Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı



Yüklə 283,37 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix14.12.2017
ölçüsü283,37 Kb.
#15635
  1   2   3   4   5   6


Tibb Universitetində 

beynəlxalq elmi 

konfrans keçirilib

Kardiologiya Akademiyasının 

ilk toplantısı  

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 07 (1604) 15 aprel  2015 - ci il                           Qiyməti 40 qəpik

Faşizm üzərində 

qələbədə Azərbaycan 

tibb işçilərinin rolu

2

5

BU  SAYIMIZDA

Alman 

professor 

Karsten Perka 

“ATU-nun 

fəxri qonağı” 

oldu

2

2

Mənəvi  yüksəkliyə  xidmət  

göstərən  missiya haqqında 

dəyərli mənbə

3

4

Nuru Bayramov:  

«Hazırda 

ölkəmizdə 

cərrahiyyəni 

laparoskopiyasız 

təsəvvür etmək 

mümkün deyil»

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 



2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və 

qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 

sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi 

inkişafının  yekunlarına  və  qarşıda  duran  vəzifələrə  həsr  olunan  iclası 

keçirilib.

Dövlətimizin başçısı iclasda giriş nitqi söyləyib. 

Dövlət  başçısı  nitqində  əhalinin  sağlamlığının  təmin  olunması  və 

səhiyyə  sisteminin  maddi-texniki  bazasının  möhkəmləndirilməsi 

istiqamətindəki inkişafa da toxunub: 

«...Bu  sahə  daim  diqqət  mərkəzindədir  və  bizim  düşünülmüş 

iqtisadi  islahatlarımız  bütün  dövrlərdə  güclü  sosial  siyasətlə  də 

tamamlanırdı. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial 

infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, 

uşaq bağçaları, tibb müəssisələri tikilir. Hazırda 20-dən çox tibb 

müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri 

öz  həllini  tapır,  müayinədən  keçmə  prosesi  uğurla  gedir.  Keçən 

il  5  milyon,  bu  il  isə  təqribən  artıq  4  milyona  yaxın  Azərbaycan 

vətəndaşı  müayinədən  keçmişdir.  Son  illərdə  bütün  bölgələrdə 

müasir  tibb  mərkəzləri  yaradılmışdır.  Yəni,  indi  müayinədən 

keçmək üçün Bakıya gəlməyə ehtiyac yoxdur. Hər bir yerdə müasir 

tibb ocaqları var ki, insanlara gözəl xidmət göstərməlidir...»



http://www.amu.edu.az

15 aprel  2015-ci il

2



Mayın  9-da  Böyük  Vətən 

müharibəsində  faşizm  üzərində 

qələbənin  70-ci  ildönümüdür.  Bu 

qələbənin  qazanılmasında  xüsusi 

rolu olan Azərbaycanda da həmin 

tarix dövlət səviyyəsində qeyd olu-

nacaq.  Belə  ki,  Azərbaycan  Res-

publikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Sərəncamı 

ilə  “1941-1945-ci  illər  müharibəsində  qələbənin  70  illik 

yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər 

Planı” təsdiq edilib. 

Həmin sənəd çərçivəsində bu gün Azərbaycan Tibb Universitetində “1941-

1945-ci  illər  müharibəsində  qələbənin  əldə  edilməsində  Azərbaycan  tibb 

işçilərinin müstəsna rolu” mövzusunda elmi konfrans baş tutub. Konfransda 

ikinci cahan savaşının tarixi, həmin müharibədə azərbaycanlıların, xüsusilə də 

tibb işçilərinin rolundan söz açılıb. İkinci dünya müharibəsi illəri bəşəriyyətin 

XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr kimi dəyərləndirilib. Qeyd olunub ki, 

Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları 

açıqlamaq  ciddi  elmi-nəzəri,  siyasi  və  əməli  əhəmiyyətə  malikdir.  Tədbirdə 

xüsusi  vurğulanıb  ki,  Böyük  Vətən  müharibəsi  zamanı  Azərbaycanın  bütün 

maddi və mənəvi sərvətləri, canlı qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edi-

lib. Həmin illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək 

səfərbər  edilərək  cəbhəyə  göndərilib.  Onlar  da  sabiq  SSRİ  məkanında  ya-

şayan  digər  xalqların  nümayəndələri  ilə  çiyin-çiyinə  faşizmə  qarşı  savaşda 

iştirak ediblər.

Universitetin  elmi  işlər  üzrə  prorektoru,  professor  İbrahim  İsayev  çıxış 

edərək  II  Dünya  Müharibəsini  XX  əsrin  ən  fəlakətli  müharibəsi  adlandıra-

raq dünyanın 4/5-nü ağuşuna aldığını, 61 ölkəni əhatə etdiyini, nəticədə 67 

milyon insanın həyatını itirdiyini xatırladıb. Həlak olanlardan 27 milyonunun 

əsir düşərgələrində, 20 milyonunun isə dinc əhali olduğunu  bildirən prorek-

tor faşizm üzərində qələbədə xalqımızın yaxından iştirakını və Bakı neftinin 

müstəsna rolunu da vurğulayıb. Müharibə zamanı motorlu texnikanın 85-90 

faizinin Bakı nefti ilə təmin olunduğunu, göstərdikləri qəhrəmanlıq və rəşadətə 

görə 121 azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı adı verildiyini bildirib. Fa-

şizm    üzərində  qələbədə  yaxından  iştirak  edən  xalqımızın  torpaqlarımızın 

müdafiəsi üçün hazırda ermənilərlə üz-üzə dayandığına da diqqət çəkib. 

Digər  natiqlər  də  çıxışları  zamanı  müharibənin  törətdiyi  dağıntılardan, 

fəlakətlərdən, itkilərdən danışıblar. 

III cərrahi xəstəliklər kafedrasının müdiri, ə.e.x., professor Məmməd Nəsirov 

“1941-1945-ci  illər  müharibəsində  qələbənin  əldə  edilməsində  Azərbaycan  

cərrahlarının  rolu”  mövzusunda  çıxış  edərək  azərbaycanlı  cərrahların 

əvəzsiz  xidmətlərindən, arxa cəbhə kimi Azərbaycanda yaradılan hospitallar, 

xəstələrin necə qəbulu və müalicəsindən söhbət açıb. 

İctimai  fənlər  kafedrasının  dosenti  Elbrus  Sadıqov  “1941-1945-ci  illərdə 

Azərbaycan xalqının sosial potensialı cəbhənin xidmətində “ mövzusinda çı-

xış edərək xalqımızın qələbədə yaxından iştirakı ilə bağlı geniş məlumat verib.

İctimai  sağlamlıq  və  səhiyyənin  təşkili  kafedrasının  baş  müəllimi  Fuad 

Məmmədov  da  “Azərbaycan  tibb  işçiləri  1941-1945-ci  illər  müharibəsində” 

mövzusunda etdiyi çıxışında həkimlərimizin fədakarlığını xüsusi qabardıb.

Uşaq və yeniyetmələr, əmək  gigiyenası kafedrasının dosenti Rəhim Oru-

cov müharibə dövründə arxa cəbhədə şahidi olduğu ağır vəziyyətdən, qələbə 

naminə  hər  kəsin  hansı  əzab-əziyyətlərə  qatlaşaraq  ön  cəbhəyə  ərzaq  və 

geyim göndərmələrindən söhbət açıb.

Qeyd  edək  ki,  Prezidentin  sərəncamı  ilə  təsdiqlənən  Tədbirlər  Planına 

əsasən,  ölkəmizin  təhsil  müəssisələrində  müvafiq  tədbirlərin  keçirilməsi 

nəzərdə tutulub. Onlar arasında müharibəyə həsr edilmiş əsərlərin, kitabların 

sərgisinin  təşkili,  savaş  iştirakçıları  ilə  görüşlərin  keçirilməsi  planlaşdırlır. 

O  cümlədən,  1941-1945-ci  illər  müharibəsinə  həsr  olunmuş  vahid  dərsin 

(günün)  keçirilməsi,  müharibə  veteranları  və  tələbələr  arasında  görüşlərin 

keçirilməsi, gənclərin xatirə komplekslərinə ziyarətinin təşkili nəzərdə tutulur. 

Eyni zamanda, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi MDB-yə üzv 

ölkələrin Başçılarının Şurasının tapşırığı ilə qələbənin 70-ci ildönümünün qeyd 

olunması məqsədi ilə hazırlıq işləri həyata keçirir. Bu tədbirlər çərçivəsində 

azərbaycanlı  təhsil  işçiləri  Moskvada  təşkil  olunacaq  beynəlxalq  məktəbin 

işində iştirak edəcəklər.

QABİL

uAprelin 10-da Azərbaycan Tibb Universitetində 



“Dayaq-hərəkət  sistemi  xəstəliklərinin  cərrahi 

və bərpa yolu ilə müasir müalicəsi” mövzusunda 

beynəlxalq elmi konfrans işə başlayıb.

Konfransın  açılış  mərasimin də  Azərbaycan 

Tibb  Universitetinin  rektoru,  akademik  Əhliman 

Əmiraslanov  çıxış  edərək  konfransın  mövzu-

su  və  əhəmiyyəti  haqqında  tədbir  iştirakçılarına 

məlumat verib: “Bəllidir ki, istər cərrahi xəstəliklər 

olsun, istər digər xəstəliklərin müalicəsində daha 

uğurlu nəticə əldə etmək üçün sonrakı mərhələdə 

aparılan bərpa müalicəsinin böyük önəmi var”.

Rektor 


ölkəmizdə 

reabilitasiya, 

yəni 

bərpa  müalicəsi  sahəsində  yüksək  ixtisaslı 



mütəxəssislərə xüsusi ehtiyac olduğunu qeyd et-

mişdir.  Ə.Əmiraslanovun  sözlərinə  görə,  məhz 

bu baxımdan bərpa müalicəsi sahəsində təcrübə 

mübadiləsinə böyük ehtiyac var. Həmin istiqamətdə 

artıq Azərbaycan Tibb Universiteti Türkiyənin “Ro-

matem” şirkəti ilə qarşılıqlı əməkdaşlığa başlayıb: 

“Bu  qurumun  rəhbəri  Köksal  bəy  Holoğlu  yalnız 

Türkiyədə deyil, ümumiyyətlə dünyada tanınmış bir 

insan, mütəxəssisdir. Onun başçılıq etdiyi onlarla 

klinika  var.  Odur  ki,  onların  köməyindən  istifadə 

edərək  mütəxəssislərimizin  fikir  mübadiləsi  apar-

masına  imkan  yaratmaq  məqsədilə  belə  bir 

konfransın keçirilməsinə qərar verdik”.

Konfransda  türkiyəli  mütəxəssis,  ROMATEM 

Fizioterapiya  və  Reabilitasiya  Xəstəxanasının 

İdarə  Heyətinin  müdiri,  Uz.Dr.Köksal  Holoğ-

lu  “Fizioterapiya  və  reabilitasiya  sahəsində 

gündəlik problemlər” mövzusunda çıxış edib. O, 

belə bir görüşün təşkili üçün ATU-nun rektoru 

Əhliman  Əmiraslanova  və  digər  həmkarlarına 

təşəkkürünü bildirdi.

Daha sonra professor Sabir Etibarlının sədrliyi 

ilə  sessiyalar  işə  başlayıb.  Tədbirdə  Prof.Dr. 

Azadlıq Yılmaz “Onurğa problemləri və müasir 

müalicə üsulları: Onurğa xəstəlikləri, ortopedi-

ya  və  protez  tətbiqləri  və  skaliozun  konserva-

tiv  müalicəsi  haqqında  məlumatla  çıxış  edib.  Dr. 

Cəmil İsgəndərov isə “Boyun fəqərəarası disk yır-

tıqlarının cərrahi və konservativ müalicəsi” mövzu-

sunda müasir tendensiyalardan söz açıblar.

Konfransın 

fasilədən 

sonrakı 

hissəsində 

azərbaycanlı  və  türkiyəli  professorlar  “Beyin  və 

ömürlük zədələrdə müasir reabilitasiya prinsipləri”, 

“Artroplastik  cərrahi  və  reabilitasiya  müalicəsi”, 

“Ortopedik  reabilitasiya  prinsipləri”,  “Miofassial 

diskfunksiyalarda “ TYOFLEX”-in rolu” kimi möv-

zulardan məruzələr səsləndiriblər. Tədbir iştirakçı-

ların suallarının ekspertlər tərəfindən cavablandı-

rılması ilə yekunlaşıb.



Tibb Universitetində beynəlxalq 

elmi konfrans keçirilib

Əhliman Əmirasanov: “Bərpa müalicəsi yetərincə vacib sahədir”

A

lmaniyanın Şarite Universitet Kli-

nikasının Sümük-əzələ Cərrahlığı 

Mərkəzinin  direktoru,  professor 

Karsten Perka Azərbaycan Tibb Universi-

tetinin qonağı olub.   

Universitetin  Tədris  Cərrahiyyə  Klinikasında 

baş tutan görüş zamanı rektor, akademik Əhliman 

Əmiraslanov  qeyd  etdi  ki,  professor  Perka,  Al-

maniyanın Ortopediya və Travmatologiya sahəsi 

üzrə  tanınmış  mütəxəssisidir:  “Professor  Perka-

nın  ortopediyada  əsas  maraq  sahəsi  böyüklərdə 

bərpaedici əməliyyatlar, xüsusilə bud və diz oy-

naqları  üzərində  aparılan  rekonstruktiv  prose-

durlardır. O, Azərbaycanla sıx əlaqədə çalışan bir 

mütəxəssisdir. Professor bir sıra xəstələr üzərində 

mürəkkəb  cərrahiyyə  əməliyyatlarını  uğurla 

həyata keçirib”.

Əhliman Əmiraslanov ATU-nun Berlinin Şarite 

Klinikası ilə əməkdaşlıq etdiyini, birgə layihələr 

haqqında sazişlərin olduğunu vurğuladı: “Bizim 

Şarite  Klinikası  ilə  bir  çox  sahədə  əməkdaşlıq 

haqqında müqaviləmiz var, vaxtaşırı olaraq həmin 

klinikaya öz mütəxəssislərimizi göndəririk. Artıq 

klinikanın ortopediya və travmatologiya bölməsi 

ilə  də  belə  bir  əlaqələr  qurmaq  üçün  imkan  ya-

ranıb. Bu gün belə qərara gəlmişik ki, ATU-nun 

gənc  mütəxəssislərini,  xüsusilə  də  rezidentləri 

3-6 ay müddətinə Şarite Klinikasında praktikaya 

göndərək”. 

Sonra  Əhliman  Əmiraslanov  ATU-nun  Elmi 

Şurasının qərarına əsasən professor Karsten Per-

kanın “Tibb Universitetinin fəxri qonağı” yüksək 

adına layiq görüldüyünü elan etdi. Rektor qona-

ğa “Fəxri qonaq”diplomunu və xatirə hədiyyəsini 

təqdim etdi. 

Görüş  zamanı  professor  Karsten  Perka  ATU 

haqqında öz təəssüratlarını bölüşüb. O, Tibb Uni-

versitetinin  nəzdindəki  Klinikaların  işi  ilə  tanış 

olduğunu, bu müəssisələrin yüksək səviyyəli tibbi 

xidmət göstərdiyini bildirib.

Daha  sonra  professor  K.Perka  sümük-əzələ 

cərrahlığı haqqında məruzəsi ilə çıxış edib. O, bud 

və  diz  oynaqlarının  total  artroplastikasına  həsr 

olunmuş  elmi  araşdırmalarının  nəticələrindən 

danışıb.  Professor  öz  araşdırmalarında  istifadə 

olunan  yeni  cərrahi  texnikalar,  prosedur  və  ya-

naşmaların  klinik  praktikada  tətbiqindən  də  söz 

açıb.  Sonda  professor  görüş  iştirakçılarının  və 

rezidentlərin suallarını cavablandırıb.

Qeyd edək ki, professor Karsten Perka Berlində 

yerləşən Şarite Universitet Klinikasının Sümük-

əzələ Cərrahlığı Mərkəzinin direktoru və həmin 

mərkəzin Ortopediya kafedrasının müdiridir. O, 

həmçinin Şimali Almaniya Ortopedik Assosia-

siyasının  Baş  Katibi  və  Almaniya  Artroplasti-

ka Cəmiyyətinin növbəti müddət üçün seçilmiş 

Prezidentidir.

Alman professor Karsten Perka “ATU-nun fəxri qonağı” oldu

Faşizm üzərində qələbədə 

Azərbaycan tibb işçilərinin rolu

ATU-nun mətbuat xidməti



Yüklə 283,37 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə