bazarda  artan  təklifin 

fonunda  tələbin  kəskin  azalması  tələb  və  təklifin  strukturunu  qeyri-mütənasib  formada 

dəyişmişdir [1]. 

Qeyd  etmək  lazımdır  ki,  2011-ci  ilin  I  yarısında  Azərbaycanda  daşınmaz  əmlak 

əməliyyatları  47,4%  artmışdır.  Ümumilikdə  2010-cu  ildə  respublika  üzrə  94,7  min,  2011-ci  il 

üçün  147370,2012-ci  ilin  ilk  üç  ayında  32500-ə  yaxın  daşınmaz  əmlak  üzərində  mülkiyyət 

hüquqları qeydiyyata alınmışdır [2]. 

Son  dövrlərdə  antropogen,  endogen  və  ekzogen  proseslərin  Yerə  dinamik  təsiri 

planetimizin  ənənəvi  metodlarla  öyrənilməsi  və  nəzarət  edilməsi  məsələlərində  tam  effektiv 

nəticə  vermir.  Obyekt  və  hadisələrin  təhlili,  antropogen  təsirlərin  dinamikasının  elektron 

xəritələşdirilməsi  və  digər  müxtəlif  tematikaya  uyğun  kartoqrafik  məhsulların  hazırlanması  və 

nəticə  etibarı  ilə  planetimizin  hərtərəfli  öyrənilməsi  məsafədən  zondlamanın  (MZ)  və  coğrafi 

informasiya texnologiyalarının tətbiqini zəruri edir [3].  

Əmlakların  idarəçiliyi  MZ  verilənlərinin  və  coğrafi  informasiya  texnologiyalarının 

tətbiqini  tələb  edir  ki,  bu  da  qeydiyyat  dinamikasının  öyrənilməsində,  məkan  məlumatlarının 

emal  edilməsində,  daşınmaz  əmlak  bazarının  tədqiq  olunmasında  öz  həllini  gözləyən  aktual 

məsələlərdəndir.  Coğrafi  informasiya  sistemləri  (CİS)  geoinformatika  sahəsində  dövlət 

siyasətinin  formalaşmasında,  məlumatların  toplanılmasında,  yayılmasında  və  s.  təşkili 

məsələlərin  həllində  mühüm  əhəmiyyət  kəsb  edir  [4].  Coğrafi  informasiya  məkanda  obyekt  və 



İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

62                                                                  www.jpit.az 



 

hadisələrə  aid  istənilən  növ  məlumatları  cəmləyərək  onların  lokal  olaraq  istifadəsinə  zəmin 

yaradır [5]. 

Bildiyimiz  kimi,  xəritələrin  tərtibi  və  coğrafi  analizi  tamamilə  yeni  deyildir.  Ancaq  CİS 

mövcud  problemlərin  analizində  və  bütövlükdə  bəşəriyyətin  qarşısında  duran  məsələlərin 

həllində  daha effektiv, rahat  və  operativ  yanaşma, optimal üsullara  əsaslanan dəyərli  imkanlara 

malikdir.  Bundan  başqa,  CİS  analiz  və  proqnozlaşdırma  kimi  prosesləri  avtomatlaşdırmaqla 

səciyyələnməkdədir [6]. Daşınmaz əmlakın (torpaq, bağ evləri və s.) qeydiyyatında olduğu kimi 

digər  sahələrdə  də  analizin  sadə  və  mürəkkəb  növlərinin  aparılmasında  böyük  potensial 

imkanlara malik CİS texnologiyalarından istifadə mühüm əhəmiyyət kəsb edir [7]. 

Qeyd etmək lazımdır ki, vahid informasiya sisteminin yaradılması və bundan irəli gələrək, 

daşınmaz  əmlaklarla  bağlı  müxtəlif  növ  təhlillərin  aparılması,  növlərinə  görə  daşınmaz 

əmlakların  təsnifatlaşdırılması,  mülkiyyətinə  və  digər  əlamətlərinə  görə  müxtəlif  tematikalı 

xəritələrin  tərtib  edilməsi  və  s.  məsələlər  hələ  də  öz  həllini  tapmamış  və  aktuallığını 

saxlamaqdadır.  Bu  baxımdan  CİS-in  tətbiqi  ilə  daşınmaz  əmlakları  əks  etdirən,  onların  məkan 

məlumatları  şəklində  sistematik  yeniləşdirilməsini  və  üzərində  müxtəlif  geoinformasion 

analizlərin  aparılmasını  təmin  edən  daşınmaz  əmlak  tematikalı  coğrafi  məlumat  bazasının 

(CMB) yaradılmasına ehtiyac vardır. 



Məsələnin qoyuluşu 

Təqdim  edilən  iş  2000-2010-cu  illər  üzrə  MZ  verilənləri  əsasında  CMB-nin 

yaradılmasından,  aerokosmik  metodlara  əsasən  daşınmaz  əmlakların  bu  illər  üzrə  tədqiqindən, 

daşınmaz  əmlak  bazarında  aktiv  olan  sahələrin  təyin  edilməsindən,  o  cümlədən,  daşınmaz 

əmlakların  illik  göstəriciləri  ilə  digər  qiymətlər  arasında  korrelyasiya  əmsallarının 

hesablanmasından,  dinamika  sıraları  əsasında  mütləq  artımın  müəyyən  edilməsindən  ibarətdir. 

Məqalədə,  CMB  əsasında  üçölçülü  modelin  hazırlanması,  dinamika  sıralarının  mütləq  artım 

göstəricilərinə  əsasən  və  nöqtələr  üsulunun  tətbiq  edilməsi  ilə  “daşınmaz  əmlak  bazarında 

dinamika xəritəsi”nin tərtib olunması və onun alqoritmik strukturunun hazırlanması mərhələləri 

öz  əksini  tapmışdır.  Metodiki  olaraq  kartoqrafik  və  digər  məhsulların  hazırlanmasında  ArcGIS 

proqram təminatından, Spatial Analyst3D Analyst təhlil modullarından istifadə edilmişdir.  

Məsələnin həlli 

Tədqiqat  işində,  ilk  dəfə  olaraq  2000-2010-cu  illər  üzrə  daşınmaz  əmlak  obyektlərinin 

artımının  tədqiq  edilməsi  və  bundan  irəli  gələrək,  daşınmaz  əmlak  bazarının  dinamikasının 

öyrənilməsi  məqsədi  ilə  aerokosmik  monitorinq  aparılmışdır.  Aerokosmik  monitorinqin 

aparılmasında  MZ  verilənlərinin  (ortofotoxəritələr  və  GeoEye  peykinin  çəkilişləri)  istifadə 

olunması  məqsədəuyğun  hesab  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  müxtəlif  illərə  aid  kosmik 

şəkillər ərazidə tədqiq olunan obyekt və hadisələrin dinamikasının öyrənilməsini təmin etməklə 

səciyyələnir [8]. 

Aerokosmik  monitorinq  ətraf  mühitin  xüsusiyyətlərindən  asılı  olaraq  əks  olunmuş  Günəş 

şüasının, Yerin məxsusi istilik şüalanmasının və aktiv radiolokasiya sistemlərinin şüalandırdığı, 

ətraf mühitdən əks olunan elektromaqnit dalğasının qeydə alınmasıdır. Aerokosmik monitorinqin 

əsas  məğzi  aerokosmik  ölçmələr  nəticəsində  alınmış  informasiyanın  interpretasiyasıdır. 

İnterpretasiya  obyekti  aero  və  kosmik  şəkillər,  skaner  təsvirlər,  təbii  mühiti  təşkil  edən 

elementlərin  spektral  xarakteristikaları,  müxtəlif  fiziki  parametrlərin  ölçü  nəticələri  və  vizual 

nəzarət zamanı əldə olunan informasiyası hesab olunur [9]. 

MZ verilənləri vasitəsi ilə surətlərin tanınması, daşınmaz əmlakların sərhədlərinin (torpaq 

sahələri,  fərdi  evlər,  qeyri-yaşayış  binaları  və  s.)  konturlar  üzrə  ayrılması  (deşifrəetmə 

əməliyyatı) proseduraları daşınmaz əmlak bazarının dinamikasının öyrənilməsində və daşınmaz 

əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının təkmilləşdirilməsində öz həllini gözləyən 

vacib məsələlərdəndir. 




İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

 



       www.jpit.az                                                                      63 

 

Aerokosmik  monitorinqin  aparılmasının  nəticəsi  olaraq  müəyyən  edilmişdir  ki,  ərazidə 



daşınmaz  əmlak  artımı  qəsəbənin  cənub-qərb  hissəsində  (şəkil  1),  Hövsan  kəndinin  şərq 

massivində və Hövsan bağları (şəkil 2) ərazisində müşahidə olunmuşdur. Hövsan kəndinin qərb, 

şimal və cənub ərazilərində daşınmaz əmlakın dinamikası zəif müşahidə edilmişdir.  

MZ  verilənləri  tətbiq  olunmaqla  obyektlərin  illər  üzrə  tədqiqi  prosedurası  ərazinin 

poliqonlara  bölünməsi  ilə  öz  həllini  tapmışdır.  Yaradılmış  76  ədəd  poliqon  əsasında  daşınmaz 

əmlak obyektlərinin illər üzrə tədqiq edilməsinə və dinamika sıralarının müəyyənləşdirilməsinə 

nail olunmuşdur.  

 

 



Şəkil 1. Hövsan qəsəbəsinin cənub-qərb hissəsinin MZ verilənləri  

a) 2000-ci il üçün; b) 2010-cu il üçün 

Cədvəl 1 

 2000-2010-cu illər üçün Hövsan qəsəbəsində daşınmaz əmlakların artımı 

 

 

Şəkil 2. Hövsan bağları ərazisinin MZ verilənləri 



 

 

İllər



 

2000


 

2001


 

2002


 

2003


 

2004


 

2005


 

2006


 

2007


 

2008


 

2009


 

2010


 

Torpaq 


sahələri

 

2800



 

3132


 

3455


 

3872


 

4252


 

5200


 

6080


 

7800


 

9200


 

10500


 

11009


 

Fərdi 


evlər

 

1200



 

1563


 

1850


 

2100


 

2800


 

3200


 

3600


 

3900


 

5300


 

6030


 

7771


 


İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

64                                                                  www.jpit.az 



 

      Cədvəl 2 

2000-2010-cu illər üçün Hövsan qəsəbəsində əhalinin sayı 

2000


 

2001


 

2002


 

2003


 

2004


 

2005


 

2006


 

2007


 

2008


 

2009


 

2010


 

31897


 

32399


 

32884


 

33354


 

33860


 

34404


 

35016


 

35740


 

36450


 

37193


 

37695


 

Bir sıra göstəricilər arasında sıx əlaqə mövcuddur. Bu elə asılılıqdır ki, bir dəyişənin hər 

bir qiymətinə digər bir dəyişənin hansısa müəyyən deyil, çoxlu sayda mümkün qiymətləri uyğun 

gəlir.  Belə  asılılıqlar  statistik,  stoxastik  və  ya  ehtimallı  asılılıqlar  adını  almışdır. Korrelyasiya 

təhlilinin əsas məsələsi isə təsadüfi dəyişənlər arasındakı əlaqənin üzə çıxarılması və onun əlaqə 

sıxlığının qiymətləndirilməsindən ibarətdir [10]. 

Təqdim  edilən  işdə  torpaq  sahələri  və  fərdi  evlərin  artım  göstəriciləri  ilə  illərin  dinamika 

sıraları  arasında  korrelyasiya  əmsalları  hesablanmışdır.  Metodiki  olaraq,  x  və  y  qiymətləri 

arasında korrelyasiya əmsalı aşağıdakı düsturla hesablanır:  

 

 (    )  



  ∑

  

 



   

-  ∑


  ∑

 

 



   

 

   



√*  ∑

 

 



   

 - * ∑


 +

 

   



 + * ∑

 

 



-

 

   



 * ∑

 

 



   

+ +


;   

-1≤ r(x,y)≤1

          

(1)


 

 

(1) ifadəsindən istifadə  edərək 2000-2010-cu illər intervalında daşınmaz  əmlakların  artım 



göstəriciləri arasında korrelyasiya əmsalını hesablaya bilərik. İlk növbədə torpaq sahələrinin və 

fərdi  evlərin  artım  göstəriciləri  ilə  illərin  dinamika  sıraları  arasında  korrelyasiya  əmsalları 

hesablanmışdır. Nəticə etibarı ilə hər iki halda əlaqənin sıx olması müşahidə edilmişdir. 

  ∑


  

 

   



 1294339370 

  ∑



 

 

   



 

   


 = 1293547500 

  ∑


  

 

   



  ∑

  ∑


 

 

   



 

   


= 791860 

{n ∑


  

 

   



  {∑

 +

 



   

 } {∑


    

 

   



 {∑

 

 



   

} }  =  811020,6523 

r (x-illər,y- torpaq sahələri)= 

      


           

= 0,97638697 

  ∑

  

 



   

 764900430 

  ∑


 

 

   



 

   


 = 764376270 

  ∑


  

 

   



  ∑

  ∑


 

 

   



 

   


= 524160 

{n ∑


  

 

   



  {∑

 +

 



   

 } {∑


    

 

   



 {∑

 

 



   

} }  =  545711,6096 

r (x-illər,y- fərdi evlər) = 

      


           

 = 0,96050733 

 

Şəkil 3. 2000-2010-cu illər üzrə torpaq sahələrinin və fərdi evlərin 



artım göstəriciləri arasında əlaqə 

Torpaq sahələri 

R = 0,976 

Fərdi evlər 

R = 0,960 

0

2000



4000

6000


8000

10000


12000

1995


2000

2005


2010

2015


To

rp

aq

 sah

ə



ri

 və 

fər

d



e

vl

ə



İllər 


İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

 



       www.jpit.az                                                                      65 

 

Daha  sonra  illik  göstəricilər  əsasında  daşınmaz  əmlak  bazarında  aktiv  olan  sahələr  təyin 



edilmişdir  (cədvəl  3).  Müəyyən  edilmişdir  ki,  daşınmaz  əmlak  bazarında  ən  aktiv  müşahidə 

edilən  sahə  Hövsan  kəndi  ərazisi  hesab  olunur.  Ərazidə,  torpaq  sahələri  2000-2010-cu  illər 

intervalındakı  hesablamalara  əsasən  3019  təşkil  edir.  Nəticədə  isə  Hövsan  qəsəbəsi  üzrə  8209 

ədəd yeni torpaq sahələrinin formalaşması müşahidə edilmişdir. 

Cədvəl 3 

Torpaq sahələrinin 2000-2010-cu illər üzrə artım fərqi 

 

İllər 


Torpaq sahələri (Suraxanı rayonu Hövsan qəsəbəsi) 

Cəm 


Cənubi-qərb 

Cənub 


Hövsan bağları 

Hövsan kəndi 

2000 

660 


410 

610 


1120 

2800 


2010 

2451 


1925 

2494 


4139 

11009 


Fərq 

 1791 


1515 

1884 


3019 

8209 


 

Statistikanın  mühüm  vəzifələrindən  biri  tədqiq  edilən  göstəricilərin  zaman  etibarı  ilə 

dəyişilməsini öyrənməkdən ibarətdir. Dinamika sırasının ilk səviyyəsini Y

1

, son səviyyəsini Yn, 



sıranın  cari  səviyyəsini  Y

i

,  özündən  əvvəlki  səviyyəni  Y



i-1

,  mütləq  artımı  isə  Δ  ilə  işarə  etsək, 

onda mütləq artımı aşağıdakı düsturlarla hesablamaq olar [11]: 

Δ

ə



=Y

i

-Y



1

 (əsas qayda);                                                            (2)                                                                     

Δ

s

=Y



i

-Y

i-1



 (silsiləvi qayda).                                                    (3)                                                                     

Cədvəl 4 

2000-2010-cu illər intervalında torpaq sahələrinin dinamikası üzrə mütləq artım 

Təqdim  edilən  işdə,  məkan  məlumatları  üzərində  müxtəlif  geoinformasion  analizlərin 

aparılmasını  və  xəritələşdirilməsini  təmin  etmək  məqsədi  ilə  CMB-nin  yaradılmasına  zərurət 

yaranmışdır. Yaradılmış CMB-də daşınmaz əmlaklar (torpaq sahələri, fərdi evlər, qeyri-yaşayış 

və yaşayış binaları) növlərinə görə təsnif edilmişdir (şəkil 4). 

 

Şəkil 4. MZ verilənləri əsasında yaradılmış coğrafi məlumat bazasından fraqment 



İllər 

2000 


2001 

2002 


2003 

2004 


2005  2006 

2007 


2008 

2009 


2010 

Torpaq sahələri 

2800 

3132 


3455 

3872 


4252 

5200 


6080 

7800 


9200 

10500 


11009 

Δ

ə



=Y

i

-Y



1

 



332 

655 


1072 

1452 


2400 

3280 


5000 

6400 


7700 

8209 


Δ

s

=Y



i

-Y

i-1



 

332 



323 

417 


380 

948 


880 

1720 


1400 

1300 


509 


İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

66                                                                  www.jpit.az 



 

İlkin  verilənlər  əsasında  CMB  platformasında  ərazinin  üçölçülü  modeli  hazırlanmışdır 

(şəkil  5).  Modelin  hazırlanması  proseduralarında  poliqon  növünə  aid  torpaq  sahələri  

ET GeoWizards köməkçi modul vasitəsi ilə xətti obyektlərə konvertasiya edilmişdir. Bununla da 

torpaq sahələri layına yüksəklik göstəricilərinin tətbiqi təmin olunmuşdur. 

 

Şəkil 5. Hövsan qəsəbəsinin cənub-qərb ərazisinin üçölçülü modeli 



Təqdim  edilən  işdə,  mütləq  artım  göstəricilərindən,  MZ  verilənlərindən  və  nöqtələr 

üsulundan  istifadə  etməklə  tədqiqat  ərazisinin  “daşınmaz  əmlak  bazarında  dinamika”  xəritəsi 

tərtib  edilmişdir.Növbəti  mərhələdə  əhalinin  sayı  ilə  fərdi  evlərin  dinamik  artım  göstəriciləri 

arasında korrelyasiya əmsalı hesablanmışdır (şəkil 6).  

 

Şəkil 6. Əhalinin sayı ilə fərdi evlərin artım göstəriciləri arasında əlaqə 



Daha  sonra,  tədqiqat  ərazisində  2000-2010-cu  illər  intervalında  fərdi  evlərin  dinamikası  üzrə 

mütləq artım hesablanmışdır. 

Cədvəl 5 

Ərazidə 2000-2010-cu illər intervalında fərdi evlərin dinamikası üzrə mütləq artım 

İllər 

2000 


2001 

2002 


2003 

2004 


2005 

2006 


2007 

2008 


2009 

2010 


Fərdi evlər 

1200 


1563 

1850 


2100 

2800 


3200 

3600 


3900 

5300 


6030 

7771 


Δ

ə

=Y



i

-Y

1



 

363 



650 

900 


1600 

2000 


2400 

2700 


4100 

4830 


6571 

Δ

s



=Y

i

-Y



i-1

 



363 

287 


250 

700 


400 

400 


300 

1400 


730 

1741 


y = 0,927x + 31313 

R² = 0,946 

R=0,972 

0

5000



10000

15000


20000

25000


30000

35000


40000

45000


0

2000


4000

6000


8000

10000



İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

 



       www.jpit.az                                                                      67 

 

60-cı  illərin  sonu  70-ci  illərin  əvvəllərində  kompüter  texnologiyalarının  əsas  istiqaməti 



məlumatların emalı və xüsusi ilə alqoritmik metodların təkmilləşdirilməsi olmuşdur. Əsas etibarı 

ilə məlumatların emal edilməsinə xüsusi önəm verilirdi [12].   

Təqdim edilən işdə “daşınmaz əmlak bazarında dinamika xəritəsi”nin tərtibinin blok sxemi 

hazırlanmışdır (şəkil 7). 

 

 

 

Şəkil 7. “Daşınmaz əmlak bazarında dinamika xəritəsi”nin tərtib edilməsinin blok sxemi 



 

Ötən illərlə müqayisədə ölkəmizin daşınmaz əmlak bazarında 2009-cu ili böhran ili kimi 

səciyyələndirmək  mümkündür.  Təkcə  tikintinin  tempinin  aşağı  düşməsi  bu  iddianın  üzərində 

dayanmağa  əsas  verir.  Ümumilikdə  isə  Azərbaycanda  iqtisadi  böhranın  təsirləri  2008-ci  ilin 

sentyabr  ayından  müşahidə  olunmağa  başlayıb.  2009-cu  ildə  ilkin  mənzil  bazarında  qiymətlər 

17,5%,  böhrandan  sonrakı  dövrdə  23,6%,  təkrar  mənzil  bazarında  14,2%,  böhrandan  sonrakı 

dövrdə 27,1%, torpaq bazarında 14,5%, böhrandan sonrakı dövrdə 40,2%, qeyri-yaşayış sahələri 

bazarındakı  satış  qiymətlərində  10,8%,  icarə  qiymətlərində  11,5%,  böhrandan  sonrakı  dövrdə 

satış  qiymətlərində  18,3%,  icarədə  18,4%  qiymət  azalması  qeydə  alınıb.  Tikinti  materialları 

bazarında  2009-cu  ilin  əvvəlində  qeydə  alınmış  nəticədən  21,1%  artım,  böhrandan  sonrakı 

dövrdə  isə  30,3%  qiymət  azalması  müşahidə  olunub.  Ümumi  bazar  üzrə  2009-cu  ildə  15,2%, 

böhrandan sonrakı dövrdə 26,1% qiymət azalması olub [13]. 

Beləliklə, 

əmlakların  idarə  edilməsində,  müxtəlif  geoinformasion  analizlərin 

aparılmasında,  daşınmaz  əmlak  bazarının  Respublika  üzrə  dinamikasının  təhlili  məsələlərində 

CMB-nin  yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Daşınmaz  əmlak  sahəsində  MZ  verilənləri 

əsasında  vahid  informasiya  bazasının  yaradılması  vacib  məsələlərdəndir.  Bu  zaman  MZ 

verilənlərindən istifadə etməklə dinamikanın hansı istiqamətdə yayılmasını, hansı sahələrin daha 

aktiv  olmasını  müəyyəm  etmək  mümkün  olacaq  və  müqayisəli  analizlərin  aparılmasına  şərait 

yaradılacaqdır. Bu da öz növbəsində daşınmaz  əmlak bazarı üzrə mütəxəssislərin, ekspertlərin, 

təşkilatların və s. mütəmadi olaraq zəruri informasiya ilə təmin olunmasına zəmin yaradır.  

 

 



İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

68                                                                  www.jpit.az 



 

Nəticə 

Təqdim  olunan  işdə  2000-2010-cu  illər  intervalında  daşınmaz  əmlakların  artım 

göstəricilərinin təyin edilməsində, daşınmaz əmlak bazarında aktivliyin müəyyənləşdirilməsində, 

məkan  məlumatlarının  kütləvi  olaraq  idarə  edilməsində  MZ  verilənlərinin  və  CİS-in  optimal 

olaraq  tətbiqi  imkanları  araşdırılmışdır.  Nəticə  etibarı  ilə  Hövsan  qəsəbəsi  ərazisinin  daşınmaz 

əmlak  tematikalı  CMB-si  hazırlanmış  və  baza  əsasında  3D  Analyst,  Spatial  Analyst  təhlil 

modullarından  istifadə  etməklə  üçölçülü  modelin  yaradılmasına  nail  olunmuşdur.  Modelin 

hazırlanması  proseduralarında  poliqon  növünə  aid  torpaq  sahələrinin  ET  GeoWizards  köməkçi 

modul  vasitəsi  ilə  xətti  obyektlərə  konvertasiya  edilməsi  realizə  edilmişdir.  Bundan  başqa, 

GeoEYE  peykinə  aid  informasiyaların  kmz,  kml  genişlənməsindən  shp  genişlənməsinə 

konvertasiya olunaraq məlumatların CMB-yə gətirilməsi reallaşdırılmışdır. Qeyd etmək lazımdır 

ki, məhsulun qısa bir vaxt ərzində realizə edilməsi üçün sistemin tam olaraq avtomatlaşdırılması 

təmin edilmişdir. Dinamika sıralarının mütləq artım göstəriciləri və kartoqrafiya sahəsində geniş 

yayılmış nöqtələr üsulu tətbiq olunmaqla “daşınmaz əmlak bazarının dinamikası xəritəsi” tərtib 

edilmişdir.  

Nöqtələr üsulu obyektin həm coğrafi yayılmasını, həm də onun kəmiyyət xüsusiyyətlərini 

verə  bilir.  Nöqtələr  obyektin  coğrafi  yerləşməsini,  onların  sayı  isə  həmin  obyektin  kəmiyyət 

xüsusiyyətlərini  müəyyən  etməyə  imkan  verir  [14].  Bu  baxımdan  xəritənin  tərtibi  məqsədi  ilə 

CİS  tətbiq  olunmaqla  proseduralar  avtomatlaşdırılmışdır.  Nöqtələrin  obyektlərin  mərkəz 

sahələrinə  paylanması  prosedurası  konvertasiya  (polyqon  to  point)  əməliyyatı  ilə  öz  həllini 

tapmışdır. Nöqtələrin avtomatik paylanmasından sonra daşınmaz əmlakla bağlı sıxlıq, dinamika 

və s. xəritələr tərtib oluna bilər. 

Ədəbiyyat  

1.

 



http://www.mediaforum.az/az/daşınmaz əmlak bazarı 2009-cu ildə. 

2.

 



http://contact.az/docs/2011/Economics&Finance

3.



 

Alıyev  E.M.  Məsafədən  Zondlama  verilənlərinin  müxtəlif  genişlənmələrdə  saxlanılması, 

emal  edilməsi  və  kompressiyası  məsələləri  /  Azərbaycanda  Geodeziya  və  Kartoqrafiyanın 

inkişaf perspektivləri mövzusunda III elmi-praktik konfransın materialları. Bakı: Ulu, 2011, 

s. 191-199. 

4.

 



Babayev  X.Y.,  Bağırova  S.A.  Azərbaycanın  Lənkəran  zonasında  eroziyaya  uğramış 

torpaqların qiymətləndirilməsi məsələlərində coğrafi məlumat sistemləri texnologiyalarından 

istifadə  imkanları  //  Azərbaycan  Milli  Aerokosmik  Agentliyinin  Xəbərləri,  Bakı,  2010,  

№ 2-3 (13), s. 50-56. 

5.

 

Гитис  В.Г.,  Ермаков  Б.В.  Основы  пространственно-временного  прогнозирования  в 



геоинформатике. М.: Физматлит, 2004, 256 с. 

6.

 



Bağmanov  Z.A.  CİS  texnologiyası  əsasında  xəritə  tərtibi  prosesinin  avtomatlaşdırılması  / 

Azərbaycanda  Geodeziya  və  Kartoqrafiyanın  inkişaf  perspektivləri  mövzusunda  III  elmi-

praktik konfransın materialları. Bakı: Ulu, 2011, s. 170-178. 

7.

 



Лопандя  А.В.,  Немтинов  В.А. 

Основы  ГИС  и  цифрового  тематического 

картографирования. Тамбов, 2007, 71 с.  

8.

 



Книжников  Ю.Ф.,  Кравцова  В.И.,  Тутубалина  О.В.  Аэрокосмическое  методы 

географических исследований, М:  Издательский центр «Академия», 2004. 

9.

 

Mehdiyev A.Ş., Əzizov B.M., Mehdiyev C.S., Aerokosmik Monitorinq. Bakı: Elm,  2005. 



10.

 

http://ekonometriks.wordpress.com



 

11.


 

Ömərov S.Ö., Cavadov N.Ə. Riyazi və tətbiqi statistika. Bakı: Azərnəşr, 2007. 

12.

 

Fərziyev T. İnformatika. Bakı: Hədəf nəşrləri, 2010, səh. 360. 



13.

 

http://gundelik-baku.com



 

14.


 

Piriyev  R.  Kartoqrafiya.  Bakı:  Azərbaycan  Dövlət  Tədris  Pedaqoji  Ədəbiyyatı  Nəşriyyatı, 

Bakı, 1964. 



İnformasiya texnologiyaları problemləri, №1(5), 2012, 61-69 

 

 



       www.jpit.az                                                                      69 

 

УДК 004.04 



Алыев Эльвин М. 

Институт Космических Исследований Природных Ресурсов НАКА, Баку, Азербайджан 

elvin.aliyev.m@gmail.com 

Задачи изучения динамики рынка недвижимости на основе данных дистанционного 

зондирования и геоинформационных систем  

Изучение  динамики  рынка  недвижимости,  проведение  сравнительных  анализов, 

автоматизация  управления  объектами  недвижимости,  создание  различных  тематических 

карт,  изучение  показателей  роста  и  т.п.    являются  важными  вопросами,  требующими 

решения.  В  статье  исследованы  возможности  применения  геоинформационных  систем  и 

данных  дистанционного  зондирования  (ДЗ),  отражены  пути  изучения  динамики  роста 

объектов  недвижимости  в  период  2000-2010  годов  посредством  проведения 

аэрокосмического мониторинга. Основными целями исследовательской работы являются 

создание  базы  географических  данных  (БГД)  на  основе  данных  ДЗ  (2000-2010  годы), 

определение  активных  территорий  на  рынке  недвижимости,  расчет  корреляционных 

коэффициентов  между  их  годовыми  показателями  и  другими  цифрами,  определение 

абсолютного роста. В статье также отражены вопросы построения трехмерной модели на 

базе  БГД,  создания  «карты  динамики  рынка  недвижимости»  и  ее  алгоритмической 

структуры путем применения точечного метода и показателей абсолютного роста.  



Ключевые  слова:  геоинформационные  системы,  дистанционное  зондирование,  база 

географических данных, программное обеспечение ArcGIS. 

 

Elvin M. Aliyev  

NASA Institute for Spase Research of Natural Resources, Baku, Azerbaijan

 

elvin.aliyev.m@gmail.com



 

The  issues  of  research  of  real  estate  dynamics  using  remote  sensing  data  and  geographic 

information systems

 

Studying of dynamics of real estate market carrying out of comparative analyses, automation of 

management of real estate objects, creation of various thematic cards, studying of indicators of 

growth  etc.  are  the  important  questions  demanding  solution.  In  the  article  the  possibilities  of 

application of geo  information  systems  and remote sensing (RS) data  are investigated,  ways  of 

studying  of  growth  dynamics  of  real  estate  objects  between  2000  and  2010  by  means  of 

implementation of space monitoring are reflected. Creation of geographical database (GDB) on 

the  basis  of  RS  data  (between  2000  and  2010),  definition  of  active  territories  in  real  estate 

market,  calculation  of  correlation  factors  between  their  annual  indicators  and  other  figures, 

definition of absolute growth are the main objectives of conducted research work. In the article 

the issues of construction of three-dimensional model on the basis of GDB, creation of “map of 

dynamics of real estate market” and its algorithmic structure by application of a dot method and 

indicators of absolute growth are also reflected. 

Key words: geographic information systemsremote sensing, geographical database, 

ArcGIS 

software.

 

 



 

Yüklə 126,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə