The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   2   3   4   5   6   7   8   9   ...   35

 

r

 8:2 Yez. 1:27 



s

 8:2 İnsana – qədim yunan tərcüməsində belədir, ibrani mətnində isə 



oda. 

t

 8:4 Yez. 1:28 

olacaq, hamının başı daz olacaq. 

19

Gümüşlərini küçələrə atacaqlar, 



qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları 

qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını 

doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu. 

20

Bər-



bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini 

bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə 

çevirdim. 

21

Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis 



adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar. 

22

Mən xalqdan 



üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri 

girib oranı murdarlayacaq.



23

Sən zəncir düzəlt, çünki ölkə qanlı cinayətlərlə, şəhər zorakılıqla 



dolub. 

24

Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini 



əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs 

yerləri murdarlanacaq. 



25

Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, 



amma tapmayacaqlar. 

26

Bəla üstündən bəla gələcək, qara xəbər dalınca 



qara xəbər çatacaq. Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin 

qanun öyrətməyi bitəcək, ağsaqqallar nəsihət verməyəcək. 



27

Padşah yas 



tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. 

Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm 

edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”».

Rəbbin məbədində bütpərəstlik

 



1

Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən 



evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. 

O zaman orada üstümə Xudavənd Rəbbin əli endi. 



2



r

 Mən baxıb insana 

s

 

oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı 



isə metal kimi parıldayırdı. 

3

O, ələ bənzər bir şey uzatdı və məni 



saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın 

görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə 

gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu. 

4



t

 

Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.



5

O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən 



başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah 

qapısının şimalında – giriş yerindədir. 



6

O mənə dedi: «Ey bəşər oğlu, 



görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, 

Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər 

görəcəksən».

7

O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda 



bir dəlik var. 

8

O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı 



 

1287 

Yezekel 7 ,  8

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

u

 9:4 Vəhy 7:2-3; 9:4; 14:1 

dəlib gördüm ki, bir qapı var. 

9

O mənə dedi: «İçəri gir, onların orada pis 



və iyrənc işlərini gör». 

10

Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, 



mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri 

hər tərəfdən divara çəkilib. 



11

İsrail nəslinin ağsaqqallarından yetmiş 



nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında 

dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud 

kimi göyə qalxırdı. 

12

O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail 



nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? 

Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir». 



13



yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».

14

O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə 



gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada 

oturub. 


15

O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc 



şeylər görəcəksən».

16

O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin 



məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin 

məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar 

şərqə üz tutaraq günəşə sitayiş edirdi. 

17

O mənə dedi: «Görürsənmi, 



bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az 

idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da 

qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir 

edir. 


18

Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım 



gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara 

qulaq asmayacağam».



Yerusəlimin cəzalandırılması

 



1

Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı 



əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim. 

2

Mən 



gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər 

birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, 

belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc 

qurbangahın yanında dayandı.



3

İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin 



kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan 

adamı çağırıb 



4



u

 ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün 

iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy». 



5

Sonra 



o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və 

adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin. 



6

Qocanı, cavanı, ərə 



getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə 

olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». 



Yezekel 8 ,  9 

1288 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə