Ümumi mədəniyyət müəllimin peşəkarlığının əsas şərti kimi. Plan. Mədəniyyət anlayışı. Müəllimin nitq mədəniyyəti


Pedaqoji mədəniyyətin şəxsiyyət komponenti



Yüklə 21,91 Kb.
səhifə2/3
tarix20.04.2023
ölçüsü21,91 Kb.
#106461
növüMühazirə
1   2   3
Mövzu -9

Pedaqoji mədəniyyətin şəxsiyyət komponenti
Müəllimin təkcə sözü, nitqi, keçdiyi dərsin mövzusu, mahiyyəti deyil, həmçinin xarici görünüşü (geyimi, saç forması və s.) mühüm pedaqoji vəzifələrin həllinə, yəni tərbiyə edilən şəxsiyyətin formalaşmasına səmərəli şəkildə təsir etməyinə səbəb olmalıdır. Müəllim xarici görkəmində müəyyən ölçünü gözləməli və bunun yüksək tərbiyəvi imkana malik olduğunu unutmamalıdır. Müəllim üçün həddindən çox bəzək-düzəyə yol vermək, jest və hərəkətlərinin qeyri-estetik vəziyyəti yol verilməzdir. Həmin müəllimin şagirdlərə yanaşmaq tərzi, baxışı, salamlaşması və s. kimi “xırda” işləri də şagirdlərə təsir gücündədir. Müəllim bunların təsir gücünü heç vaxt yadından çıxartmamalı və hər bir hərəkətinin, sözünün şagirdlərə bu və ya digər səviyyədə təsir etdiyini unutmamalıdır.
Müəllim özünün xarici görkəminə diqqət yetirməsi şagirdlərə və ətrafdakı adamlar xoş təsir bağışlayır. Buna görə də mühüm xarici görünüşünə müntəzəm olaraq diqqət etməli və qeyri-estetikliyə yol verməməlidir. Onun xarici görünüşü təmiz, səliqəli və estetik cəhətdən gözəl olmalıdır.
Müəllimin şagirdlərlə açıq ünsiyyəti sinifdə başlayır. Buna görə də müəllimin emosional vəziyyətini idarə edə bilməsi müəyyən bilik və bacarıq tələb edir. O, buna həm psixoloji cəhətdən, həm də metodik ustalıq baxımından hazır olmalıdır.
Müəllim özünü idarə edə bilmək bacarıqları müxtəlifdir. Bunların içərisində aşağıdakıları xüsusi qeyd etmək olar:
-xeyirxahlıq və optimistliyin tərbiyə edilməsi
-özünün davranışına nəzarət
-fəaliyyətdə ara vermə
-özünü təlqin etmə və s.
Professor N.Kazımov müəllimin emosionallığının müxtəlif təzahür formalarının, razılıq və narazılığının, kədərlənməyin, mülayimliyin, sevincin, sərtliyin, pedaqoji prosesə mühüm təsir göstərdiyini qeyd edir və onun müəllim tərəfindən idarə olunmasının vacibliyini və bunun üçün müxtəlif üsullardan
istifadə olunmasını zəruri sayır. N.Kazımov bu üsulları iki qrupa ayıraraq onların aşağıdakılardan ibarət olduğunu göstərir.
.Müəyyənləşdirici (özünmüşahidə, özünə göstəriş vermək, psixoloji qüvvələri məşq etdirmək)
Müəllimin emosional vəziyyətini idarə etməsi və yaranmış gərginliyi aradan qaldırmaq üçün hərdən yumora yer verməli, şagirdlərlə xoş rəftar etməlidir. Bunun üçün müəllim hər şeydən öncə öz peşəsinin sosial rolunu dərindən dərk etməli, borc hissinə malik hazırcavab, həssas olmalı, hadisə və prosesləri düzgün qiymətləndirməyi bacarmalıdır.

Yüklə 21,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə