|
Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari bölmə I
Təmizləyici imaləyə əks- göstəriş hansıdır?2019-04-23 11-51-274.
Təmizləyici imaləyə əks- göstəriş hansıdır?
A) Dərman imaləsindən əvvəl
B) Doğuşdan əvvəl
C) Qanayan babasil olduqda
D)Qarın boşluğundakı əməliyyatlardan əvvəl
E) Bağırsaq xəstəliyi
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil
olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu
zaman təmizləyici imalə əks-göstəriş sayılır.
Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998
5
. Sidikdə qanın olması necə adlanır?
A) Albuminuriya
B) Nikturiya
C) Piuriya
D) Hematuriya
E) Qlükozuriya
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü mövcuddur: qan sidik aktının
əvvəlində, sonunda və total hematuriya şəklində olur, yəni sidik başdan-başa qana
boyanır.
Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
6
. Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
A) 1,5 saat
B) 3 saat
C) 30 dəqiqə
D) 1 saat
E) 45 dəqiqə
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp
olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq
olmaz, çünki bağırsağın divarı zədələnə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27
“Çıraq” 2008.
7.
Onikibarmaq bağırsaq xorasında ağrılar nə vaxt müşahidə edilir?
A) Qida qəbulundan 2-3 saat sonra
B) Qida qəbulundan 15-30 dəq. sonra
C) Qida qəbulundan dərhal sonra
D) Gecə və acqarına
E) Qida qəbulu zamanı
3
Mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir, orada olan
xoranı qıcıqlandırır və ağrıya səbəb olur.
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.147
“Çıraq” 2008
Dostları ilə paylaş: |
|
|