This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XV
1
Giriş
Günəşdən, aydan və ulduzlardan başqa kosmosda
planetlər də var. Kosmos elə bir aləmdir ki, onda hər şey
vardır: səma cisimləri və planetlər, o cümlədən – Yer kürəsi
də. Kosmos sonsuz bir məkandır.
Planetlər də kosmosun sakinləridirlər. Planet gürcü
dilində bilirsinizmi nə deməkdir? Daim hərəkətdə olan.
Planet həqiqətən də hərəkət edə bilər. Özünün orbitası var
və onun ətrafında hərəkət edir. Məhz bunun üçün onu daim
hərəkət edən adlandırmışlar. Planetlər günəşə yaxın
yerləşirlər və buna görə də alimlər deyirlər ki, planetlər
Günəş sistemində planetlər
2
günəş sistemində yaşayırlar. Günəş sistemində alimlər cəmi
doqquz planet aşkar etmişlər. Gəlin onlarla bir-bir tanış olaq
və planetlərdə nə baş verdiyini öyrənək.
Planetlər
1.
Merkuri - Merkuri günəşə ən yaxın olan planetdir.
Onu səhər tezdən və ya qaranlıq düşəndə Yerdən də görmək
olar. Merkurini alimlər yaxşı müşahidə edə bilməmiş və
öyrənə bilməmişlər, çünki ona yalnız bir kosmik gəmi
çatmışdır. Onlar Yerə xəbər gətirmişlər ki, Merkurinin
3
səthində böyük xəndəklər var və
düşünürlər
ki,
,
meteorların
düşməsinə görə baş vermişdir. Sən
demə, Merkuri Aya çox bənzəyir və
sürətlə hərəkət edir. Planetdə su
yoxdur, orada külək də yoxdur. Merkuridə gündüzlər
çox isti olur və gecələr isə hər şey donur. Bunun üçün də
onda həyat yoxdur.
2.
Venera – Veneranı Yerin
bacısı adlandırırlar, çünki Yerə
çox bənzəyir. Venera hərəkət
zamanı Yerə başqa planetlərdən
daha çox yaxınlaşır. Merkuridən
fərqli olaraq Venera hər zaman isti olur və onda daim külək
əsir. Bir neçə kosmik gəmi Veneraya yaxınlaşmışdır ki, onu
yaxşı müşahidə etsin, amma tezliklə uzaqlaşmışdır. Bir
kosmik gəmi Veneranın çox qaynar olmasına görə
yanmışdır.
4
3.
Yer – Yer həmin planetdir,
hansında biz yaşayırıq. O, yeganə
planetdir
ki,
onda
həyat
mümkündür. Yerdə su da var, quru
da. Quru hərəkət edir, amma biz
bunu görmürük və hiss etmirik.
Amma zəlzələləri hiss edirik. Sən demə zəlzələ zamanı
Yerin forması dəyişir. Deyirlər ki, əvvəllər Amerika və
Afrika qitələri bir idi və sonralar bir-birindən ayrılmışdır.
İndi də iki qitə bir-birinə yaxınlaşa və birləşə bilər. Yerdə
həyat ona görə var ki, bizdə günəşin istiliyi, işıq, su və hava
var.
4.
Mars – Mars yerdən qırmızımtıl rəngdə görünür və
onu “qırmızı planet” də adlandırırlar. Marsda çoxlu
vulkanlar var və onun səthi çox təpəli-
dağlıdır, çünki vulkan partlayışı
nəticəsində
onda dağlar yaranır.
Alimlər onda qurumuş çayları görmüş
və düşünürlər ki, əvvəllər Marsda su
olmuşdur. Bu planet astronomları çox
5
maraqlandırır. Buna görə də amerikalılar planlaşdırıblar ki,
2040-cı ildə Marsa ilk adamı buraxsınlar.
5.
Neptun - göyümtül
rəngdə planetdir, Yerdən çox
aralıdır.
Neptun
soyuq
planetdir, onda nə işıq var və nə
də ki, istilik. Neptunu alimlər
yaxşı öyrənə bilməmişlər. Onun
yanında yalnız bir kosmik gəmi
“Voyajer 2” uçmuşdur. Amma Neptuna başqa gəmilərin
göndərilməsi də planlaşdırılır.
6.
Jupiter – Jupiter qaz nəhəngi də adlandırırlar. Çünki
onun əsas tərkibi qazdır. O, kifayət qədər böyük ölçüdədir
və günəş sistemində nəhəng planetlər sırasındadır. Neptun
kimi, Uranı da yaxşı tanımırıq, amma bu planetə kosmik
gəminin göndərilməsi hələ planlaşdırılmamışdır da.
6
7.
Saturn - Saturn şəkillərdə hər zaman böyük
halqalarla təsvir edilir. Sən demə, bu halqa buzlar və xırda
daş qırıqları imiş. Cazibə qüvvəsi ilə bu qırıqlar ora-bura
səpələnmir və Saturnu əhatə edirlər. Saturnun peykləri də
var, öz orbitası ətrafında təkcə hərəkət etmir. Bütün
planetlərdən çox onun peyki var, cəmi – 18. Peyklərdən biri
o qədərdir ki, Merkuri planetinə bərabərdir.
7
8.
Uran – Uran öz quruluşu ilə Neptuna çox bənzəyir, o
da əsasən qazlardan ibarətdir və Neptuna bənzər olaraq
soyuq və qaranlıqdır. Bu planetdə həyat yoxdur. Planetin
ətrafında doqquz halqa vardır.
9.
Pluton – doqquzuncu planet olarq Pluton hesab edilir.
Amma 2006-cı ildən sonra onu planetlər sayından
çıxardılar. Əvvəllər Plutonu daha böyük bilirdilər, amma
müşahidədən sonra məlum oldu ki, Pluton balacadır. Onu
cırtdan planet də adlandırmış və günəş sisteminin
planetlərinə aid etmirlər. İndi yalnız cırtdan planetlər
qrupuna aid edirlər. Pluton daha gec kəşf edilmişdir – 1930
–cu ildə və ona qeyri-adi planet də adlandırmışdılar. Başqa
planetlərdən fərqli olaraq Pluton yalnız öz orbitində hərəkət
8
etmir, digər planetlərin orbitində də təsadüf edilir. Buna
görə də o, fərqli və qeyri-adi planetdir.
Son söz
Planetlər maraqlı səma cisimləridir, onlar sonuna qədər
öyrənilməmişdir. Məlumatın tapılması da çox çətindir,
çünki alimlər bəzi planetə yaxın düşə də bilmirlər.
Planetlərə yerdən müşahidə edilir və öyrənilir ki, onlar
haqqında daha çox məlumat toplayaq.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |