“Türküstan” kitabxanası Şirvani Ədilli



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix08.07.2018
ölçüsü0,93 Mb.
#53841
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

 
112
Tərcüməsi: 
Oğlum, öyüd al, biliksizliyi dəf elə
Kimin qovudu olsa, ona bəkməz qatar. 
                                  72, I c., səh. 432 
 
Tamğa suvu taşra çıkıb tağığ ötər, (4-4-4) 
Artuçları təgrə önüp tizgin yetər. (4-4-4) 
 
Tərcüməsi: 
Damğa suyu çölə çıxıb dağı ötər, 
Dövrəsində sıra-sıra ardıc bitər.
 
                            72, I.c. səh. 420.
 
 
Külsə kişi, atma añar örtər külə, (4-4-4) 
Bakkıl añar ed(h)gülügün ağzın külə. (4-4-4) 
 
Tərcüməsi: 
Yanına bir adam gəlsə, üzünə yanar kül atma, 
Ağzın gülərək ona yaxşılıqla bax. 
                             72, II.c. səh. 52-53
 
 
Təñdə belə körsə məni ördək, atar, (4-4-4) 
Kalva körüp kaşğalakı suvka batar. (4-4-4) 
 
Tərcüməsi: 
Ördək məni o göldə təmrənsiz ox atan görsə, 
Qaşqaldaq tez suya cumar 
                                72, I.c. səh. 498.
 
 
14-hecalı nümunələr: 
 
Ağruk ağır işiñi ad(h)nağuka yüd(h)ürmə, (7-7) 
Açrup özüñ öşərip ad(h)nağunı  tod(h)urma. (7-7) 
 
 


 
113
Tərcüməsi: 
Ağır yükünü başqasına yükləmə,  
Özünü aclıqdan öşərib başqasını doyurma.  
                                            72, III.c. səh. 65 
 
Eştib ata-anañıñ savlarını kadırma, (7-7) 
Nəñ kut bulup kövəzlik kılnıp yana kudurma. (7-7) 
 
Tərcüməsi: 
Ata-ananın öyüdlərini eşidib rədd etmə
Nemət tapsan, ərköyünlük edib qudurma. 
                                            72, I.c. səh. 484. 
 
Məlumdur ki, DLT-ə  qədər VIII-IX əsrlərə aid uyğur 
şeir mətnləri (dini məzmunlu “maniçi” poeziya) vardır. XI 
əsrdə (bəzi fikirlərə görə daha öncəki  əsrlərdə) qələmə 
alınmış, sonradan üzü köçürülmüş  Dədə Qorqud das-
tanında olan şeirlərin isə formaca hansı dövrün məhsulu 
olduğunu müəyyən etmək xeyli çətindir. Bu abidənin bu 
günə  gəlib çatmış  ən  əski  əlyazma nümunəsi XVI əsrə 
aiddir. Məlumdur ki, bu dövrdə artıq heca vəzni mü-
kəmməl bir inkişaf səviyyəsinə çatmışdı. Dədə Qorqud 
dastanının yaranma dövrünün əsasən VII əsr olduğu 
qəbul edilir. Həmin dastanın məzmununda isə hətta era-
mızdan  əvvəlki dövrləri  əks etdirən motivlər var. Şeir-
şünas alim T.Quliyev Dədə Qorqud şeirləri ilə “Divanü 
Lüğat-it-Türk”  əsərindəki  şeir nümunələri arasındakı for-
ma fərqinin azı 1000-1500 illik inkişaf dövrü ərzində baş 
verə biləcəyini ehtimal edərək, Dədə Qorqud mətnlərinin 
forma baxımından da eramızdan  əvvəlki  əsrlərə aid 
olduğu qənaətinə gəlir (34, 36). Lakin aşağıda görəcəyik 
ki, Divani-Lüğat-it Türk əsərinin yarandığı dövrdən cəmi 3 
əsr öncəyə aid olan uyğur  şeirləri də formaca Dədə 
Qorqud şeirlərinə oxşardır, hətta Dədə Qorqud şeirləri ilə 
müqayisədə heca vəznindən daha uzaqdır. Lakin onu da 
nəzərə almaq lazımdır ki, şeir nümunələrinin forması 


 
114
onun qələmə alındığı dövrün xalq şeir förmasına uyğun 
olmaya (ondan geri qala) da bilər.
 
 
Şərqi Türküstandakı Turfan vilayətindən qazıntılar 
zamanı  əldə olunan əlyazmaların arasından tapılmış, 
Aprınçur Təginin (VIII əsr) qələmindən çıxmış  aşağıdakı 
nümunələr “maniçi” poeziyanın  ən  əski nümunələri kimi 
qəbul olunur: 
 
I mətn: 
Bizim tenqrimiz edqüsi redni tiyür 
Bizim tenqrimiz edqüsi redni tiyür 
Rednidə yiq menin edqü tenqrim alpım bekrəkim 
Rednidə yiq menin tenqrim alpım bekrəkim 
Biləqüsüz yiti vajçır tiyür 
Biləqüsüz yiti vajçır tiyür 
Vajçırda ötvi biliqliqim tüzünüm yarukum 
Vajçırda ötvi biliqliqim bilqəm yanqam 
Kün tenqri yarukın teq köküzlüqüm bilqəm 
Kün tenqri yarukın teq köküzlüqüm bilqəm 
Körtlə tüzün tenqrim külüqüm küzünçüm 
Körtlə tüzün tenqrim burkanım bulunsuzum. 
 
Tərcüməsi: 
Bizim tanrımızın yaxşılığı cəvahirdir, deyirlər
Bizim tanrımızın yaxşılığı cəvahirdir, deyirlər, 
Cəvahirdən daha üstün mənim yaxşı tanrım, igidim, qüdrətlim 
Cəvahirdən daha üstün mənim yaxşı tanrım, igidim, qüdrətlim 
Bülöv daşından almaz ityi olur, deyirlər, 
Bülöv daşından almaz ityi olur, deyirlər, 
Almazdan daha kəskin mənim biliklim, əsillim, işığım, 
Almazdan daha kəskin mənim biliklim, əsillim, işığım, 
Gün tanrı işığı tək köküslüm, müdrikim, 
Gün tanrı işığı tək köküslüm, müdrikim, 
Gözəl, əsil tanrım, şöhrətlim, hafizim (qoruyucum) 
Gözəl, əsil tanrım, bütüm (buddam), nadirim 
(tapılmazım)
               
                                                            (77, s. 110-111


 
115
II mətn: 
1. a... 
   adınçığ amrak 
    Amrak özkiyəm 
2. kasınçığımın öyü kadğurar men 
    kadğurdukça kaşı körüləm 
    kavışığsayur men 
3. öz amrakımın öyür men 
     öyü evirür men ödü... çün 
    öz amrakımın önüqsəyür men 
4. barayın tisər baç amrakım 
    baru yimə umaz mən 
    bağırsakım. 
5. kirəyin tisər kiçiqkiyəm 
    kirü yimə umaz mən 
    kin yıpar yadlığım. 
6. yaruk tenqrilər yarlıkazun 
    yavaşım birlə 
7. küçlüq priştilər küç birzün 
    közi karam birlə 
    külüşüqin oluralım 
 
Tərcüməsi: 
1.  a... 
Misiliz sevgili... 
Sevgili canım... 
2. İstəklimi düşünüb həsrət çəkirəm 
Həsrət çəkdikcə, qaşı gözəlim 
qovuşmaq istəyirəm! 
Gedim desəm, gözəl sevgilim, 
Gedə də bilmirəm 
mərhəmətlim, 
Girim desəm, kiçikciyim 
girə də bilmirəm. 
mişk-ənbər qoxulum 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə