Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası Sədnik Paşa Pirsultanlı



Yüklə 74,66 Kb.
Pdf görüntüsü
tarix11.03.2018
ölçüsü74,66 Kb.
#31151


Türk xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası 

Sədnik Paşa Pirsultanlı,  

Gəncə Dövlət Universitetinin professoru

filologiya elmləri doktoru, 

respublikanın Əməkdar mədəniyyət işçisi. 

 

Türk  xalqlarının  folklorunda  bu  ortaqlıq  özünü  bütün  janrlarda,  o  cümlədən  əsgi  ata  sözlərində, 



lətifələrdə, tapmacalarda (bilməcələrdə) qabarıq şəkildə göstərməkdədir. Əfsanə və rəvayətlər lokallığına, 

yarandığı  coğrafi  əraziyə  bağlılığına  görə  başqa  janrlardan  fərqlənir.  Bəzən  gəzərgi  əfsanələrdə,  əski 

çağlardan müəyyən dünyagörüşlərlə bağlı «Gəlin qayası», «Gəlin daşı», «Qız daşa dönən», «Çoban daşa 

dönən»  əfsanələrində  bənzərliklər  mövcud  olduğunu  görürük.  Mən  bunu  ortaqlıq  yox,  tipoloji  yaxınlıq 

kimi  dəyərləndirərdim.  Qazaxıstandakı  «Yuxdan  qız»  əfsanəsi  ilə  Azərbaycandakı  «Gəlin,  v  nature, 

qayası»  əfsanələri  bir-birinə  oxşayır.  «Yuxdan  qızı»  atanın  qarğışı  ilə  daş  olur.  «Gəlin  qayası» 

əfsanəsində isə qayınatasından həya edən gəlin Allaha yalvarır ki, məni ya daş  elə, ya da quş. O da daş 

olur.  


Əlbəttə,  bir  məruzədə  türk  xalqlarının  folklorundakı  ortaqlığı  izah  etmək  imkan  xaricindədir.  Ona 

görə  də  biz  bu  janrlardan  ortaqlığı  daha  qabarıq  şəkildə  özünü  göstərən,  daha  konkret  desək,  «Türk 

xalqlarının ortaq dastanlarının yaranması və yayılması coğrafiyası»nı məruzə üçün mövzu seçdik. Bu özü 

də  geniş  və  ölçüyəgəlməz  bir  mövzudur.  Lakin  müxtəsər  şəkildə  olsa  da  bu  istiqamətdə  söz  demək 

istəyirik. 

Bu ortaqlığın ilk faktoru, ilk amili dildir. Dastan qəhrəmanı olan aşiq və məşuqlar dil baxımından 

bir-birini duymalı, anlamalı və bir-birinin sözünü dərk etməlidir. Aşiqlər o ölkələrə buta dalınca gedir ki, 

orada sevdiyi qızın dilində danışa , blə, bilir. O yerlərə gedir ki, o xalqın dili türk xalqlarının dil ailəsinə 

daxildir. Məsələn: Diyarbəkirdən Novruz Yamənə yox, Misirə gedir. Çünki orada səlcuq türkləri yaşayır. 

Müəyyən dialekt və şivə fərqləri olsa da, Novruzla Qəndab şerlə, sözlə bir-birini anlayır və başa düşür. 

(«Novruz və Qəndab» dastanı).  

Və  yaxud: Məsimin  atası Əziz  Xoca  Diləfrüzü  gətirmək  üçün  Yaponiyaya  yox,  Çinə  gedir.  Çünki 

Çində onun anladığı dildə danışan uyğurlar yaşayır («Məsim və Diləfrüz» dastanı). Qara Qəmbər Güney 

Azərbaycandakı  Sarabdan  Bağdada,  Arzunun  arxasınca  gedir.  Çünki  burada  onun  dilində  danışan 

kərküklər yaşayır («Arzu və Qəmbər» dastanı). 

Dastandakı yer adları da onun yarandığı və meydana gəldiyi coğrafi məkanları öyrənməyə aydınlıq 

gətirir. Bundan əvvəlki tədqiqatlarda «Şah İsmayıl və Gülzar» dastanında toponomik adlara görə, bəzən 

Şah İsmayılın – Şah Xətai olmadığı iddia edilirdi. Biz İran səfərimizdə öyrəndik ki, indiki Ərdəbilin adı 

Qəndahar  olub.  Bura  isə  Şah  İsmayılın  doğulduğu  yurddur.  Dastanda  Gülzarın  Türkmən  Paşanın  qızı 

olduğu  deyilir.  Biz  öyrəndik  ki,  Şiraz  yaxınlığında  türkmən  boyları  yaşayır  və  Gülzar  da  bu  coğrafi 

məkanla  bağlıdır.  Eyni  zamanda,  dastanın  bu  yerlərdə  cərəyan  etməsi  ilə  bağlı  xeyli  real  faktlar 

mövcuddur.  «Arzu  və  Qəmbər»  dastanında  Həzrət  Əlinin  olması  dastanın  qədimliyini  sübut  edir. 

Azərbaycanda,  İraqda  və  Krımda  karaimlər  arasında  geniş  yayılmış  «Arzu  və  Qəmbər»  dastanının  öz 

coğrafi  məkanına  görə  hər  birinin  özünəməxsus  çaları  var.  Lakin  karaim  «Arzu  -  Qəmbər»inin  «Əsli-

Kərəm»lə və ya buna bənzər bir dastan süjeti ilə çarpazlaşması mövcuddur.  

Bəzi  dastanların  coğrafi  məkanları  qədim  məskənlərin  və  qalaların  adı  ilə  bağlı  bu  gün  də 

yaşamaqdadır.  «Şəhri və Mehri» dastanı ilə bağlı Güney Azərbaycanda Şəhri-Mehri şəhəri var, Zəncan 

yolu  üstə  Xəzərə  tökülən  bir  çayın  ,  tvoö  matğ,  sahilində  isə  Tahir-Zöhrə  qalası  durur.  Rəvayətə  görə, 

Tahir bu yerdə sandığa qoyulub qalanın yanından keçən çaya atılıb və sandıq Xəzərdə üzə-üzə Orta Asiya 

tərəfə  keçmişdir.  «Qul  Mahmud»  dastanı  Misirlə,  «Yaralı  Mahmud»  dastanı  isə  Gəncə  və  İstambulla 

bağlıdır. «Yaralı Mahmud» dastanı Türkiyədə geniş yayıldığı halda, bu dastan bizdə yalnız Ağbabada və 

Şirvanda  yayılmışdır.  Şamaxıda  yayılan  «Mahmud  və  Nigar»  dastanının  Türkiyədə  çox  sayda  variantı 

mövcuddur.  Dədə  Qorqudu  qopuzu,  tvoö  matğ,  ölümdən  qoruduğu  kimi,  burada  da  qəhrəmanları 

Qaracaoğlanın sazı qoruyur. 

«Nigar  və  Mahmud»  dastanı  Türkiyədə  müxtəlif  variantlarda  özünü  göstərməkdədir.  Variantın 

birində  Nəsrin  şah  Mahmudu  özbaşına  sevdiyinə  görə  qızı  Nigarı,  Mahmudu  və  onun  dostu  Abid 

Qəmbəri tikə-tikə doğratdırır. Başqa varianta görə isə, onları öldürtdürüb sandığa qoydurur, sandıq axa-

axa, yəqin ki, Xəzər vasitəsilə, Şirvana yan alır. 

Nəsrin  şah  qəzəbi  soyuyandan  sonra  yeganə  qızını  məhv  etdiyi  üçün  peşiman  olur.  Aqillər  şaha 

bildirirlər ki, ancaq onları Qaracaoğlanın sazı dirildə bilər. 




Dastana  görə,  Qaracaoğlan  Türkiyədən  Şirvana  sürgün  edilmişdir.  Nəsrin  şahın  məhv  etdiyi  üç 

nakam gəncin cəsədləri də sandıqda su ilə axa-axa Şirvana gəlib çıxmışdır. 

Ənam  qazanmaq  istəyən  adamlar  böyük  çətinliklə  Qaracaoğlanı  tapırlar.  Qaracaoğlan  bildirir  ki, 

mənim  oxumağım  yasaq  edildiyindən  sazımı  bir  çinarın  dibində  torpağa  basdırmışam.  O,  adamlarla 

birlikdə  gəlib  sazı  torpaqdan  çıxarır  və  baxır  ki,  sazın  cəmi  üç  simi  salamat  qalmışdır.  Birinci  simi 

səsləndirəndə Mahmud sağalıb dünyaya yenidən qayıdır, ikinci simi tərpətdikdə Nigar ölüm yuxusundan 

oyanır, üçüncü simi dilləndirəndə isə Abid Qəmbər asqırıb ayağa qalxır. 

Burada  ilk  növbədə  Dədə  Qorqudun  qopuzu  ilə  Qaracaoğlanın  sazı  ecazkar  qüdrətinə  görə  bir 

nöqtədə, bir məcrada birləşir. Eyni zamanda tikə-tikə doğranmış nakam gənclərin yenidən dirilməsi, bir-

birinə qovuşması «Arzu – Qəmbər» dastanının Kərkük variantını yada salır. Türk dastanlarının ortaqlığı 

təkcə ümumdastan süjetlərində deyil, ayrı-ayrı motivlərdə, kiçik epizodlarda belə özünü göstərməkdədir. 

«Əsli  və  Kərəm»  dastanının  yayılma  coğrafiyası  və  onun  ayrı-ayrı  variantları  araşdırıcıya  yeni  söz 

deməyə  böyük  imkanlar  yaradır.  Əksər  variantlarda  «Alış,  Kərəm,  tutuş,  Kərəm,  yan,  Kərəm»  deyən 

Kərəm də, onun sevgilisi Əsli də yanıb kül olurlar. Təkcə Güney Azərbaycan variantında Kərəm və Əsli 

salamat qalır. Kərəm bütün aləmi gəzib dolaşandan sonra, son məqamda Türkiyənin Qeysəriyyə şəhərinə 

çatır.  Qara  Keşiş  Süleyman  paşanın  yanına  şikayətə  gedir  və  ona  bildirir  ki,  yaramazın  biri  mənim 

qızımın  arxasınca  düşüb  əl  çəkmir.  Mənim  qızım  bir  almaz  danəsidir.  O,  sizin  oğlunuza  layiqdir. 

Süleyman paşa qızı görür, oğluna göstərir, bir gövhər əldə etdiklərini duyub elə həmin saat toy başladır. 

Kərəm  də  həmin  anda  aşıq  libasında,  əlində  saz,  məclisə  daxil  olur.  Kərəm  nə  oxuyursa  sözün  bir 

qanadını Əsliyə bağlayır. Süleyman paşa deyir:- Aşıq, sən kimsən ki, cəsarət edib mənim gəlnimin adını 

çəkirsən?  Kərəm  uca səslə  cavab  verdi:  -  Paşam,  mən  gəncəli  Ziyad  xanın  oğluyam.  Əsli  mənim 

nişanlımdı.  Süleyman  paşa  yenidən  aşığa  müraciət  edir:-  Axı,  mən  Ziyad  xanın  

dostuyam.  O,  məni  ölümdən  xilas  edib,  bugünkü  günü  mənə  o,  verib.  Onun  da  bircə  oğlu  var.  Adı  da 

Mahmuddur.  Kərəm  dedi:  Bəli,  mən  Mahmudam,  Əslinin  eşqindən  Kərəm  olmuşam.  Özüm  də  haqq 

aşığıyam. Sonuncu kəlməni eşidəndə Qara Keşiş cəsarətə gəldi və dedi :  - Paşam, durna qatarı Qafqaza 

tərəf  yol  alıb  gedir,  əgər  Kərəm  həqiqətən  haqq  aşığıdırsa,  elə  söz  oxusun  ki,  durnalar  geri  qayıtsın, 

«Güllübağ»ın üstündə dövrə vursun, silkinib xışmınan telini töksün. Qızlar da saçına durnateli taxıb toyda 

oynasınlar. Bu gözəl olmazmı? 

Kərəm bu bir kəlməyə bəndmiş kimi sazı sinəsinə sıxdı, ağzından od püskürdü, durnalara müraciətlə 

oxudu: 


Yolçusudu bu yolların, 

Gen açar qanad- qolların. 

Ərmağan eylər tellərin

Durnam tel tökər, tel tökər. 

Ağladır dövran, Kərəmi, 

Əsli tək jeyran, Kərəmi. 

Yox, eşidər, Xan Kərəmi, 

 

Durnam  tel  tökər,  tel  tökər.  Möhür  bəndində  «Yox,  eşidər  Xan  Kərəmi»  misrasını  eşidən  kimi 



durnalar geri qayıtdı, «Güllübağ»ın üstündə silkinib tel tökdü. Hər qızın başına durna cığası, durna teli 

sancıldı.  Həmin  məclisdə  sənət  incisi  olan  bu  gəraylı  və  «Qürbəti-Kərəm»  saz  havası  dünyaya  gəldi.  

Bu  möcüzə  qarşısında  aciz  qalan  Qara  Keşiş  Süleyman  paşadan  xahiş  etdi  ki,  icazə  ver,  qızımın  toy 

donunu mən tikim. Dan ulduzu doğana qədər düymələr açıldı, bağlandı. Kərəm ayaq üstə yuxuya getdi. 

Ona  haqdan  səda  gəldi  ki,  Keşişin  bu  tilsimini  yalnız  üç  kəlmeyi-şəhadət  qıra  bilər.  Kərəm  müsəlman 

kimi tək idi. Əsli və anası  müsəlmanlığı qəbul etdi. Üç kəlmeyi-şəhadət tilsimi sındırdı. Nəticəni bilən 

Qara Keşiş eşşəyə minib meşəyə qaçdı. Dastana görə Kərəmin bir cüt oğlu olur. Uşaqlar bayırda soyuqda 

oynadığı üçün Kərəmin acığı tutur. Əsli deyir: 

-  Əl  boyda  uşaqlar  səni  darıxdırır,  bəs  sənin  ata-anan  daşdı.  Onlar  səni  arzulamır?  Elə  həmin  gün 

Kərəm, Əsli və uşaqları Gəncəyə yola düşürlər. Üçtəpələrə çatanda çox sayda çadırlar görürlər. Kərəm 

uşaqlarını bir qarıya tapşırıb, Əsli ilə şəhərə gəlir. Onlara bildirirlər ki, Ziyad xan öldü, oğlu Mahmud  

(Kərəm) didərgin düşdü. Tək qalan Qəmərbanu , v nature, Gəncəni qohum-əqrabaya tapşırıb, Kərbəlaya 

yola düşdü. Onlar geri qayıdanda qarı deyir: 

-  Oğul,  bu  uşaqları  tərlana  öyrətmə,  mənim  oğlum  da  tərlan  quşu  oynada-oynada  Mahmud  ikən 

Kərəm  oldu.  Kərəm  və  Əsli  Qəmərbanunu  bəkr-bərk  qucaqlayıb,  bildirirlər  ki,  bu  uşaqlar  da  sənin 

nəvələrindir.  Kərəm  anasını  Gəncəyə  döndərmək  istəyir,  Qəmərbanu  razılaşmır.  O,  deyir  ki,  mən 

Kərbəlanı  könlümdə  tutdum,  Allah  səni  mənə  qaytardı.  Onlar  Kərbəlaya  getdilər.  Bu  gün  Kərkük 

folklorunda,  toponimlərində  Ziyadoğlular  adı,  «Kərəm  və  Əsli»  dastanı,  eləcə  də  Gəncə  yaşayış 




məntəqəsi mövcuddur. «Əsli və Kərəm» dastanının bu variantı onunla fərqlənir ki, o sırf İslam mühitində 

əmələ  gəlmişdir.  Həmin  ,  tvoö  matğ,  mühitdə  dini  köynək  doğrudan  da  əsasən  aradan  qaldırılmışdır. 

Lakin,  Azərbaycan  ,  blə,  mühitində  xristian  dininin  köynəyi  cırılmamışdı.  Dastanın  bu  variantı  türk 

xalqlarının  ortaq  düşüncəsi  və  mühakimələri  ,  tvoö  matğ,  əsasında  yaranmışdır.  Dastanın  başqa 

variantlarında  Kərəmin  çəkdiyi  ah  nəticəsində,  bəzən  də  sazının  tellərindən  qopan  od  qığılcımı 

nəticəsində  alışıb-yanırlar.  Lakin,  Azərbaycan  və  Türkiyə  arasında  cərəyan  edən  bir  variantda  onların 

yanmaları bənzərsiz bir şəkildə təsvir olunur. Kərəm , tvoö matğ, yanır, onu türk torpağında dəfn edirlər. 

Qara  Keşiş  kənizlərə  tapşırır  ki,  mənim  qızımı  Kərəmin  məzarına  tərəf  aparmayın.  Qızlar  Əslinin 

üzündən keçə bilmirlər, Kərəmin qəbrinə tərəf gedirlər. Əsli deyir:  

- Qızlar, Kərəmin qəbrindən qalxan alova baxın. Qızlar bu alovu görə bilmirlər. Əsli yerdən balaca 

daş  çınqısı  götürüb,  qəbrə  tərəf  atır.  Daş  Kərəmin  başdaşına  dəyib,  alova  dönüb  geri  qayıdır  və  Əslini 

yandırıb kül edir. Onları yanaşı dəfn edirlər. Qəmərbanu oğlunun cəsədini Gəncəyə gətirmək istəyir, lakin 

türk paşası buna icazə vermir. Bu torpağın Kərəm üçün daha müqəddəs olduğunu bildirir. Qəmərbanu hər 

iki qəbrin torpağını öpür və qəbrlərin üzərində qızılgül kolları əkir. Bundan xəbər tutan Qara Keşiş hər iki 

qəbrin  ortasında  qaratikan  kolu  əkir.  Hər  yaz  qızılgüllər  açanda  bir-birlərinə  can  atırlar,  lakin  keşişin 

əkdiyi  qaratikan  kolu  zərif  gülləri  qovuşmağa  qoymur,  onların  yarpaqlarını,  ləçəklərini  yaralayır. 

Görürsünüzmü,  Qəmərbanu  Əsliyə  nə  qədər  yüksək  məhəbbət  bəsləyir,  lakin  Qara  Keşiş  dini  təəssüb 

çəkərək, Kərəmin qəbrindən də əl götürmür.  

Bizim  üçün  çox  maraqlıdır  ki,  «Arzu  və  Qəmbər»in  Karaim  variantında  Arzunun  atası  da  onların 

istəyini qəbul etmədiyi üçün Arzu ilə Qəmbərin qəbrləri arasında qaratikan kolu əkir. Bu faktın özü bir 

daha  təsdiq  edir ki,  «Əsli  və  Kərəm»  dastanının  süjeti  daha  qədimdir,  bu  dastana  bənzər  türk  xalqları 

arasında  müəyyən  bir  dastan  və  ya  əski  bir  süjet  mövcud  olmuşdır.  Türkmən  dastanı  olan  «Sayad  və 

Həmra»  dastanında  çox  sayda  Kərəmin  qoşmalarından  istifadə  olunmuşdur.  Bu  süjet  Gəncə,  Təbriz, 

Kərkük, Türk, Özbək, Türkmən, Qazax və başqa türk xalqlarının folklorunda özünə geniş yer almışdır.  

Bununla belə cəsarətlə deyə bilərik ki, türk xalqlarının bu ortaq dastanının ilk beşiyi Gəncədir. Çünki bu 

torpaqda dastanla bağlı çox sayda əsatir, əfsanə və tarixi rəvayətlər mövcuddur. Bundan əlavə, dastanın 

poetik  təhlili,  şerlərin  və  saz  havalarının  meydana  gəlməsi,  müasir  dövrdə  bunların  ifası  elmi 

mülahizəmizi  həqiqətə  daha  da  yaxınlaşdırır.  «Əsli  və  Kərəm»lə  bağlı  Azərbaycanda  aşağıdakı  saz 

havaları  mövcuddur.  «Zarıncı»,  «Yanıq  Kərəmi»,  «Quba  Kərəmisi»,  «Ərəsbər  Kərəmisi»,  «Qürbəti 

Kərəm»,  «Kərəm  şikəstəsi»,  «Kərəm  gözəlləməsi»,  «Əhmədi  Kərəm»,  «Döymə  Kərəmi»,  «İran 

Kərəmisi»,  «Novruzu  Kərəmi»si,  «Kərəm  köçdü»  (ikinci adı  «Opera  Kərəmisi»)  və  başqalarını  göstərə 

bilərik.  Bunlardan  «Döymə  Kərəmi»  və  «Kərəm  şikəstəsi»  Şirvanda,  «Əhmədi  Kərəm»  Borçalıda, 

«Qürbəti  Kərəm»  isə  Türkiyədə  və  Ağbabada  geniş  yayılmışdır.  Türk  xalqlarının  dastan  ortaqlılığını 

sübut  edən  əsas  amillərdən  biri  də  coğrafi  məkanlarla  ,  tvoö  matğ,  bağlılıqdır.  

Türk xalqlarının folklor ortaqlığı özünü əsatir, əfsanə və rəvayətlərdə daha güclü , v nature, şəkildə əks 

etdirmişdir.  «Əsli  və  Kərəm»  dastanında  real  tarixi  hadisələrlə  yanaşı,  qədim  əsatir  və  əfsanələrdən  də 

istifadə  olunmuşdur.  İstər  «Əsli  və  Kərəm»  dastanında,  istərsə  də  «Arzu  -  Qəmbər»in  Krım-Karaim 

variantında  «Ay  və  Gün»  əfsanəsi  süjet  xəttində  dayanır  və  hadisələrin  inkişaf  xətti  bu  əfsanə  ilə 

əlaqələndirilir.  Əfsanəyə  görə,  Ayla  Gün  bir-birinə  aşiqdirlər.  Onlar  görüşməyə,  vüsala  yetişməyə  can 

atırlar. Lakin, onlar bir-birinə çathaçatda qaranlıq gecə araya düşüb onları bir-birinə qovuşmağa qoymur. 

Dastanda qara gecəni Qara Keşiş təmsil edir. Kərəmin və Əslinin üstündə əkilən qızılgüllər bir-birinə can 

atır. Lakin hər iki gəncin qəbri arasında Keşişin əkdiyi qaratikan kolu onları qovuşmağa qoymur. Güney 

Azərbaycan  variantında  Keşişin biçib-  tikdiyi  donun  tilsimi  üç  kəlmeyi  -  şəhadətlə  sınır. Keşiş  məğlub 

olur.  Lakin  xristianlığın  öz  gücünü  saxladığı  ərazilərdə  tilsimli  köynəyi  cırmaq  və  ya  tilsimi  sındırmaq 

mümkün olmur. «Arzu və Qəmbər»in Karaim variantında Arzunun Qəmbərə qovuşmasını istəməyən qız 

atası iki qəbir arasında qaratikan kolu əkir. Bu qara- tikan kolu sevgililərin üzərindən bir-birinə can atan 

zərif güllərin , tvoö matğ, yarpaqlarını və ləçəklərini zədələyir. Bunun özü bir daha sübut edir ki, «Ay və 

Gün» əfsanəsi türkdilli xalqların ortaq dastan yaradıcılığı , tvoö matğ, mərhələsində mövcud olmuş və adı 

çəkilən dastanlar üçün nüvə rolu oynamışdır.  

Qəhrəmanlıq  epos  və  dastanlarımızın  çoxu  «Kitabi-Dədə  Qorqud»un  köynəyindən  çıxmışdır. 

Ümumiyyətlə, «Dədə Qorqud» ənənələri özündən sonra yaranan dastanlarda bir başlanğıc olmuş, bunların 

formalaşmasına  və  inkişafına  təkan  vermişdi.  Aruz  Qocanın  oğlu  oğuz  yerindən  oynayanda  sazaqda 

(qamışlıqda) qalır, Qoğan aslan ona döşündən süd verib, böyüdür. Aslan südü ilə pərvəriş tapan Basat da 

pəri  qızından  doğulan Təpəgözü  yenir  və  ona  qalib gəlir.  Azərbaycan  «Koroğlu»sunu  öz  südü  ilə  qurd 

böyütmüşdür.  Özbəyin  «Goroğlu»su  at  südü  ilə,  Tükmənin  «Qoroğlu»su  keçi  südü  ilə  mayalanmışdır. 

Göründüyü kimi türk xalqlarının əsatir və əfsanə, qədim epos süjetləri müəyyən mənada bir kökə bağlı 

olsa da, onların milli xarakterləri, coğrafi məkanları ilə əlaqədar olan fərqli çalarlarda mövcuddur. Burdan 



dəqiq  anlaşılır  ki,  bir  xalqın  mənəviyyatını  başqa  bir  xalqın  mənəviyyatı  əvəz  edə  bilməz.  Ümummilli 

liderimiz  Heydər Əliyev cənabları «Kitabi  – Dədə Qorqud»un 1300 illik yubileyini keçirmək haqqında 

fərman vermişdi. «Kitabi-Dədə Qorqud»un müqəddiməsi aşağıdakı cümlə ilə başlayır: «Rəsulhussəlamın 

zamanına  yaxın  Boyat  boyundan  Dədə  Qorqud  derlər,  bir  ər  qopdu…».  Məlumdur  ki,  Rəsulhüssəlam 

Məhəmməd Peyğəmbərdir, o, VII əsrdə yaşamışdır. Azərbaycan Prezidentinin verdiyi fərman ən mötəbər 

mənbə,  məxəz  olan  bu  abidəyə  əsaslanır.  Bu  fərmandan  az  sonra Türkmənistan  Prezidenti  Saparmurad 

Niyazov  –  Türkmənbaşı  cənabları  «Kitabi-Dədə  Qorqud»un  1400  illiyi  haqqında  ,  tvoö  matğ,  fərman 

vermişdi. 

Dədə  Qorqudla  bağlı  əsatir  və  əfsanələr  Altayda,  Yakutyada,  Sayan  dağlarında  və  Orta  Asiyada 

geniş  yayılmışdır.  Bu  yerlərdə  qopuz  çalınıb,  şaman duaları  oxunmuşdur.  Qopuz  çalıb,  şaman  duaları 

oxuyanlardan biri də Dədə Qorquddur. Lakin bu əsatir və əfsanə ömrünü yaşayan Dədə Qorquddur. Dədə 

Qorqud  Orta  Asiyada,  o  cümlədən,  Türkmənistanda  yağış  məbududur.  Qazaxıstan  və  Qırğızıstanda  isə 

böyük şamandır. Azərbaycanda və Türkiyədə Dədə Qorqud ozanlar ozanıdır. O, qopuz çalır, söy söyləyir 

(şer  deyir)  və  oğuznamələr  düzüb-qoşur.  Bizim  yubileyini  keçirdiyimiz  «Kitabi-Dədə  Qorqud»un  1300 

illiyi Dədə Qorqudun dastan ömrünə aiddir. Əsatir birinci, epos ikincidir. Yəni, biz birinci olan əsatirin 

yox, ikinci olan epos - dastanın yubileyini keçirmişik.  

Türkmənistanda və Qaxazıstanda «Dədə Qorqud və Gülnar», «Dədə Qorqud və qırx qız» əfsanəsləri 

çox  məşhurdur. Türkdilli  xalqlar  arasında  ən  ortaq  görünən  «Koroğlu»  epos-dastanıdır.  Azərbaycanda 

Koroğlunun məskəni Çənlibeldir, Orta Asiya və Türkiyədə Yıldız- dağıdır. Qazaxıstanda və Orta Asiyada 

az  sayda  Koroğlu  havaları  vardır.  Bunlardan  «Koroğlu  küyü»,  «Koroğlunun  at  oynadışı»,  «Yıldızdağ 

Koroğlu»  bu  sıradadır.  Böyük  bəstəkar  Üzeyir  Hacıbəyovun  «Koroğlu»  operasını  yazdığı,  «Kərəm 

köçdü»  saz  havası  əsasında  «Opera  Kərəmisi»  adlı  bəstəsini  yaratdığı  kimi,  Qazaxıstan  və  Orta  Asiya 

bəstəkarları da Koroğlu şerləri əsasında yeni melodiyalar bəstələyib meydana çıxarmışlar. Qazaxıstanda 

dombraçılar,  Orta  Asiyada  tutarçılar,  o  cümlədən  Özbəkistan  və  Türkmənistan  baxşıları  Koroğlu 

havalarını  bardaş  qurub-ayağa  durmadan  oxuyurlar.  Türkiyə  ozan-  aşıqları  stulda  oturub  Koroğlu 

havalarını çalırlar. Adını çəkdiyimiz türk yurdlarında ozan-aşıq sazı meydan sazına çevrilə bilməmişdir. 

Bizim dastanlarımızın ayrı-ayrı qollarında Koroğlu bir əlində saz, bir əlində qılınc döyüşə gedir. O, yeri 

düşdükdə sazının, sözünün qüdrətilə düşmənin başını dumanlandırır, çaşdırır, lazım gəldikdə isə qılıncını 

çəkib düşməni öz meydanında yox edir. Çox sayda Azərbaycan dastanı ilə bağlı saz havaları da çox şey 

deyir:  «Atlı  Koroğlu»,  «Koroğlu  bəhrisi»,  «Döşəmə  Koroğlu»,  «Koroğlu  bozuğu»,  «Koroğlu 

qaytarması»,  «Koroğlu  rübaisi»,  «Misri  Koroğlu»,  «Koroğlu  müxəmməsi»  havalarını  qeyd  edə  bilərik. 

«Bozuğu  Koroğlu»,  «Osmanlı  Bozuğu»  Dədə  Qorquddan  yadigar  qalmış  «Bozuğu»  qopuz  havasının 

törəmələridir. Bu saz havası «Bəhməni» adı ilə Borçalı aşıqları arasında çox məşhurdur. Türkiyənin Qars 

və Bolu yörələrində «Koroğlu» dastanı geniş yayılmışdır.  

Elə dastanlar var ki, o əsgi çağlarla səsləşir və qan yaddaşı ilə (genetik əlaqə ilə) çox bağlıdır. Lakin 

elə  dastanlar  var  ki,  mədəni  əlaqə  nəticəsində  yayılmışdır.  «Əmrah»  dastanı Ərzurumda,  «Aşıq  Qərib» 

dastanı  Təbrizlə  Tbilisi  şəhəri  arasında  yaranmış  və  onun  dalğası  Hələb  şəhərinə  və  Qarsa  çatmışdır. 

Xəstə Qasımın Dağıstan səfəri, Dərbəndli Aydının Orta Asiya səfəri, Aşıq Alının Türkiyə səfəri, Çoban 

Məhəmmədin  Qars  səfəri,  Şəmkirli,  tvoö  matğ,  Hüseynin  Naxçıvan  səfəri  dastanların  yaranmasında 

mühüm  rol  oynamışdır.  Aşıq  sənətinin  səyyarlığına  üstünlük  verən  Aşıq  Ələsgər  Türkiyəni  və 

Azərbaycanın ayrı-ayrı bölgələrini gəzmiş, görmüş yeni mövzular almış, çalıb - çağırmış, dastanların və 

saz havalarının yayılmasına rəvac, blə, vermişdir.  

Türk  xalqlarının,  tvoö  matğ,  ortaq  dastanlarının  araşdırılmasında  coğrafi  məkan,  aşıq  mühitləri, 

məktəbləri diqqətdən yayınmamalıdır. Azərbaycanda saz havaları, Borçalıda qayda, Güney Azərbaycanda 

ahəng,  Orta  Asiyada,  xüsusilə  Türkmənistanda  muğam,  şerə  də  qazal,  tvoö  matğ,  deyilir.  Tatarlar, 

qazaxlar,  kumuq  və  noqaylar  şerə-  jır  deyirlər.  Mahmud  Kaşğarinin  XI  əsrdə  qələmə  aldığı  «Divani- 

lüğət-  it-türk»  əsərində  olduğu  kimi,  Azərbaycanda  aşıq  şerinə  qoşqu  və  ya  qoşma  deyirlər.  Hazırda 

Şirvanda qadınların bədahətən düzüb qoşduqları şerə «qoşqu» deyilir. Türk xalqlarının ortaq dastanlırının 

öyrənilməsində bir söz də, bir detal da əhəmiyyət kəsb edir. Türkmən dastanlarında qəhrəmanlardan ya 

qız,  ya  da  oğlan  Şirvandandır.  Türkmən  baxşısı  durnalara  müraciət  edərkən  Azərbaycana  uç  demir, 

«Xəzərbecana uç» durnam deyir.  

«Sayad  və  Həmra»  dastanında  «Əsli-Kərəm»  qoşmalarından  istifadə  olunsa  da,  onun  süjeti  və 

motivləri «Əmrah» dastanına daha yaxındır. «Bal Sayad» havası çalınan da «Əmrah» dastanı yada düşür: 

Gəl Sayad bağdadı, bağda,Bal Sayad bağdadı, bağda, 

Biz yuxarıda qeyd etdik ki, aşıq sənəti səyyar sənətdir. XVI-XVII əsrlərdə Güney Azərbaycanda  - 

Təbriz  və  Qaradağda  Dirili  Qurbaninin,  Tufarqanlı  Abbasın,  XVIII  əsrdə  Qarabağda  Abdalgülablı 

Valehin, XIX əsrdə Göyçədə Aşıq Ələsgərin və Şəmkirdə Aşıq Hüseynin timsalında bu sənət öz yüksək 



inkişaf nöqtəsinə çatmış, bu sənətkarlar əsrlərin sinəsinə öz yaradıcılıq möhürlərini vurmuşlar. Eləcə də 

Türkiyədə Yunis Əmrə (XIII), Pirsultan Abdal, Qaracaoğlan, Dadaloğlu, Dərdli, Aşıq Veysəl, Summani, 

Orta  Asiyada,  onun  Təkətürkmən  yurdunda  Məhdumqulu,  Mollanəpəs  öz  sözlərini  demişlər.  Onların 

yaradıcılığında 

bu 

ortaqlıq, 



birinin 

digərinə 

təsiri 

açıq-aşkar 



özünü 

göstərməkdədir. 

Ustad aşıqlar şer, dastan düzüb, tvoö matğ, qoşurlar, bəstəkar aşıqlar isə musiqi havaları yaradırlar. Lakin 

bunları  sinədəftər  edən  eldən-elə  yayan  peşəkar  ifaçı  aşıqlar  olur.  Onların  repertuarında  yer  alan 

dastanların öyrənilməsi də maraqlıdır. Özbək dastanlarını Çəmənbülbül oğlunun dilindən yazıya almışlar. 

Gəncədə  yaşamış  Aşıq  Qara  daha  çox  dastan  bilirdi.  Zarafatla  əlini  qarnına  vururdu:  «sözdü-söz», 

Qaraçıoğlu  İbrahim  «Koroğlu»  dastanlarının  çox  sayda  qollarını  bilirdi,  həm  də  Koroğlu  havalarının 

gözəl ifaçısı idi. İndiyə qədər aşıq poeziyası ayrıca, musiqisi, eləcə də dastan yaradıcılığı ayrıca tədqiq 

olunmuşdur. Bunları özündə birləşdirən aşığın məcliskeçirmə qaydaları, tarixən davam edən, aşıq sənətini 

yaşadan  ənənələri  öyrənilməmiş  və  ya  xüsusi  tədqiqat  ,  tvoö  matğ,  mövzusuna  çevrilməmişdir. 

Qazaxıstan,  Orta  Asiya,  Azərbaycan  və  Türk  dastanları  müqayisəli  şəkildə  öyrənilməmişdir.  Bu  yöndə 

aparılan tədqiqatlar türk xalqlarının ortaq dastanlarının yarandığı coğrafi məkanı da, dastanı yaradan xa 

lqı da aydınlaşdırır. Onda məlum olur ki, tarixin hansı hadisəsi bir dastanı bu aşıq mühitindən başqa aşıq 

mühitinə,  blə,  aparıb,  dastanların  versiya  və  variantları  necə  yaranıb?  hansı  dastan  hansı  türk  xalqının 

ictimai  və  mədəni  həyatında  daha  mühüm  rol  oynayıb?  Əlbəttə,  bu  işin  başlanğıcıdır,  bu  görüşlər  çox 

fayda verəcək, fikirdən fikir doğacaq, fərdi tədqiqatlar kompleks, və nature, tədqiqatlara çevriləcək, ortaq 

türk 

dastanlarının 



da 

dərindən 

öyrəniləməsi 

üçün 


yeni 

prespektivlər 

açacaqdır.  

Folklor  İnstitutu  yaranandan  bəri  xeyirxah  addımlar  atılır.  Türk  dünyasının  araşdırıcılarını  öz  ətrafında 

birləşdirir.  İkinci  dəfədir  ki,  Folklor  İnstitutunun  təşkil  etdiyi  elmi  simpoziumun  işığına  gəlirik.  Mən 

böyük  inam  bəsləyirəm  ki,  bu  elmi  simpoziumlar  araşdırıcılara  yeni  istiqamət  verəcək,  onların 

yaradıcılığına yeni abı-hava gətirəcəkdir. 

 

İstifadə olunmuş ədəbiyyat 

1) «Arzu və Qəmbər» dastanı, Bakı, «Gənclik» nəşriyyatı, 1971. 

2) Sədnik Paşa Pirsultanlı, Azərbaycan eposunun əfsanə qaynaqları, «Azərnəşr», Bakı, 2002. 

3) Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, «Ozan» nəşriyyatı, Bakı, 2002 

4) Qəzənfər Paşayev, «İraq-türkmən folkloru», Bakı, «Yazıçı», 1992. 

5) Turkmenskiy romaniçeskiy gpos, Moskva, 1971. 

6) Dr. Çenqiz Ketene, Kerkük halk edebiyyatından seçmeler, Kültür Bakanlığı, Türk Dünyası edebiyyatı, 

Ankara, 1990. 

7) Dessanlar, Daşkənd, 1980 (tərtib edəni Cəfər Bəkirov) 



 

Yüklə 74,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə