The Holy Bible in Azerbaijani of Azerbaijan, Iran, Iraq, Syria, and Turkey [abz] Ezekiel



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix17.11.2018
ölçüsü0,61 Mb.
#80783
1   2   3   4   5   6   7   8   9   ...   35

20

Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən 



onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin 

üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba 

alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə 

qoyacağam. 



21

Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq 



etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul 

etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan».



22

Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, 



düzənliyə çıx, Mən səninlə orada danışacağam». 

23

Mən qalxıb düzənliyə 



çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin 

izzəti durmuşdu. Mən üzüstə yıxıldım. 



24

Ruh daxilimə girdi və məni 



ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını 

arxadan bağla. 



25

Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə 



bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən. 

26

Dilini 



damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq 

olsalar da, onları məzəmmət edə bilməyəcəksən. 



27

Yalnız Mən səninlə 



danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: 

“Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək 

istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır.

Yerusəlimin mühasirəsinin təsviri

 



1

Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına 



qoyub üstündə Yerusəlim şəhərini təsvir et. 

2

Onu mühasirəyə al, 



önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında 

ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy. 



3

Bir dəmir 



sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və 

üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, 

İsrail nəslinə bir əlamət olacaq.

4

Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür



o tərəfə uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən. 

5

Mən onların cəza illərinin sayı qədər sənin üçün gün ayırdım. Beləcə 



üç yüz doxsan gün İsrail nəslinin cəzasını çəkəcəksən. 

6

Bunu etdikdən 



sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin cəzasını çək. 

Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım. 



7

Üzünü Yerusəlimin 



mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et. 

8

Bax Mən səni kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri 



qurtarmayınca bir yanından o biri yanın üstünə çevrilə bilməyəcəksən.

9

Sən buğda, arpa, paxla, mərci, darı və pərinc götürüb onları bir 



qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç yüz 

doxsan gün ərzində onu ye. 



10

Gündəlik yeməyinin çəkisi iyirmi şekel 



olacaq, onu müəyyən vaxtlarda ye. 

11

Həmçinin suyu da ölçü ilə – bir 



hinin altıda biri qədər iç, onu da müəyyən vaxtlarda iç. 

12

Ondan arpa 



 

1283 

Yezekel 3 ,  4

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




 

j

 5:10 Qanun. 28:57; Mərs. 4:10 

kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub 

üstündə bişirib ye». 



13

Rəbb yenə dedi: «Bax İsrail övladları da aralarına 



sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək». 

14

Mən dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar 



olmamışam. Cavanlığımdan indiyə qədər nə leş, nə də heyvan parçalamış 

ət yemişəm, bir murdar ət mənim ağzıma dəyməyib». 



15

O mənə dedi: 



«Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm. Çörəyini onun 

üstündə bişir». 



16

Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən 



çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu 

da çaşqınlıq içində ölçü ilə içəcəklər. 



17

Çünki çörəyə və suya möhtac 



olacaqlar. Hər kəs çaşqınlığa düşərək öz təqsiri içində əriyib yox olacaq.

 



1

Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi 



istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və 

qırxdığın tükləri hissələrə ayır. 



2

Onların üçdə birini şəhərin mühasirə vaxtı 



qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin 

ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların 

arxasınca qılınc çəkəcəyəm. 

3

Tüklərin bir azını da götürüb paltarının 



ətəyinə bağlayarsan. 

4

Onlardan bir qədər də götürüb odun içinə atar və 



onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq».

5

Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, 



ətrafında olan ölkələrin arasında yerləşdirdim. 

6

Onun xalqı isə başqa 



millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə 

və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, 

qaydalarıma əməl etmədilər». 

7

Buna görə də Xudavənd Rəbb belə deyir: 



«Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma 

əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan 

millətlərin hökmlərinə görə də davranmadınız».

8

Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm 



də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni 

cəzalandıracağam. 



9

Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim 



və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm. 

10



j

 Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını 

yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər 

tərəfə sovuracağam».

11

Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, 



bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın 

üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və 

rəhm etməyəcəyəm. 

12

Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin 



içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq

üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.



Yezekel 4 ,  5 

1284 

 

The Bible in Azerbaijani; 1st ed. © 2008, Bible Society of Azerbaijan and Institute for Bible Translation




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə