The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   2   3   4   5   6   7   8   9   ...   35

 

p

 5:17 Vəhy 6:8 



q

 6:6 Xarabalığa və viranəliyə çevrilsin – arami, süryani və latın 

tərcümələrində belədir, ibrani mətnində isə xarabalığa çevrilsin və təqsirkar çıxarılsın. 

13

Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı 



söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər 

ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim. 



14

Ətrafında olan 



millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə 

və rüsvayçılıq hədəfinə çevirəcəyəm. 



15

Qəzəb və hiddətimlə, qızğın 



məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün 

rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu 

söylədim. 

16

Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını 



göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü 

kəsəcəyəm. 



17



p

 Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi 

uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan 

keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim».

Bütpərəstliyin pislənilməsi

 



1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Ey bəşər oğlu, üzünü İsrail 



dağlarına çevir və onların əleyhinə peyğəmbərlik edib 

3

söylə 



ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, 

təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən 

üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm. 

4

Qurbangahlarınız xarabalığa çevriləcək, buxur qurbangahlarınız 



sındırılacaq. Öldürülmüş adamlarınızı bütlərinizin qabağına atacağam. 

5

İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, 



sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm. 

6

Məskən 



saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq 

ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin, 



q

 bütləriniz 

sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz 

şeylər yer üzündən silinsin. 



7

Aranızda öldürülənlər yerə səriləcək. Onda 



biləcəksiniz ki, Rəbb Mənəm.

8

Lakin Mən bəzilərinizi sağ buraxacağam. Ölkələr arasına 



səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıb-qurtaranlarınız 

olacaq. 


9

Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər 



arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə 

dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, 

bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər. 

10

Onda 



biləcəklər ki, Rəbb Mənəm və onların başına bu bəlanı gətirəcəyimi 

nahaq yerə söyləməmişəm”.



11

Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə 



çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay 

onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar. 



 

1285 

Yezekel 5 ,  6

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




12

Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, 



mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi 

göstərəcəyəm. 



13

Öz bütləri arasında, qurbangahların ətrafında, hər 



yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı 

hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri 

yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, 

Rəbb Mənəm. 



14

Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru 



yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda 

biləcəklər ki, Rəbb Mənəm”».



İsrailin aqibəti

 



1

Mənə Rəbbin bu sözü nazil oldu: 



2

«Sən ey bəşər oğlu, Xudavənd 



Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd 

tərəfinin axırı çatdı. 



3

İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə 



göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc 

işlərinin əvəzini başına gətirəcəyəm. 



4

Sənə yazığım gəlməyəcək və rəhm 



etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin 

əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.



5

Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir 



müsibət gəlir. 

6

Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, 



tezliklə gəlir! 

7

Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün 



yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir. 

8

Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə 



göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc 

işlərinin əvəzini başına gətirəcəyəm. 



9

Sənə yazığım gəlməyəcək və rəhm 



etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin 

əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm.



10

Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, 



qürur gül açdı. 

11

Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də 



xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-

əlamət qalmayacaq. 



12

Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı 



heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq. 

13

Hətta 



onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların 

bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs 

təqsiri ilə həyatını davam etdirə bilməyəcək.

14

Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən 



yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq. 

15

Bayırda 



qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, 

şəhərdə olanı aclıq və vəba yeyəcək. 



16

Sağ qalanları qaçıb-qurtulsa da, 



dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü 

ah-zar edəcək. 



17

Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək. 



18

Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət 



Yezekel 6 ,  7 

1286 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə