Ученые записки Scientific works, №4, 2013 İssn 1815-1779



Yüklə 52,63 Kb.
Pdf görüntüsü
tarix05.03.2018
ölçüsü52,63 Kb.
#30138


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2013                                          İSSN 1815-1779                 

Metallurgiya-Металлургия-Metallurgy 

X.Ə. İbrahimov 

27

 



UOT 621.762 

Al-Zr ƏRİNTİLƏRİNİN DEFORMASİYA-TERMİKİ EMAL PARAMETRLƏRİNİN 

MEXANİKİ XASSƏLƏRİNƏ TƏSİRİ 

 

X.Ə. İBRAHİMOV  

(Azərbaycan Texniki Universiteti)  

E-mail: khayal.ibrahimov@krka.biz 

Xülasə:  Məqalədə  Al-Zr  ərintilərinin  deformasiya  -  termiki  emal  parametrlərinin  elektrik  müqaviməti  xassələrinə 

təsiri  qiymətləndirilmişdir.  Müəyyən  olunmuşdur  ki,  soyuq  deformasiyadan  sonra  aparılan  tablama  Al-Zr 

ərintilərinin  möhkəmlik  xassələrini  azaldır,  plastikliyini  yüksəldir  və  nəticədə  məftillərin  yükgötürmə  qabiliyyəti 

pisləşir. 

Açar sözlər: Al-Zr ərintiləri, mexaniki xassələr, deformasiya - termiki parametrlər.

 

 

Eksperimental  ərintilərin  tökmə  temperaturu  əvvəlcədən  TL-dən  yüksək,  soyutma  sürəti  isə 



kristallaşma  prosesində  Al

3

Zr  ilkin  kristallarının  əmələ  gəlməsini  aradan  qaldırmağa  kifayət 



etdiyindən, bu ərintilərin tökmə strukturu təcrübi olaraq birfazalı olmuşdur. Ancaq Fe-tərkibli fazanın 

cüzi miqdar qatışıqları dendrit özəklərinin (Al) sərhədləri boyunca yerləşir.  

Yaymadan sonra da ərintilərin strukturu heç nə ilə fərqlənmir: bütün nümunələrdə lifli olmuşdur. 

Güclü  dəyişikliklər  tabalmdan  sonra  müşahidə  edilmişdir,  bu  isə  mexaniki  xassələrdə  təzahür  edir: 

aluminiumda (təmizliyindən asılı olmayaraq) artıq bir saat sonra rekristallaşmış iridənəli struktur (şəkil 

1,  a),  sirkonium  əlavə  olunmuş  ərintilərdə  isə  struktur  hətta  500  saat  saxlanmadan  sonra  da  lifli 

qalmışdır  (şəkil  1,  b),  yəni  öz  deformasiya  olunmuş  vəziyyətini  saxlamışdır.  Bunula  yanaşı,  həm 

vərəqlərin  (

  =91%),  həm  də  məftilin  (



=96%)  alınması  zamanı  soyuq  deformasiyada  Al-Zr 

ərintilərinin  yüksək  texnolojiliyi  müşahidə  olunmuşdur.  Deformasiya-termiki  emal  parametrlərinin 

mexaniki xassələr və elektrik müqavimətinə təsirinin öyrənilməsinin birinci mərhələsində 0,58 Zr əlavə 

edilmiş ərintidən (işarəsi 06 Zr) alınan  məftil və vərəqlər təhlil edilmişdir (cəd. 1, 1-ci seriya ərinti). 

Müqayisə  obyekti  kimi  A7E  (işarəsi  00  Zr)  tipli  naqil  ərintisi  götürülmüşdür.  Mexaniki  xassələrin 

öyrənilməsi  göstərmişdir  ki,  soyuq  yayma  halında  hər  iki  ərinti  möhkəmliyin  yaxın  qiymətinə  malik 

olurlar (cəd.1). Lakin, 300 °C-də tabalmanın   1-ci   saatından  sonra  sirkoniumlu  ərintinin üstünlüyü 

açıq  hiss  olunur.  Bu  ərintidə  rekristallaşmanın  tam    getməsi    texniki  alüminiumdan  fərqli  olaraq 

rekristallaşmamış  striukturun  qalması  isə  izah  olunur.  Məftillərin  dartılmağa  sınaqlarının  nəticələri 

göstərir  ki,  tərkibində  Zr  olan  ərinti  həm  deformasiya  olunmuş,  həm  də  tabıalınmış  hallarında 

legirlənməmiş  alalüminiuma  nisbətən  daha  yüksək  möhkəmliyə  malikdir  (cəd.  2).  Məsələn,  S300 

halında

 



2

,

0



-nin qiyməti 110 MPa (80-a qarşı 190, yəni 2,4 dəfə) 

2



.

0

-nin qiyməti isə 140 vahid (36-ya 



qarşı 177, yəni az qala 5 dəfə) çoxdur. İlkin halında tərkibində Zr olan ərintidən 1,5 mm-lik məftilin 

yüksək  möhkəmliyini  (270MPa)  xüsusi  olaraq  qeyd  etmək  olar.  Bu  ərintinin  bütün  mərhələlərində 

deformasiyaya termiki emal keçmədən uğradıldığını nəzər alsaq, onda izafi doymuş alüminium əsaslı 

bərk  məhlulda  sirkoniumun  bütün  miqdarı  qorunub  saxlanmalı  idi  (yəni,  Al

3

Zr  möhkəmləndirici 



hissəciklər yoxdur).  

  

Sirkoniumun  miqdarı  cüzi  olduğundan  deformasion  möhkəmləndirmə  əhəmiyyətli  effekt  verə 



bilməmişdir.  (təxminən  eyni  plastiklikdə  100MPa).  Hər  iki  ərinti  (F0  halı  1,5  mm-lik  məftil)  təcrübi 

olaraq  eyni  lifli  dənəli  (yəni,  rekristallaşmamış,  şəkil  1,  b-də  göstərilmiş  struktura  oxşar)  struktura 

malik olur.  



Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2013                                          İSSN 1815-1779                 

Metallurgiya-Металлургия-Metallurgy 

X.Ə. İbrahimov 

28

 



Ona  görə  də,  güman  etmək  olar  ki,  tərkibdə  sirkoniumun  olması  soyuq  deformasiya  zamanı 

dislokasiyalarının  daha  bərabər  paylanmasına  kömək  etmişdir.  Bu  fərziyəni  külçənin  xırdadənəli 

strukturu təsdiqləyir.  

Diametri 4 mm olan 06Zr ərintisindən məftil 1,5 mm-lik məftilə nisbətən bir qədər aşağı möh-kəmliyə 

malikdir (cəd. 2). Bu isə, aydındır ki, deformasiyanın aşağı dərəcəsi ilə əlaqədardır. Lakin, tabalmadan 

sonra bu fərq aradan götürülür. 

 

200 mkm 


200 mkm 

 

 



Şəkil 1. 300°C-də tabıalınmış vərəqlərin dənəli strukturu 



 (sm): 



a)

 

0% Zr, 1saat ; b) 0,64 Zr, 500saat 

 

Cədvəl 1. Soyuq yayılmış vərəqlərin mexaniki xassələrinə tabalmanın təsiri 

Ərinti¹ 

   Tabalma² 

    



b



, MPa 

2



,

0

 MPa 



    

, % 



00Zr 

      F0 

     164 

     151 

        5,3 

      F1 

     107 

     96 


        9,3 

06 Zr 


      F0 

     176 

     168 

        4,8 

      F1 

     179 

     169 

        8,5 



     ¹ 1-cəd. 2. 1;  2-cəd. 2. 2 

           Məftilin  xüsusi  elektrik  müqavimətinin  (

)  təyini  göstərmişdir  ki,  sirkoniumun  əlavəsi 



deformasiya  olunmuş  vəziyyətdə  texniki  alüminiumla  (37,5∙10

9



  Om∙m  və  28,9·10

9



Om·m,  yəni  

təxminən  30%)  müqayisədə 

-nun  qiymətini  kəskin  qaldırır.  Lakin  tabalma  elektrik  müqavimətini 



əhəmiyyətli  dərəcədə  azaldır,  onun  minimum  qiymət  isə  450  °C-də  alınır  (şək.2).  Daha  yüksək 

temperaturadək  qızdırma

     



-nun  artımı  və 





b

-nin  azalmasına  gətirib  çıxardığından  [1]  450°C-dən 

yuxarı qızdırma məqsədə uyğun sayılmamışdır.  

  Bu  əlaqənin  kəmiyyətcə  qiymətləndirilməsi  üçün  Termo-Calc  proqramının  köməyi  bütün 

istifadə  olunmuş  tabalma  temperaturları  üçün    (müvazinət  şərtləri  üçün)  C

)

Al



Zr

-un  qiymətləri 



hesablanmışdır. Hesabatın nəticələri cədvəl 3-də verilmişdir.  

 

 

 

 

 


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2013                                          İSSN 1815-1779                 

Metallurgiya-Металлургия-Metallurgy 

X.Ə. İbrahimov 

29

 



Cədvəl 2. Soyuq deformasiya olunmuş məftilin mexaniki xassələrinə tabalmanın təsiri 

Ərinti  


Diametri  

   Tabalma

2

 



b

MPa 


  

2



,

0

 



 

MPa 


      

, % 



     00Zr 

   1,5mm 

       FO 

     177 

     159 

      5 


       F1 

     80 


      36 

      44 

 

 

     06Zr 



 

 

   1,5 mm 



 

       FO 

     273 

      240 

     2,7 

       F1 

     190 

      177 

     7,0 

 F1+350°C,1s 

     179 

      156 

     8,4 

F1+400°C,1s 

     164 

      136 

     9,5 

   4mm 


      F0 

     241 

      213 

     2,8 

      F1 

     188 

      168 

     172 

     

2

1-cəd.1;   2-cəd.2 



 

06Zr  ərintisinin  elektrik  müqavimətinin,  hər  şeydən  əvvəl,  alüminium  əsasında    bərk  məhlulda 

(C

)

Al



Zr

  [2]  sirkoniumun  miqdarı  ilə  müəyyən  olunduğunu  nəzərə  alaraq,  məhz  bu  amilin  tabalma 



rejimi ilə əlaqəsi təyin olunmuşdur. 

 

Şəkil 2. Tərkibində müxtəlif miqdarda sirkonium olan ərintilərin axıcılıq həddinin      termiki 



emal rejimlərindən və 300°C temperaturda tabalma 

                           müddətindən asılılıqları (cəd. 2, a) sxemi;  b) 2 sxemi) 

 

 

 


Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2013                                          İSSN 1815-1779                 

Metallurgiya-Металлургия-Metallurgy 

X.Ə. İbrahimov 

30

 



Cədvəl 3. Alüminium əsasında bərk məhlulunda sirkoniumun miqdarında asılı olaraq 06Zr ərintisindən 

olan məftilinin xüsusi elektrik müqavimətinin eksperimental və hesabat qiymətləri 

T°, C 


C

)

Al



Zr

, % 



                   R, Om∙m∙10

9



 

eksp. 


hesabatı 

fərq 


600 

0,178 


33,3 

31,6 


1,6 

550 


0,113 

31,6 


30,8 

1,0 


500 

0,068 


30,8 

30 


0,8 

450 


0,038 

29,8 


29,5 

0,3 


400 

0,019 


31,4 

29,2 


2,2 

300 


0,003 

34,8 


29 

5,8 


 

Nəticə.  Beləliklə,  Deformasiya-termiki  emal  parametrlərinin  Al-Zr  ərintilərinin  mexaniki 

xassələrinə  və  elektrik  müqavimətinə  təsiri  öyrənilmişdir.  Müəyyən  olunmuşdur  ki,  tərkibində  Zr 

olmayan  Al  ərintilərində  soyuq  deformasiyadan  sonra  300-400°C  temperaturlarda  aparılan  tabalma 

onların  möhkəmlik  xassələrini  kəskin  azaldır,  plastikliyini  isə  yüksəldir,    nəticədə  belə  məftillərin 

yükgötürmə qabiliyyəti pisləşir. 

Ədəbiyyat 

[1].Добаткин В.И., Елатин В.И., Федоров В.М. Быстрокристаллизованные алюминиевые сплавы. 

– М., ВИЛС, 1995, 341с. 

[2]. Алюминий. Перевод с англ. М., Металлургия, 1982, 664с. 



 

ВЛИЯНИЕ ДЕФОРМАЦИОННО-ТЕРМИЧЕСКИХ ПАРАМЕТРОВ 

НА МЕХАНИЧЕСКИЕ СВОЙСТВА СПЛАВОВ 

 

Х.А. ИБРАГИМОВ  

(Азербайджанский Технический Университет)  

E-mail: khayal.ibrahimov@krka.biz  

 

Аннотация:  Рассмотрено  влияние  деформационно-термических  параметров  на  механические 

свойства  и  электрическое  сопротивление  сплавов  Al-Zr.  Установлено  что  после  холодной 

деформации  ухудшаются  механические  свойствa,  увеличивается  пластичность  и  в  результате 

снижается нагрузочная способность электропроводных изделий.  

Ключевые  слова:  деформационно-термические  параметры,  механические  свойства, 

пластичность, электрическое сопротивление. 

 

INFLUENCE OF DEFORMATION AND THERMAL PARAMETERS 

THE MECHANICAL PROPERTIES OF THE ALLOYS 

 

Kh. A. İBRAHIMOV  

(Azerbaijan Technical University)    

E-mail: khayal.ibrahimov@krka.biz 

Summary: Was researched the influence of strain-thermal parameters on the mechanical properties and 

electrical  resistance  alloys  Al-Zr.  Established  that  after  cold  deformation  deteriorates  mechanical 

properties,  increases  the  ductility  and  decreases  the  load  capacity  resulting  electrically  conductive 

articles. 




Elmi əsərlər -Ученые записки - Scientific works, №4, 2013                                          İSSN 1815-1779                 

Metallurgiya-Металлургия-Metallurgy 

X.Ə. İbrahimov 

31

 



Key words: deformation and thermal parameters, mechanical properties, ductility, electrical resistance. 

 

Daxil olub: 22.12.2013 



                                                                                               Rəyçi: t.e.d., professor A.T.Məmmədov 

 

Yüklə 52,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə