Thysaniezia giardi Yayılması Q. T. Fərhadov



Yüklə 53,55 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü53,55 Kb.
#38183


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 54-57 (2013)

 

54 



Naxçıvan Muxtar Respublikasında Gövşəyən Heyvanların Tizanieziozunun 

(Thysaniezia giardi) Yayılması 

 

Q.T. Fərhadov 

 

Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Naxçıvan şəh., Azərbaycan; 

E-mail: qadir_ferhadov@hotmail.com 

 

Məqalədə gövşəyən heyvanlar arasında parazitlik edən anoplosefalyatların  Thizaniezia giardi 

növündən bəhs edilir. Müəyyən olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının dağətəyi 

ərazilərində gövşəyən heyvanların tizaniezioza yoluxması adətən 8-9 aylıq toğlularda mart-aprel 

aylarından müşahidə olunur və bu xəstəliyin ilin müxtəlif fəsillərində yayılması heyvanların yaşından 

asılı olaraq dəyişir. Toğluların yoluxması əvvəlki illər ərzində yoluxmuş heyvanlar otarılan otlaqlarda 

baş verir. Cari ildə yoluxmanın ən yüksək dərəcəsi qeydə alınıb. Kişik buynuzlu heyvanların 12,5%, 

iri buynuzlu malqaranın isə 1,5%-i tizaniezioza yoluxub.   

 

 

GIRIŞ 

 

Tizaniezioz, Avitellinidae ailəsinə mənsub olan 



Thysaneizia giardi tərəfindən törədilir. Xəstəliyə 

Zaqafqaziyada, Qazaxıstanda, Orta Asiyada 

Türkiyədə (Ayaz və Tinar, 2006; Yıldız and 

Çavuşoğlu, 2003; Yıldız, 2007; Schnieder, 2000), 

Aşağı Volqaboyunda və Ukraynanın cənubunda 

daha çox təsadüf edilir. Azərbaycanın  şərq 

rayonlarında bu helmintoza daha çox təsadüf edilir 

(İsmayılov, 2009; İsmayılov və b., 2011; Fourie et 

al., 1997). Naxçıvan  ərazisinin spesifikliyi 

xarakterik helmintofaunanın formalaşmasına  şərait 

yaratmışdır.  

Helmint Avitellinidae ailəsinə mənsub boz süd 

rəngli iri sestodlardan olub boyu 3-4 m, eni 9 mm-ə 

qədərdir. Strobili silahsız başcıqdan, boyuncuqdan 

və gödək buğumlardan ibarətdir. Cinsiyyət aparatı 

təkdir, cinsiyyət dəlikləri isə nizamsız olaraq hər iki 

tərəfə açılır. Balalıq qıvrım borunu xatırladır.  

Qoyun və keçilərin incə bağırsaqlarında yaşayan 

sestodlar arasında özünə yer alan Thysanosomidae 

ailəsinə  mənsub olan Avitellina centripunctata  və 



Thysaniezia ovilla Türkiyənin Kırıqkala 

universitetində K.Yıldız (2003) tərəfindən elektron 

mikroskop vasitəsilə incələnərək helmintin struktur 

quruluşu strobilası  və skoleksi öyrənilmişdir. Bu 

parazitlərin inkişafı aralıq sahibləri olan Psocidae 

ailəsinə aid insektlərin iştirakı ilə keçir (Ayaz və 

Tinar, 2006; İsmaylov, 2011). Ölkəmizin az qala hər 

bölgəsində qoyunlarda görünə bilən bu parazitlər 

sayca çox olduqları  və bağırsaqlarda yaşayan digər 

parazitlərlə birlikdə, cavan heyvanlarda inkişafdan 

qalma, çəki itirmə və digər itkilərə səbəb olur (Ayaz 

və Tinar, 2006). Sestodun yetkin buğumlarında 2000-

dən yuxarı kisə olur ki, hər kisənin içərisində 3-8 

yumurta müşahidə olunur. Çox xırda dəyirmi formalı, 

boz rəngli yumurtanın içərisindəki onkosferin 

armudvari cihazı yoxdur. Bu da tizanieziozu 

monieziozdan seçməyə imkan verir.  

Tizanieziozlar definitiv və aralıq sahibi olan ot 

yeyən həşəratın iştirakı ilə inkişaf edir. Parazit 

qaramal və davarın nazik bağırsağında yerləşir. 

Tizaniezioz zamanı heyvanlarda düşkünlük, selikli 

qişalarda qansızlaşma olur. Xəstəliyin  şiddəti ot 

yeyən həşəratların artması  və çoxalması ilə  əlaqəli 

inkişaf edir. 

Yumurtalarda armudvari cisim yoxdur, 

diametri 0,018-0,027 mm, yumru formada boz 

rəngdə görünür. Monieziyaların aralıq sahibləri 

(oribatid gənələri) göstərildiyi kimi (İsmayılov, 2001, 

2003, 2009, 2010) respublikanın bütün otlaqlarında 

yayılmışdır, xüsusən onların növ tərkibi və  sıxlığı, 

intensivliyi dağ  və dağətəyi bölgələrdə daha çoxdur. 

Tam helmintoloji yarma üsulu ilə  tədqiq olunmuş 

qoyunların anoplosefalyatlarla yoluxması 10,7%, 

qaramalınkı 7,3%, camışlarda isə  cəmi 6% 

olmuşdur. Kaproloji tədqiqatda isə qoyunların 

monieziyalarla yoluxması 8-12%, qaramalınkı 2-

12%, camışlarınkı isə 2-6% olmuşdur, Thyzaniezia 

ilə yoluxma qoyunlarda 2-6%, qaramalda 2-5%, 

camışlarda 2-4%, Avitellina ilə yoluxma 

qoyunlarda 2-8%, qaramalda 2-4%, camışlarda isə 

cəmi 2% olmuşdur. Yoluxma intensivliyi ən çox 

qoyunlar arasında olmuşdur (Yİ-2-8%) (Ismayılov 

və b., 2011). 

Azərbaycanda kənd təsərrüfatı heyvanları 

anoplosefalyatlarla bütün il boyu yoluxurlar 

(İsmayılov, 2010), belə ki ilin hər fəslində  kəsilmiş 

heyvanların bağırsağında imaginal və preimaginal 

sestodlar qeyd olunur. Bu isə o deməkdir ki, 

monieziyaların aralıq sahibləri, oribatid gənələri də 

örüşlərdə daimi vardır və onlar da ilin bütün aylarında 

(kəskin  şaxta və isti günlər istisna olmaqla) aktiv 

olurlar. Oribatid gənələrinin də intensivliyi iki 

yüksələn xətt üzrə (yazın axır ayları və payızın əvvəl 

ayları) olur, bu vaxt oribatid gənələrinin 70-80%-i ot 

üzərinə miqrasiya edirlər (İsmayılov, 2003; İsmayılov 



Naxçıvan Muxtar Respublikasında Gövşəyən  

55 


və b., 2006).  

Oribatid gənələri ilin əksər aylarında 

otlaqlarda aktiv həyat tərzi keçirirlər, yəni onlar 

torpağın üst qatına, oradan isə ot üzərinə miqrasiya 

edirlər. 

Tizaniezioza  ən çox 1-2 yaş arasında olan 

heyvanlar yoluxur. Yoluxma 6 aylıqdan yuxarı 

toğlularda müşahidə olunur. Yoluxma ilin müxtəlif 

mövsümlərində baş verə bilir. Güclü yoluxma 

zamanı 60 nüsxəyə kimi tizanezia helminti görmək 

olur.  

Tizaniezioz çox vaxtı monieziozla qarışıq 



invaziya  şəklində müşahidə olunur. Moniezioza ot 

yeyən bütün gövşəyən heyvanlar yoluxur.  

Helmintin artıb çoxalması 

nəticəsində 

bağırsaqlarda irinli maye ifraz olunmaqla 

orqanizmin zəhərlənməsinə  səbəb olur ki, bu da öz 

növbəsində  əsəb sistemini pozur. Tizaniezioza 

yoluxmuş heyvanlarda ishal, qəbizlik, zəifləmə 

müşahidə olunur. Bunun da nəticəsində heyvanın 

əzələlərində titrəyiş 

və 

hərəki orqanların 



koordinasyon sisteminə  təsir etməklə heyvanlar 

məhv olur. Tizaniezioza qarşı quzularda immunitet 

olur ki, bu da ilkin ayında quzuların tizaniezioza 

yoluxmasının qarşısını alır.  



 

 

MATERİAL VƏ METODLAR  

 

Gövşəyən ev heyvanlarında tizanieziozun 



yayılmasını  aşkar etmək üçün qeyri-tam yarma 

üsulu ilə qoyun, qaramal və camışların mədə-

bağırsaq, qursaq və  işgənbələri tədqiq edilmişdir. 

Aparılan tədqiqatlar göstərmişdir ki, yuxarı 

zonalarda qoyunlar arasında tizanezia qeyd 

olunmamışdır. Tizanieziozu M.benedeni-dən 

fərqləndirmək lazımdır. Morfoloji cəhətdən bunları 

ayırmaq üçün mikrobioloji iynə ilə sestodun bədəni 

xırda hissələrə ayıraraq monieziozda olan suda 

suspenziya əmələ gətirməsi tizanieziozda müşahidə 

olunmur. Tizaniezioza diaqnoz qoymaq üçün ölmüş 

heyvanlarda törədicinin görünməsi kifayətdir. 

Helmintoskopiya zamanı isə kalda buğumların 

görünməsi yoluxmaya şübhə yaradır.  

Göstərilən zonada gövşəyən kənd təsərrüfatı 

heyvanlarının anoplosefalyatlara nə  dərəcədə 

yoluxmasını müəyyən etmək üçün akademik 

K.İ.Skryabinin (1951) helmintoloji yarma üsulu ilə 

(THY) 25 baş qoyun, 12 baş qaramal, 8 baş camış, 

koproloji müayinə üsulu ilə (doymuş  məhlulda 

Vayda, Berman, ardıcıl yuma, çökdürmə üsulları 

ilə) 1650 baş qoyun, 850 baş qaramal, 150 baş 

camış  tədqiq edilmişdir. Heyvanların kalı ilə 

mütəmadi olaraq xarici mühitə yumurta ilə  zəngin 

bugumlar otlaq sahələinə  və suvat sahələrinə 

tökülür ki, buda aralıq sahiblərin yoluxmasına səbəb 

olur. 

Bizim təcrübələrimizdə tizaneziya Babək 



rayonunun Vayxır kəndində fevral ayının 

ortalarında ölmüş heyvanların yarılması nəticəsində 

7 baş heyvanda tizaniezioz törədicisinin 2-8 arası 

nüsxəsinin görünməsi tərəfimizdən aşkarlanaraq 

helmintin boyu ölçülərək, orta hesabla 2,1 mm-dən 

2,8 mm-ə qədər uzunluqları, 4,5 mm isə eni olduğu 

təsbit edildi. Əldə olunan helmint toplanaraq 

Naxçıvan Elmi Tədqiqat Baytarlıq Mərkəzinin 

Helmintoloji laboratoriyasında tədqiqat üçün 

Barbaqallo məhlulunda fiksasiya edilərək muzey 

preparatı kimi saxlanıldı. 

Ölmüş  və  kəsilmiş 25 başdan 7-ində helmintin 

aşkarlanması invaziyanın ekstensivliyinin 28%-ə 

çatmasının sübutu olmuşdur. Intensivlik isə 2-8 nüsxə 

arasında dəyişir. 

Heyvanlar 1,3-1,5 illik toğlulardır. 



  

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

  

İri buynuzlu heyvanların tizanieziozla 



yoluxması 1,3%, camışlarınkı isə 0% olmuşdur. 

Xırda buynuzlu heyvanlarda tizaniezioza yoluxma 

12,5%-dir. Yarma nəticəsinə görə isə  xırda 

buynuzlu heyvanlarda bu rəqəm daha yüksək – 

28% olmuşdur. Bu onunla izah olunur ki, 

yoluxmanın intensiv gedən sahələrdə tizanieziozun 

yayılması daha çox heyvanları cəlb edir. 

 Muxtar Respublikanın ərazilərindən gətirilmiş 

1650 baş x/b, 850 baş qarmalın, 150 baş camışın 

kal nümunəsi araşdırıldıqda 8-16 aylıqdan yuxarı 

toğlularda yoluxmanın ekstensivliyi 12,5%, iri 

buynuzlu 9-15 aylıq danalarda isə 1,5% yoluxma 

oldugu aşkarlandı. 2-2,5 yaşdan yuxarı heyvanlarda 

tizaneziya çox zəif 0,5-1% miqdarında müşahidə 

edildi. Yuxarı yaşlı heyvanlarda nesteril (davamsız) 

immunitetin  əmələ  gəlməsi müəyyən dərəcədə 

cavan heyvanlara nisbətən yaşlı heyvanların 

tizaniezioza yoluxmasının qarşısını alır. Müayinə 

zamanı yüksək daglıq  ərazilərdən gətirilmiş kal 

nümunələrində yumurta və bugumlar müşahidə 

olunmadı. Bu da yuxarı daglıq  ərazilərdə 

tizanieziozu bəsləyən aralıq sahibin olmaması ilə 

əlaqədardır. Mart ayında Babək rayonunun Vayxır 

kəndində ölmüş  və  məcburi kəsilmiş heyvanlar 

yarılarkən bagırsaqlarda hər heyvanda 8-12 nüsxə 

tizaneziya helmintinin tapılması tizanieziozun 

erkən yazda keçən ilin toğlularında daha çox 

yayıldığını təsdiq etdi. Yoluxma zamanı heyvanlara 

hər kq diri çəkisinə 0,1q fenasal verildikdən 2 gün 

sonra kal nümunələri araşdırılarkən yumurta və 

bugumun gorünməməsi fenasalın tizaniezioza 

effektli təsiri oldugunu təcrübələrdə özünü göstərdi. 

 

 



Q.T. Fərhadov

 

56 



Cədvəl 1. Gövşəyən heyvanlarda tizanieziozun yayılma xüsusiyyətləri (koproloji müayinələrə əsasən). 

Tədqiqat 

ərazisi 

İri buynuzlu 

Xırda buynuzlu 

camış 


yoxlanılıb yoluxub yoluxma, 

% yoxlanılıb yoluxub yoluxma, 

% yoxlanılıb yoluxub  yoluxma, 

Babək 430 



1,62 


850 

102 


12 

150 


- - 

Şahbuz 420 

2,14 


800 

104 


13 - 

-  - 


Cəmi: 850 

13 


1,52 

1650 


206 

12,5 


150 

- - 


 

 

Сədvəl 1-dən göründüyü kimi, Babək 



rayonunun kəndlərindən 

Şahbuz rayonunun 

kəndlərinə dogru yuxarı qalxdıqca dagətəyi 

zonalarda nisbi nəmliyin və aralıq sahiblərinin say 

çoxluğuna görə, aşagı zonalara nisbətən, burda 

yoluxmada müəyyən qədər fərq vardır. Heyvanın 

növündən asılı olaraq  yoluxma bir yaşında olan 

toğlularda inək və danalara nisbətən daha yüksəkdir.  



Mübarizə tədbirləri:  

1. Hər kiloqram diri çəkiyə 0,1 qram hesabı ilə 

fenasalın ağızdan verilməsi helminti məhv 

edir. 


2. Parazitlə sahib arasında zənciri qırmaq üçün 

növbəli otlaqlardan istifadə olunmalıdır.  

 

 

NƏTİCƏLƏR  

 

1.



 

Naxçıvan Muxtar Respublikasının dagətəyi 

zonalarında tizaniezioz xırda buynuzlu 

heyvanlarda 12,5 %, iri buynuzlu mallarda 

1,5% yayılmışdır.  

2.

 



İki-üç yaşdan yuxarı heyvanlarda tizaniezioz 

zəif, yaxud da heç müşahidə olunmur. 

3.

 

Tizanieziozun inkişafı aralıq sahibləri olan 



Psocidae ailəsinə aid insektlərin iştirakı ilə 

keçir. 


  

 

ƏDƏBİYYAT 

 

Ayaz E., Tınar R. (2006) Sestoda. (ed. Tınar R) 

Helmintoloji. Nobel Yayın No: 965, Fen ve 

Biyoloji Yayınları Dizisi: 48, Ankara, s. 103-212.  

İsmayılov Q.C. (2009) Azərbaycanda gövşəyən ev 

heyvanlarında anoplosefalyatların (fauna, 

sistematika və biologiyası) və onların aralıq 

sahiblərinin (oribatid gənələrinin) yayılmasının 

ekoloji-coğrafi təhlili.  AMEA-nın Xəbərləri 

(biologiya elmləri seriyası,) 1-2: 78- 84.  

İsmayılov Q.C., Rzayev N.M., Fərzəliyeva  E.V. 

(2011) Şirvanın cənub-şərq ərazilərində gövşəyən ev 

heyvanlarında anoplosefalyat, paramfistom və onla-

rın aralıq sahiblərinin yayılması.  AMEA-nın Xəbər-



ləri (biologiya elmləri seriyası), 66(1): 151-155.  

Fourie H.J., Amelsfoort van A.F., Michael L.M. 

(1997) A scanning electron-microscope examina-

tion of the scolex of Houttuynia struthionis

Onderstepoort J. Vet. Res., 64: 47-50.  

Yıldız K., Çavuşoğlu K. (2003) Pomphorhynchus 

laevis’in scanning elektron mikroskobik 

incelenmesi. Turk Vet. Hay. Derg., 27: 1357-1360; 

Türkiye Parazitoloji Dergisi, 2007, 31(4): 292-295.  

 Yıldız K. (2007) Avitellina centripunctata ve 

Thysaniezia ovilla'nın Taramalı Elektron 

Mikroskobu (SEM) ile İncelenmesi. Türkiye 

Parazitoloji Dergisi, (31) 4: 292-295. 



Schnieder T. (2000). Helminthosen der 

Wiederkauer. In: Veterinarmedizinische Parasito-

logie (eds.:. Rommel M., Eckert J., Kutzer E., 

Korting W., Schneider T.), 5, Vollstandig 

neubearbeitere Auflage. Parey Buchverlag, Berlin, 

pp.192-295. 



Skrjabin K.I. (1951) Essentials of Sestodology. 

Volume 1. The Academy of Sciences of the USSR, 

Moscow: 464-507. 

 

 

 

 

Распространение Тизаниезиоза Жвачных Животных На Территории Нахчыванской 

Автономной Республики 

 

Г.Т. Фархадов 

 

Нахчыванский научно-исследовательский ветеринарный центр  

 

Выявлено,  что  на  предгорных  территориях  Нахчыванской  АР  тизаниезиоз  жвачных  животных 

регистрировался  с  марта-апреля  месяца  у 8-9-месячных  ягнят  и  телят,  однако  степень  его 

распространения  в  разные  времена  года  значительно  колеблется  в  зависимости  от  возраста 

животных. Заражение телят тизаниезиями происходит на пастбище, где в предыдущие годы выпасали 

зараженных  жвачных  животных.  Самый  высокий  подъем  инвазии  наблюдается  у  телят  и  ягнят 

текущего года. Тизаниезиями заражено 12,5 %МРС, 1,5% КРС. 



Naxçıvan Muxtar Respublikasında Gövşəyən  

57 


 

 

Spreading of Tizaniezioz of Ruminant In The Nakhchivan Autonomous Republic 

 

G.T. Farhadov 

 

Nakhchivan Scientific-Research Veterinary Centr 

 

Tizaniezioz ruminants were detected in the foothills of the Nakhchivan Autonomous Republic  in 8-month 9-



month old lambs and calves in March and April, but the extent of its distribution in the different seasons  

considerably varies depending on the age of the animals. Infection of calves occurs on pasture, where in 

previous years grazed infected ruminants.The highest rise of infestation observed in calves and lambs this 

year. 12.5% of ship and 1.5% of cattles are infected. 



 

Yüklə 53,55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə