Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə6/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

Daxil olan moniqramların və poçt baratlarının saxlanma müddəti,ödənişinə nəzarət, onların geri ünvana

qaytarılması və ya yeni ünvana göndərilməsi
8.1 Daxil olan moniqramlar Şəhər PŞ-də ünvançılara dərhal, kənd PŞ-də isə 3 gün müddətində (uzaq kənd PŞ-də, pul vəsaiti olmadıqda) ödənilməlidir.

8.2 Daxil olan moniqramların poçt şöbəsindən asılı olmayan səbəblərə görə 3 gün ərzində ödənilməsi mümkün olmadığı hallarda (ünvançı müvəqqəti başqa yerə getdikdə, evdə olmadıqda və s.hallarda) təyinat Poçt şöbəsində rejim seçimində 3 yazılmaqla “ET” yığılaraq ödənilməmənin səbəbi hökmən göstərilməlidir. Poçt baratlarında da ödənilməmənin səbəbinin göstərilməsi, onun ödənişinə icazə verilmiş tarixdən etibarən 3 gündən sonra eyni qaydada həyata keçirilir.

8.2.1 Pul baratlarının ödənilməməsinin səbəbi 3 halda dərhal göstərilir və o qaytarılmış hesab edilir: 01)ünvançı vəfat etdikdə; 02) moniqramı almaqdan imtina etdikdə; 03) ünvançı yaşayış yerini daimi tərk edib köçdükdə.

Bu halda əməliyyatçı “3” rejimində təyinat şəhərinin kodundan əvvəlki sətirdə ödənilməmənin səbəbini göstərən kodu yığır.

1)01-ÜNVANÇI İMTİNA ETMİŞDİR;

2)02-ÜNVANÇI DAİMİ KÖÇÜB,

3)03-ÜNVANÇI VƏFAT EDİB.

Bu halda “3” yazılır vəET yığılır. Kursor ödəniləməmənin səbəbi yazılan pəncərənin üzərinə gəlir, 2-ci pəncərədə X yazılır vəET” yığılır. Bu zaman ekranda 15 hal üzrə ödənilməmənin kod və səbəbləri görünür. 1,2,3-cü kodlar haqqında yuxarıda qeyd olunub, digər kodlar aşağıda göstərilənlərdir. Məs: { } { X } “ET”.

4)21-ÜNVANÇI EVDƏ YOXDUR;

5)22-MÜVƏQQƏTİ KÖÇÜB;

6)23-MÜALİCƏDƏDİR;

7)24-HƏRBİ QULLUQÇU MÖVQEDƏDİR(POZİSİYADA);

8)25-ÜNVANÇININ ƏRİZƏSİNƏ ƏSASƏN SAXLANIR;

9)26-ÜNVANÇI TƏRƏFİNDƏN TƏLƏB OLUNMAYIB;

10)27-ÜNVAN TAM GÖSTƏRİLMƏYİB;

11)28- ÜNVAN SƏHV GÖSTƏRİLİB;

12)29-SAXALAMA MÜDDƏTİ QURTARIB;

13)30-ÖDƏNİŞƏ İCAZƏ VERİLMİR;

14)31-BU ÜNVANDA YAŞAMIR;

15)32-ÜNVANÇININ ƏRİZƏSİNƏ ƏSASƏN QAYTARILIB;

Əməliyyatçı kursoru nümunədə görünən bu fraqmentlərin müvafiq kodunun üzərinə gətirir vəET” yığır. Bu zaman həmin sətirdə kodda göstərilən səbəb avtomatik olaraq yazılır. Bu yazıya əsasən göndərici poçt müəssisəsi 01,02,03 kodları üzrə göstərilən səbəblərə görə göndərici şəxsi dəvət edir və pul baratını göndəriciyə ödəyir. Digər hallarda göndəricinin arzusuna əsasən pul ona geri ödənilə bilər, yaxud ünvançı tapılana qədər gözləmək barədə öz qərarını bildirir.

8.2.2 Hər bir poçt müəssisəsi qəbul etdiyi pul baratlarının təyinat məntəqəsində ödənilməsinə gündəlik olaraq “5” rejmində nəzarət edir, bu halda “5” yazılır “ET” yığılır. 4 pəncərə açılır. Əməliyyatçı 1-ci pəncərədə öz poçtuna verilmiş kodu, 2-ci pəncərdə PŞ-nin nömrəsini (əgər varsa), 3-cü pəncərədə lazım olan tarixi yazır vəET” yığılır. (Əgər moniqramın nömrəsi bəllidirsə bu zaman 1,2,3-cü pəncərələrdə heç nə yazılmır, 4-cü pəncərədə moniqramın nömrəsi yazılır vəET” yığılır).

8.2.3 Bu zaman ekranda qəbuledici poçt müəssisəsinin qəbul etdiyi moniqramlardan hansı ödənməyibsə ekranda onların nömrələri görünür, probel yığılır və moniqramın açıqlaması görünür. Bu zaman əməliyyatçı 1-ci sətirdə moniqramın ödənilməmə səbəbini görəcəkdir. Məs: {001} {095} {01.01.03-31.01.03} {000000000} “ET” yığılır. Təyinat məntəqəsinin göstərdiyi səbəbə uyğun olaraq göndərici poçt müəssisəsi zəruri hallarda lazımi aydınlaşdırma tədbirləri görür.

8.3 Geriyə qaytarılmış hesab edilən moniqramlar və poçt baratları (hüquqi şəxslərə qaytarılmalı olan moniqramlar istisna olmaqla) 10 gün ərzində göndəriciyə ödənilməlidir. Beləliklə pul baratı 1 ay 10 gün kompüterin yaddaşında ödənilməmiş qala bilər. (Tələb edilənədək qeydli olduqda 2 ay 10 gün)

8.4 Bir ay 10 gün müddət keçdikdən sonra moniqramlar və poçt baratları ödənilmədikdə onlar Ödəniş xidmətləri şöbəsi tərəfindən saxlanca götürülür. Saxlanca götürülmüş pul baratlarında alıcının şəhər kodundan sonrakı sahədə avtomatik olaraq “ÖXŞ-də saxlanılmağa götürülüb” sözləri yazılır.

8.5 Pul baratını almaqdan imtina etdikdə ünvançı bu barədə bildirişdə müvafiq qeyd edib imzalamalıdır, əgər o bundan da imtina edirsə onda imtinaya dair akt tərtib olunur.

8.6 ÖXŞ-nin saxlancına götürülmüş pul baratları ünvançı və ya göndərici tərəfindən 3 il müddətində tələb oluna bilər. Pul baratının saxlancdan çıxarılması ilə əlaqədar göndərici (ünvançı) PF-na müraciət etdiyi hallarda PF rəisinin adına ərizə (hüquqi şəxs olduqda isə məktub) yazılmalıdır, ərizədə (məktubda) pul baratının göndəriciyə və ya ünvançıya ödənilmək istəyi, pasport məlumatları, pul baratının qəbul yeri, tarixi və 9 rəqəmli nömrəsi qeyd olunmalıdır. Ərizəyə əsasən PF tərəfindən”Azərpoçt” DM-nin Ödəniş xidmətləri şöbəsinə məktub göndərilir. Məktubda da ərizədə göstərilən məlumatlar öz əksini tapmalıdır.

ÖXŞ-yə daxil olmuş məktuba əsasən pul baratı ÖXŞ tərəfindən saxlancdan çıxarılaraq qəbul zamanı həmin pul baratına verilmiş nömrə ilə ərizədə göstərilən ünvana göndərilir.Bu əməliyyat pul baratlarının ünvanının dəyişdirilməsi üçün nəzərdə tutulmuş “3” rejimində yerinə yetirilir.
Yüklə 375 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə