Transactions of national academy of sciences of azerbaijan



Yüklə 430,29 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü430,29 Kb.
#58462


10  

TRANSACTIONS  OF NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN, 



Series o f  the humanities,  2017, № 2

ƏDƏBİYYA TSÜNASLIO

Azərbaycan ədəbiyyatı tarixi

Əlizadə ƏSGƏRLİ

Filologiya üzrə elmlər doktoru 

Nizami Gəncəvi adma Ədəbiyyat İnstitutu

alizade.asgerli@gmail.com



AKADEMİK BƏKİR NƏBİYEV HEYDƏR ƏLİYEVİN 

ƏDƏBİYYAT SAHƏSİNDƏ SİYASƏTİ HAQQINDA

Açar sözlər:  akademik Bəkir Nəbiyev, ədəbiyyat siyasəti, Kitabi-Dədə Qorqud, Nizami, Füzuli, Vaqif, Şəhriyar 

Key words:  academic Bakir Nabiyev,  literature policy, “Kitabi-Dede Gorgud”, Nizami, Fuzuli, Vagif, Shahriyar 

Ключевые  слова:  академик  Бекир  Набиев,  литературная  политика,  «Китаби-Деде  Горгуд»,  Низами, 

Физули,  Вагиф, Шахрияр

AMEA  Nizami  Gəncəvi  adına  Ədəbiyyat 

İnstitutunun  hazırladığı  “Heydər  Əliyev  və 

Azərbaycan  ədəbiyyatı”  monoqrafiyasının  ilk 

nəşri  1998  [1],  ikinci nəşri isə 2009-cu ildə olub 

[2].  Hər  iki  nəşrin  ön  söz  müəllifi  akademik 

Bəkir  Nəbiyevdir.  Birinci  nəşrdə  AMEA-nm 

müxbir  üzvü,  professor  Yaşar  Qarayev,  profes­

sor Vilayət Quliyev və professor Məhərrəm Qa- 

sımlımn  araşdırmaları  özünə  yer  alıb.  İkinci 

nəşrin  birinci  fəslini  akademik  B.Nəbiyevin 

“Heydər  Əliyev  haqqında  etüdlər”,  ikinci  fəs­

lini  professor  Məhərrəm  Qasımlının  “Heydər 

Əliyev  və  Azərbaycan  folkloru”,  üçüncü  fəslini 

akademik  Teymur  Kərimlinin  “Heydər  Əliyev 

və  klassik  ədəbiyyat”,  dördüncü  fəslini  dosent 

Nikpur  Cabbarlının  “Heydər  Əliyev  və  ədəbi 

proses”,  beşinci  fəslini  isə  professor  Nizaməd­

din  Şəmsizadənin  “Heydər  Əliyev  və  azərbay- 

cançılıq” məqalələri təşkil edir.

Akademik  B.Nəbiyev  2007-ci  ildə  “Hey­

dər  Əliyev  haqqında  etüdlər”  monoqrafiyasını 

ayrıca çap  etdirib.  Həmin məqalə  alimin  5  cild­

də  Seçilmiş əsərlərinin  dördüncü cildində özünə 

yer  alıb  [3].  “Xalqına  sədaqəti,  böyük  dövlət­

çilik  təcrübəsi”,  “idarəçilik  istedadı,  xarakter 

bütövlüyü,  heyrətamiz  enerjisi”,  “Azərbaycan 

xalqma,  onun dilinə,  dininə,  ədəbiyyatına,  digər 

mənəvi  dəyərlərinə  dərindən  bələd”  olan 

(aka­

demik  B.Nəbiyev)

  Heydər  Əliyev  bu  monoq­

rafiyada  zəngin  milli  ədəbiyyatımıza tarixi  xid­

mət  baxımından  səciyyələndirilib.  Heydər  Əli­

yevə  məhəbbətlə,  aludəliklə  bağlı  olan  akade­

mik  B.Nəbiyev  dahi  Öndərin  dünya  siviliza­

siyasında  yerini,  ədəbiyyat  sahəsində  siyasətini 

peşəkarlıqla  təbliğ  edib  və  mühüm  elmi-nəzəri 

müddəalar  irəli  sürüb.  Belə  qənaətlərdən  biri 

Heydər  Əliyevin  ədəbiyyat  sahəsindəki  siyasəti 

ilə bağlıdır.

Heydər  Əliyev  siyasi-kulturoloji  fəaliyyət 

zəminində mifologiya, folklor, klassik və müasir 

irs,  habelə,  dünya  ədəbiyyatı  haqqında  qiymətli 

elmi  fikirlər  söyləyib.  H.Əliyevin  ədəbi-bədii 

zövqü N.Gəncəvi,  İ.Nəsimi,  M.Füzuli,  Ş.İ.Xətai,

M.P.Vaqif,  Q.Zakir,  M.F.Axundzadə,  C.Məm- 

mədquluzadə,  H.Cavid,  C.Cabbarlı,  S.Vurğun,

M .  Şəhriyar,  S.Rüstəm, M.Dilbazi, B.Vahabzadə,

N.  Xəzri,  M.Araz,  X.R.Ulutürk,  Anar,  Elçin, 

F.Qoca  və  başqaları  ilə  bərabər,  rus,  Avropa 

klassiklərinin  əsərləri  əsasında  formalaşıb.  0 , 

“Kitabi-Dədə  Qorqud”  dastanlarını  “bütöv  bir 

xalqın  qəhrəmanlığını  özündə  cəmləşdirən  bir 

əsər  kimi”  dəyərləndirib.  Akademik  B.Nəbiyev 

yazır:  “Kitabi-Dədə  Qorqud”  dastanlarının 

1300 illik yubileyi Ümummilli liderimizin şəxsi 

təşəbbüsü  və  böyük  səyləri  nəticəsində  həyata 

keçirilmiş  və  Azərbaycan  ədəbiyyatı,  elmi  və 

mədəniyyəti  sahəsində  çox  əlamətdar  hadisə 

kimi  tarixə  düşmüşdür”.  Akademik  B.Nəbiyev 

professor Y.Qarayevlə  birlikdə “Xalq mənəviy­

yatının  güzgüsü”  adlı  bu  elmi-kütləvi  nəşri 

Azərbaycan,  türk,  rus,  ingilis  və  fars  dillərində 

yayımladıb.  Heydər  Əliyev  Sarayında  beynəl­

xalq  zirvə  tədbiri  ilə  yaddaqalan  dastanın  mü­

hüm  elmi-siyasi  əhəmiyyətini  akademik  belə



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, 

Humanilar elmlər seriyası,  2017, №  2

11

ümumiləşdirir:  “Kitabi-Dədə  Qorqud” -   siyasi- 



ideoloji  və  mənəvi  olaraq  “ölkəmizin  beynəl­

xalq  imicinin  yüksəlişinə  də  qüvvətli  bir  təkan 

olmuşdur”  [3,  s.  52].

Monoqrafiyada akademik  B.Nəbiyev mü­

hüm  ədəbiyyat  tədbirlərinin  nəticələrini  diqqət­

də  saxlamaqla  bərabər,  onların  siyasi  əhəmiy­

yətinə  xüsusi  nəzər yetirib.  Görkəmli  akademik 

dahi Azərbaycan şairi Nizami  Gəncəvinin yubi­

ley  tədbirindən  danışarkən  bildirir  ki,  Heydər 

Əliyev  Şərq  bədii  fikrinin  tarixində  yeni  səhifə 

açmış  böyük  Azərbaycan  şairi  və  mütəfəkkiri 

Nizami  Gəncəvini  dünyaya  böyük  mənəvi  sər­

vətlər  vermiş  Dante,  Şekspir,  Şiller,  Puşkin, 

Balzak,  Tolstoy və  Qorki  ilə  yanaşı  tutur,  yubi­

ley  tədbirlərinə  böyük  m əna  verirdi.  Bu  cəhət­

dən  onun  aşağıdakı  fikirləri  də  əhəmiyyətlidir. 

“Bu  tədbirlərin...  (1970-ci  illərdən  üzü  bəri 

görülən  işlərin  miqyası  nəzərdə  tutulurdu  -  

Ə.Ə.)  siyasi  əhəmiyyəti bu oldu ki, Azərbaycan 

rəhbərliyi  və  Azərbaycan  elmi  öz  sənətkar  öv­

ladına  birmənalı  şəkildə  sahib  çıxmaqla  bəra­

bər,  o  vaxtadək  qonşu  İranda  və  bəzi  digər 

ölkələrdə  Nizaminin  guya  fars  ədəbiyyatının 

nümayəndəsi  olması  barəsində  deyilənlərə  son 

qoyuldu.  Nizamişünaslann  Bakıda  toplanan 

beynəlxalq  konqresi  artıq  dünyanın  bir  sıra 

tanınmış  şərqşünas  və  tarixçilərinin,  nizamişü- 

naslanmn  da  bu  məsələdə  obyektiv  mövqe  tut­

duqlarını,  Nizamini  məhz  Azərbaycan  klassik 

ədəbiyyatının  təmsilçisi,  Azərbaycan  xalqının 

dahi  oğlu  kimi  qəbul  etdiklərini  göstərdi”  [3, 

s.55].  (Yeri  golmişkən,  xatırlayağm  ilk  Avropa 

oyunlarının  Bakı  şəhərində  keçirilmiş  12  iyun 

2015-ci  il  tarixli təntənəli  açılış mərasimini.  Bu 

tədbirdə  Nizami  Gəncəvi  nə  qədər  möhtəşəm 

idi! -  Ə.Ə).

Akademik  B.Nəbiyev  xatırladır  ki,  Hey­

dər  Əliyev  böyük  renessans  şairi  İmadəddin 

Nəsiminin  600  illik  yubileyinin  keçirilməsində 

də çox böyük zəhmətlər çəkmişdi.  Böyük öndər 

hesab  edirdi  ki,  İ.Nəsimi  yaradıcılığında  “ən 

mühüm  cəhət  onun  insanpərvərlik  ideyalarının 

qüvvəti,  şairin bir  fikir  adamı,  bir  şəxsiyyət  ki­

mi əzəməti, ana dilində yazdığı əsərlərində özü­

nü  xüsusi  təravətlə  nümayiş  etdirən poetik  mö­

cüzəsi  idi”  [3,  s.  55].  Heydər  Əliyev  bu  yubile­

yin (İ.Nəsimi yubileyi -  Ə.Ə)  SSRİ, YUNESKO 

xətti  ilə  dünya miqyasında qeyd  olunması  üçün 

layihələri  “Sov.İKP  MK  siyasi  bürosu kimi  çox

böyük  bürokratiya  maneəsindən  keçirmişdi”, 

“zamanın  çox  nadir ədəbi-mədəni hadisəsi  olan 

Nəsimi  yubileyi  YUNESKO-nun  tədbirləri  sı­

rasına daxil edilmişdi”.  “Beləliklə, İ.Nəsimi yu­

bileyi  dünya  miqyasında  qeyd  edilən  ilk  Azər­

baycan  şairi  olmuşdu”  [3,  s.  56].  Alim,  şair  və 

incəsənət  xadimlərinin  iştirakı  ilə  Bakıda  zirvə 

tədbirləri  keçirilmiş,  bir  sıra  uğurlarla  yanaşı, 

akademik  B.Nəbiyevin  tərtib  etdiyi  rus  dilində 

məqalələr toplusu  (şairin  dövrü,  mühiti,  şəxsiy­

yəti, hürufilik təlimi,  əsərlərinin dil-üslub xüsu­

siyyətləri və s.  ilə bağlı) nəşr edilib.

Akademik  B.Nəbiyev  dahi  şəxsiyyət 

II.Əliyevin:  “Alim,  ədib  və  incəsənət xadimləri 

haqqında  yubiley  tədbirinin  keçirilməsi  onların 

özlərindən  çox,  xalqımıza,  cəmiyyətimizə  la­

zımdır”  kəlamını  xüsusi  xatırladır.  Müəllif ya­

zır:  “Ulu  öndər  ağır  müharibə  şəraitində  yaşa­

yan,  erməni  işğalçılarına  qarşı  mübarizə  aparan 

Azərbaycanın  ən  çətin  məqamlarında  da  ölkə­

mizin  xilas  yollarına  yalnız  hərbi  qüdrətimizin 

artırılmasında deyil,  həm  də  xalqımızın mənəvi 

dəyərlər  baxımından  çox  güclü  olmaq  poten­

sialında, Azərbaycanın zəngin və orijinal mədə­

niyyət  yurdu  olmasında  görür,  klassiklərimizin 

bənzərsiz irsini ən m üxtəlif vasitələrdən istifadə 

edərək  dönə-dönə  dünya  miqyasına  çıxarmaqla 

doğma yurdumuzu  qabaqcıl  bəşəriyyətə  olduğu 

kimi  tanıtmağa  çalışırdı.  Bu  isə  öz  növbəsində 

gecə-gündüz  Azərbaycana,  onun  tarixinə,  m ə­

dəniyyətinə,  ədəbiyyatına  qarşı  böhtanlar  püs­

kürən  erməni  təxribatını  tərksilah  etmək,  ona 

böyük zərbə vurmaq demək idi”  [3, s.  57].

Ulu  rəhbər  dahi  Azərbaycan  şairi  M ə­

həmməd  Füzulinin  anadan  olmasının  500  illik 

yubileyinin  keçirilməsinə  də  tarixi-siyasi  və 

ədəbi  hadisə  kimi  dəyər  verirdi.  Bu  barədə 

akademik  B.Nəbiyev  yazır:  “Füzuli  H.Əliyevin 

sənətinə  pərəstiş  etdiyi  nadir  Azərbaycan  da­

hilərindən  biri  idi.  Ulu  öndər  Füzuli  haqqında 

ən  m üxtəlif münasibətlərlə  çox  maraqlı  fikirlər 

söyləmiş,  şairin  Azərbaycan  ədəbiyyatında, 

Şərq  poeziyası  və  dünya  ədəbi-ictimai  fikri 

tarixində  mövqeyini  dönə-dönə  yüksək  qiymət­

ləndirmişdir”  [3, s.  58].

H.Əliyevin uzaqgörənliyi  sayəsində M.Fü- 

zulinin  500  illik yubileyinin  keçirilməsinin m ə­

nəvi  coğrafiyası  çox  geniş  olub.  Bu tədbir Tür­

kiyənin Ankara və  İstanbul,  Rusiyanın  Moskva 

və  Sankt-Peterburq,  İranın  Tehran  və  Təbriz,



1 2  

TRANSACTIONS OF NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN, 



Series o f  the humanities,  2017, №  2

İraqın  Bağdad,  Kərbəla  və  Kərkük  ərazilərini, 

habelə,  Tiflis,  Daşkənd,  Dərbənd,  Mahaçqala 

və  başqa  şəhərləri  əhatə  edib.  Bu  münasibətlə 

Parisdə  YUNESKO-nun  baş  qərargahında  bir 

sıra  yığıncaq,  beynəlxalq  forum,  Türk  dünyası 

yazıçılarının  üçüncü  qurultayı,  türksoy  təşkila­

tının  8-ci  toplantısı,  Bakıda  beynəlxalq  simpo­

zium  keçirilib.  H.Əliyev  1996-cı  il  noyabrın  8- 

də  Bakıda  keçirilmiş  zirvə  toplantısında  Füzuli 

sənətinin fəlsəfi  mahiyyətini,  onun özünəqədər- 

ki  dövrün Şərq və Qərb fəlsəfəsini, zəmanəsinin 

fəlsəfi  fikrini  dərindən  öyrəndiyini,  bir  sıra 

əsərlərini  fars,  ərəb  və  türk  dillərində  yazmış 

şairin  poetik  irsinin  əhəmiyyətini  xüsusi  qeyd 

edib” [3,  s.  60].

Akademik  B.Nəbiyev  Füzuli  yubileyin­

dən  danışanda  onun  tarixi-siyasi  əhəmiyyəti 

haqqında  bəlgələyir  ki,  “Füzuli  -   500”  tədbiri 

xalqımızın  mənəvi  həyatını  zənginləşdirmək, 

adamlarımızı ruhlandırmaq, Vətənə, torpağa sə­

daqət  ruhunda  tərbiyələndirməklə  bərabər, 

“Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü­

nü  bərpa  etmək,  işğal  olunmuş  torpaqları  azad 

etmək  üçün  hamımızı  səfərbər  edir”  [3,  s.  60]. 

Akademik  qeyd  edir  ki,  H.Əliyev  müdrik 

siyasətçi və dövlət xadimi kimi qiymətləndirirdi 

ki,  “yubileylərin  keçirilməsi  bir  tərəfdən  yubil- 

yarlarm  xalq,  dünya  qarşısında xidmətlərini  bir 

daha təbliğ və nümayiş  etdirmək,  digər tərəfdən 

müasir  nəslin  ona  bəslədiyi  hörmət  və  ehtiramı 

bildirmək  deməkdir”  [3,  s.  61].  “Xalq  gərək 

daim  öz  kökünü  xatırlasın,  tarixini  öyrənsin, 

milli  mədəniyyətindən,  elmindən  heç  vaxt  ay­

rılmasın”  -   elə  öyüd-nəsihət  edirdi  Ulu  öndər. 

“Beləliklə  də,  H.Əliyev  dövlət  yubiley  komis­

siyasının  üzvləri,  elmi  müəssisələr,  yaradıcılıq 

təşkilatları,  Mədəniyyət  Nazirliyi,  Xarici  İşlər 

Nazirliyi,  yerli  icra  orqanları  qarşısında  vəzifə 

kimi  qoyur  və  tələb  edirdi  ki,  bu  tədbir  vasi­

təsilə Azərbaycan xalqı  dünyaya daha yaxından 

tanıdılsın”.  “Qoy  dünya  bilsin  ki,  xalqımızın 

çoxəsrlik,  zəngin  tarixi  mədəniyyəti  var”  [3, 

s.61].  Akademik  B.Nəbiyev  fikirlərini  dinamik 

inkişaf  etdirərək  ümumiləşdirir  ki,  “H.Əliyev 

iftixar  duyğusu  ilə  deyirdi  ki,  bu  gün  biz  həm 

Azərbaycanda,  həm  Füzulinin  doğulduğu  yer­

də,  Bağdadda,  həm  də  Ankarada  Füzulinin  500 

illiyini  qeyd  edərkən,  artıq  keçmişdəki  kimi 

parçalanmış  vəziyyətdə  deyilik.  İndi  böyük 

Türkiyə  Cümhuriyyəti  ilə  yanaşı,  digər  türk

cümhuriyyətləri  də  vüqarla  dayanmışdır.  Ay, 

ulduzlu  Türkiyə  bayrağının  yanında  indi  artıq 

beş  müstəqil  türk  cümhuriyyətinin  bayraqları 

dalğalanır.  Bunlardan  biri  də  Azərbaycanın 

bayrağıdır”  [3, s.  62].

Füzuli  tədbirinin  ədəbi-ictimai  əhəmiy­

yəti  bir sıra nailiyyətlərlə  yanaşı,  bundan  ibarət 

olub ki, Bakı,  Tehran,  Təbriz,  Ankara,  İstanbul, 

Bağdad,  Kərkük,  Paris,  Moskva və  Pekində  yı­

ğıncaqlar,  elmi  sessiyalar,  beynəlxalq  simpo­

ziumlar  keçirilib.  “ 1996-cı  ildəki  beynəlxalq 

simpoziumda dünya  füzulişünaslığının  32  ölkə­

sindən  yetmiş  nümayəndə  məruzə  etmişdir”, 

“dahi  sənətkarın  parlaq  irsinin  XXI  əsrdə  təd­

qiqinə  dair  konkret  istiqamətlər  müəyyən  edil­

mişdir”  [3, s.  64].

Akademik  B.Nəbiyevin  məlumatına  görə 

Molla  Pənah  Vaqifin  Şuşadakı  heykəlinin  açı­

lışında  vilayətin  o  zamankı  bütün  erməni  rəh­

bərliyi,  ziyalıları  iştirak  edib.  H.Əliyev  “Böyük 

Azərbaycan  şairi  Vaqifin timsalında Qarabağda 

XVIII  əsrin ortalarında məskunlaşan ermənilərə 

başa salırdı  ki, torpağın əsl  sahibləri,  onun təəs­

sübünü  çəkənlər,  onun  şöhərtini  dünyaya  ya­

yanlar  kimlərdir”  [3,  s.  64].  “H.Əliyevin  iradə­

silə  Şuşada  ucaldılan  V aqif  məqbərəsi  yalnız 

konkret  bir  şairin  abidəsi  deyildi,  bu  məqbərə 

daha  çox,  türk-azərbaycanlı  ruhunun  əsrlər  bo­

yu  Qarabağda  hakimiyyətinin  simvolu  idi,  bu 

torpaqda  yaranmış  təkrarsız  sənətin  simvolu 

idi” [3, s.  65].

C. Məmmədquluzadə 

Heydər 


Əliyevin 

“ən  çox  sevdiyi,  yaradıcılığına  pərəstiş  etdiyi 

icitmai  fikir  bahadırı  idi.”  Ulu  öndər  1998-ci  il 

dekabrın  28-də  Respublika  Sarayında  müdrik 

yazıçının  125  illik  yubileyindəki  nitqində 

“C.Məmmədquluzadənin  öz  yaradıcılığı  ilə 

Azərbaycan  xalqının  milli  oyanışında  misilsiz 

rol oynadığını  əsaslandırırdı.” Əsaslandırırdı ki, 

yeni  milli  ideologiyanın  yaradıcılan  ilk  növbə­

də bu dahi sənətkarın ədəbi-ictimai  irsinə müra­

ciət  etməlidir:  “C.Məmmədquluzadənin  yaradı­

cılığında  Azərbaycanın  bütün  milli  xüsusiyyət­

lərini,  eyni  zamanda  ümumbəşəri  dəyərləri  əks 

etdirən  fikirlər  bizim  milli  ideologiyanın  əsası­

dır.  Və  həmin  ideologiyanın  yaranması  üçün 

böyük  bir  vasitədir,  böyük  bir  sərvətdir.  O 

dövrdə  həm milliliyə  bağlı  olmaq,  həm  də  dün­

yəvi,  ümumbəşəri  dəyərləri  qiymətləndirmək, 

onları  öz yaradıcılığında  əks  etdirmək və  xalqı­



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, 

Humanitar elm hr seriyası,  2017, №  2

13

mızın  ümumi  səviyyəsini  qaldırmaq  cəhdləri 



böyük vətəndaşlıq  cəsarəti  idi,  böyük xidmətdir 

və  bunu biz daim qiymətləndirməliyik.  Ona  gö­

rə də  C.Məmmədquluzadənin yaradıcılığı,  əsər­

ləri  bu  gün  bizim  milli  ideologiyanın  yaranma­

sına,  formalaşmasına  və  onun  konsepsiyasının 

elmi  şəkildə  hazırlanmasına  çox  kömək  edə 

bilər və çox kömək edəcəkdir”  [4,  s.  265].

Heydər  Əliyev  Hüseyn  Cavid  irsinə  də 

yüksək  qiymət  verib.  Akademik  B.Nəbiyev  ya­

zır  ki,  “H.Əliyevin  nəzərində  H.Cavid  Azər­

baycan  ədəbiyyatı  və  mədəniyyətinin  inkişa­

fında  misilsiz  xidmətlər  göstərmiş  dahi  sima 

idi.  Onun yaratdığı əsərlər Azərbaycan xalqının 

milli  sərvətidir.  Ulu  öndər  əsaslandırırdı  ki,  bu 

hörmətli  sənətkarın bütün yaradıcılığı  Azərbay­

can  xalqını  milli  azadlığa,  müstəqilliyə  çağırır. 

Ədib  həmişə  öz  iradəsiylə  yaşamış,  öz  xalqına 

sadiq  olmuşdur,  xalqını  həddən  artıq  sevmiş  və 

ona  yetərincə  xidmət  etmişdir.”  Buna  görə  də 

H.Əliyev onun qəbrini  1982-ci  ildə Naxçıvanda 

ata-baba  torpağına  tapşırıb.  1997-ci  ildə  böyük 

ədəbiyyat  hamisi  Hüseyn  Cavid  məqbərəsinin 

açılışı  zamanı  deyib:  “Cavidin  cənazəsini  uzaq 

Sibirdən Azərbaycana  gətirmək  asan  iş  deyildi. 

Bu  böyük  iradə,  cəsarət  tələb  edirdi.  Ancaq 

xalqımıza,  millətimizə,  tariximizə,  mədəniyyə­

timizə,  ədəbiyyatımıza,  mənəviyyatımıza  olan 

sədaqət  mənə  belə  bir  cəsarət  göstərməyə  im ­

kan verdi.  Mən bunu etdim...”  [3,  s.  68]

Milli  mədəniyyətimizin  təşkilatçısı  və 

mübəlliği  Heydər  Əliyev  “C.Cabbarlıya  zəma­

nəsinin  fəlsəfəsini  və  psixologiyasını,  dövlətlər 

arasında  qırılmaz  əlaqəni,  xalqın  tarixi  müqəd­

dəratının  rəşadətli  səhifələrini  açıq  göstərmək 

baxımından  qiymət  verirdi.  Böyük  rəhbər  bil­

dirirdi  ki,  onun  gördüyü  işlər  -   sözün  əsl  mə­

nasında  yorulmaz  əmək  fədaisinin  hünəridir. 

“C.Cabbarlı  müasir  Azərbaycan  dramaturgiya­

sının  bünövrəsini  qoymuşdur.  Bu  dramaturgi­

yanın  inkişafının  əsas  istiqamətlərini  müəyyən 

etmişdir,  Azərbaycan  xalqının  və  o  zamankı 

sovet  ölkəsindəki  bir  çox  başqa  xalqların  teatr 

mədəniyyətini  zənginləşdirən  qiymətli  töhfələr 

vermişdir.  Bizim  bütün  müasir  dram  sənətimiz 

müəyyən  mənada  Cabbarlı  teatrının  bəhrəsidir. 

M.F.Axundzadə və  C.Məmmədquluzadənin bö­

yük  ənənələrini  inkişaf  etdirib  zənginləşdirən 

Cabbarlı  teatr  yaradıcılığının  həqiqi  novatoru 

olmuş,  Azərbaycan  səhnəsində  bu  gün də  gözəl

səmərə  verən  yeni  ənənələrin  əsasını  qoymuş­

dur” [3, s.  68-69].

Görkəmli  akademik Bəkir Nəbiyev “Hey­

dər Əliyev haqqında etiidlər”  [3;  5]  əsərində hə­

yəcanlı,  nikbin  salnaməçi  kimi  görünür.  O, 

bütün  böyük  sənətkarların  yubileylərinin  məna 

və  mahiyyətindəki  alt  qatları:  tarix  və  siyasəti 

də  bəlgələyir,  onların  sənət  missiyasının  cöv­

hərini,  fitrətini  üzə  çıxarıb 

oxucuya  təqdim 

edir.  Baxın,  Xalq  şairi  Səməd Vurğun haqqında 

danışanda  da  Ulu  öndərin  siyasi  xadim  fitrə­

tinin  gizli  mənalarını  belə  vurğulayırdı:  “Azər­

baycan  ədəbiyyatının  keçən  əsrdəki  inkişafının 

mühüm  mərhələsi  onun  (S.Vurğunun  -   Ə.Ə.) 

şərəfli  adı,  böyük  istedadı  və  çoxcəhətli  yara­

dıcılıq  fəaliyyəti  ilə  üzvü  surətdə  bağlıdır.” 

“Yüksək  humanist  dəyərləri,  həyati  və  tarixi 

hadisələri fəlsəfi dərinliyi ilə qavrayıb mənalan­

dırmaq,  xəlqilik  bədii  sözün,  çoxəsrlik  ənənə­

ləri,  qırılmaz  varislik  əlaqələri,  romantik  vüsət 

S.Vurğun  poeziyasının  əsas  xüsusiyyətlərin- 

dəndir.  O,  milli  şeirimizi  novator keyfiyyətlərlə 

zənginləşdirmiş,  yüksək  sənət  məktəbi  yarat­

mışdır”  [3,  s.  69].  Ədəbiyyat  bilicisi  H.Əliyev 

xüsusi  vurğulayırdı  ki,  “XX  əsr,  xüsusilə  də 

həmin  yüzillikdə  S.Vurğunun  yazıb-yaratdığı 

1920-50-ci  illər  bəşər  tarixinin  çox  mürəkkəb, 

ziddiyyətli  proseslərlə  əlamətdar  olan  bir  döv­

rüdür.  Birinci  Dünya  müharibəsi,  milyonlarla 

günahsız  insanın  qanı  bahasına  Rusiya  imperi­

yasında  sosializmin  bərqərar  olması,  faşizmin 

Avropaya  meydan  oxuması,  İkinci  Dünya  mü­

haribəsi,  “soyuq müharibə”nin təzadları,  Böyük 

Vətən müharibəsi ərəfəsində və faşizm üzərində 

qələbədən  sonra  sovetlərin  möhkəmlənməsi, 

ölkədə  1930-50-ci  illərdə  şəxsiyyətə  pərəstişin 

tüğyan  etməsi...  “belə  bir  dövrdə  yaşamaq,  ya­

ratmaq  və  yüksək  yaradıcılıq  səviyyəsinə  çat­

maq hər bir insana nəsib ola bilməzdi”  [3, s.69].

Akademik  B.Nəbiyev  qeyd  edir  ki,  Hey­

dər  Əliyev  S.Vurğunun poeziya  dilini  çox  yük­

sək  qiymətləndirib.  O  deyirdi:  “M.P.Vaqif 

XVIII 

əsrdə  şeir  dilini  xalq  dilinə  daha  da 



yaxınlaşdırmışdır...  V aqif  Azərbaycan  şeirində 

yeni bir yol  açmışdır.  S.Vurğun isə Azərbaycan 

şeir  dilini  tarixin  yeni  mərhələsinin  tələblərinə 

əsasən  daha  da  zənginləşdirib,  inkişaf  etdirib, 

ana  dilimizi  hər  bir  azərbaycanlı  üçün  daha  da 

doğma,  “sevimli və şirin edibdir”  [3, s.  70].

Müdrik  şəxsiyyət  H.Əliyev  1930-50-ci



1

4

 

TRANSACTIONS OF NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN, 



Series o f  the humanities,  2017, № 2

illərin  mürəkkəb  tarixi  şəraitini,  ədəbi  prosesin 

çətinliklərini  Xalq  şairi  Süleyman Rüstəmə mü­

nasibətində  belə  səciyyələndirirdi:  “Deyirlər ki, 

niyə  H.Cavid,  S.Hüseyn,  Ə.Cavad,  M.Müşfıq 

və  başqaları repressiyaya məruz  qalıblar,  amma 

məsələn,  S.Rüstəm,  S.Vurğun,  R.Rza  və  qeyri- 

ləri  yox?  Biz  unuda  bilmərik  ki,  Stalin  repres­

siyası  qlobal  miqyaslı  bir  zəlzələ,  dəniz  tufanı, 

qasırğa,  nəhəng  qar uçqunu kimi  ölkəyə  gəlmiş 

ictimai-siyasi  fəlakət  idi.  Bu  katakilzmdən  bir 

təsadüf,  yaxud möcüzə  sayəsində  qurtulmuş  bir 

sıra Vətən  oğullarını,  onların o  biri  qardaşlarını 

xilas  ola  bilmədikləri  üçün  ittiham  etməyə 

bizim  haqqımız  yoxdur”  [3,  s.  72].  Akademik 

B.Nəbiyev  “alman  faşizminə  qarşı  mübarizədə 

şairin  əsəri  Azərbaycan  xalqı,  özəlliklə  də, 

gənclərimiz  arasında  vətənpərvərlik  hisslərinin 

inkişafında,  qüvvətlənməsində  çox  böyük  rol 

oynamışdır”,  -   deyə  böyük  Öndərin  qiymətli 

fikirlərini  xatırladanda  onun  fərdiləşdirmələrini 

xüsusi  qabardırdı:  “Yalnız  Vətənini,  millətini 

hədsiz  sevən  və  ona  sadiq  olan  bir  insan 

S.Rüstəmin yazdığı  şeirləri  yaza bilərdi.  Bunlar 

bizim  ədəbiyyat,  mədəniyyət  tariximizin  qızıl 

səhifələridir”  [3, s.  71].

11  aprel  1998-ci  il  tarixli  təbrikində 

H.Əliyev  Məhəmmədhüseyn  Şəhriyarı  böyük 

vətənpərvərlik  duyğularının  tərənnümçüsü  olan 

filosof  şair  kimi  təqdim  edirdi.  Bildirirdi  ki, 

“Şəhriyarın  irsi  onun  yaşayıb-yaratdığı  zama­

nın,  ictimai-siyasi,  fəlsəfi  və  ədəbi  görüşlərinin 

parlaq  inikasıdır”  [3,  s.  73].  H.Əliyev demişdir: 

“Şair xalq həyatının  dərinliklərinə  enib,  dövrün 

kəskin  ictimai  ziddiyyətlərini,  şərin,  mütləqiy­

yətin,  ədalətsizliyin,  mənəvi  məhkumiyyətin 

faciələrini poeziyanın rəvan,  aydın və təsirli dili 

ilə  bütün  dünyaya  car  çəkmişdir.”  “Şəhriyar  da 

Şərqin  çox  geniş  bir  regionunda  insan  mənə­

viyyatının  zənginləşməsində  böyük  rol  oyna­

mışdır”  [3, s.  74].

Akademik  B.Nəbiyev  “Etüdləri’də  Hey­

dər Əliyevin  həm xarakterik  cizgilərini,  həm  də 

onun  cazibədar  nitqinin  siyasi-ideoloji,  ədəbi- 

estetik  mahiyyətini  vurğulayıb,  onun  müasir 

tarixi  əhəmiyyətini  səciyyələndirib.  “O  çıxış­

larında  heç  bir  natiqi  təkrar  etməz,  yubileyi 

qeyd  olunan  ədəbi  sima  və  onun  yaradıcılığı 

haqqında  şəxsən  öz qənaətlərini  söylər,  həm  də 

bu zaman özünə xas olan iti  hafizə, elmi məntiq 

nümayiş etdirərdi”  [3,  s.  74].

H.Əliyev  1998-ci  il  aprelin  24-də  Xalq 

şairi  Mirvarid  Dilbazinin  85  illik  yubileyində 

iştirak  edib  və  parlaq  nitq  söyləyib.  O,  M.Dil- 

bazinin şəxsiyyətini və sənətini ədəbiyyatımızın 

nadir  hadisəsi  adlandırıb.  M.Dilbazi  “İstiqlal” 

ordeni  ilə  təltif  edilmiş,  “ 1930-cu  ildən  başla­

yaraq  S.Vurğun,  S.Rüstəm,  M.Müşfiq,  R.Rza,

O.Sanvəlli,  M.Rahim,  N.Rəfibəyli  kimi  sənət­

karlarla bir sırada,  yorulmaq bilmədən  səmərəli 

fəaliyyət  göstərmişdir.”  Böyük  rəhbər  S.Rüs­

təm,  R.Rza,  M.İbrahimov,  S.Rohimov,  Q.Qara- 

yev,  F.Əmirov,  Niyazi,  R.Behbudova  Sosialist 

Əməyi  Qəhrəmanı  adını  verəndə  də  qiymət­

ləndirirdi ki, “bu cür təltifləri əks etdirən hər bir 

fərman  keçmiş  Sovet  İttifaqının  Mərkəzi  Tele­

viziya Kanalı  və  əsas  qəzetləri  ilə  bütün  ölkəyə 

və  xaricə  çatdırılır,  dünyada müəyyən  əks-səda 

verir,  hər  dəfə  bu  münasibətlə  Azərbaycanı­

mızın  mübarək  adı  dönə-dönə  çəkilir,  dostları 

sevindirdiyi  kimi  xəbis  düşmənlərimizi  pərt 

edirdi”  [3, s.  76].

15 aprel  1995-ci ildə H.Əliyev daha üç bö­

yük  sənətkarı  ilk  dəfə  “İstiqlal”  ordeni  ilə  təltif 

edib.  Bunlar  Xalq  şairləri  Bəxtiyar  Vahabzadə, 

Məmməd  Araz  və  Xəlil  Rza  Ulutürk  olub. 

Bunun  səbəbini  Ulu  öndər  belə  izah  edirdi: 

“Milli  azadlığa  nail  olmaq  üçün  xüsusən  bizim 

xalqımızda  milli  oyanış,  milli  dirçəliş,  milli 

ruhun  canlanması  lazımdır.  Bu  da  asan  bir pro­

ses  deyildir.  Çox  vaxt  tələb  edən  prosesdir. 

Yaşadığımız  o  rejim  dövründə  bu  prosesə  açıq 

təkan vermək də çətin  idi.  Ancaq  B.Vahabzadə, 

M.Araz,  X.Rza  kimi  insanlar öz yaradıcılığı  ilə 

bu  sahədə  çox  işlər  görüblər.  Ona  görə  mən 

düşündüm:  biz  müstəqillik  qazanmışıq.  Res­

publikamız  müstəqil  dövlətdir.  Xalqımız  milli 

azadlıq  əldə  edibdir.  Bu  milli  azadlığın,  müstə­

qilliyin  əldə  edilməsində,  şübhəsiz  ki,  xalqımı­

zın  hamısının -   hərənin  öz  yeri,  öz  payı,  hərə­

nin öz xidməti var.  Ancaq  elə şəxsiyyətlər var 

ki,  onlar  bu  işin,  bu  prosesin  yaranmasında, 

formalaşmasında,  inkişaf  etməsində  xüsusi 

xidmətlər  göstəriblər.  B.Vahabzadə,  M.Araz, 

X.R.Ulutürk  ədəbiyyatımızın  məhz  bu  cür  çox 

görkəmli  simalarıdırlar”  [3,  s.  77].  Akademik 

B.Nəbiyev  bu  üç  sənətkarın  poeziyasını  dəyər­

ləndirərkən,  X.R.Ulutürkün  12  yanvar  1992-ci 

ildə  Naxçıvanda  yazdığı  “Dədə  Heydər  -   Ata­

türk”  şeirinin  üzərində  xüsusi  dayanıb,  müqa­

yisə  aparıb:  “Mustafa  Kamal  Paşa Atatürk Tür­



15

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLORİ, Humanitar elmlər seriyası,  2017, № 2

kiyəni  acgöz  müdaxiləçilərin  əlindən  alıb,  ona 

yeni  həyat  verdiyi  kimi  Heydər  Əlirza  oğlu 

Əliyev  də  Azərbaycam  həm  xarici,  həm  də 

daxili  düşmənlərin  əlindən  alıb,  onu  xilas  edə­

rək  məmləkətin  tarix  səhnəsindən  silinməsinə 

yol  verməyibdir”  [3,  s.  80].  Şairin  “Dədə  Hey­

dər  -   Atatürk”  şeirində  iki  siyasi-tarixi  şəxsiy­

yətin  birlikdə  ifadəsi  mənalı  idi.  Akademik 

B.Nəbiyev,  B.Vahabzadə,  M.Araz və  X.Rzanın 

Azərbaycanın azadlıq və  istiqlal uğrunda müba­

rizəsində  onların  müstəsna  xidmətlərindən, 

poeziyalarının  ədəbi-ictimai  qüdrətindən  danı­

şırdı.  H.Əliyev  B.Vahabzadənin  “Özümüzü kə­

sən qılınc” əsərinin tamaşasına baxdıqdan sonra 

deyib  ki,  şair  bu  əsəri  ilə  Azərbaycan  drama­

turgiyasında  ilk  dəfə  olaraq  xalqımızın  tarixi 

əsilliyinə,  onun  lap  qədim türk  köklərinə  müra­

ciət  etmiş,  parlaq  bədii  obrazlar,  gərgin  dra­

matik  konfliktlər  əsasında  bu  günümüzlə  səs­

ləşən  milli  birlik,  müstəqillik,  vətənpərvərlik 

ideyalarını  təsvir  və  tərənnüm  etmişdir  [3, 

s.82].  H.Əliyev  B.Vahabzadənin  bu  əsərini  sə­

nətkar  cəsarətinin  qiymətli  nümunəsi  hesab 

edərək demişdir:  “Onun pyesində xalq taleyinin 

həll  olunduğu  məqamlarda  daxili  çəkişmələr­

dən,  şəxsi  ambisiyalardan  uzaq  olmaq,  xalqın

bütün  imkanlarını  həm  intellektual,  həm  də  si­

lahlı  qüvvələri  istiqlal  uğrunda  mübarizədə  bir­

ləşdirməyin böyük əhəmiyyəti vardır”  [3, s.82].

Akademik B.Nəbiyev Məmməd Araz  liri­

kasının təsir gücündən danışarkən qeyd  edib ki, 

“vətənpərvərlik,  vətəndaşlıq,  xalq taleyinin  ağır 

məqamlarında  onun  xoşbəxtliyi  üçün  canını 

qurban  verməyə  hazır  olmaq  M.Arazm  lirik 

qəhrəmanı  üçün  ən  səciyyəvi  keyfiyyətdir”  [3, 

s.  82-83].

Xəlil  Rzanın  poeziyasını  isə  belə  qiymət­

ləndirirdi:  “Azərbaycanın  azadlığı  və  istiqla­

liyyəti  uğrunda  mübarizə  mövzusu  X.Rzanm 

“Məftillə  sarılmış  yaralar”  poemasından  “Da­

vam  edir  37”  kitabındakı  şeirlərinə  qədər  uzun 

bir  yol  keçmiş  və  xalqımızın  bu  günü  üçün 

bəlkə  də  bir  ordunun  görəcəyi  qədər  böyük  iş 

görmüşdür”  [3, s.  81].

Bizi  millət  kimi  qoruyub  saxlayan  dili­

miz,  ədəbiyyatımız,  tariximiz  və  ənənələrimiz­

dir.  Hazırki  siyasi-tarixi  şəraitdə  bu  sahədə 

respublika  Prezidenti,  cənab  İlham  Əliyevin 

böyük  xidmətləri  vardır.  O,  Ulu  öndərin  ədəbi- 

ictimai  fikir  tariximiz  haqqında  vacib  konsep­

siyasını  səylə  davam etdirməkdə və əhəmiyyətli 

uğurlar qazanmaqdadır  [6].



ƏDƏBİYYAT

1.  AMEA Nizami adma Ədəbiyyat İnstitutu. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”. Bakı,  1998.

2.  AMEA Nizami adma Ədəbiyyat İnstitutu. “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”. Bakı, 2009.

3.  Nəbiyev B.  Heydər Əliyev haqqında etüdlər.  5 cilddə, IV cild. Bakı, “Çinar-çap”, 2009.

4.  Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, “Ozan”, 2000.

5.  Nəbiyev B. Heydər Əliyev haqqında etüdlər. Bakı, “Elm”, 2007.

6.  Həbibbəyli İ. Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, “Əcəmi”, 2013.

Alizade Askerli

ACADEMIC BAKIR NABIYEV’S THOUGHTS ABOUT THE POLICY 

OF HAYDAR ALIYEV IN THE LITERATURE FIELD

SUMMARY

The  article  is  about  Academic  Bakir  Nabiyev’s  thoughts  on  the  political-culturological  and  literary-theoretical 

bases of the policy of Haydar Aliyev in the field of literature and language.  Along with the exceptional political services 

of H.Aliyev,  the  historical  services  to  the  Azerbaijani  nation,  language,  religion  and  literature  realized  by  him  are 

reflected in the article.



16  

TRANSACTIONS OF NATIONAL ACADEMY OF  SCIENCES OF AZERBAIJAN, 



Series o f  the humanities,  2017, №  2

Ализаде Аскерли

АКАДЕМИК БЕКИР НАБИЕВ ПРО ПОЛИТИКУ 

ГЕЙДАРА АЛИЕВА В ОБЛАСТИ ЛИТЕРАТУРЫ

РЕЗЮМЕ

В  статье  отражаются  мысли  академика  Б.Набиева  о  политико-культурологических  и  литературно­

теоретических  основах  политики  Гейдара  Алиева  в  области  литературы  и  языка.  Наряду  с  исключительно 

политическими  заслугами  Гейдара  Алиева,  в  статье  подчёркиваются  его  исторические  заслуги  в  отношении 



нации, языка, религии и литературы Азербайджана.

Yüklə 430,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə