Ümumi məlumat



Yüklə 159,91 Kb.
tarix02.10.2017
ölçüsü159,91 Kb.
#2613
növüQaydalar

Qeyd: Bu hesabat Emitent tərəfindən hazırlanmış və təqdim edilmişdir. Bakı Fond Birjası QSC hesabatda dərc edilmiş məlumatlara, o cümlədən onların dəqiqliyinə görə məsuliyyət daşımır.


“FinEx Kredit BOKT” Açıq Səhmdar Cəmiyyəti

“Bakı fond birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları”

(Forma №2)


EMİTENT HESABATI

Qeyd: Bu hesabat AZ20040192409Dövlət qeydiyyat nömrəli, hər birnin nominal dəyəri 500 (beş yüz) ABŞ dollar olan 390 (üç yüz doxsan) ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazların buraxılışı üzrə tərtib edilmişdir

21.12.2015


  1. Ümumi məlumat




  1. Hüquqi şəxsin adı;

“FinEx Kredit BOKT” Açıq Səhmdar Cəmiyyəti


  1. Emitent nizamnaməsinin, illik və rüblük hesabatlarının səhmdarlar və investorlar tərəfindən əldə edilə biləcəyi yeri və üsulu;

Bütün məlumatları Bakı şəhəri Nəsimi r-au, Süleyman Rüstəm küçəsi 11 ünvanında yerləşən şirkətin inzibati binasından və www.finexkredit.az saytından əldə etmək olar.




  1. Emitent Hesabatında əksini tapan bütün məlumatların dürüstlüyünə, düzgünlüyünə və tamlığına, faktlara uyğun olduğunua dair Hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin bəyanatı;

Hesabatın məzmununa görə məsuliyyət daşıyan şəxslərin adı və vəzifəsi: Fərid

Həmidov (İdarə Heyətinin Sədri), Qasımov Rəşad Şöhrət (İdarə Heyətinin sədir müavini),

Vüqar Zeynalov (Baş Mühasib)


  1. Emitentin maliyyə hesabatlarının auditini aparan şəxs;

“RSM Azerbaijan” MMC, Dəmirçi Plaza 21-ci mərtəbə, Xocalı pr 37. Bakı şəhəri


  1. Qiymətli Kağızın buraxılışlarının Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alındığı tarixlər göstərilməklə, Qiymətli Kağızın Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Emitent tərəfindən emissiya edilməsi haqqında bəyanat;

- Emitent 2000-ədəd adi sənədsiz adlı səhm buraxmışdır. Nominal dəyəri 100 (yüz) manatdır. Qiymətli kağızların qeydiyyat nömrəsi AZ1001019244 (qeydiyyat tarixi: 13 – Noyabr – 2014)


- Emitent 800-ədəd faizli təmin edilməmiş istiqrazlar buraxmışdır. Nominal dəyəri 500 (beş yüz) manatdır. Qiymətli kağızların qeydiyyat nömrəsi AZ2002019241 (qeydiyyat tarixi: 25 – fevral – 2015)
- Emitent 900-ədəd faizli təmin edilməmiş istiqrazlar buraxmışdır. Nominal dəyəri 500 (beş yüz) manatdır. Qiymətli kağızların qeydiyyat nömrəsi AZ2003019241 (qeydiyyat tarixi: 11 – iyun – 2015)


  1. Emitentin reyestrsaxlayıcısının tam adı və ünvanı;

“Milli Depozit Mərkəzi” QSC, Ünvan: Bakı şəhəri Bül-Bül prospekti 19


  1. Qiymətli Kağızların anderrayterinin və Emitent Hesabatında verilən məlumatın məzmunu və ya mənası ilə əlaqədar izahlar verə bilən səlahiyyətli şəxsin adı və əlaqə rekvizitləri;

“Texniki Kapital Menecment” MMC Ünvan: Bakı şəhəri Ə.Quliyev küç. 1131, C.Q.İbrahimov (Direktor) Tel: (012) 496-50-00.




  1. Qiymətli Kağız haqqında məlumat




  1. Emitent Hesabatında Emitent və onun listinqdən keçməsi nəzərdə tutulan Qiymətli Kağızı haqqında aşağıdakı məlumat verilməlidir:




  1. Qiymətli Kağızın növü, forması, miqdarı, nominal dəyəri, tədavül müddəti və illik faiz dərəcəsi (olduqda);

Faizli, təminatsız, sənədsiz və adlı İstiqraz – 390 ədəd, nominal dəyəri 500 (beş yüz) ABŞ dollar Tədavül müddəti 1080 gun faiz dərəcəsi 14%




  1. Qiymətli Kağızla əlaqəli hüquqların təsviri, xüsusilə:

  1. Qiymətli Kağız səhmlər olduqda, səsvermə hüquqlarının və Emitentin ləğv edilməsi və ya səhmlərin geri alınması hallarında qalıqdan pay əldə etmək hüququnun təsviri;

Bu cür qiymətli kağızlar mövcud deyil.




  1. Qiymətli Kağız konversiya borcu istiqrazlar və ya digər konversiya oluna bilən Qiymətli Kağız olduqda, onun sahibinin malik olduğu Qiymətli Kağızı dəyişdirə biləcəyi şərtlər, tarixlər və dəyişdirilə bilən Qiymətli Kağıza aid hüquqlar;

Bu cür qiymətli kağızlar mövcud deyil.




  1. Dividendlərin və ya faizlərin alınması şərtləri (ödənişin üsulu və tarixləri);

İstiqrazların nominal dəyəri bu İstiqrazların tədavül müddətinin bitdiyi tarixdə ABŞ Dolları ilə və köçürmə yolu ilə emitent tərəfindən ödəniləcək. Faizlər vaxtı- vaxtında 10 faiz ÖMV tutularaq istiqraz sahiblərinə rüblük nəğd və ya köçürmə yolu ilə ödənilir.


ç) Qiymətli Kağızın alınmasına dair üstünlük hüquqlarının mövcudluğu və həmin hüquqların istifadəsi qaydaları;

Mövcud deyil.




    1. Qiymətli Kağızın Emitent tərəfindən geri alınması nəzərdə tutulduqda, bu cür geri alınmanın şərtləri və qaydaları;

Nəzərdə tutulmayıb.





  1. Emitent haqqında məlumat




  1. Emitentin tam adı, qısaldılmış adı, hüquqi ünvanı və hüquqi ünvandan fərqlidirsə, əsas inzibati bölmənin yerləşdiyi ünvan. Bütün filialların, nümayəndəliklərin və digər əsas inzibati bölmələrin ünvanları və telefon nömrələri

Emitentin adı: “FinEx Kredit Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti Emitentin qısaldılmış adı: “FinEx Kredit BOKT” ASC

Emitentin hüquqi ünvanı: Bakı şəhəri Nəsimi r-u, Süleyman Rüstəm küçəsi 11 Emitentin faktiki ünvanı: Bakı şəhəri Nəsimi r-u, Süleyman Rüstəm küçəsi 11




Filial

Yaranma tarixi

Ünvanı

Rəhbər (S.A.A)

1

FinEx Kredit BOKT ASC Gəncə Filialı

30.05.2014

Gəncə şəhəri, Atatürk prospekti, ev254/17

Namazov Tahir Çingiz oğlu



  1. Emitentin dövlət qeydiyyatına alındığı tarix, yer və dövlət qeydiyyat nömrəsi

Emitent Azərbaycan Respublikası Vergilər Nazirliyində 14.06.2013 tarixində 1402547331 saylı Eyniləşdirmə Nömrəsi ilə Qeydiyyatına alınmışdır.




  1. Müəyyən olmadığı hallar istisna olmaqla, Emitentin fəaliyyət müddətinin sonu,.

Emitentin fəaliyyət müddətinin sonu qeyri müəyyəndir.


  1. Emitentin nizamnamə kapitalı haqqında məlumat




  1. Emitentin nizamnamə kapitalının məbləği və onu təşkil edən səhmlərin miqdarı, növləri və forması

Emitentin nizamnamə kapitalı: ümumi dəyəri 500 000 (beş yüz min) manat olmaqla, hər birinin nominal dəyəri 100 (bir yüz) manat olan 5 000 ədəd səhmdən ibarətdir.




  1. Yerləşdirilməmiş (və ya ödənilməmiş) səhmlərin miqdarı, növləri və nominal dəyəri

5 000 – min ədəd adi səhimlər bir səhmin nominal dəyəri 100 (bir yüz) manat.


  1. Emitent konversiya borcu istiqrazlarını və ya digər səhmlərə dəyişdirilə bilən Qiymətli Kağızları buraxdıqda, onların miqdarı, məbləği və bu cür dəyişmənin qaydaları

Bu cür qiymətli kağızlar mövcud deyil.


  1. Son 3 (üç) maliyyə ili ərzində nizamnamə kapitalında dəyişikliklər olduğu halda, bu haqda ətraflı məlumat

09.02.2015-ci il tarixli Reyestrdən Çıxarışa əsasən Nizamnamə kapitalı 300 000 manatdan

500 000 manata qaldırılmışdır.




  1. Emitentə və ya Emitentin törəmə və asılı şirkətlərinə məxsus Emitentin Qiymətli


Kağızların miqdarı və nominal dəyəri
Səhm formasında – 500 ədəd, hər birinin nominal dəyəri 1 000 manat

İstiqraz formasında – 800 ədəd, hər birinin nominal dəyəri 500 ABŞ dolları

İstiqraz formasında – 900 ədəd, hər birinin nominal dəyəri 500 ABŞ dlları


  1. Emitentin nizamnamə kapitalını təmsil etməyən buraxılışıları haqqında məlumat




  1. Emitent aşağıdakı hallarda nizamnamə kapitalını təmsil etməyən buraxılışıları


haqqında ətraflı məlumat verməlidir:



  1. Son 3 (üç) il ərzində Emitent tərəfindən buraxılmış və onun nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat;




  • Emitent 390-ədəd faizli təmin edilməmiş isiqrazlar buraxmışdır. Nominal dəyəri 500 (beş yüz) manatdır. Qiymətli kağızların qeydiyyat nömrəsi AZ2001019242

  • Emitent 800-ədəd faizli təmin edilməmiş isiqrazlar buraxmışdır. Nominal dəyəri 500 (beş yüz) ABŞ dollarıdır . Qiymətli kağızların qeydiyyat nömrəsi AZ2001019242

  • Emitent 900-ədəd faizli təmin edilməmiş isiqrazlar buraxmışdır. Nominal dəyəri 500 (beş yüz) ABŞ dollarıdır . Qiymətli kağızların qeydiyyat nömrəsi AZ2003019240



  1. Son 3 (üç) ildən əvvəl buraxılmış və hal-hazırda dövriyyədə olan nizamnamə kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat:

Mövcud deyil.


  1. Emitentin fəaliyyəti haqqında məlumat




  1. Emitentin və ya onun Aidiyyatı şəxslərinin kommersiya fəaliyyətinin təsviri. Bu cür təsvir aşağıdakıları daxil etməlidir:




    1. Emitentin, onun Aidiyyatı şəxslərinin ən azı son 3 (üç) maliyyə ili ərzində kommersiya fəaliyyətinin xülasəsi

Emitent və ona aidiyyatı şəxslər son 3 (üç) maliyyə ili ərzində maliyyə sektorunda çaılışırlar.





    1. Sonuncu tam maliyyə ilinin sonundan başlamaqla, Emitentin kommersiya fəaliyyətinin inkişafına əhəmiyyətli təsir göstərə bilən amillər.

Təşkilat qiymətli kağızlar bazarının fəal iştirakçısına çevrilmişdir. Yeni vəsaitlər cəlb olunmuşdur və bu vəsaitlər kredit verilməsinə yönəldilmişdir. Son maliyyə ilində baş verən devalvasiyya ümumi gəlirə heç bir təsiri olmamışdır.




  1. Emitent tərəfindən istehsal olunmuş əsas məhsullar və göstərilmiş xidmətlər, bu məhsulların yayılması və xidmətlərin göstərilməsi üsulları və məhsul və xidmətlər üçün əsas bazarlar:




  • Emitent yerli bazarda Kredit xidməti göstərir.



  1. Emitentin aktivlərindən mühüm məbləğdə investisiya tələb edən və ya digər cəhətdən mühüm olan yeni məhsul buraxılışı və ya xidmət göstərilməsinə başlandıqda, həmin məhsulun və ya xidmətin hansı mərhələdə olmasının təsviri, xammalın mənbələri və mövcudluğu

Mövcud deyil.



  1. Emitentin fəaliyyətinin nə dərəcədə mövsümi olduğu və ya ola biləcəyi;

Fəaliyyət mövsümi xarakter daşımır.



  1. Emitentin fəaliyyətinin rəqabətli şəraiti, o cümlədən, mühüm əhəmiyyəti olduqda, Emitentin və ya onun Aidiyyatı şəxslərinin rəqabət apardığı bazarların müəyyən edilməsi, mühüm rəqiblərin sayı və Emitenentə məlumdursa, Emitentin və onun


Aidiyyatı şəxsləsinin rəqabət mövqeyi
“FinEx Kredit BOKT” ASC-nin fəaliyyət göstədiyi sahədə rəqabət böyük olsada cəmiyyət dayanıqlı, şəffaf və mənfəətlə işləmək üçün mühüm addımlar atmışdır. Bazarda kifayət qədər böyük BOKT-lar vardır.Bunlardan Kreadqro, İcraçı Kredit Agentliyi, FİNCA Azərbaycan, Vijn Fond Azərkredit, Aqrar kredit və s. misal göstərmək olar. Bu BOKT-ların əksəriyyəti regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. una bazmayaraq əhaliyə geniş çeşiddə maliyyə məhsulları təklif edirlər. Lakin hər bir BOKT-un olduğu kimi “FinEx Kredit BOKT” -nun öz üstün cəhətləri vardır. “FinEx Kredit BOKT”-nun üstünlüyü yüksək keyfiyyətdə xidmət göstərməsi və operativliyidir.



  1. Müvafiq bazar seqmentində listinqdən keçəcək Emitentə münasibətdə  hər bir bazar seqmentinin hesabat tələblərinə uyğun olaraq son 3 (üç) maliyyə ili ərzində ümumi gəlirin coğrafi bazarlar və fəaliyyət növləri üzrə bölgüsü; mövcud deyil




Gəlir və Xərc

2013

2014

Faiz Gəliri

5 204

125 370

Komisisya gəliri

4 660

-

Inzibati və digər əməliyyat xərcləri

8 081

99 425

Xalis mənfəət

894

16 508



  1. Emitentin patentlərdən, ticarət nişanlarından, lisenziyalardan, françayzinq müqavilələrindən və konsessiyalardan və ya sənaye, ticarət və ya maliyyə müqavilələrindən və ya yeni istehsalat proseslərindən nə dərəcədə asılı olduğu haqqında

məlumat:

  • Emitent Mərkəzi bankın verdiyi lisenziya əsasında fəaliyyət göstərir.



  1. Yaxın keçmişdə Emitentin kommersiya fəaliyyətində onun maliyyə vəziyyətinə əhəmiyyətli təsirə malik fasilələr haqqında məlumat:

Mövcud deyil.




  1. Emitentin gələcək fəaliyyət planları haqqında məlumat.

Qarşıda duran əsas məqsəd “FinEx Kredit BOKT” ASC-nin regionlarda yeni filial şəbəkəsini qurmaq, müştərilərə şəffaf və çevik xidmət göstərmək, yeni və cəlbedici kredit məhsulları yaratmaq, dayanıqlı inkişafı təmin etməkdir.




  1. Tədqiqatlar və yeni məhsuların və xidmətlərin yaradılması.




  1. Son 3 (üç) maliyyə ili ərzində yeni məhsulara və xidmətlərə dair tədqiqatların aparılması və yeni məhsulların və xidmətlərin yaradılması siyasətilə bağlı məlumat, mühümdürsə

Bazar araşdırmaları nəticəsində potensial müştərilərin tələbləri prioritet hesab olunur və yeni kredit məhsulları bu tələblərin yerinə yetirilməsi üçün hazırlanır.




  1. Tədqiqatların və yeni məhsulların və xidmətlərin yaradılması ilə bağlı xərclər.-

Mövcud deyil.



  1. Emitentin işçilərinin sayı, əməkhaqqı fondunun məbləği və bu rəqəmlərdə son 3 (üç) maliyyə ili ərzində olan hər hansı bir mühüm dəyişikliklər.


İşçilərin sayı 17 nəfər , aylıq əmək haqqı fondunun məbləği 10000 manat təşkil edir. Şirkət fəaliyyətə başlayandan etibarən ciddi dəyişiklik olmamışdır.


  1. Emitentin müəssisələri, zavodları, fabrikləri, binaları və digər mühüm maddi əmlakları haqqında qısa məlumat.

Mövcud deyil.


  1. Tərəflərindən biri Emitent və ya onun Aidiyyatı şəxsi olan və ya onların əmlakı çəkişmənin obyekti olan davam edən məhkəmə və ya arbitraj proseslərinin və onların maliyyə risklərinin qısa təsviri, proseslərin keçirildiyi məhkəmənin və ya digər orqanın adı, onların başlandığı tarix, əsas tərəflər, iddiaların əsaslandığı hallar və qəbul olunmuş qərarlar.

Mövcud deyil



    1. İnvestisiya siyasəti. Mövcud deyil




  1. Rəqəmlər göstərilməklə, son 3 (üç) maliyyə ili və cari ilin ötən ayları ərzində Emitent tərəfindən digər şirkətlərə qoyulan sərmayələrin və digər investisiyaların təsviri

Mövcud deyil


  1. Emitentin gələcəkdə planlaşdırdığı mühüm investisiyalar haqqında məlumat.

FinEx Kredit BOKT ASC yaxın gələcəkdə regionlarda yeni filial şəbəkəsinin yaradılması üçün investisiya etməyi planlaşdırır.




  1. Son 3 (üç) il ərzində keçirilən Səhmdarların Ümumi Yığıncaqlarının qüvvədə olan qərarları haqqında məlumat.



  1. Yığıncağın tarixi və növü, gündəliyi və gündəlik üzrə səsvermənin nəticələri

Təsisçilərin ümumi yığıncaqları haqqında məlumat (cədvəl formasında).



Ümumi

yığıncağın tarixi



Gündəlikdə

duran


məsələ(lər)

Qəbul edilmiş qərar(lar)

20.05.2013

  1. “FinEx Kredit” BOKT–nin təsis edilməsi.

  2. “FinEx Kredit” BOKT–nin Nizamnaməsinin təsdiq edilməsi.

  3. “FinEx Kredit” BOKT –nin Müşahidə Şurasının Sədrinin və üzvlərinin seçilməsi.

  4. “FinEx Kredit” BOKT –nin İdarə Heyətinin üzvlərinin və Sədrinin təyin edilməsi.

  5. “FinEx Kredit” BOKT–nin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi.

Təsis edilməsi təsdiq edildi.




18.06.2013

“FinEx Kredit” BOKT-nin ASC-nin səhm buraxılışı emissiyası və onun şərtlərinin təsdiq edilməsi haqqında.

“FinEx Kredit” BOKT-nin ASC-nin səhm buraxılışı emissiyası və onun şərtlərinin təsdiq edildi.

01.07.2013

  1. “FinEx Kredit” BOKT–nin Nizamnaməsinə dəyişiliklər edilməsi və yeni redaksiyanın təsdiq edilməsi.

  2. “FinEx Kredit” BOKT–nin nizamnaməsinə edilən dəyişiliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi.

  1. “FinEx Kredit” BOKT–nin Nizamnaməsinə dəyişiliklər edilməsi və yeni redaksiyanın təsdiq edildi.

  2. “FinEx Kredit” BOKT–nin nizamnaməsinə edilən dəyişiliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müraciət edilməsi təsdiq edildi.

31.07.2013

  1. “FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvünün azad edilməsi və yeni üzvün seçilməsi haqqında

  2. “FinEx Kredit” BOKT –nin Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi, etibarnamənin imzalanması səlahiyyətinin verilməsi haqqında

  1. “FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvünün azad edilməsi və yeni üzvün seçilməsi təsdiqləndi.

  2. “FinEx Kredit” BOKT –nın Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi, etibarnamənin imzalanması səlahiyyətinin verilməsi təsdiqləndi

11.04.2014

  1. “FinEx Kredit” BOKT ASC-nin hüquqi ünvanının dəyişdirilməsi, nizamnaməyə dəyişiklik edilməsi və təsdiqlənməsi haqqında

  2. “FinEx Kredit” BOKT Açıq Səhmdar Cəmiyyəti nizamnaməsinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi haqqında




  1. “FinEx Kredit” BOKT ASC-nin hüquqi ünvanının dəyişdirilməsi, nizamnaməyə dəyişiklik edilməsi təsdiqləndi.

  2. “FinEx Kredit” BOKT Açıq Səhmdar Cəmiyyəti nizamnaməsinə edilmiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi haqqındatəsdiqləndi.

23.05.2014

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası təsdiqləndi.

16.06.2014

  1. “FinEx Kredit” BOKT ASC-nin Kapital Bank ASC-dən kredit xəttinin açılması haqqında

  2. “FinEx Kredit” BOKT ASC-nin Gəncə filialının açılması və filialın əsasnaməsinin təsdiqi haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin Kapital Bank ASC-dən kredit xəttinin açılması təsdiq edildi.

  2. “FinEx Kredit” BOKT ASC-nin Gəncə filialının açılması və filialın əsasnaməsinin təsdiqi edildi.

20.08.2014

  1. Apıyev Tosun Fərman oğluna 90000 (doxsan min) manat miqdarında kreditin verilməsi haqqında

  1. Apıyev Tosun Fərman oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi təsdiqləndi.

15.09.2014

  1. Əliyev Rasim Oruc oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi haqqında

  2. “FinEx Kredit” BOKT ASC-nin Daxili Auditorun seçilməsi.

  1. Əliyev Rasim Oruc oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi təsdiqləndi.

  2. “FinEx Kredit” BOKT ASC-nin Daxili Auditorun seçilməsi təsdiqləndi.

23.10.2014

  1. Apıyev Tosun Fərman oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi haqqında

  2. Məmmədov Rövşən Fikrət oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi haqqında

  1. Apıyev Tosun Fərman oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi təsdiqləndi.

  2. Məmmədov Rövşən Fikrət oğluna 90 000 (doxsan min) manat miqdarında kreditin verilməsi təsdiqləndi.

03.11.2014

  1. “Finex Kredit” BOKT ASC –nin cari maliyyə vəziyyətinə və 2014-cü ilin 3-cü rübünə olan maliyyə  nəticələri haqqında

  2. “FinEx Kredit” BOKT ASC –nin İdarə etmə orqanlarının tərkibi haqqında

  3. Apiyev Tosun Fərman oğluna veriləcək kreditin girovuna dəyişiklik haqqında

  1. “Finex Kredit” BOKT ASC –nin cari maliyyə vəziyyətinə və 2014-cü ilin 3-cü rübünə olan maliyyə  nəticələri təsdiqləndi.

  2. “FinEx Kredit” BOKT ASC –nin İdarə etmə orqanlarının tərkibi təsdiqləndi.

  3. Apiyev Tosun Fərman oğluna veriləcək kreditin girovuna dəyişiklik təsdiqləndi

13.01.2015

  1. “FinEx Kredit” BOKT ASC-nin nizamnaməsinə dəyişiklik edilməsi və dəyişikliyin təsdiqlənməsi haqqında

  2. “FinEx Kredit” BOKT ASC –nin nizamnaməsinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin nizamnaməsinə dəyişiklik edilməsi və dəyişikliyin təsdiqləndi

  2. “FinEx Kredit” BOKT ASC –nin nizamnaməsinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi təsdiqləndi.

03.02.2015

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası haqqında

11.04.2015

  1. “FinEx Kredit” BOKT ASC-nin 2014-cü il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında

  2. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası haqqında

  3. “FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvünün azad edilməsi və yeni üzvün seçilməsi haqqında

  4. “FinEx Kredit” BOKT –nın Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi, etibarnamənin imzalanması səlahiyyətinin verilməsi haqqında

  5. “FinEx Kredit” BOKT ASC-nin Müşahidə Şurasının sədri ilə əmək müqaviləsinin bağlanması və əmək haqqının təyin edilməsi haqqında

  6. “FinEx Kredit” BOKT ASC-nin filliallarının açılması haqqında

  7. “FinEx Kredit” BOKT ASC-nin investisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiqlənməsi haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin 2014-cü il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin yekunları təsdiqləndi

  2. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası təsdiqləndi

  3. “FinEx Kredit” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvünün azad edilməsi və yeni üzvün seçilməsi təsdiqləndi

  4. “FinEx Kredit” BOKT –nın Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxsin təyin edilməsi, etibarnamənin imzalanması səlahiyyətinin verilməsi təsdiqləndi

  5. “FinEx Kredit” BOKT ASC-nin Müşahidə Şurasının sədri ilə əmək müqaviləsinin bağlanması və əmək haqqının təyin edilməsi təsdiqləndi

  6. “FinEx Kredit” BOKT ASC-nin filliallarının açılması təsdiqləndi

  7. “FinEx Kredit” BOKT ASC-nin investisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiqlənməsi təsdiqləndi




15.05.2015


  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası təsdiqləndi

02.11.2015

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası haqqında

  1. “FinEx Kredit” BOKT ASC-nin istiqraz emissiyası təsdiqləndi




  1. Müşahidə Şurasının və ya Təftiş Komissiyasının (banklar üçün Audit Komitəsinin) və ya İdarə Heyətinin üzvləri/Baş Direktor seçilibsə, onlar barədə məlumat

Audit Komitəsi və Təftiş Komissiyası yoxdur.

Müşahidə Şurasının üzvləri:



  1. Cavadov Azad Malik oğlu- Müşahidə Şurasının sədri

  2. Şərifov Mobil Famil oğlu – Müşahidə Şurasının üzvü

  3. Hüseynov İsa Baba oğlu – Müşahidə Şurasının üzvü




  1. Emitent üzərində Nəzarət haqqında məlumat.




  1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda tutduğu yeri haqqında məlumat

Emitent FinansLizinq ASC-nin törəmə şirkətidir. Emitentin nizamnamə fondunun 88%-i FinansLizinq ASC-nin payına düşür.



  1. Emitentin səsli səhmlərinin 10% (on faiz) və ya artıq faizinə sahib olan səhmdarlar və həmin səhmdarların sahib olduqları səhmlərin sayı və ümumi səhm sayına qarşı faiz nisbəti;




  1. FinansLizinq ASC-88% - 4400 ədəd adi adlı sənədsiz səhm




  1. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar

7.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividentlərərin və ya digər ödənişlərin məbləği;

Mövcud deyil
7.2. Emitentin maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin təhlili, maliyyə hesabatları, son 3 (üç) maliyyə ili ərzində hər bir il üzrə konsolidə olunmuş şəkildə Emitentin maliyyə vəziyyəti, maliyyə vəziyyətində dəyişikliklər və fəaliyyətinin konkretləşdirilmiş nəticələri, xüsusən aşağıdakıların təsviri:


  1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;

    1. Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri;






2014

Uzunmüddətli borc

600 000

b) Emitentin kapitalına əhəmiyyətli təsir göstərə bilən amillərin təsviri. Emitentin pul vəsaitlərinin artması və ya azalması ilə nəticələnəcək və ya məntiqi baxımdan nəticələnə biləcək təsiredici amillərin müəyyən edilməsi barədə məlumat; Bölüşdürülməmiş mənfəət;

Son üç maliyyə ili ərzində bölüşdürülməmiş mənfəətin həcmi aşağıdakı kimidir:







2014

Bölüşdürülməmiş Mənfəət

894.00


Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlər.

Emitent Kəsir yaradan amilləri araşdırır və onların həlli yolların tapmağa çalışır.





  1. Sonuncu maliyyə ilinin və cari ilin dövrləri üçün təqdim olunan maliyyə hesabatları üzrə Emitentin maliyyə xərclərinə dair öhdəliklərinin təsviri və həmin öhdəlikləri yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi.

Uzunmüddətli borc öhdəlikləri:




Ad

2014

Kapital Bank ASC

100 000

İstiqaz

188 000

Kənd Təsərüffatı Agentliyi

312 000

Şirkət yuxarıda təqdim olunmuş maliyyə öhdəliklərini il ərzində əldə edilmiş mənfəət hesabına ödəyir.




  1. Fəaliyyətinin nəticələri:




    1. Mütəmadi fəaliyyətdən gələn gəlirlərə mühüm təsirə malik amillərin təsviri və bu cür halların hər birində bu təsirin dərəcəsinin göstərilməsi;

Müştərilərin kreditlərin vaxtında ödəməməsi.



  1. Emitentin xalis və ya ümumi gəlirlərinin artması zamanı bu artımların satılan məhsulların və göstərilən xidmətlərin qiymətindən, onların həcmində və ya məbləğində olan artımlardan və ya yeni məhsul və xidmətlərin təqdim edilməsindən nə dərəcədə asılı olduğu barədə məlumat;

Emitentin gəlirlərinin artması şirkətin real bazarda dayanıqlığın artırır. Xidmət sahəsin dahada genişləndirib artan templə inkişaf etdirir.


ç) İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri.
Emitent gəlirinə mənfi təsir edir.


  1. Emitentin idarə edilməsi haqqında məlumat

  1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri haqqında məlumat:


Müşahidə Şurasının üzvləri:


  1. Cavadov Azad Malik oğlu

  2. Şərifov Mobil Famil oğlu

  3. Hüseynov İsa Baba oğlu

Idarə Heyətinin üzvləri:

  1. Həmidov Fərid Rafiq oğlu

  2. Cəfərov Fərid Fazil oğlu

  3. Qasımov Rəşad Şöhrət oğlu




  1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktoru vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslər barədə məlumat;






Müşahidə Şurasının Üzvləri / Idarə Heyyətinin Üzvləri

Şirkətdə tutduğu vəzifə

Şirkətdən kənarda tutduğu vəzifə (əgər varsa)

Nizamnamə kapitalında payı (%-lə)

1

Cavadov Azad Malik oğlu

Müşahidə Şurasının sədri

-

0 %

2

Şərifov Mobil Famil oğlu

Müşahidə Şurasının üzvü

-

4.9%

3

Hüseynov İsa Baba oğlu

Müçahidə Şurasının üzvü

-

0 %




  1. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri/Baş Direktor arasında olan qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat

Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri arasında qohumluq əlaqələri mövcud deyildir.



  1. Yuxarıdakı bənddə göstərilmiş şəxslərdən hər birinin son 5 (beş) ildə iş təcrübəsinin, o cümlədən, son 5 (beş) ildə əsas fəaliyyətinin təsviri, bu fəaliyyətin həyata keçirildiyi şirkətin adı, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti, törəməsi və ya Aidiyyatı şəxsi olub-olmadığı haqqında məlumat;






Müşahidə Şurasının Üzvləri /

İdarə Heyətinin Üzvləri / Baş

Direktor

Son 5 ildəki iş təcrübəsi və əsas fəaliyyəti

1

Cavadov Azad Malik oğlu

Müşahidə Şurasının üzvü

2

Şərifov Mobil Famil oğlu

Müşahidə Şurasının üzvü

3

Hüseynov İsa Baba oğlu

Müşahidə Şurasının üzvü

4

Həmidov Fərid Rafiq oğlu

Bank Sektoru

5

Cəfərov Fərid Fazil oğlu

Bank Sektoru

6

Qasımov Rəşad Şöhrət oğlu

Şəxsi Biznes




  1. Bu Əlavənin 8.1.1. bəndində göstərilmiş şəxslərin digər şirkətlərdə tutduğu mühüm vəzifələr haqqında məlumat

Belə hal mövcud deyil.


  1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun bacarığını və dürüstlüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş vermiş aşağıdakı hadisələrin təsviri:



    1. Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi;

Mövcud deyil





    1. Bu şəxsin qəsdən törədlmiş cinayətdə təqsirli bilinməsi və ya onun barəsində qəsdən törədilmiş cinayət əməli ilə bağlı istintaq hərəkətlərinin aparılması;

Mövcud deyil




    1. Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan edilməsinə dair qərar:



      1. Qiymətli Kağızlara dair investisiya, anderrayter, zaminlik, broker, diler, sığorta, bank, depozitari fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq;

Mövcud deyil



      1. Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.

Mövcud deyil


  1. Emitent Hesabatında aşağıdakılar daxil olmaqla rəhbərliyin mükafatlandırılması haqqında məlumat verilməlidir:




  1. Adlarını çəkməmək şərtilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş


Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə
Emitent və ya onun Aidiyyatı şəxsləri tərəfindən birgə mükafatlandırılması haqqında məlumat. Bu cür məlumat əməkhaqqı, bonuslar, əməkhaqqı və ya bonus hesab edilməyən digər illik mükafatları və ya uzunmüddətli mükafatlandırmaları əks etdirməlidir.
Mövcud deyil



  1. Emitentin və ya onun Aidiyyatı şəxslərin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinə\Baş Direktora hər-hansı təminatın və digər imtiyazların ödənilməsi üçün sonuncu maliyyə ili ərzində ması nəzərdə tutulmuş vəsaitin məbləği;

Mövcud deyil.




  1. Son 3 (üç) maliyyə ili ərzində Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun onların digər fəaliyyəti ilə əlaqədar Emitentin hər hansı əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar haqqında məlumat verilməlidir. Bu məlumatda şəxslərin adı, Emitentdə tutduğu vəzifəsi, onların əməliyyatda olan maraqlarının xüsusiyyəti, bu cür əməliyyatların məbləği və lazım gəldikdə həmin şəxslərin bu əməliyyatlarda maraqlarının məbləği göstərilməlidir.

Mövcud deyil




  1. Emitent son 5 (beş) ildə dövlət qeydiyyatına alındıqda, Emitent Hesabatında təsisçilərin adları, Emitentin təsisçiləri barədə məlumat.

-Finans Lizinq ASC,Şərifov Mobil Famil oğlu


9. Qiymətli Kağızın təklifi


  1. Emitent tərəfindən Qiymətli Kağızın təklifi olduqda, Emitent Hesabatında aşağıdakı məlumat verilməlidir:



  1. Təklif olunan Qiymətli Kağızın miqdarı

Hər birinin nominal dəyəri 500 (beş yüz) ABŞ dolları olan

390 (üç yüz doxsan) ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar





  1. Təklif olunan Qiymətli Kağızın satılmasına və/və ya yerləşdirilməsinə əsas verən sənədlər (qərar, müraciət və s.), Səhmdarlar tərəfindən üstünlük hüququndan istifadə və bu hüququn məhdudlaşdırılması və ya ləğvi halları olduqda, bu cür halların xülasəsi; Emitentin idarə heyyəti tərəfindən qiymətli kağızların emissiyasına dair qərar 03.02.2015-ci il tarixində verilmişdir. Protokol nömrəsi 02



  1. Təklif olunan qiymət, təklifin müddəti və qiymətin ödənilmə qaydası; Yerləşdirmənin ilk günündə istiqrazların təklif olunan qiyməti istiqrazların nominal

qiymətinin 100% -ni (500 ABŞ dolları) təşkil edəcəkdir.Yerləşdirmənin ikinci günündən etibarən satış qiymətinin hesablanması zamanı istiqrazlar üzrə toplanmış faizlər də nəzərə alınacaqdır. İstiqrazların tədavül müddəti buraxılışdan olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1080 (bir min səksən) gün təşkil edir.


İstiqrazların yerləşdirilməsinə başlanma tarixi istiqrazların emissiya prospektində olan məlumatların açıqlamasına başlandığı tarixdən etibarən 3 (üç) gün ərzində elan ediləcək. Emissiyaprospektindəki məlumatın açıqlanması bu prospektin “BFB” QSC-nin
İnternet şəbəkəsində olan rəsmi səhifəsində (www.bfb.az) yerləşdirilməsi deməkdir.
İstiqrazların yerləşdirilməsinin başaçatma tarixi, istiqrazların yerləşdirilməsinə başlanma tarixindən etibarən 540 (beş yüz qırx) təqvim günü və ya bu buraxılışla emissiya olunan ən son istiqrazın yerləşdirildiyi tarixdi.

İstiqrazların dəyəri nağdsız qaydada, manatla ödənilir.


9.1.4 Qiymətli Kağız Emitent tərəfindən təklif edildikdə, Qiymətli Kağızın satışından əldə olunan gəlirin Emitent tərəfindən hansı əsas məqsədlər üçün istifadə olunacağı və hər bir məqsəd üçün istifadə olunacaq təxmini məbləğ. Gəlirin və ya onun mühüm hissəsinin istifadəsi üçün Emitentin heç bir xüsusi planı olmadıqda, bu barədə məlumat.
Emitentent əldə etdiyi gəlir əsasında portfeli və şirkətətin gələcək infrastrukturunun inkişafı nəzərdə tutulur.


Yüklə 159,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə