Тясдиг едирям



Yüklə 375 Kb.
səhifə2/9
tarix07.11.2018
ölçüsü375 Kb.
#78410
1   2   3   4   5   6   7   8   9

1.5 Pul baratlarının qəbul olunduğu vaxtdan ödənildiyi vaxta və ya ÖXŞ-nin arxivində saxlanma müddəti başa çatanadək proqramın dayanıqlı və fasiləsiz işləməsini, proqram təminatına əlavə və dəyişiklik edilməsini, məlumatların qorunmasını və texniki təchizatı Məlumat Hesablama Mərkəzi (MHM) həyata keçirir.

1.6 Pul baratlarının vaxtında və ya düzgün ödənilməsinə, hesabatların vaxtında və düzgün tərtib olunmasına, baratların qəbulu üzrə pul vəsaitlərinin tam mədaxil olunmasına və məxaricə verilməsinə proqram təminatının qüsursuzluğuna Ödəniş Xidmətləri şöbəsi tərəfindən nəzarət edilir.

1.7 Kompüter olmayan kənd poçt şöbələrində qəbul edilmiş və ya onların ünvanına daxil olmuş moniqramlar poçtamt rəisinin əmri ilə səlahiyyət verilmiş işçilər tərəfindən 30 dəqiqə ərzində telefonla ötürülür və ya qəbul edilir. Kənd poçt şöbələrində qəbul edilmiş poçt baratları gün ərzində telefonla poçtamta ötürülür. Kənd poçt şöbələrinin ünvanına daxil olmuş poçt baratları isə 5 gündən sonra eyni qayda ilə telefonla şöbəyə ötürülür.




2. Pul baratları ilə əlaqədar

kompüterdə aparılan əməliyyatlar



2.1 “A” rejimində (əsas menyu) “N” vəH” rejimləri: {A} “ET” yığılır.

2.1.1. “N” - pul baratlarına “S” (cəm şəklində) vəP” (baratların açıqlaması) rejimlərində baxış keçirilir.

Məsələn:

S”-ET {001} {01.01.2003-31.12.2003} {000} “ET” yığılır.



P”-“ET”{01.01.03-31.01.03} {000} {000} { } “ET” yığılır. Bu rejimdə ödənilməmiş pul baratlarına baxış həyata keçirilir. Ödənilmiş pul baratlarına baxış keçirmək üçün 4-cü baş pəncərəyə hər hansı bir simvol yazılır vəET” yığılır.

2.1.2. “H”- kassa əməliyyatlarıəməliyyatçının kodu və parolu yığıldıqdan sonra “M” rejimində həyata keçirilir. “H” – “ET” – kod, parol “ET” – “M”, “ET” yığılır. Bu zaman 9 pəncərə açılır.

2.1.3. İş günü ərzində aparılan əməliyyatlara dair kassa arayışı aşağıdakı qaydada çıxarılır.

a) Kassa rejimində günün istənilən vaxtı «3» rejimini yığmaqla

b) Hər hansı konkret kassirin apardığı əməliyyatlara baxmaq üçün əsas menyuda “S” rejimini yığmaqla.

2.2. “B” rejimi cari və keçmiş aylar üçün nəzarət lentlərini çıxarmaq funksiyasını yerinə yetirir.

2.2.1. “b”- rejimində (arxiv) keçmiş aylar üzrə istənilən tarix üzrə ödənilmiş, qəbul olunmuş moniqramlara və poçt baratlarına dair hesabat üçün ümumi nəzarət lentləri çıxarılır. {b} “ET” yığılır. 4 pəncərə açılır, 1-ci pəncərədə ÖXŞ--nin kodu (199) yığılır, 2-ci pəncərədə tarix, 3-cü pəncərədə əməliyyatçının kodu, 4-cü pəncərədə poçt filialının kodu ( Naxçıvan MR-nın rabitə müəssisələri və Bakı şəhərinin poçt filialları istisna olmaqla, digər şəhər və rayon poçt filiallarında bu kodun üzərinə 200 rəqəmi əlavə edilməklə) Məs: {199} {01-15.01.2003} {802} {461} “ET” yığılır.

2.2.2 b”-rejimində həmçinin ayın müvafiq günləri üzrə qəbul olunmuş və ödənilmiş pul baratları üzrə nəzarət lenti çıxarılır. Məs: {199} {01-30.01.2003} {802} {461} “ET” yığılır.

2.2.3 “b”rejimində keçmiş və cari aylarda qəbul olunmuş moniqramlar, poçt baratları və teleqramlar üçün alınmış rüsum haqlarına dair nəzarət lentləri də çıxarılır. Bu halda birinci pəncərədə ÖXŞ-nin kodunun yerinə PF-nın kodu yığılır. Məs: {461} {01-31.01.2003} {000} {000} “ET” yığılır.

2.3. Gün ərzində kassa üzrə aparılmış əməliyyatlara aşağıdakı qaydada baxılır:

a) Kassirin gün ərzində apardığı bütün əməliyyatlara-kassanın “2” rejimində.

b) Yalnız pul baratları üzrə aparılmış əməliyyatlara, 031 kodunu yığmaqla kassanın “4” rejimində.
3. Pul baratlarının (moniqramların) qəbulu
3.1.Pul baratlarının kompüter vasitəsilə qəbul edilməsi və göndərilməsi üçün aşağıdakı əməliyyatlar ardıcıllıqla həyata keçirilir:

A”-“ET”-“H”-“ET” əməliyyatçının kodu və parolu “nöqtə”- “M”-“ET”. Bu zaman 10 pəncərə açılır:



3.1.1.“1”-Kompüterlə pul baratlarının qəbulu;

3.1.2.“2”-Kompüterdə pul baratlarının ödənilməsi və silinməsi;

3.1.3.“3”-Pul baratlarının ünvanının dəyişdirilməsi;

3.1.4.“4”-Bildirişlərin çıxarılması və daxil olan moniqramlara nəzarət

3.1.5.“5”-Surətli pul baratlarının geriyə qaytarılmasına nəzarət;

3.1.6.“6”-Ünvançının soyadı və ya şəhərin kodu üzrə axtarış;

3.1.7 “7”-Düzəlişlər arxivi

3.1.8.“8”-Təlimat

3.1.9. “9”Ödənilmiş moniqramların arxivi

3.1.10.”A”Ödənilməmiş moniqramların sayı və məbləgi

3.2. Pul baratlarını göndərən hər bir hüquqi və ya fiziki şəxs tələb olunan məlumatları MP1 (M) blankına yazır və kompüter əməliyyatçısına verir.

3.3. Kompüter əməliyyatçısı MP1 (M) blankında aşağıda göstərilən məlumatları və onların düzgünlüyünü yoxlamağa borcludur:

3.3.1. Ünvançının adının, soyadının, atasının adının yazılmasını;

3.3.2 Təyinat məntəqəsinin və ünvanın düzgün və tam olmasını;

3.3.3 Göndərilən pulun məbləğinin (rəqəm və yazı ilə) düzgünlüyünü;

3.3.4 Ünvançının telefon nömrəsinin olmasını (onu xəbərdar etmək üçün-məcburi deyil);

3.3.5 Göndəricinin soyadının və adının olmasını;

3.3.6 Göndəricinin ünvanının tam və düzgün olmasını;

3.3.7 Göndəricinin telefon nömrəsinin olmasını (məcburi deyil);

3.3.8 Göndərici tərəfindən hər hansı yazılı məlumatın yazılıb-yazılmadığını;

3.3.9 Əlavə xidmətlərin yazılıb-yazılmadığını (“xəbərnaməiləmənzilə çatdırmaqla”)

3.4 MP1 (M) blankı yoxlandıqdan sonra əməliyyatçı göndəricidən pulu, moniqramın göndərilməsi və əlavə xidmətlər üçün (əgər varsa) rüsum haqqını alır, blanka qəbul olunan günün təqvim ştempelinin ottiskini vurur. Bundan sonra f.PÇ-5 qəbzini yazır. MP1 (M) blankında PÇ-5 qəbzinin nömrəsini yazır və imzalayır.

3.5 Moniqramların qəbul olunaraq ötürülməsini, onların kompüterin printerindən çıxararaq ödənilməsini poçt filialının yazılı məktubu əsasında MHM tərəfindən kod və parol verilmiş əməliyayçılar həyata keçirə bilərlər.

3.6 Moniqramlar respublikanın istənilən məntəqəsinə həmin məntəqəyə verilmiş kodu yığmaqla ötürülür.

3.7. Moniqramların qəbul edilməsi və ötürülməsi aşağıda göstərilən proqram əsasında həyata keçirilir:

H” ET – əməliyyatçının kodu və parolu “NÖQTƏ”, “M” – ET, ekranda 10 pəncərə görünür.



3.8 Moniqramı kompüter vasitəsilə ötürmək üçün rejim seçimində “1” yazılır – “ET” düyməsi yığılır. Kompüterdə kassirin kodu, şəhər PŞ-lərdə PŞ-nin nömrəsi, rayon PF-lərdə isə kassirin kodu avtomatik olaraq ŞRŞ-nin nömrəsi sətrində yazılır. “ET” yığılır və kursor təyinat şəhəri kodunun üzərinə gəlir. Bundan sonra isə ünvançı barədə məlumatlar kompüterin bazasına aşağıdakı qaydada daxil edilir:

3.8.1 1-ci əməliyyat: ünvançının yaşadığı məntəqənin kodu sonra “ET” yığılır. Məs: {272} “ET”.

3.8.2 2-ci əməliyyat: Əgər ünvançının telefonu varsa, onun telefon nömrəsi yazılır vəET” düyməsi yığılır. Məs: {0004754066} “ET

(2-ci əməliyyatda ünvançının telefon nömrəsi və ya əvvəlki moniqram , pensiya qeydiyyat nömrəsi yığıldıqda şəxsin soyadı, adı, atasının adı, ünvanı, 3,4,5-ci əməliyyatlar üzrə məlumatlar avtomatik yazılır. Məs: {471-81-36} “ET”)

3.8.3 Ünvançının telefon nömrəsi olmadıqda isə

3-cü əməliyyatÜnvançının soyadı, adı, atasının adı yazılır “ET” yığılır. Məs: {Həsənov Həsən Əli oğlu} “ET

3.8.4. 4-cü əməliyyat: Küçənin şifri, “ET” yığılır. Məs: {01536} “ET” yığılır.

Küçənin və ya yaşayış məntəqələrinin şifrini tapmaq üçün “ET” düyməsi yığılır, ekranda nümunə sahəsi görünür və həmin nümunə sahəsində küçənin və ya kəndin adından fraqment yazılır. Ekranda həmin küçələrə uyğun şifrlər görünür. Lazımi şifri seçmək üçün kursor həmin şifrin üzərinə gətirilir vəET” yığılır. Məs: {Çaylı} “ET”.

3.8.5. 5-ci əməliyyat: evin və mənzilin nömrəsi yazılır, “ET” yığılır.

Moniqram hüquqi şəxsin adına göndərildiyi halda məlumatlar aşağıdakı ardıcıllıqla yığılır.

1)Hüquqi şəxsin telefon nömrəsi varsa, telefon yerində telefon nömrəsi yığılır, “ET” yığılır. Bu zaman 3,4,5 – ci əməliyyatlar üzrə məlumatlar avtomatik olaraq yazılır.

2)Hüquqi şəxsin telefon nömrəsi olmadıqda, telefon yazılan sahədə 2-ci pəncərədə {X} qeyd olunur, “ET” yığılır.

Məs: {000000000} {X} “ET”

Yüklə 375 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə