This product is made possible through the generous support of



Yüklə 45,07 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü45,07 Kb.
#19980



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XV

 



 

 




 

 

-1- 

Qartal  bütün  quşların  şahı  hesab  edilir  və  bu  möhtəşəm 



ada  layiqdir  də.  O  məğrur,  cəsarətli  və  özündən  razı  bir 

quşdur.  Bədəni  qaramtıl  rəngdədir,  yalnız  boynunda  qızılı 

zolağı  vardır;  dimdiyi  qarmaq  şəklindədir  və  çox 

möhkəmdir,  caynaqları  –  iti  və  güclüdür.  Onun  iri 




 

gözlərindən  güc  və  məğrurluq  yağır.  Qanadları  uzun, 



mütənasib  və  qüvvətlidir,  caynaqlarına  qədər  ağ  tüklərlə 

örtülüdür;  qartal  yaşamaq  üçün  yüksək  dağlıq  yerləri  sevir. 

Bir dəfə məskən saldığı yerdə qış-yay yaşayır;  tez-tez yerini 

dəyişməyi sevmir. 

 

 

 



 

 

 



 

 

 



 

 

Hər  hərəkətində  qartal  çox  sürətlidir.  Çox  gözəl  uçur, 



yerdə  yöndəmsiz  gəzir.  Gözəl  oturmağı  da  var;  düzgün 

oturur,  insan  kimi  qamətli,  qanadları  yığılmış  və 

məğrurluqla  ora-bura  boylanır.    Bunun  üçün  də  oturmuş 



 

qartala  baxmaq  gözəl  bir  mənzərədir.  Hər  hansı  bir  yerdə 



qartal  görünən  kimi  bütün  quşlar  və  xırda  heyvanlar 

arasında  qorxu  zəngi  çalınır.  Quşlar  və  heyvanlar  qartalın 

səsini eşidən  kimi qorxa-qorxa dərhal ora-bura səpələnirlər.  

 

 



 

 

 



 

 

 



 

 

Amma    qartalın  iri  gözlərindən  nə  yayınar!  Quşların  şahı 



sakitcə  və  əzəmətlə  uca  göylərdə  uçur,  amma  onun  iti 

gözləri  aşağıda  bütün  çölü  izləyir  və  öz  qurbanını  görən 

kimi qanadlarını qatlayır və ox kimi sürətlə enir. Bu zaman 

dəhşətli  qüvvə  və  sürətlə  gəlir  və  havada  fışıltı  eşidilir.  İti 

caynaqları  açılmışdır  ki,  zavallı  qurbanına  tez  batırsın. 



 

Qartal  üstün  gələ  biləcəyi  və  aparacağı  bütün  varlıqların 



üzərinə   cumur.  Nə  oynayan  uşağa  yazığı  gəlir,  nə  də ki  

 

dəcəl  tülküyə.  Amma  tülkü  bəzən  onu  çox  peşman  edir: 



havaya  qaldırılmış  tülkü  bəzən  qartalın  boğazının  içərisinə 

əlini  yetişdirib  boğazını  cırmaqlayır.    Cüyür,  çöl  donuzları, 

çəpişlər, quzular, dovşan balaları və pişiyin qanı bu dəhşətli 

yırtıcının  caynaqları  arasında  axır.  Quşlardan  qartal  ördəyi,  

qazı,  leyləyi,  çöl  toyuğunu  və  bütün  ev  quşlarını  aparır. 

Qartalın sevimli yemi heyvan qanıdır; bunun üçün də bu quş 

bəzən həftə ərzində su içmir. 

 



 

-2- 



Asanlıqla  təsəvvür  etmək  olar  ki,  qartal  balalarını 

böyütdükdə  heyvanlar  üçün  necə  də  təhlükəli  olur.  Yalnız 

özünü saxladıqda da xırda heyvanlara dinclik vermir və bala 

böyütdükdə  isə  qanlarını  içir!  Mart  ayında  erkək-dişi 

qartallar  yeni  yuva  qurmağa  başlayır  və  ya  köhnə  yuvanı 



 

təmizləməyə  başlayırlar.  Əgər  qartal  dağlarda  yaşayırsa,  öz 



yuvasını  yüksək  və  çətin  qalxılan  qayalarda  qurur;  əgər 

yaşadığı  yer  meşədirsə,  o  zaman  yuvasını  yuxarıda  və 

əlçatmaz  ağaclarda  tikir.    Qartallar  əvvəlcə  iri  qurumuş 

ağacın  budaqlarını  düzür,  sonra  xırda,  dərin  yuvalar 

düzəldirlər.  İçərisinə  yun  və  saman  sərirlər.  Yuva  gözəl 

deyil,  amma  böyükdür  və  elə  möhkəmdir  ki,  insan  da 

içərisində  dayana  bilər.  Yuvanın  materialını  hər  iki  qartal 

gətirir,  işləməkdən  yorulduqdan  sonra  erkək-dişi  qartal 

yuxarı  havaya  dincəlməyə  qalxır  və  gözəl  uçuşla  bir-

birlərinə  zövq  verirlər.  Belə  bir  uçuşla  erkək  qartal 

yumurtaların üzərində oturan dişini əyləndirir. 

 

 



 

 

 



 

 

 




 

Bir  qayda  olaraq  dişi  yuvada  iki-üç  yumurta  qoyur. 



Yumurtalar  şabalıd  rəngində  olurlar.  Yumurtadan  yenicə 

çıxmış balalar daha çox  yumağa bənzəyirlər, nəinki quşa....  

Bədənləri tam sıx ağ tüklərlə örtülü olur. Valideynləri onlara 

yaxşı  qulluq  edirlər,  əvvəlcə  öz  ağızlarında  yaxşıca 

çeynədikləri  və  sonra  balalarının  ağzına  qoyduqları  əti 

yedizdirirlər...  Balalar  yaxşıca  böyüyənə  qədər  yuvadan 

ayrılmırlar. Qanadları çıxanda ata-ana əvvəlcə balaya uçmaq 

öyrədir,  sonra  isə  ovlamaq.  Bu  zaman  qartallar  çox  acıqlı 




 

olurlar,  cəsurluqları  və  mətanətləri  artır.    Nə  quşa  və  nə  də 



ki, xırda heyvanlara dinclik  vermirlər. Ovçu  yaxşı təcrübəli 

və  cəsarətli  olmalıdır  ki,  qartalın  balasını  oğurlasın  və  sağ 

qalsın.  Əgər  qartal  balasını  əlinə  almağı  cəsarət  edərsə,  o 

zaman  qartallar  həmin  insanı  ölümcül  yaralayar  və  eybəcər 

hala salarlar. 

 

 



 

 

 



 

 

 



 

 

Qartallarla mübarizə haqqında qəribə bir əhvalat: 



Ovçulardan  biri  yüksək  qayalarda  qartal  yuvasını  görüb 

ondan    balaları  götürmək  istəyir.    Aşağıdan  yuvaya  əli 

çatmadığına görə, yuxarıdan düşməyə çalışır. Ovçu bir neçə 



 

gənclə  birlikdə  gedir,  özü  ilə  qalın  kəndir  götürür.  Qayaya 



çıxdıqlarında  gənclər  ovçuya  kəndir  atıb  qoltuqlarının 

altından  keçirirlər  və  yavaş-yavaş  aşağı,  yuvaya  endirirlər. 

Cəsarətli  ovçu  qılıncı  götürür  ki,  qəfildən  görünsələr 

qartalları  uzaqlaşdırsın.  Yuvaya  düşənə  qədər  iki  balanı 

götürür,  paketə  qoyub    yoldaşlarına  işarə  edir  ki,  kəndiri 

yuxarı 


dartsınlar. 

Qayanın 


zirvəsinə  yaxın  olanda  ana-ata 

qartallar  görünürr  və  ovçunun 

üzərinə 

dəhşətli 

qışqırıqla 

cumurlar.  Ovçu  qılıncını  gah  bu 

tərəfə  çəkir,  gah  o  biri  tərəfə  və 

qartallardan  birini  öldürür  də, 

amma  ikinci  qartal  daha  qorxulu 

mübarizəyə  başlayır.  Qorxmaz  ovçunun  ümidi  olur  ki,  bu 

qartalı  da  öldürəcəkdi;  amma  bu  zaman  görür  ki,  kəndiri 

qılıncla  kəsmiş  və  dəhşətli  dibsiz  uçurumun  üzərində 

kəndirin  yalnız  dörddə  birindən  asılmışdır....  Qorxudan 

ürəyi gedir. Qılınc əlindən düşür və yoldaşları da onu güclə 




10 

 

yuxarı  qaldırırlar.  Dostları  ovçunu  zorla  tanıyırlar,  çünki 



qorxudan onun saçları tam ağarmışdı... 

Qartalı 


ovlamaq 

çox 


çətindir.  Çox  ehtiyatlı  quşdur 

və  əlçatılmaz  yerdə  oturur; 

nadir hallarda ola bilər ki, ovçu 

ona 


atıcılıq 

məsafəsində 

yaxınlaşa  bilsin.  Onu  diri-diri 

tutmaq  daha  çətindir.  Bəzi 

yerlərdə  qartalı  tələyə  salırlar.  Qartalı  əhlilləşdirmək  çətin 

deyil. Əhlilləşdirilmiş qartala ovçuluq öyrədilir: ona dovşan, 

tülkü  və  canavar  balaları  da  tutdururlar.  Qartal  çox  yaşayır. 

Bir  ölkədə  əhlilləşdirilmiş  qartal  yüz  dörd  il  ömür 

sürmüşdü. Meşədə və çöldə azad yaşasaydı, əlbəttə ki, daha 

uzun ömür sürərdi.  

 



 

 




 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 45,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə