Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə4/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

3.13.4 ƏSMM-dən qəbul edilən baratlar üçün rüsum haqqı müqavilədə nəzərdə tutulan tarifə əsasən alınır. Ona görə də digər hüquqi şəxslərdən fərqli olaraq ƏSMM tərəfindən göndərilən baratlar kompüterə işlənərkən, moniqramın ünvan hissəsi adi moniqramlarda olduğu kimi ardıcıllıqla yığılsa da, göndəricinin şəhər kodundan sonra telefon yerində ƏSMM-nin (DSMF-nin) şəxsi hesab nömrəsi yığılır (hər bir rayona MHM tərəfindən mərkəzləşdirilmiş qaydada ƏSMM-in və DSMF-nin şəxsi hesab nömrələrinə uyğun olaraq 5 rəqəmli kod verilir) . Bu kod (şəxsi hesab nömrəsi) telefon yerində yazılıb “ET”düyməsi yığılır. Bu zaman 3,4,5-ci hissələr avtomatik olaraq yazılır.

Məs: {000030121} { } “ET”.

ƏSMM-in (DSMF-nin )şəxsi hesab nömrəsini tapmaq üçün telefon nömrəsi yazılan pəncərədən sonrakı pəncərəyə {000000000} {X} X yazıb “ET” düyməsi yığılır.

Kompüterin ekranında açılmış nümunədə idarənin adından fraqment yazılır, bu zaman həmin idarənin adına uyğun adlar görünür (Əhalinin Sosial Təminat Şöbəsi və yaxud Əhalinin Sosial Müdafiə Fondu), kursor lazım olan idarənin üzərinə gətirilir vəET” düyməsi basılır.

Məs: {SOSİA} “ET”

Göndərilən baratın məlumatları kompüterin bazasına yığıldıqdan sonra kompüterin ekranında moniqramın qəbul tarixi, baratın göndərilmə haqqı, moniqramı qəbul edib ötürən əməliyyatçının MHM tərəfindən ona verilmiş şəxsi kodu və PŞ-nin nömrəsi avtomatik olaraq yazılır.

ƏSMM-in (DSMF-nin) “Aliment”, “III-IV ay üçün pensiya” və s. qeydləri göndəricinin ev, mənzil sətrində yazıla bilər.

3.14 Beynəlxalq baratların qəbulu

MDB ölkələrinə göndərilən pul baratları qəbul edildikdə bütün məlumatlar MP1 (M) moniqram blankında göndəricilər tərəfindən rus dilində yazılır.Digər xarici ölkələrə göndərilən pul baratlarının blankları isə məlumatlar latın hərfləri və ərəb rəqəmləri ilə göstərilir. Daxili moniqramlarda olduğu kimi MP1 (M) blankında yazılmış məlumatların düzgünlüyü yoxlanılır.Göndəricidən göndərilən pulun məbləği və rüsum haqqı alınır, f.PÇ-5 qəbzi yazılır.

Beynəlxalq pul baratlarının göndərilməsi zamanı aşağıdakı kodlardan istifadə olunur:

maksimal məbləğ

624 – Vyetnam 1000 $

643 – İran 1000 EUR

697-- Rumıniya 500 $

711 – Türkiyə 1000 $

778 – BƏƏ 1000 $

903 – Ukrayna 600 $

904 – Belarusiya 500 $

905 – Özbəkistan 100 $

906 – Qazaxıstan 1000 $

907 – Gürcüstan 1000 $

908 – Litva 1000 EUR

909 – Moldova 1000 $

910 – Latviya 1000 $

911 – Qırğızıstan 1000 EUR

912 – Tacikistan 250 $

913 – Türkmənistan 1000 $

914 – Estoniya 200 $

916 – Rusiya 1000 $

Beynəlxalq pul baratı kompüter vasitəsilə baratın göndərildiyi ölkənin kodunu yığmaqla ötürülür.

Məs: (Rusiyaya göndərilən 500000 manat pul baratı) “H”-“ET”, kod parol, “ET” , “M”-“ET”, “1””ET”.

Əməliyyatçının kodu “kassirin nömrəsi” sətirində avtomatik olaraq düşür, ŞRŞ-nin nömrəsi isə əməliyyatçı tərəfindən yazılır. Bundan sonra kursor təyinat yerinin kodu yığılan pəncərəyə avtomatik gəlir və təyinat ölkəsinin kodu yığılır. Məs: Rusiya {916} “ET”.

Digər məlumatlar daxili moniqramlarda olduğu kimi ötürülür. Sonda məbləğ manatla yığılır, kompüter bu məbləği avtomatik olaraq ABŞ dollarına və ya AVRO pul vahidinə çevirir.

ƏSMM tərəfindən xarici ölkələrə F.103 siyahısı ilə göndərilən moniqramların rüsum haqqı fiziki şəxslərdən qəbul edilən moniqramlarda olduğu kimi alınır.

Müştəridən qəbul edilmiş Beynəlxalq pul baratı kompüterə işlənildikdən sonra, moniqramı göndərən poçt müəssisəsi tərəfindən hər hansı düzəlişin aparılması, onun ləğvi və s. əməliyyatların aparılmasına avtomatik qadağa qoyulmuşdur. Buna görə də beynəlxalq pul baratlarının qəbulu zamanı { Y } hərfini yazıb “ET” düyməsini yığmamışdan əvvəl moniqramın bütün məlumatlarının düzgünlüyü bir daha diqqətlə yoxlanmalıdır. Əks halda yol verilmiş səhvlərin düzəldilməsi üçün, moniqram qəbul edilən gün dərhal ÖXŞ-nə məlumat verilir və ÖXŞ moniqramı qəbul edən poçt müəssisəsinə çıxış verdikdən sonra səhv düzəldilə bilər.
4. Poçt pul baratlarının kompüterdə işlənilməsi
4.1 Aşağıda göstərilən xüsusi əməliyyatlar nəzərə alınmaqla, moniqramlar və poçt baratları texnoloji baxımdan əsasən eyni qaydada qəbul edilir, ötürülür və ödənilir.

4.2 Poçt baratlarının qəbulu

4.2.1Moniqramlardan fərqli olaraq, poçt baratlarının qəbulu zamanı qəbul edən poçt işçisi tərəfindən aşağıdakı əlavə əməliyyatlar aparılmalıdır:

4.2.1.1.Müştəri tərəfindən doldurularaq poçt işçisinə təhvil verilmiş MP1 (M) blanklarında «Moniqram» sözünün üstündən əllə xətt çəkilərək «Poçt baratı» sözləri yazılmalıdır.

4.2.1.2. Pul baratının qəbuluna dair tərtib edilən PÇ-5 qəbzinin «baratın növü» sətirində hökmən «poçt baratı» sözləri yazılmalıdır.

4.2.1.3. Göndərilmə haqqının poçt baratı kimi hesablanılması üçün, kompüterdə «1» rejimində qəbul əməliyyatı həyata keçirilərkən baratın şifri üçün nəzərdə tutulmuş pəncərədə (şifr/PÇ-5 sözlərindən sonra gələn 1-ci pəncərə)«999» rəqəmi yığılmalı, poçt baratlarının yalnız fiziki şəxslər (əhali) tərəfindən göndərildiyi nəzərə alınaraq xidmətlər sətrinin 1-ci pəncərəsində isə «0» (sıfır) yazılmalıdır.

4.2.1.4 Poçt baratları da moniqramlar kimi «3», «5», «7» xidmət şifrləri yığılmaqla «xəbərnamə ilə», «Mənzilə çatdırılmaqla» və «Yazılı məlumatla» göndərilə bilər. Belə xidmətlərin haqqı moniqramlarda olduğu kimi hesablanır.

4.3 Poçt baratlarının ödənilməsi

4.3.1 Poçt baratlarının kompüterdə ödənişi əməliyyatı da moniqramların ödənişi kimi həyata keçirilir.

4.4 Kompüter vasitəsi ilə təyinat yerinə daxil olmuş poçt baratları aşağıdakı əlamətləri ilə moniqramlardan seçilir:

4.4.1«4» rejimində daxil olmuş pul baratlarının bildirişlərinə baxış keçirərkən, nömrələrdən sonra göstərilmiş «*» ulduz işarəsi ilə.

4.4.2 «BİLDİRİŞ» sözündən aşağıda sol tərəfə yaxın böyük hərflərlə yazılmış «POÇT BARATI» sözləri ilə.

4.4.3 Ödəniş rejimində pul baratı blankının maketində, baratın 9 rəqəmli nömrəsindən sonra yazılmış «………………….dən ödənilə bilər» sözləri ilə. Burada göstərilən tarixdən sonra poçt baratının bildirişini görmək və çap etmək mümkündür.

4.4.4. Ödəniş rejimində pul baratı blankının maketində əks etdirilmiş mətnin sonunda, orta hissədə işıq fonunda yazılmış «Poçt baratı» sözləri ilə.


5. Pul baratlarının ödənilməsi
5.1 Pul baratlarının ödənişini aparmaq hüququ olan əməliyyatçı daxil olan moniqramlara nəzarəti təmin etmək üçün hər 5 dəqiqədən bir rejim seçimində “4” yazıb “ET” düyməsini basır, ekranda 4 pəncərə görünür:

Məs: {000} {000} {00.00.00.-00.00.00} {000000000}

5.1.1. Bakı şəhəri üzrə 1-ci və 2-ci pəncərədə şəhərin kodu və ŞPŞ-nin nömrəsi, lazım olduqda 3-cü pəncərədə tarixlər yazılır vəET” yığılır.

Məs: {001} {133} {20.01.03-20.01.03} {000000000} “ET”.

5.1.2. Rayon poçt filiallarında isə yalnız 1-ci pəncərədə həmin PF-na verilmiş kod və lazım olan tarixlər yazılır, “ET” yığılır. Məs: {271} {20.01.03-20.01.03} {000000000} “ET”.

Bu zaman ekranda daxil olan moniqramların nömrələri görünür. Birinci moniqramın bildirişini çıxarmaq üçün probel yığılır və ekranda 1-ci moniqramın bildirişinin çap forması (maketi) görünür. Moniqramları ardıcıl olaraq vərəqləmək (çıxarmaq) üçün hər dəfəET”düyməsi yığılır. Bu qayda ilə moniqramların bildirişləri kompüterdən çıxarılır, müvafiq ünvanlara çatdırmaq üçün f.55 kitabına yazılmaqla poçtalyonlara verilir. Əgər daxil olan moniqramda ünvançının telefon nömrəsi göstərilibsə, moniqramın alınması üçün ünvançıya telefonla da xəbərdarlıq edilə bilər.

5.1.3. Bütün ödənilməmiş moniqramlara nəzarət qaydasında baxış keçirərkən və bildiriş çıxarmaq lazım gəldikdə PŞ-də həmin rayonun kodu, 2-ci pəncərədə ŞPŞ-nin nömrəsi yığılır, 3-cü pəncərədə tarix yazılmır. Məs: {001} {133} {00.00.00.-00.00.00} {000000000} “ET”, rayon poçt filialında isə ancaq 1-ci pəncərədə rayonun kodu yazılır vəET”yığılır.

Məs: {271} {000} {00.00.00-00.00.00} {000000000} “ET”.

Hər iki halda moniqramın nömrəsi bəllidirsə bu zaman 4-cü pəncərədə yalnız moniqramın nömrəsi yazılır vəET” yığılır. Məs: {000} {000} {00.00.00.-00.00.00} {50052751} “ET”.

5.1.4. Beləliklə daxil olan moniqramlara baxış, nəzarət bildirişlərinin çıxarılması 4-cü rejimdə həyata keçirilir. 2-ci rejimdə isə ödənişin aparılması üçün moniqramın nömərsi yığılır.

5.2. Moniqramlar bildiriş üzrə ünvançıya Poçt Rabitəsi Qaydalarının tələblərinə uyğun qaydada ödənilir. Bundan sonra kompüterdə ödəniş aşağıdakı qaydada həyata keçirilir.

Yüklə 375 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə