Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı



Yüklə 39,61 Kb.
tarix03.05.2018
ölçüsü39,61 Kb.
#41172

Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı

Ümid” yatağı 1 saylı Stasionar Dəniz Özülü üçün Bioloji Təmizləmə Qurğusunun və quraşdırma işlərinin satın alınmasına olan tələbatını təmin etmək məqsədi ilə Açıq Müsabiqə (BQ-001/2018) elan edir.




Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında imzalanmış və möhürlənmiş müraciət ən geci 24 Aprel 2018-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan və ya İngilis dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 1 May 2018-ci il, Bakı vaxtı ilə saat: 10:30 da Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər üçün 236 (İki yüz otuz altı) manat (ƏDV daxil), məbləğdə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Voen: 1503807961

Bank: ASC “Xalq” Bankının Baş filialı, VÖEN: 2000296061,

M/h AZ24NABZ01350100000000067944, Kod: 501026, SWIFT: HAJCAZ 22 

H/h AZ65HAJCHCNAZN10000098111001 – AZN

H/h: AZ25HAJCHCNUSD10000098111002 – USD

H/h: AZ29HAJCHCNEUR10000098111003 – AVRO


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

 Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.





  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin icrasına işlərə başlandıqdan sonra 3 ay ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı: AZ 1029, Bakı, H.Əliyev prosp., 121, SOCAR Tower, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

Əlaqələndirici şəxsin vəzifəsi: “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının Təchizat şöbəsinin rəisi

Tel: (+994 12) 521 17 94

Mob: (+994 50) 278 87 40, (+994 55) 999 08 45

E-mail: procurement@socar-umid.com






Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.azerweb.com; www.ikisahil.az




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 1 May 2018-ci il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da, elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı e-maildən əldə edilə biləcək: procurement@socar-umid.com



Umid Babek Operating Company” Əməliyyat Şirkətinin



Azərbaycan Respublikasındakı filialının Satınalmalar qrupu.


(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialının

Satınalmalar qrupunun rəhbəri cənab Emin Qasımov,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “Umid Babek Operating Company” Əməliyyat Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Bioloji Təmizləmə Qurğusunun və quraşdırma işlərinin satın alınması ilə əlaqədar keçirilən BQ-001/2018 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________



Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN İŞLƏRİN SİYAHISI

Bioloji təmizləmə qurğusu


Avadanlığın adı, markası

Texniki göstəriciləri

Ölçü vahidi

Miqdar

Məhsuldarlığı

5,7 m3

ədəd

1

Qurğunun elektrik gücü

N=5,0 kVt

Qurğunun uzunluğu

4731 mm.

Qurğunun eni

1575 mm.

Qurğunun hündürlüyü

2150 mm.

Qurğunun boş halda çəkisi

3130 kq.

Qurğunun dolu halda çəkisi

10620 kq.


Texniki Şərtlər

  1. Avadanlıq yuxarıda qeyd olunan texniki parametrlərə tam uyğun olsun.

  2. Avadanlıq beynəlxalq uyğunluq və keyfiyyət sertifikatları ilə təmin olunsun.

  3. Avadanlığın texniki passportu (İstismar və texniki xidmət təlimatı) olsun.

  4. Avadanlıq dəniz şəraitində istismar üçün hesablansın.

  5. Avadanlığa 3 il zəmanət verilməlidir.

  6. Avadanlığın platformada quraşdırılması və ilkin olaraq işə salınaraq test olunması təminatçı tərəfindən icra olunsun.

Yüklə 39,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə