“Trikotajın keyfiyyətinin texnoloji təminatı ” fənnindən



Yüklə 0,63 Mb.
səhifə1/3
tarix11.04.2018
ölçüsü0,63 Mb.
#37814
  1   2   3

Trikotajın keyfiyyətinin texnoloji təminatı ” fənnindən

testlər, Magistr: qr.31436A

Dossent Babayev F.Ə.

Düzgün cavab A) variantı
1. Hörülmə prosesində sapın gərilməsinə təsir edən amilləri müəyyən edin

A) sapın ilkin gərilməsi, sürtünmə əmsalı, əhatə bucağı

B) sapın ilkin gərilməsi

C) sürtünmə əmsalı

D) tangelsal müqavimət əmsalı

E) əhatə bucağı


2. Trikotaj saplarının yumşaqlığına olan tələbatı ilmə yaranma prosesinin hansı əməliyyatı müəyyən edir?

A) sapın tullanması

B) sapın çəkilməsi

C) əyilmə

D) birləşmə, formalaşma

E) dartma


3. İlmənin yaranma əməliyyatlarında hansı ilmənin formasına təsir edir?

A) əyilmə

B) dartma

C) formalaşma, dartma

D) tullanma

E) birləşmə


4. Əyilmə dərinliyinə təsir edən parametrləri göstərin:

A) əyilmə bucağı, iynələrin sayı, iynə addımı

B) əymə bucağı

C) iynələrin sayı

D) maşının sinfi

E) lövhələrin sayı


5. Trikotaj üsulu ilə ilmə yaranma əməliyyatlarının sayı neçədir?

A) 10


B) 8

C) 9


D) 7

E) 11


6. Hörülmə üsulu ilə ilmə yaranma əməliyyatlarının sayı necədir?

A) 10


B) 7

C) 9


D) 11

E) 8
7. Eninə hörən qarmaqlı iynəli maşınlarda ilmə yaranma prosesi hansı üsulla yerinə yetirilir:

A) trikotaj

B) hörülmə

C) trikotaj-hörülmə

D) hörülmə-trikotaj

E) trikotaj-bölüşdürülmə
8. Eninə hörən dilli iynəli maşınlarda ilmə yaranma prosesi hansı üsulla yerinə yetirilir?

A) hörülmə

B) trikotaj

C) trikotaj-hörülmə

D) hörülmə-trikotaj

E) hörülmə-ardıcıl


9. İlmə yaranmanın trikotaj üsulunda əyilmə əməliyyatı sayca neçəncidir?

A) 3


B) 6

C) 9


D) 8

E) 4
10. İlmə yaranmanın hörülmə üsulunda əyilmə əməliyyatı sayca neçəndidir?

A) 7

B) 8


C) 9

D) 3


E) 6
11. Eninə hörülən baş (əsas) hörmələr hansılardır?

A) saya, lastik.ş ikiastar saya

B) saya, zəncir, şarme

C) lastik, triko

D) lastik, törəmə saya, iki astar saya

E) iki astar saya, interlok, lastik

12. Baş (əsas) əriş hörmələri hansılardır?

A) zəncir, triko, atlas

B) saya, lastik, interlok

C) zəncir lastik, sukno

D) triko, şarme, sukno

E) zəncir, triko, sukno


13. Birqat triko əriş hörməsi neçə qonşu iynədə alınır?

A)2


B) 1

C) 3


D) 4

E) 5
14. Sukno və şarme hörmələri hansı hörmənin törəməsidir?

A) triko

B) zəncir

C) atlas

D) triko-triko

E) atlas-triko
15. İnterlak və törəmə saya hörmələrinin alınması üçün uyğun olaraq ən azı neçə hörücü sistem lazımdır?

A) 2 və 2

B) 1 və 1

C) 3 və 2

D) 2 və 3

E) 3 və 3


16. Eninə hörən qarmaqlı iynəli maşınlarda ilmə yaranma prosesi hansı üsulla yerinə yetirilir?

A) trikotaj

B) hörülmə

C) trikotaj-hörülmə

D) hörülmə-trikotaj

E) trikotaj-bölüşdürülmə


17. Əriş hörən qarmaqlı iynəli biriynədanlı maşınlarda ilmə yaranma prosesi hansı üsulla yerinə yetirilir?

A) hörülmə

B) trikotaj-hörülmə

C) hörülmə-trikotaj

D) trikotaj-ardıcıl

E) trikotaj


18. Əriş hörən dilli iynəlidanlı maşınlarda ilmə yaranma prosesi hansı üsulla yerinə yetirilir?

A) hörülmə

B) hörülmə-trikotaj

C) trikotaj

D) trikotaj-hörülmə

E) trikotaj-bölüşdürülmə


19. Hörücü maşının sinfi nəyi göstərir?

A)şərti vahid məsafədə yerləşən iynələrin sayını

B) 23,6 mm məsafədə yerləşən iynələrin sayını

C) maşının diametrini

D) bir ingilis düyümündə yerləşən ilməələrin sayı

E) maşındakı babinlərin sayını


20. İkiiynədanlı fanq maşınlarında ilmənin yaranma prosesi hansı üsulla yerinə yetirilir?

A) hörülmə-ardıcıl

B) trikotaj-hörülmə

C) hörülmə-bölüşdürmə

D) hörülmə

E) trikotaj


21. Eninə hörülən ikiiynədanlı hörücü maşınlarda ilmə yaranma üsulunu müəyyən edin:

A) trikotaj-hörülmə

B) trikotaj

C) hörülmə-bölüşdürmə

D) hörülmə-trikotaj

E) hörülmə-ardıcıl


22. ikiiynəli əriş hörən maşınlarda ilmə yaranma üsulunu müəyyənləşdirin:

A) hörülmə

B) trikotaj

C) trikotaj-hörülmə

D) hörülmə-ardıcıl

E) hörülmə-bölüşdürmə


23. Biriynədanlı əriş hörən maşınlarda hər ilmə yaranma prosesində yellənmə və yerdəyişmələrin sayı nüçədir?

A) 2 və 2

B) 1 və 2

C) 3 və 2

D) 2 və 1

E) 3 və 1


24. Trikotajın üfüqi sıxlığı 36 və şaquli sıxlığı 32 ilmə olarsa, sıxlıqlar nisbəti əmsalını hesablayın:

A) 1,1


B) 1,0

C) 1,3


D) 1,4

E) 0,9
25. Trikotajın üfüqi sıxlığı 45 və şaquli sıxlığı 50 ilmə olarsa, sıxlıqlar nisbəti əmsalını hesablayın:

A) 0,9

B) 1,2


C) 1,1

D) 0,8


E) 1,3
26. Trikotajın üfüqi sıxlığı 75 və şaquli sıxlığı 70 ilmə olarsa, sıxlıqlar nisbəti əmsalını hesablayın:

A) 1,1


B) 0,9

C) 1,0


D) 1,2

E) 0,8
27. Trikotajın üfüqi sıxlığı 47 ilmə olarsa, onun ilmə addımını (mm) hesablayın:

A)1,06

B) 1,10


C) 1,12

D) 1,11


E) 1,03
28. Trikotajın üfüqi sıxlığı 25 ilmə olarsa, onun ilmə addımını (mm) hesablayın:

A) 0,56


B) 0,50

C) 1,99


D) 2,04

E) 2,00
29. Trikotajın şaquli sıxlığı 29 ilmə olarsa, onun ilmə cərgəsinin hündürlüyünü (mm) təyin edin:

A) 1,72

B) 1,70


C) 1,66

D) 0,58


E) 0,60
30. Üfüqi sıxlığı 25 və şaquli sıxlığı 42 ilmə olan saya hörməli trikotajın ilmə sahəsini (mm2) hesablayın:

A) 2,4


B) 2,1

C) 2,0


D) 2,3

E) 2,5
31. Trikotajın səthi sıxlığı hansı parametrlərdən asılıdır?

A) üfüqi və şaquli sıxlıqdan, ilmə sapının uzunluğu və sapın xətti sıxlığından

B) ilmə sapının uzunluğundan, ilmə modulundan

C) ilmə addımı, ilmə sapının uzunluğu və ilmənin hündürlüyündən

D) ilmə sapının uzunluğundan, sapən xətti sıxlığından

E) sıxlıqlar nisbətindən, ilmə sapının uzunluğundan, ilmə modulundan
32. Trikotajın ilmə modulu hansı parametrlərdən asılıdır?

A) ilmə sapının uzunluğu ilə sapın şərti diametrindən

B) ilmə sapının uzunluğundan və ilmənin hündürlüyündən

C) ilmə sapının uzunluğu ilə ilmə addımından

D) sapın diametrindən və onun qalınlığından

E) trikotajın qalınlığı, sapın xətti sıxlığı və ilmə addımından


33. Ilmə addımı 2,1 mm və ilmə cərgəsinin hündürlüyü 1,82 mm olan lastik 1+1 hörməli trikotajın ilmə sahəsini (mm2) hesablayın:

A) 3,82


B) 3,70

C) 3,72


D) 3,90

E) 4,0
34. Lastik 1+1 hörməli trikotaj hansı istiqamətdə sökülür və çökülür?

A) hörmənin əksi istiqamətində və bükülür

B) hörmənin istiqamətində və astar tərəfə bükülür

C) sökülmür və bükülmür

D) spkülmür və üz tərəfə bükülür

E) hörmənin əksi istiqamətində və üz tərəfə büklür
35. Pambıq ipliyinin xətti sıxlığı 15,4 teks x2 olarsa, saya hörməli tirkotajın ilmə addımını (mm) hesablayın:

A) 0,88


B) 0,91

C) 0,87


D) 0,90

E) 0,78
36. Yun ipliyinin xətti sıxlığı 31 teks x2 olarsa, lastik 2+2 hörməli tirkotajın ilmə sapının uzunluğunu (mm) hesablayın:

A) 5,5

B) 5,2


C) 4,5

D) 5,0


E) 6,1
37. Pambıq ipliyinin xətti sıxlığı 16,5 teks x2 olarsa, hörülən lastik 1+1 trikotajının ilmə sapının uzunluğunu (mm) A.S.Dalidovik üsulu ilə həll edin:

A) 3,64


B) 3,80

C) 4,00


D) 3,90

E) 4,21
38. Üst trikotaj məmulatı istehsalı üçün xətti sıxlığı 31 teka x2 olan yun iplikdən alınan ikiastar saya hörməli trikotajın üfiqi və şaquli sıxlığını (mm) hesablayın:

A) 26 və 58

B) 27 və 59

C) 26 və 60

D) 25 və 56

E) 28 və 61
39. Pambıq ipliyinin xətti sıxlığı 15,4 teks olarsa,ondan alınan interlok qumaşının ilmə sapının uzunluğunu (mm) hüsablayın:

A) 3,4


B) 3,6

C) 4,1


D) 4,0

E) 9,2
40. Pambıq ipliyinin xətti sıxlığı 16,5 teks x2 olarsa, ondan alınan ikisaya hörməli üfiqi və şaquli sıxlıqlarını (ilmə) hesablayın:

A) 60 və 46

B) 59 və 45

C) 58 və 47

D) 63 və 48

E) 62 və 50
41. Örtük hörməli trikotajın hansı növləri vardır?

A) birqat və ikiqat, eninə və əriş hörülən

B) birqat eninə hörülən

C) birqat və ikiqat eninə hörülən

D) birqat və ikiqat əriş hörülən

E) ikiqat eninə və əriş hörülən


42. Naxışlı örtük hörməli trikotaja hansılar aiddir?

A) tikməli, örtməli, dəyişkən, aşırmalı

B) dəyişkən, tikməli, aşırmalı

C) örtməli, aşırmalı

D) aşırmalı, örtməli

E) örtməli, tikməli, aşırmalı


43. Sadə plyuş hörməli trikotajın alınması üçün ən azı neçə lazışdır?

A) 2


B) 1

C) 5


D) 3

E) 4
44. Plyuş hörməli trikotaj hansı naxışlı hörmənin əsasında alınır?

A) örtük

B) lastik

C) saya

D) jakkard



E) interlok
45. Pres hörməli trikotaj neçə üsulla alınır?

A) 4


B) 1

C) 2


D) 3

E) 5
46. Ən sadə pres hörməli trikotaj almaq üçün ən azı neşə hörücü sistem lazımdır?

A) 2

B) 1


C) 3

D) 5


E) 4
47. Xətti sıxlığı 31 teks x2 olan yun iplikdən alınan yarımfanq hörməli trikotajın şaquli sıxlığın (ilmə) hüsablayın:

A) 37


B) 32

C) 59


D) 41

E) 36
48. Ziqzaq hörməli trikotaj bər qayda olaraq hansı hörmələrin əsasında alınır?

A) fanq, yarımfanq, lastik

B) saya lastik 1+1

C) lastik, interlok

D) saya, pres

E) yarımfanq, lastik
49. Ən sadə jakkard hörməli trikotaj almaq üçün ən azı neçə ilmə əmələ gətirici sistem lazımdır?

A) 2


B) 4

C) 5


D) 1

E) 3
50. Arğac hörməli trikotajın hansı növləri olur?

A) bir və ikiqat, eninə və əriş hörülən

B) birqat eninə hörülən

C) ikiqat eninə hörülən

D) birqat əriş hörülən

E) bir və ikiqat əriş hörülən
51. Birləşik (kombinə) hörməli trikotajı əmələ gətirən iki fərqli trikotaj sinifləri kombinasiyalarının sayı nüçədir?

A) 6


B) 2

C) 4


D) 5

E) 8
52. Saya hörməli trikotaj neçə istiqamətdə sökülür və nüçə tərəfə bükülür?

A) 2,2

B) 1,1


C) 2,1

D) 1,2


E) 1,0
53. Dairəvi hörücü maşınında lastik 1+1 hörməli, ikirəngli tivvari trikotaj almaq üçün ən azı neçə hörücü sistem lazımdır?

A) 2


B) 4

C) 8


D) 6

E) 10
54. Sapın çəkilməsinin oynə bucağı hansı parametrlərdən asılıdır?

A) sapvericinin iynə gövdəsindən olan məsafəsindən, iynə addımı və iynə ddımlarının sayından

D) sapvericinin iynə gövdəsindən olan məsafəsindən

C) iynə addımı və iynələrin sayından

D) sapvericidən iynəyə qədər olan məsafə və maşının sinifindən

E) iynə addımlarının sayı və maşının sinifindən
55. Qabaqlama məsafəsi hansı paranetrlərdən asılıdır?

A) iynə dilinin uzunluğu, iynənin xətti sürəti və sapvericinin sürətindən

B) iynə dilinin uzunluğu və iynənin xətti sürətindən

C) iynənin sayı, əymə bucağı və sapın sürətindən

D) iynələrin sayı, iynə dilinin uzunluğu və iynənin xətti sürətindən

E) iynənin və sapvericinin sürətindən


56. Xətti sıxlığı 29 teks olan viskoza sapının şərti diametrini (mm) hesablayın, 

A) 0,157


B) 0,161

C) 0,210


D) 0,181

E) 0,192
57. Xətti sıxlığı 31 teks x2 olan yun ipliyinin şərti diametrini (mm) hesablayın, 

A) 0,245

B) 0,248


C) 0,250

D) 0,225


E) 0,312
58. Xətti sıxlığı 25 teks x2 olan pambıq ipliyinin hesabi diametrini (mm) hesablayın, 

A) 0,291


B) 0,310

C) 0,28


D) 0,290

E) 0,296
59. Xətti sıxlığı 6,7 teks olan kapron sapının hesabi diametrini (mm) hesablayın, 

A) 0,131

B) 0,130


C) 0,136

D) 0,145


E) 0,150
60. Xətti sıxlığı 22,2 teks x2 olan yarımyun ipliyinin enini (mm) hesablayın, 

A) 0,337


B) 0,340

C) 0,339


D) 0,342

E) 0,361
61. Xətti sıxlığı 10 teks olan pambıq ipliyindən alınan saya hörməli trikotajın ilmə sapının uzunluğunu (mm) hesablayın, m=21

A) 2,10

B) 1,96


C) 2,20

D) 2,11


E) 2,01
62. İlmə sapının uzunluğu 12 mm, hörücü maşının sinfi 10 olarsa, sapın əyirmə dərinliyini (mm) hesablayın:

A) 5,9


B) 6,0

C) 6,1


D) 5,8

E) 5,3
63.  düsturu ilə hansı trikotaj hörməsində iynə sapının uzunluğu təyin edilir?

A) saya və lastik 1+1

B) lastik 2+1

C) saya və lastik 2+2

D) saya


E) lastik 1+1
64. Verilən qrafiki yazılış hansı trikotaj hörməsinə aiddir?

A) lastik 2+2

B) saya

C) lastik 1+1



D) lastik 2+1

E) lastik 1+2


65. Xətti sıxlığı 6,7 teks olan viskozu sapından hörülən sukno hörməli tirkotajın ilmə addımı və ilmə cərgəsinin hündürlüyünü (mm) təyin edin:

A) 0,255 və 0,212

B) 0,261 və 0,200

C) 0,260 və 0,210

D) 0,258 və 0,222

E) 0,255 və 0,200


66. Səthi hörücü maşınlarında hər biri dörd cərgədən ibarət, üçrəngli eninə saya və lastik 2+2 hörməli trikotajı hörmək üçün sapvericinin dəyişmə ardıcıllığı xizəyin neçə dövrünə uyğun olmalıdır?

A) 2 və 2

B) 3 və 2

C) 4 və 4

D) 8 və 4

E) 2 və 4


67. Uzununa zolaqlı trikotaj neçə üsulla hörülür?

A) 5


B) 4

C) 2


D) 3

E) 6
68. Ajur hörməli trikotajla ananas hörməli trikotajın quruluşunun fərqli cəhəti nədədir?

A) her iki hörmədən alınan trikotajın səthində deşiklər olur

B) hər iki hörmədə ilmə köçürülür

C) hər iki hörmədə birləşmə köçürülür

D) ajurda birləşmə, ananasda isə ilmə köçürülür

E) ajurda ilmə, ananasda birləşmə köçürülür
69. Ajur və ananas hörmələrinin alınmasına prinsipial fərq nədir?

A) ajur hörməsi ilmənin, ananas hörməsi birləşmənin köçürülməsi ilə alınır

B) saya əsasında alınırlar

C) lastik əsasında alınırlar

D) ilmələrin köçürülməsi ilə alınırlar

E) ajur hörməsi birləşmənin, ananas hörməsi ilmənin köçürülməsi ilə alınır


70. Aşağıdakı şərtlər daxilində saya hörmə əsasında alınan ajur hörməli trikotajın şərti sıxlığını (q/m2) hesablayın, pambıq ipliyi, xətti sıxlığı 16,5 teks x2, P=1200, b=36, H=160, Ln=1,88 mm, l=3,58 mm, Pş=66 ilmə, Pü=57 ilmə

A) 160


B) 138

C) 167


D) 156

E) 133
71. Birqat, ikiqat və şahmatvari fanq hörmələrini almaq üçün uyğun olaraq, ən azı neçə hörücü sistem lazımdır?

A) 2,2 və 2

B) 1,1 və 2

C) 2,1 və 3

D) 1,3 və 2

E) 3,2 və 1
72. Birqat və ikiqat yarımfanq hörmələrini almaq üçün uyğun olaraq ən azı neçə ilmə əmələ gətirici sistem lazımdır?

A) 2 və 2

B) 1 və 3

C) 2 və 3

D) 1 və 2

E) 3 və 2


73. Lastik 1+1+ saya əsaında alınmış Reps hörməsi hansı sinif trikotaj hörmələrinə aiddir?

A) əsas+əsas

B) törəmə+törəmə

C) törəmə+naxışlı

D) naxışlı+naxışlı

E) əsas+naxışlı


74. Aşağıdakı şərtlərlə plyuş hörməli trikotajın plyuş ilmə sapının uzunluğunu (mm) hesablayın: hörmənin növü – saya, astar sapı-pambıq ipliyi, xətti sıxlığı 18,5x2 teks, plyuş sapı-xətti sıxlığı 16,5x2 teks, Xp-Xa=1,5 mm.

A) 8,4


B) 8,0

C) 5,4


D) 8,2

E) 10,8
75. Şahmatvari fanqla ikiqat fanq hörməsinin bir-birindən əsas fərqi nədədir?

A) iki qonşu lastik ilməsinin iki qonşu natamam lastik ilməsi ilə növbələşməsində

B) bir və ikiiynədanlı hörücü maşınlarda alına bilməsində

C) bütün ilmələrin pres ilməsindən ibarət olmasında

D) qonşu saya ilmələrinin pres ilməsi olmasında

E) lastik ilmələrinin pres ilməsi olmasında
76. Eyni hörmənin əsasında alınan bir futer saplı və iki futer saplı futer hörməli trikotajın quruluşundakı əsas fərq nədədir?

A) əsas hörmənin növündə, futer sapının çəkilmə raportunda və bir cərgədə yerləşən futer saplarının sayında

B) əsas hörmənin növündə

C) bir cərgədə yerləşən futer saplarının sayında

D) futer sapının çəkilmə raportunda

E) əsas hörmənin növündə və bir cərgədə yerləşən futer saplarının sayında


77. Futer və pres hörməli trikotajın bir-birindən əsas fərqi nədədir?

A) alınma üsulunda, quruluşunda, natamam ilmələrin əlaqələrində, ilmələrin ölçülərində, sapların növündə

B) sapların qalınlığına və yerləşməsində

C) natamam ilmələrin olmasında, ilmələrin ölçülərində

D) natamam ilmələrin ilmə ilə əlaqəsində

E) alınma üsulunda, istifadə edilən sapların qalınlığında


78. Aşağıdakı düsturla hansı trikotajın müvafiq göstəricisi təyin edilir, ms=410-4l Pü Pş ST+410-4A(z-1) Pü Pş ST;

A) birqat nizamlı jakkard hörmətli trikotajın səthi sıxlığı

B) trikotajın 1m2 sahəsinin kütləsi

C) jakkard hörməli trikotajın səthi sıxlığı

D) ikiqat jakkard hörməli trkotajın səthi sıxlığı

E) tam jakkard hörməli trikotajın 1m2 sahəsinin kütləsi


79. ms=410-4l Pü PşüT(lü+zla) düsturu ilə hansı trikotajın müvafiq göstəricisi təyin edilir?

A) tam jakkard hörməli trikotajın səthi sıxlığı

B) natamam jakkard hörməli trikotajın səthi sıxlığı

C) ikiqat jakkard hörməli trikotajın səthi sıxlığı

D) birqat relyefli jakkard hörməli trikotajın 1m2 sahəsinin kütləsi

E) naxışlı jakkard hörməli trikotajın 1m2 sahəsinin kütləsi


80. ms=410-4l Pü PşüT(lü+0,5 zla) düsturu ilə hansı trikotajın müvafiq göstəricisi təyin edilir?

A) natamam jakkard hörməli trikotajın səthi sıxlığı

B) tam jakkard hörməli trikotajın səthi sıxlığı

C) ) ikiqat naxışlı jakkard hörməli trikotajın 1m2 sahəsinin kütləsi

D) birqat jakkard hörməli trikotajın 1m2 sahəsinin kütləsi

E) ötürməli və relyefli jakkard hörməli trikotaj sahəsinin səthi kütləsi


81. Aşağıdakı verilənlərə uyğun olaraq, trikotajın 1m2 sahəsinin hörülməsinə sərf olunan ipliklərin rənglər üzrə miqdarını (q) hesablayın: tam üçrəngli jakkard hörməsi, yun ipliyi, xətti sıxlığı 22,2 teks x2, rənglər-ağ, göy, yaşıl, R=1152, n=350, m=250, Pü=30 ilmə, Pşü=26 ilmə, lü=75 mm, la=5,0 mm.

A) 101;92;119

B) 101;90;120

C) 100;95;111

D) 120;100;110

E) 105;103;125


82. Aşağıdakı verilənlərə uyğun olaraq, trikotajın 1m2 sahəsinin hörülməsinə sərf olunan ipliklərin rənglər üzrə miqdarını (q) hesablayın: natamam ikirəngli jakkard hörməsi, yarımyun ipıiyi, xətti sıxlığı 31 teks x2, rənglər-ağ, qara, R=1800, n=600, Pü=45 ilmə, Pşü=53 ilmə, , lü=4,6 mm, la=5,4 mm

A) 250;341

B) 248;350

C) 238;351

D) 251;320

E) 300;288


83. Fransız və İsveşrə pikesi hörmələrinin alınması üçün uyğun olaraq ən azı neçə hörücü sistem lazımdır?

A) 4 və 4

B) 2 və 2

C) 3 və 3

D) 4 və 3

E) 3 və 4


84. Xətti sıxlığı 22,2 teks x2 olan yun ipliyindən alınan İsveçrə pikesinin səthi sıxlığını (q/m2) hesablayın:

A) 402


B) 400

C) 415


D) 400

E) 406
85. Xətti sıxlığı 22,2 teks x2 olan yun ipliyindən alınan naxışlı ikiastar saya hörməli trikotajın ilmə sapının orta uzunluğunu (mm) və səthi sıxlığını (q/m2) hesablayın:

A) 6,0 və 421

B) 4,9 və 442

C) 5,1 və 444

D) 4,5 və 500

E) 5,5 və 480
86. Trikotajın ilmə addımı 1,48 mm, maşının silindirinin iynələrinin sayı 648 olarsa, dairəvi kuponun enini (mm) tapın:

A) 480


B) 654

C) 720


D) 620

E) 580
87. Trikotajın ilmə addımı 1,25 mm, silindirdə iynələrin sayı 400 olarsa, corabın əhatəsini (mm) hesabların:

A) 500

B) 520


C) 480

D) 340


E) 550
88. Xətti sıxlığı 5 teks olan kapron sapından 34-cü sinif corab avtomatında alınan qadın corabı bortunun ilmə sapının maksimal uzunluğunu (mm) təyin edin:

A) 3,49


B) 4,22

C) 3,83


D) 3,23

E) 5,6
89. Corab məmulatlarının birinci cərgəsinin sapının ümumi uzunluğunu (mm) və kütləsini (q) hesablayın, birsilindirli corab avtomatı, iynələrin sayı-164, sinfi-14, pambıq ipliyi, xətti sıxlığı 18,5 teks x2:

A) 512 və 0,02

B) 500 və 0,03

C) 551 və 0,01

D) 523 və 0,05

E) 480 və 0,11
90. 18-ci sinif dairəvi hörücü maşında rezin sap işlədən sapvericinin işləmə müddətini hesablayın: iynə silindirinin diametri 3,511, silindirin fırlanma tezliyi 150 dəq-1, rezin sapı çəkilən iynələrin sayı 2.

A) 0,004


B) 0,02

C) 0,06


D) 0,012

E) 0,003
91. 12-ci sinif dairəvi hörücü maşında kuponun ayırıcı cərgəsinin kütləsini (q) hesablayın – işləyən iynələrin sayı 480, işlədilən pambıq sapının xətti sıxlığı 16,5 teks x2.

A) 0,06

B) 0,11


C) 0,05

D) 0,12


E) 0,09
92. Dairəvi kuponun eni 500 mm, trikotajın ilmə addımı 1,62 mm olarsa, hörücü maşının bir iynədanındakı iynələrin hesabı sayını təyin edin:

A) 617


B) 648

C) 622


D) 646

E) 628
93. 10-cu sinif səthi fanq maşınında alınan kuponun ayırıcı cərgəsinin sapının uzunluğunu (m) hesablayın – işləyən iynələrin sayı 780, ayırıcı cərgə xətti sıxlığı 25 teks x2 olan pambıq ipliyindən hörülür.

A) 3,7

B) 3,9


C) 4,1

D) 4,0


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə