Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə3/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

Ekranda görünən nümunə sahəsində hüquqi şəxsin adından fraqment qeyd olunaraq «ET» yığılır. Həmin fraqmentə uyğun hüquqi şəxslərin adları görünür. Lazımi hüquqi şəxsin adını seçmək üçün kursor həmin idarənin üzərinə gətirilərək «ET» yığılır.


Məs: {POLİS} “ET

3.9 Göndərici barədə məlumatlar aşağıdakı ardıcıllıqla yığılır.

3.9.1 1-ci əməliyyat: moniqramın qəbul edildiyi PŞ-nin kodu yazılıb, “ET” yığılır. Məs: {271} “ET”.

3.9.2 2-ci əməliyyat: Telefon {000000000} { }.

Göndərici şəxsin telefon nömrəsi, köhnə moniqram nömrəsi və ya pensiya qeydiyyat nömrəsi yığıldıqda göndəricinin soyadı, adı, ünvanı, yəni 3,4,5-ci hissələrdə məlumatlar avtomatik olaraq yazılır.

Məs: {0004983515} “ET

3.9.3 Telefon nömrəsi olmadıqda:

3-cü əməliyayat: Göndəricinin soyadı, adı, atasının adı yazılıb «ET» yığılır.Məs: {Məhərrəmov Mahir Məmməd oğlu} “ET

3.9.4 4-cü əməliyyat bu təlimatın 3.8.5 yarım bəndinə uyğun yerinə yetirilir.

3.9.5 5-ci əməliyyat bu məlumatın 3.8.5 yarım bəndinə uyğun yerinə yetirilir.

3.9.6 6-cı əməliyyat:Əlavə xidmətlərin (xəbərnamə, mənzilə çatdırmaqla və .s).Şifrini tapmaq üçün 2-ci pəncərədə X yazılır “ET” yığılır, bu zaman xidmətlərin adları və şifrlər ekranda görünür. Kursor istənilən xidmətin şifrinin üzərinə gətirilib “ET” yığılır. Əgər əlavə xidmətin şifri əməliyyatçıya məlumdursa, o dərhal əlavə xidmət şifrini yazıb “ET” yığa bilər.

3.9.7 7-ci əməliyyat: f.PÇ-5 qəbzinin nömrəsi {000000000} yazılır, “ET” yığılır.

Məs: {000254197} “ET

3.9.8 8-ci əməliyyat: Əgər göndərici ünvançıya hər hansı yazılı məlumat göndərmək istəyirsə { } “ET” düyməsi yığılır, ekranda xüsusi pəncərə açılır, əməliyyatçı lazımi məlumatları buraya yalnız üç sətir həcmində yazır.

Məs: {Ad gününüzü təbrik edirik} “ET”.

Sözlər avtomatik olraq teleqram məlumatı kimi sayılır və hesablanır.

3.9.9 9-cu əməliyyat: göndərilən pulun məbləği manatla {000000000} yazılır, “ET” yığılır.

Məs: {000109550} “ET”.

(Məbləğ yığıldıqda rəqəmləri irəli keçirmək üçün { . } nöqtə düyməsindən istifadə olunur). Bundan sonra kompüterin ekranında göndərilən moniqramın məbləği manatla, əgər beynəlxalqdırsa onun məbləği ABŞ dolları və ya AVRO ilə, həmçinin əlavə xidmətlər üçün rüsum haqqının məbləği (manatla) görsənir və yığılmış məlumatların aşağı hissəsində xüsusi pəncərədə əməliyyatçı qarşısında avtomatik olaraq belə bir sual qoyulur:

Siz göndərişin göndərilməsinə əminsinizmi?” Bu zaman əməliyyatçı kompüterə yığılmış məlumatların düzgünlüyünü həm MP1 (M) blankı əsasında, həm də ümumiyyətlə yoxlayır. Əgər bütün məlumatlar düzdürsə moniqramı göndərmək üçün { Y } hərfi yazılır vəET” yığılır. Kompüterin ekranında surətli pul baratının yuxarı hissəsində moniqramın 9 rəqəmli nömrəsi görünür. Məs: 500059371.



3.9.10 MHM tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış sistem üzrə ardıcıllıqla verilən bu nömrələr f PÇ-5 qəbzinin hər iki nüsxəsinin yuxarı hissəsində və MP1 (M) blankında qeyd olunduqdan sonra f.PÇ-5 qəbzinin əsli göndəriciyə verilir. Bundan sonra “ET” düyməsi basılır.

3.10 Əgər moniqram nağdsız üsulla göndərilirsə, 1-ci pəncərədə əlavə xidmət şifri yerində 9 yazılır və “ET” yığılır. (Göndərici hüquqi şəxs olduqda mütləq şəxsi hesab nömrəsi telefon yerində yığılmalıdır)..

Məs: {9} { } “ET” yığılır.

Bununla da günün sonunda kompüterdən kassa arayışı çıxarılarkən, aparılmış əməliyyatlar üzrə alınmış pul məbləği nağd və nağdsız (yəni köçürmə ilə)ayrıca görünür.

3.11 Əgər göndərici moniqramı yaşadığı ərazidəki poçt şöbəsindən deyil, başqa bir yaşayış məntəqəsindən göndərirsə, moniqram göndəricinin göstərdiyi geri ünvan ilə göndərilməlidir.

3.12 Əgər hər hansı bir səbəbdən göndərici göndərdiyi moniqramı həmin gün geri almaq istəyirsə, bu zaman həmin şəxs ona verilmiş f.PÇ-5 qəbzinin arxasında pulu geri almaq istəyinə dair müvafiq qeyd yazaraq imza edir və qəbzi əməliyyatçıya təqdim edir. Əməliyyatçı dərhal kompüterdə ödənişin aparılıb aparılmadığını yoxlayır, moniqramın ödənilib ödənilməməsi barədə təyinat PŞ-nə müştərinin hesabına teleqram verir, 30 dəqiqə ərzində sorğuya cavab alınmadığı təqdirdə həmin moniqramı qəbul etmiş əməliyyatçı “2” rejimində ŞRŞ nömrəsini yıgmaqla, pasport məlumatlarının göstərilməsi üçün nəzərdə tutulmuş pəncərədən sonrakı növbəti pəncərədə”d”hərfini yıgmaqla qaytarma əməliyyatını həyata keçirir və göndəriciyə göndərilən moniqramın məbləğini və rüsum haqqını qaytarır, eyni zamanda qəbzin ləğv olunmasına dair akt tərtib edir.

Göndəricidən alınmış f.PÇ-5 qəbzinin əsli və kötüyü aktla birlikdə PF-na göndərilir.

Ümumiyyətlə bütün hallarda PÇ-5 qəbzi ləğv edildikdə onun ləğv edilməsinə dair akt tərtib edilir və PF-na göndərilir.

Əgər göndərici göndərdiyi pulu poçt müəssisələrindən asılı olmayan səbəblərə görə növbəti günlərdə geri almaq istəyirsə, onun hesabına təyinat PŞ-nə teleqram verilir, bir saat ərzində sorğuya cavab alınmadığı təqdirdə göndərici tərəfindən f.PÇ-5 qəbzinin arxasında moniqramın geri alınmasına dair müvafiq qeyd yazılır, qəbzin əsli geri alınır və f.22 bildirişinə əlavə edilir. Göndəriciyə yalnız göndərdiyi pulun məbləği qaytarılır.

3.13 ƏSMM (DSMF) tərəfindən dəstə ilə göndərilən baratların qəbulu aşağıdakı qaydada həyata keçirilir.

3.13.1 ƏSMM (DSMF) tərəfindən göndərilən moniqramlar F.103 və 150 siyahıları əsasında qəbul olunur. Beynəlxalq və daxili pul baratlarının eyni bir F.103 siyahısı üzrə qəbul edilməsi qəti qadağandır.

3.13.2 ƏSMM-dən (DSMF-dən) nağdsız üsulla moniqramlar Poçt Rabitəsi Qaydalarının tələblərinə uyğun qaydada yoxlandıqdan sonra qəbul edilir.

3.13.3 Pul baratları kompüterdə qəbul olunduqda F.103 siyahısında hər bir baratın qarşısında moniqramın doqquz rəqəmli nömrəsi yazılır.

Yüklə 375 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə