Tu ra n-sam (tu ra n -c sr )



Yüklə 233,08 Kb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü233,08 Kb.
#64905


TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



24 

(3) 

ALBAN ETNOSU KONUSUNA DAİR 

Rüxsarə QULIYEVA Bəxtiyar qızı 

         



ÖZET 

Güney  Kafkasyada  "Albaniya"  adlı  ülkenin  adını  ilk  kez  yunan  coğrafyacısı 

Strabon hatırlamıştır. Bu ülkede yaşayan albanlar ise ilk kez olarak kaynaklarda m.ö. 

IV  yüzyılda  Büyük  İskenderle  bağlı  olaylarla  ilgili,  II  yüzyıl  alimi  Flavi  Arrian 

tarafından hatırlatılır. Bahsedilen tarihde "alban" problemine diğer antik tarihçiler Qay 

Plini  Sekund  ve  Qay  Yuli  Solin  de  dokunmuştur.  Adı  söylenen  araştırmacıların 

bilgileri  artık  Büyük  İskender  zamanında  Alban  devletinin  var  olması  düşüncesini 

doğurur.  Arkeolojik  buluntular  da  bunu  düşünmeye  esas  verir.  Öyle  ki,  arkeolog  İ. 

Babayev arkeolojik və numizmatik buluntulara dayanarak m.ö. IV yüzyılın sonu – III 

yüzyılda Alban devletinin kurulduğunu kayt ediyordu. 

Eski  kaynaklarda  "alban"  etnonimi  hem  Albaniya  arazisinde  yaşayan 

toplulukların  genel  adı,  hem  de  burada  yaşayan  topluluklardan  biri  gibi  hatırlanır. 

Tarihi  gerçektirki,  Albaniyada  çeşitli  milletler  yaşamıştır.  Bu  bakımdan  ülke 

ahalisinin yalnız alban tayfasından ibaret olmasını demek yanlış olurdu. Antik yunan - 

roma  tarihçilerinin  bilgileri  albanların  Kura  nehrinin  Hazar  denizine  dökülen 

bölgesine kadar Hazar denizi boyunca, Kura havzasını kaplayan Kafkas dağlarında ve 

Kura  nehrinin  orta  ve  aşağı  akarı  boyunca,  özellikle  sol  sahili  boyunca  yaşadıklarını 

düşünmeye esas verir. İlimde, "alban" və "Albaniya" sözünün manasını latin menşeli 

“albus”  (dağlık  ülke)  ve  kelt  dilindeki  alb  (dağ)  sözüne  götüren  fikrlerle  beraber, 

Alban nehri, Albana şehri ve Alban denizi ile alakalandıran fikrler de mevcutdur. 

Alban  etnoniminin  etnik  kökü  də  uzun  süren  tartışmaların  konusu  olmuştur. 

Tarih debiyatında albanların ya İran menşeli, ya da Kafkas menşeli olması fikri geniş 

yayılmışdır.  Ama  tarihi  kaynaklarda  Albanların  İran  menşəli  ve  ya  Kafkas  menşeli 

olmaları  hakkında  bilgi  yoktur.  Ne  İran  menşeli,  ne  de  Kafkas  menşeli  halklar 

içerisinde albanların adını taşıyan topluma rastlanmamıştır. Bu adı taşıyan toplumlar 

yalnız  Türk  halkları:  Kazakların,  Kırgızların,  Özbeklerin  ve  Türkmenlerin  içerisinde 

XIX  yüzyılda  kayıta  alınmıştır.  Fikrimizce  bu  delil  alban  etnoniminin  Türk  menşeli 

olmasını söylemeye esas veren ve tartışmalara son koyan oldukça tutarlı delildir. 

 

Anahtar Kelimeler: Alban, Antik, Kafkasya, Kura Nehri, Strabon, Türk.  

 

 



 

(ON THE QUESTION OF AN ALBANIAN ETHNOS) 

ABSTRACT 

About  the  state  of  Albania  in  the  South  Caucasus  was  first  mentioned  in  the 

book  of  Strabo.  For  the  first  time  Albanians  as  the  name    representatives  of  the 

Albanian population in the source are mentioned in connection with the events the last 

third  of  the  IV.  B.C  authors  II.  A.D.  Flavy  Arrian.  In  the  period  of  Alexander  the 

Great  a  question  "Alban"  have  concerned  as  well  other  antique  authors  Guy  Pliny 

Sekund and Guy Juli Solin. The information received from Guy Plini Sekunda, Flavi 

Arrian  and  Guy  Juli  Solin  confirms  existence  of  the  state  Albania  at  the  time  of 




TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



25 

Alexander  the  Great.  In  an  ancient  sources  ethnonym  "Alban"  had  been  used  and  as 

the  name  of  all  population  of  Albania,  and  the  name  of  a  separate  tribe.                                                      

Generalizing  messages  of  antique  authors,  it  is  possible  to  draw  a  conclusion: 

Albanians lived in territory of coast of Caspian sea to  a place of a confluence of the 

Kura in it, in the Caucasian mountains which surrounded a river basin of the Kura, on 

average  and  its  bottom  current,  especially  on  the  left  coast.  About  an  origin  of  the 

name  "Albania"  in  the  scientific  literature  there  are  various  opinions.  Some 

researchers  consider  that  this  name  of  a  Latin  origin  with  value  "the  Country  of 

mountains". The authors who identify the river Alazan  with the river of Alban which 

mentioned by Plini consider that ethnonym Alban  and the name of Albania  formed 

from the name of river Alban. 

The  origin  ethnonym  "Alban"  long  time  was  a  discussion  theme.  In  the 

historical  literature  widespread  opinions  that  not  only  Albanians  but  also  all 

population  of  Albania,  are  Caucasian  speaking  or  Iranian  speaking.  The  so-called 

ethnos "Alban" meet among neither the people  Caucasian nor Iranian origin. On the 

contrary,  carrying  this  name  found  among  the  Turkic  peoples.  In  our  opinion  this  is 

enough authentic fact to stop discussion and to assume Alban Turkish origin. 

 

Keywords: Albania, Ancient, Caucasia, Kura, Strabon, Turks. 

 

 



GİRİŞ 

Tarixşünaslıqda çox böyük maraq doğuran problemlərdən biri də Azərbaycan 

Albaniyası  əhalisinin  tərkibi  ilə  bağlı  məsələdir.  Dünyanın  bir  çox  ölkələri  kimi 

Azərbaycan  da  tarixən  çox  millətli  bir  ölkə  olmuşdur.  Burada  qədim  dövrlərdən 

başlayaraqtürkmənşəli  və  qafqazmənşəli  xalqlar  yanaşı  və  birgə  yaşamışdılar. 

Məlumdur ki, Azərbaycan Albaniyasının sərhədləri daxilində yaşayan əhali, xüsusən 

də Strabonun qeyd etdiyi 26 tayfa haqqında tarix elmində müxtəlif fikirlər mövcuddur. 

Təqdim  edilən  məqalədə  qədim  mənbələr  əsasında  bu  tayfalardan  biri  olan 

albanlardan  bəhs  ediləcək.  Onların  yaşadığı  ərazini,  etnik  xüsusiyyətlərini  və  digər 

problemləri araşdırmağa çalışacayıq. 

 

MƏTİN 

Cənubi  Qafqazda  "Albaniya"  adlı  ölkənin  adını  ilk  dəfə  yunan  coğrafiyaçısı 

Strabon  (e.ə.65  -  b.e.25)  çəkmişdir  [XI,  1,  5].  Bu  müəllif  e.  ə.  yaşamış  bir  sıra 

alimlərin fikrinə əsaslanmışdır. Sonrakı antik müəlliflər də ölkəni bu adla tanımışlar. 

Bu ölkədə yaşayan albanlar isə ilk dəfə olaraq  mənbələrdə e. ə. IV əsr hadisələri ilə 

bağlı,  II  əsr  müəllifi  Flavi  Arrian  (təxminən  e.  90/95  –  75  –  ci  illəri)  tərəfindən 

xatırladılır.  Müəllif,  e.ə.  331  –  ci  ildə  Makedoniya  və  Əhəməni  imperiyası  arasında 

baş  vermiş  Qavqamela  döyüşünü  təsvir  edərkən  albanların  da  adını  çəkir.  Arrian 

Əhəməni  hökmdarı  III  Daranın  ordusu  haqqında  məlumat  verərkən  yazır:  "....  Sağ 

cinahda  Kelesirden  və  İkiçayarasından  olan  əsgərlər,  həmçinin  midiyalılar,  onların 

arxasınca parfiyalılar və saklar, sonra tapurlar və hirkanlar, daha sonra isə albanlar və 

sakesinlər dayanmışdılar...." [2, 77]. Arrianın bu məlumatına münasibət bildirən V. V. 

Bartold  Qavqamela  döyüşündə  albanların  Albaniyanın  sakinləri  kimi  xatırlandığını 

bildirir  [14,  9].  Bu  fakta  əsaslanan  müəllif  albanların  Midiyaya  tabe  olması  fikrinə 




TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



26 

qarşı çıxaraq yazır: ".... albanların Midiyaya tabe olması fikrinə  gəlmək üçün kifayət 

qədər material yoxdur. Mənim fikrimcə tabe olmayıb. Belə ki, tez – tez olur ki, qonşu 

xalqlar döyüşlərdə muzdlu döyüşçülər kimi iştirak edirlər. Bu o demək deyil ki, xalq 

daima  İran  hakimiyyətinə  tabe  olub.  Çox  ehtimal  ki,  burada  da  belə  olub"  [14,  10]. 

Göründüyü kimi V.V. Batrold Qavqamela döyüşündə albanların muzdlu döyüşçü kimi  

iştirak etməsi ehtimalını irəli sürür. Müəllifin bu fikrindən belə nəticə hasil olunur ki,  

artıq  bəhs  edilən  dövrdə  Alban  dövləti  mövcud  olmuşdur.  Qeyd  edək  ki,  albanları 

Qavqamela döyüşцndə Arriаndan başqa heç bir antik müəllif xatırlamır. Arrianın bu 

məlumatı, yəni alban qoşunlarının Əhəməni ordusunun mərkəzində, Daranın yanında 

dayanması  alban  qoşunlarının  üstün  vəziyyətə  malik  olmasını  düşünməyə  əsas 

verir.Qavqamela döyüşündə iştirak edən alban qoşunlarının sayını bilmək də maraqlı 

olardı.  Amma  təəssüf  ki,  Arrian  bununla  bağlı  heç  bir  rəqəm  qeyd  etmir.  Daha  bir 

maraqlı  məqam  ondan  ibarətdir  ki,  antik  müəllif  buməlumatları  İsgəndərin 

yürüşlərinin  iştirakçısı  olan  Aristobuldan  götürdüyünü  qeyd  edir.  Bu  da  onun 

məlumatlarının  mötəbərliyinə  inamı  artırır.  AlbanlarınAristobula  məlum  olmasını 

Strabonunməlumatları  da  təsdiq  edir  [XI,  7,  3].  Bu  mənbə  həmçinin  alabnalrı  ən 

azından  e.ə.  III  əsrdə  yaşamış  iki  müəllifin-Patrokl  və  Eratosfenin  tanımasını  da 

deməyə əsas verir [XI, 6, 1; XI, 7, 1; XI, 7, 3].  

Makedoniyalı  İsgəndərin  dövründə  "Alban"  məsələsinə  digər  antik  müəlliflər 

də  toxunur.  Bu  müəlliflərdən  olan  Qay  Plini  Sekund  (23  –  79)  yazır:  "Böyük 

Aleksandrın Hindistan yürüşü ərəfəsində alban çarı ona qeyri – adi böyüklükdə bir it 

bağışladı" [5, 189]. Bu məlumata Qay Yuli Solinin (e. III əsrinin I yarısı) əsərində də 

rast gəlinir [5, 277]. Qay Plini Sekunddan (23 - 79), Flavi Arriandan (95 - 175) və Qay 

Yuli  Solindəн  (III  əsrin  I  yarısı)    gətirilən  bu  məlumatlar  artıq  Makedoniyalı 

İsgəndərin  zamanında  Alban  dövlətinin  mövcud  olması  təsəvvürünü  yaradır.  Amma 

təəssüf ki, bu faktın təsdiqlənməsi üçün kifayət qədər material yoxdur. Həm də adını 

çəkdiyimiz  antik  müəlliflərin  heç  biri  "alban  dövləti"nin  adını  çəkmir.  Sadəcə 

"albanlar" və "alban çarı" ifadəsini işlədirlər. Bu hər hansı bir tayfa haqqında məlumat 

da  ola  bilərdi.  Biz  bilmirik  ki,  albanlar  həmin  dövrdə  ayrıca  bir  tayfa,  yaxud  tayfa 

ittifaqı  olublar  ya  yox.  Amma  gətirilən  bu  parçalardan  çıxan  əsas  nəticə  ondan 

ibarətdir ki, artıq  e.ə. IV əsrin sonunda albanlar mövcud idi və Qavqamela döyüşündə 

III  Daranın  ordusunda  iştirakı  onların  siyasi  əhəmiyyətinin  mühüm  olmasına  dəlalət 

edir.  Qeyd edək ki, Makedoniyalı  İsgəndər zamanında albanların harada yaşamaları 

ilə bağlı antik mənbələrdə, ən azından adını çəkdiyimiz müəlliflərdə məlumat yoxdur. 

Yazılı  mənbələrdən  fərqli  olaraq  arxeoloji  materiallar  bəhs  edilən  dövrdə  Alban 

dövlətinin  olmasını  düşünməyə  əsas  verir.  Belə  ki,  arxeoloqİ.  Babayev  arxeoloji  və 

numizimatik materiallara istinad edərək e.ə. IV əsrin sonu–III əsrdə Alban dövlətinin 

yarandığını qeyd edirdi [13, 51]. 

Strabon  birinci  müəllifdir  ki,  albanların  adını  çəkir  və  "Coğrafiya"  əsərində 

onlara ayrıca bir fəsil ayırır. Patrokla istinad edən qədim coğrafiyaşünas məlumat verir 

ki,  "Xəzər  dənizinin  Midiya  dağlarına....toxunduğu  yerdə....dənizdən  başlayaraq 

zirvəyə qədər dağın  yamacında böyük olmayan bir ərazidə albanların və ermənilərin 

bir  hissəsi,  amma  böyük  hissəsində  qellər,  kadusilər,  amardlar,  vitlər  və  anariaklar 

məskunlaşıblar"  [XI,  7,  1].  Strabon  albanların  məskunlaşdığı  yerlə  bağlı  başqa  bir 

yerdə  yazır:  " Onlar (albanlar) iberlərlə Хəzər dənizi  arasında  yaşayırlar;  (albanların 

yaşadığı  ərazi)  şərqdə  dənizə  bitişir,  qərbdə  isə  iberlərlə  həmsərhəddirlər.  Qalan 



TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



27 

tərəflərə  gəldikdə  isə,  şimalda  Qafqaz  dağları  ilə  əhatələnir.  (Bu  dağlar  vadilər 

üzərində  ucalır  və  dənizə  yaxın  olanları  Keravniya  dağları  adlanır)"  [XI,  4,  1].  Bu 

parçadan məlum olur ki, albanlar qərbdə iberlər, şərqdə Xəzər dənizi, şimalda Qafqaz 

dağları  və  cənubda  Ermənistanla  sərhəd  olan  ərazidə  yaşayırdılar.  Eyni  məlumata 

Plinidə  də  rast  gəlinir.  O,  savromat  tayfalarından  cənubda  yaşayan  xalqları 

sadalayarkən  udinlərin  və  albanların  da  adını  çəkir:  "Boğazın    qurtaracağında  skif 

tayfaları  udinlər  yaşayır,  onların  ardınca  sahildə  rəvayətə  görə  Yasondan    törəyən 

albanlar  yaşayır  və  dəniz  onların  qarşısında  Alban  adlanır.  Bu  tayfa  Qafqaz  dağları 

boyunca....Ermənistan və İberiya arаsında sərhəd olan Kür çayına qədər olan ərazidə 

məskundular" [5, 183 - 184]. Bu parçadan aydın olur ki, albanlar təkcə dağda deyil, 

eləcə də Xəzər dənizi sahilində yaşayırdılar və cənubda sərhəd Kür çayına qədər gəlib 

çatırdı. Digər yеrdə Plini yazır ki, "Kür çayından (başlayaraq) bütün düzənlikdə alban 

tayfaları,  sonra  isə  iberlər  məskunlaşıblar;  onları  birincilərdən  Qafqaz  dağlarından 

başlayıb Kür (çayına) tökülən Okazan (Alazan – Red.) çayı ayırır" [5, 181]. Plininin 

məlumatı belə düşünməyə əsas verir ki, albanlar Alazan çayından şərqdə yaşamışdılar. 

Kür  düzənliyi  isə  onların  başlıca  məskunlaşdıqları  ərazi  idi.  Albanların  yaşadıqları 

ərazi haqqında Plutarxda da məlumata rast gəlinir.  

Antik müəllif Pompeyin Parfiya çarı VI Mitridatı təqib etməsi ilə bağlı yazırdı: 

"Sonra Pompey Afranini Ermənistanın müdafiəsi üçün qoyub, özü isə başqa çıxış yolu 

görməyib  Qafqaz  xalqlarının  yaşadığı  ərazidən  Mitridatı  təqib  etməyə  getdi.  Bu 

tayfalar  (Qafqaz  tayfaları–  Red.)  içərisində  ən  çoxsaylısı  albanlar  və  iberlər  idi; 

iberlərin ərazisi Mosx dağlarına və Evksin Pontuna qədər uzanırdı, albanlar isə Şərqə 

doğru  Xəzər  dənizinə  qədər  olan  (ərazidə)  yaşayırdılar"  [4,  491].  Antik  müəlliflərin 

məlumatlarını ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, albanlar Kür çayının 

Xəzər  dənizinə  tökülən  hissəsinə  qədər  Xəzər  dənizi  boyunca,  Kür  hövzəsini 

əhatələyən Qafqaz dağlarında və Kür çayının orta və aşağı axarı boyunca, xüsusən sol 

sahili boyunca yaşayırdılar. Kür çayının sağ sahilində Kaspiana yerləşirdi ki, bu ərazi 

də Strabonun məlumatına görə Albaniyaya daxil idi ("Kaspiana da albanların ərazisinə 

daxil idi" [ XI, 4, 5].) 

"Alban" etnonimi Albaniya ərazisində yaşayan tayfaların ümumi adı idi, yoxsa 

burada  yaşayan  tayfalardan  biri?  Bu  problem  də  tarix  ədəbiyyatında  mübahisə 

doğuran  məsələlərdən  biri  olmuşdur.  Qədim  qaynaqlarda  "alban"  etnonimi  hər  iki 

mənada əks olunmuşdur. Antik mənbələrdə alban etnoniminə ümumi ad altında tez – 

tez  rast  gəlinir.  Belə  məlumatlara  aşağıdakıları  misal  gətirə  bilərik:  "Qney 

Pompey....iberlər  və  albanlarla  döyüşdə  qələbə  çaldı...."  [5,  50  -51],  "Müasir 

müəlliflər....Qafqaz  xalqları, məsələn  albanlar və iberlər haqqında daha yaxşı danışa 

bilərlər" [Strab. II, 5, 12 ], "albanların ərazisinə Kaspiana da aiddir...." [Strab. XI, 4, 

5],  "Albanlar  maldarlığa  çox  meyillidirlər"  [Strab.  XI,  4,  1],    "....sağ 

cinahda....albanlar və sakesinlər dayanmışdılar"   [2, 22],  "....Kür  çayından  yuxarıda 

yaşayan albanlar...." [4, 611] , "Onların ( albanların ) 26  dili var...." [Strab. XI, 4, 6]. 

Gətirilən  bu  parçalarda  "alban"  etnonimi  bütün  Albaniya  əhalisinin  ümumi  аdı  kimi 

işlədilir. Qeyd edək ki,  "alban" etnonimi ümumi ad altında  yerli alban mənbələrində 

də işlədilir [Moisey Kalan. I, 8; II, 49;  18, 99]  

Mənbələrdə  konkret  alban  tayfaları  haqqında  da  məlumat  var.  Bu  adın 

daşıyıcıları  Albaniyanın  müxtəlif  yerlərində  məskunlaşmışdılar.  Bu  barədə  biz 

yuxarıda  danışdığımız  üçün  təkrar  olaraq  bu  məsələyə  qayıtmırıq.  Göründüyü  kimi 



TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



28 

qədim  qaynaqlarda  alban  adı  həm  Albaniyanın  ümumi  əhalisinin  adı  kimi,  həm  də 

ayrıca  bir  tayfa  kimi  işlədilir.  Tarixi  faktdır  ki,  Albaniyada  müxtəlif  tayfalar 

yaşamışdır.  Bu  baxımdan  ölkə  əhalisinin  yalnız  alban  tayfasından  ibarət  olmasını 

demək  yanlış  olardı.  Görünür  bəzi  qaynaqlarda  "alban"  etnoniminin  bütün  ölkənin 

əhalisinin  adı  kimi  xatırlanması,  alban  tayfasının  başında  dayandığı  alban  tayfa 

ittifaqının və dövlətinin yaranmasının nəticəsi olmuşdur.  

Tarix  ədəbiyyatında  "alban"  və  "Albaniya"  sözünün  mənşəyi  də  müzakirə 

mövzusu  olmuşdur.  Qeyd  edək  ki,  hələ  antik  müəlliflər  də  bu  sözlərin  mənşəyini 

aydınlaşdırmağa cəhd göstərmişdilər. Məsələn, Pompey Troq (e.ə. I – e. I əsri) alban 

etnoniminin  mənşəyini  İtaliyadakı  Alban  dağları  ilə  əlaqələndirirdi.  Müəllif  yazırdı: 

"....deyirlər  ki,  albanlar  vaxtilə  İtaliyadan,  Alban  dağlarından....Herkulesin  ardınca 

gəlmişdilər.  Mitridat  müharibələri  vaxtı  öz  italyan  mənşəyini  xatırlayan  albanlar 

Pompeyin  qoşunlarını  qardaşcasına  salamladılar"  [1,  85].  "Alban"  etnoniminin 

mənşəyini digər antik müəlliflər də izah etməyə cəhd göstərmişdilər. Qay Yuli Solin 

(III  əsr)  yazırdı  ki,  "Özlərini  Yazonun  nəslindən  hesab  edən  albanlar  ağ  saçlı 

doğulurlar  və  ağ  saç  onlarda  yaxşı  əlamət  sayılır;  buna  görə  də  başın  rəngi  xalqın 

adına  verilib.  Onların  göz  bəbəkləri  boz  rəngdədir;  buna  görə  də  gecə  gündüzdən 

yaxşı  görürlər"  [5,  276].  Oxşar  fikrə  İsiqon  Nikeyliyə  istinad  edən  Plinidə  də  rast 

gəlinir. O, yazır: "....Albaniyada boz mavi gözlü adamlar doğulur, uşaqlıqdan saçları 

ağarır  və  gecə  gündüzdən  yaxşı  görürlər"  [5,  187].  Latın  dilində  "ağ"  sözü  "albus" 

deməkdir. Çox ehtimal ki, bu müəlliflər "alban" etnoniminin mənasını bu sözə aparıb 

çıxarırdılar. 

"Albaniya"  adının  mənşəyi  haqqında  elmi  ədəbiyyatda  da  müxtəlif  fikirlər 

mövcuddur. Bəzi tədqiqatçılar (N.Y. Marr, A, Yanovski, Z.İ. Yampolski və digərləri) 

hesab ediр ki, bu söz latın mənşəlidir, mənası "Dağlıq ölkə" deməkdir [17, 60]. 

Plinidə  xatırladılan  Alban  çayını  [5,  184]  Alazan  çayı  ilə  eyniləşdirən  A. 

Yanovski [28, 109] və S.T. Yeremyan [20, 303] hesab edirdilər ki, alban etnonimi və 

Albaniya ölkəsinin adı Alban çayının adından götürülüb.  

Göründüyü  kimi  tarix  ədəbiyyatında  bu  problemə  yanaşmalar  müxtəlifdir 

Albaniya, albanlar, Alban çayı, Albana şəhəri və Alban dənizi. Ölkənin, xalqın, çayın, 

şəhərin  və  dənizin  bir  hissəsinə  verilən  bu  adın  mənası  nə  idi?  Bu  adların  biri 

digərindən  törəmişdirmi?  Törəmişdirsə  hansından?  Əgər  belədirsə  digər    adların 

törədiyi ilkin adın mənşəyi hara gedib çıxır və mənası nədir? Göründüyü kimi suallar 

və  bu  suallardan  yaranan  mübahisələr  kifayət  qədər  çoxdur.Bu  mübahisələr  isə 

bundan sonra da davam edəcək.                                                                         

Alban  etnoniminin  etnik  mənşəyi  də  uzunsürən  diskussiyaların  mövzusu 

olmuşdur. Yazılı mənbələrdə bu haqda heç bir məlumat yoxdur. Təəssüf ki, bu suala 

arxeoloji materiallar da cavab verə bilmir. Tarix ədəbiyyatında albanların, hətta bütün 

Albaniya  əhalisinin  ya  iranmənşəli,  ya  da  qafqazmənşəli  olması  fikri  geniş 

yayılmışdır.  Albanları  qafqazmənşəli  hesab  edən  konsepsiyanın  tərəfdarları  Q.A. 

Melikişvili [23, 124], A.Q. Şanidze [27, 37], İ.M. Dyakоnov  [18, 23] İ. H. Əliyev [9, 

67],  Q.A.  Klimov  [22,  97]  A.P.  Novoseltsev  [24,  39]  və  digərləridir.  Amma  tarixi 

qaynaqlarda  albanların  iranmənşəli  və  ya  qafqazmənşəli  olmaları  haqqında  məlumat 

yoxdur.  Nə  iranmənşəli,  nə  də  qafqazmənşəli  xalqlar  içərisində  albanların  adını 

daşıyan  topluma  rast  gəlinməyib.  Bu  adı  daşıyan  toplumlar  yalnız  türk  xalqları: 

qazaxların  [15, 253; 16, 46], qırğızların [8, 66], özbəklərin [21, 16] və türkmənlərin 



TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



29 

[10] içərisində XIX əsrdə qeydə alınmışdır. V.V. Vostrov, M.S. Mukanov yazırdı ki, 

qazaxlar arasında ən qədim tayfalar matay və alban hesab edilir [16, 46]. 

Albanlarla  iranmənşəli,  qafqazmənşəli  və  yaxın  Şərq  tayfaları  arasındakı 

əlaqəyə qarşı çıxan K. Əliyev yazır: "Onlar (albanlar) tayfa, yaxud tayfa birliyi kimi 

nə  şumer,  elam  və  urartu,  nə  də  ki,  müasir  Qafqaz  yaxud  İranın  aborigen  əhalisi 

arasında xatırlanmır....əgər alban adı yazılı mənbələrdə e.ə. I əsrdə çəkilirsə və əgər bu 

etnonim  Yaxın  Şərq  etnonimlərinə  oxşamırsa,  onda  analogiyanı  Qafqazın 

sərhədlərindən  kənarda  axtarmaq  lazımdır.  Həqiqətən  də  Хəzər  dənizindən  şərqdəki 

etnonimlərə  diqqət  yetirsək,  asanlıqla  etnonimik  dəlillər  tapmaq  olar.  Bu  adların 

sırasına qazax, özbək, türkmən və digər tayfalar arasında rast gəlinən alban etnonimi 

də  aiddir"  [12,  131].  K.  Əliyev  alban  etnonimi  ilə  Orta  və  Mərkəzi  Asiya 

etnonimlərinin eyni olmasını türk tayfalarının şərqdən qərbə doğru hərəkət etmələri ilə 

əlaqəli  olduğunu  bildirirdi  [11,  161].  Müəllifin  fikrindən  belə  bir  nəticə  çıxır  ki, 

albanlar  türk  toplumu  olublar  və  Azərbaycan  ərazisinə  təxminən  e.  ə.  II  –  I  əsrdə 

şərqdən, daha dəqiqi desək Orta və Mərkəzi Asiyadan gəliblər. 

Oxşar fikrə S. Əliyarlı da toxunur. Beləki, müəllif, albanların Qafqaza gəlmə 

olduqlarını  bildirərək  yazırdı:  "Albаn  adını  daşıyan  etnos  tarixi  qaynaqlar  üzrə 

Transqafqaza  saka  tayfaları  içərisində  gəlmişdir"  [19,  170].  Albanların  gəlmə 

olduqlarını  demək  əsası  olmayan  bir  fikirdir,  çünki  bu  tayfaların  Albaniya  ərazisinə 

gəlmə olmaları haqqında heç bir qaynaq-nə yazılı nə də arxeoloji qaynaqlar məlumat 

vermir. O ki, qaldı bu tayfanın Mərkəzi və Orta Asiyada analogiyasını tapmasına ola 

bilsin  ki,  bu  əksinə,  albanların  Cənubi  Qafqazdan  bəhs  edilən  ərazilərə  hərəkət 

etmələri ilə bağlı olmuşdur. 

 

SONUÇ 

Аlbanlar  mənşəcə  kim  olublar?  Türkmənşəli,  iranmənşəli  və  ya 

qafqazmənşəli?  Göründüyü  kimi  yanaşmalar  müxtəlifdir.  Amma  əvvəldə  də  qeyd 

etdiyimiz kimi qafqaz və ya iranmənşəli toplumlar arasında alban adını daşıyan etnosa 

rast  gəlinməyib.  Əksinə,  bu  adı  daşıyan  toplumlar  türk  xalqları  arasında  qeydə 

alınmışdır.  Fikrimizcə  bu  fakt  özlüyündə  alban  etnoniminin  türkmənşəli  olmasını 

deməyəəsas verən və mübahisələrə son qoyan olduqca  tutarlı dəlildir. 

 

ƏDƏBIYYAT 

Алиев  К.Г.  Античные  источники  по  истории  Азербайджане.  Баку:  Элм, 

1987, 132 с. 

Алиев  К.Г.  Писатели  античности  об  Азербайджане.  Санкт–Петербург-

Баку: Улу,2001, 164 с.  

Абрамзон С.М. Этнический состав населения Северной Киргизы. Труды 

Киргизской археологической – этнографической экспедиции, вып. ЫВ, М.: 1960. 

Алиев И.Г. История Мидии. Баку: АН Азерб. ССР, 1969. 360 с. 

Алиев  К.Г.  Историческая  топонимика  //  Изв.  АН  Азерб.  ССР  (серия 

истории, философии и права), 1969, 4. с. 119 - 123. 

Алиев  К.Г.  Переселение  древние  тюрки  на  Южном  Кавказе.  Новая 

Турция, Анкара 2002, с. 158 – 162(на турец. яз.) 

Алиев  К.  Г.  Языки  первых  цивилизаций  //  Изв.  АН  Азерб.  ССР  (серия 

истории, философии и права ), 1968, № 2. с. 129 - 131. 



TU RA N-SAM (TU RA N -C SR )  

 YI L:  2012  *  Cİ LT:  4 *  SAYI : 1 5 * Y A Z, 2 012  

YEAR : 2 012  * V OLUM E : 4  * I SSU E : 15  *  SU M M ER,  201 2  

TURAN STRATEJİK ARAŞTIRMALAR MERKEZİ DERGİSİ  

(J OU RN A L  OF   TUR AN   C EN TER F O R  STR A TEGIC A L R ESEA RC HES)  

www .tura nsa m.o rg  

 

 



30 

Бабаев  И.А.К  вопросу  о  возникновении  государства  Албании 

(кавказской) // Изв. АН Азерб. ССР, серия истории, философии и права, 1976, № 

4. с. 40 - 51. 

Бартольд 

В.В. 


Место 

Прикаспийских 

Областей 

в 

истории 



мусульманского мира. Баку: 1925, с. 5 - 150. 

Валиханов  Ч.  Ч.  Избранные  произведения.Алма  –  Ата:  Изд  –  во  Наука, 

1986, 414 с. 

Востров  В.  В.,  Муканов  М.  С.  Родоплеменной  состав  и  расселение 

казаков. Алма – Ата: 1968 

Гейбуллаев Г.А. К Этногенезу Азербайджанцев, т. 1. Баку: Элм, 1991, 552 

с. 

Дьяконов И.М.Языки древней передней Азии. М.: Наука, 1967, 492 с. 



История Азербайджана, Под. ред. С. Алиярова, Баку: Азербайджан, 1996,  

872 с. (на азерб.яз.) 

История  СССР    (с  древнейших  времен  об  образовании  древнерусского 

государства). Изд - во АН ССР М.: Изд - во АН ССР, 1939. 531 с. 

Кармышева  Б.Х.  Узбек謬¬    локайцы  Южного  Таджиктсана.  Вып.  1 

Сталинабад: Изд – ва Акад. наук Таджик. ССР, 1954, 169 с. 

Климов Г. А. Кавказские языки. М.: Наука, 1965, 102 с. 

Киракос Гандзакеци. История. Тифлис: 1909, 420 с. 

Латышев  В.В.  Известия  древних  писателей  о  Скифии  и  Кавказе:  В  2-х 

томах.  Т.  1,  греческие  писатели,  вып.  1,  2,  3.  (Приложение  к  «запискам 

императорского  русского  археологического  общества»).  СПб:  Типография 

Императорской Академии Наук, 1890 – 1900, 946 с. 

Латышев  В.В.  Известия  древних  писателей  греческих  и  латинских  о 

Скифии и Кавказе: В 2-х т. Т. 2, латинские писатели, вып. 1 –2. (Приложение к 

«запискам  императорского  русского  археологического  общества»).  СПб: 

Типография Императорской Академии Наук, 1904 – 1906, 454. 

Мовсес Каланкатваци. История Албании. Предисл., пер. и коммент. З.М. 

Буниятова. Баку: Элм, 1993, 269 с. (на азерб.яз.) 

Меликишвили  Г.  А.  К  истории  древней  Грузии.  Тбилиси:  Изд  –  во  АН 

Груз. ССР, 1959. 507 с. 

Новосельцев А.П., Пашуто В.Т., Черепни Л.В. Пути развития феодализма 

(Закавказье, Средняя Азия, Русь, Прибалтика). М.: Наука, 1972, 338 с. 

Очерки истории СССР. Кризис рабовладельческой системы и зарождение 

феодализма на территории СССР III – IХ вв. ( отв. ред. Б. А. Рыбаков ), т. II. М.: 

АН ССР, 1958. 947 с. 

Страбон.  География  в  17  книгах  /  Перевод,  статья  и  комментарий  Г.  А. 

Стратановского. Л.: Наука, 1964, 941с.  

Tревер  К.В.  Очерки  по  истории  и  культуре  Кавказской  Албании  (IV 

в.н.э.- VII в.н.э.). М. - Л..: Изд – во АН ССР,  1959, 389 с. 

Шанидзе  А.  Г.  Новооткрытый  алфавит  кавказских  албанцев  и  его 

значение для науки. Зв. ИЯИМК Груз. ФАН ССР, 1938, т. 4, с. 1 – 68. 

Яновский А. О древней Кавказской Албании. ЖМНП, 1846. ч. 52. с. 97 – 



136; 161 – 203. 

 

Yüklə 233,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə