Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə7/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

9. Nağdsız üsulla qəbul olunan moniqramların geri

ünvana qaytarılması və ünvançıya ödənilməsi
9.1 Hüquqi şəxslər tərəfindən nağdsız üsulla göndərilmiş moniqramlar bu təlimatın 8.2 və 8.5 bəndlərində göstərilən səbəblərə görə və müddətlərdə göndəriciyə 8.2 bəndində göstərilən qaydada geri qaytarılır.

9.2 Geriyə qaytarılmış hesab edilən moniqramlar ayda bir dəfə köçürmə yolu ilə hüquqi şəxsə ödənilir. Bunun üçün bildirişə f.20arayışı əlavə edilir və ödənilməmənin səbəbi göstərilir.Hüquqi şəxsə geri qaytarılmalı olan moniqramın bildiriş blankı PŞ tərəfindən Poçt Rabitəsi Qaydalarının tələblərinə uyğun olaraq poçt filialının nəzarətçi əməliyyatçısına göndərilir. Nəzarətçi moniqramları qeydiyyata aldıqdan sonra köçürmənin yerinə yetirilməsi üçün ödəniş tapşırığını və ödəniş cədvəlini tərtib edərək mühasibatlığa təqdim edir. Köçürülməli məbləğ mühasibatlıq tərəfindən bank vasitəsilə hüquqi şəxsin bank hesabına köçürüldükdən sonra ödəniş tapşırığının surəti və siyahı moniqramların kompüterdə ödəniş kimi silinməsi üçün əməliyyatçıya verilir. Bu əməliyyat PF-nın nəzarətçisi tərəfindən həyata keçirilir.Bunun üçün nəzarətçi əməliyyatçıya MHM-dən xüsusi parol və kod alınmalıdır. Bu parol ilə nəzarətçi yalnız nağdsız üsulla qəbul edilən və qaytarılan moniqramlar üzrə əməliyyat apara bilər.

9.3 Bank vasitəsilə köçürmə aparıldıqdan sonra nəzarətçi ödəniş tapşırığının və siyahının surətində göstərilən məlumatlara əsasən moniqramların kompüterdə ödəniş kimi silinməsi əməliyyatını aparır. Rejim seçimində 2 yazılır “ET” yığılır, kursorun dayandığı pasport qeydiyyatı hissəsində Bank ödənişi tapşırığının nömrəsi və tarixi yazılır “ET” yığılır və boş pəncərədə { } Y hərfi yazılır vəET” yığılır. Ödəniş əməliyyatı aparıldıqdan sonra moniqram blankı printer vasitəsilə çıxarılır və bank köçürmə sənədləri ilə birlikdə arxivdə saxlanılır.
10. Kompüter olmayan Poçt şöbəsində moniqramların

və poçt baratlarının qəbul olunması və göndərilməsi
10.1 Kənd PŞ-ləri tərəfindən pul baratları MP1 (M) blankında qəbul edilir və f.PÇ-5 qəbzində müvafıq məlumatlar yazılır. Pul baratlarının göndəricidən qəbulu və ödənilməsi kompüter olan PŞ olduğu kimi aparlılır.

10.2 Qəbul olunmuş moniqramın dərhal ötürülməsini təmin etmək üçün həmin moniqramın MP1 (M) blankı üzrə qeydiyyat göstəriciləri və məlumatlar telefon vasitəsilə kompüter əməliyyatçısına (nəzarətçiyə) ötürülür. Bu əməliyyatların qəbulunu və ötürülməsini həyata keçirən şəxslər PF rəisinin əmri ilə rəsmiləşdirilir və onlardan qanunvericiliyə uyğun olaraq iltizamnamə alınır.

10.3 Əməliyyatçı (nəzarətçi) tərəfindən telefonla moniqram qəbul edilərkən həmin moniqram xüsusi kitabda (f.Q-20) qeydiyyata alınır.

10.4 F.Q-20 kitabında aşağıda göstərilən qeydlər aparılır:

10.4.1 Sıra nömrəsi;

10.4.2 Moniqramın PŞ-də qəbul olunduğu tarix;

10.4.3 Moniqramın qəbul olunduğu PŞ-nin adı;

10.4.4 Ünvan (Hara, kimə);

10.4.5 F.PÇ-5 qəbzinin nömrəsi;

10.4.6 Moniqramla göndərilən baratın məbləği;

10.4.7 Moniqramın telefonla ötürülmə tarixi və vaxtı;

10.4.8 Moniqramın kompüterlə ötürülmə tarixi;

10.4.9 Moniqramın kompüter üzrə 9 rəqəmli nömrəsi;

10.4.10 MP1(M) blankının PŞ-dən PF-na daxil olma tarixi;

10.4.11 Qeyd;

10.5 Bütün bu qeydlər f.Q-20 kitabına yazıldıqdan sonra kompüter əməliyyatçısı moniqramı təyin olunmuş ünvana ötürür və moniqramın kompüter üzrə 9 rəqəmli nömrəsini kitabın 9-cu qrafasına yazır.Bu nömrə f.PÇ-5 qəbzinə və MP1(M) blankına yazılmaq üçün telefonla dərhal PŞ-nin rəisinə deyilməlidir.

10.6 Ödəniş üçün daxil olan moniqramların vaxtında ödənişini təmin etmək üçün onlar da telefon vasitəsilə PŞ rəisinə ötürülür. Bunun üçün də PF-nin nəzarətçisi (kompüter əməliyyatçısı) tərəfindən f.Ö-20 kitabı aparılır. Kitabda aşağıdakı qeydlər aparılmalıdır.

10.6.1 Sıra nömərəsi;

10.6.2 Moniqramın PF-na daxil olma tarixi;

10.6.3 Haradan daxil olub;

10.6.4 f.PÇ-5 qəbzinin nömrəsi;

10.6.5 Moniqramın kompüter üzrə 9 rəqəmli nömrəsi;

10.6.6 Ünvan (hara, kimə);

10.6.7 Moniqramın məbləği;

10.6.8 Moniqramın PŞ-nə ötürülmə tarixi və vaxtı (telefonla);

Yüklə 375 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə