www.kitabxana.net
– Milli Virtual Kitabxana
22
– İrəli sananan əlli min illik birinci tarixdə, geri sananan ikinci əlli min illik tarixdə və yeni tarixin birinci yüz
illiyində vətənimiz Bağday adlanıb.
– Deyin görüm, Bağday hansı dildədi?
– Bağday qədim türk dili olan OdƏr dilindədi.
– OdƏr nə deməkdi? Bağday nə deməkdir?
– Bağ islam dinindən əvvəl “Allah”ın adıdı. İnsanı insana bağlayan, Yer planetini başqa planetlərə bağlayan
Bağ deməkdi. Od - həqiqət deməkdi. Ər - işıq deməkdi. OdƏr - həqiqət işığı deməkdi.
– OdƏr dilinin indiki Azərbaycan dilindən fərqi nədi?
– Qədim OdƏr xalqı dilin vasitəsilə başqa planetlərlə danışırdılar. Bu əlaqə nəticəsində kainat haqqında, günəş
haqqında, planetlər, ulduzlar haqqında və Yerdə təbiət haqqında məlumat alırdılar.
– OdƏr xalqının planetlərdən aldığı məlumatın adı nə idi və məlumatın nə üçün xüsusi adı vardı?
– Xalqımızın planetlərdən aldığı məlumat SafAğ elmi adlanırdı. SafAğ - ən təmiz deməkdi, yaradıcı elm
olduğuna görə xüsusi adı vardı.
– SafAğ, OdƏr, Bağday sözləri cümlə içərisində niyə böyük hərflərnən yazılardı? Bu sözlərin mənaları necə
idi?
– SafAğ, OdƏr, Bağday adları cümlə içərisində ona görə böyük hərflərlə yazılırdı ki, bütün OdƏr sözləri kimi
bu sözlər də yaradıcı sözlər idi. Buna görə də böyük Nizami deyir: “Dünyamız sözdən yaranıb.”
– “Dünyamız” dedikdə Nizami nəyi nəzərdə tuturdu?
Uşaqlar dedilər:
– Nizami “Dünyamız” dedikdə Yer planetini nəzərdə tuturdu.
– Planet sözdən necə yaranıb?
– Hər bir sözün daxilindəki sözlərin hər birinin öz mənası var. Məsələn, OdÜnƏs sözündə Əs - yaradan
deməkdi. Od - həqiqət deməkdi. Ün - səs deməkdi. Üç söz bir şeyin proqramıdı. Bu OdÜnƏs proqramından
dəniz yaranıb. OdƏrBağ sözünün tərkibindəki Od - həqiqət, Ər - işıq, Bağ - “Allah” deməkdi. OdƏrBağ sözü də
bir proqramdı. Bu proqramdan torpaq yaranıb.
– Birinci dünya müharibəsi nə vaxt olub? Müharibəni kimlər kimlərə qarşı başlayıblar?
– Birinci dünya müharibəsi altı yüz dördüncü illə səkkiz yüz ikinci illər arasında olub.
– Bəs nə üçün “birinci dünya müharibəsi” deyiləndə min doqquz yüz on dördüncü ilnən min doqquz yüz on
səkkizinci illər arasında Antantanın Rusiyaya qarşı müharibəsi nəzərdə tutulur? İzah edin.
– Xristianların Rim şəhərində Vatikan adlandırdıqları din dövləti Antantanın Rusiyaya qarşı müharibəsini ona
görə “birinci dünya müharibəsi” adlandırıb ki, OdƏr - Türk xalqına qarşı həqiqi birinci dünya müharibəsini
bəşəriyyətdən gizlətsin. Yəni tarixi düşmənçiliyi gizlətmək istəyiblər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
23
– Birinci dünya müharibəsinin iki yüz il çəkməsinin səbəbi nədi? Bu qədər uzun müharibədə Qreklərin məqsədi
nə olub?
– Qreklərin məqsədi OdƏr dili vasitəsilə ən uzaq planetlərlə əlaqə saxlayan OdƏr xalqının dilini dəyişdirmək,
planetlərlə, Bağlarla əlaqəni kəsmək olub.
– OdƏrlərin Bağlarnan əlaqəsini necə kəsiblər Qreklər? İzah edin.
– Qədimlərdə Ərim - İşığım adlanan OdƏr - Türk Rim şəhərində latınlar çoxluq təşkil edəndən sonra orada və
Misirdə OdƏr dilini bilən çoxlu Monaxlar yaşayırmışlar. Keçmişdə MənAğ (yəni mən SafAğam) adlanan
Monaxlar Qreklərnən əlbir imişlər. Buna görə də müharibə başlayanda Qreklər orduya dörd yüz min silahlı
Monax qoşublar.
Qreklərin fəth etdikləri ölkələrdə Monaxlar OdƏrlərə zorla - silah gücünə dərs deyə - deyə dili dəyişdirirmişlər.
Məsələn, OdƏrcə OdEv ƏrÜz (Həqiqət evi işığının mənası) adlanan şəhərimizin adını dəyişdirib “Təbriz”
qoyublar. OdƏrcə BağOd adlanan şəhərimizin adını dəyişdirib “Baki”, “Bakü” qoyublar. OdƏrcə ŞamAğEy
adlanan şəhərimizin adını dəyişdirib “Şamaxı” qoyublar. OdƏrcə üz - məna deməkdi. Ağ - SafAğ insan (ən
təmiz insan) deməkdi. OdEvƏrÜz adında OdEv - “təb”, ƏrÜz - “riz” adlandırılanda məna yox olur, OdƏr dili
itir. BağOd adında Od - (həqiqət) sözü Qrekcə adi od mənasında “ki”, “kü” sözü ilə əvəz olunanda məna yox
olur, OdƏr dili itir. Qrek Monaxları əvvəlcə şəhərlərimizin, vilayətlərimizin adlarını, sonra başqa sözləri
dəyişdirə - dəyişdirə, bu yolla planetlərlə əlaqəni kəsiblər.
– OdƏrlər , fatehliyə alışmış Qreklərə necə müqavimət göstəriblər?
Uşaqlar dedilər:
– Ən uzaq planetdə yaşayan Bağ ata Bağlara deyib: “Müharibədə insan öldürmək qadağandı. Çətinliyə düşəndə
ərazini tərk etmək olar.” Bu qanuna görə Bağdayda yaşayan OdƏrlər ərazini tərk ediblər. İndiki Orta Asiya
ərazisini Qalam adlandırıb orada qalıblar. İndi Altay adlanan ölkəyə, Sakit okean adalarına köçüblər. OdƏrcə
ƏsƏlMən, ərəbcə Süleyman peyğəmbər adlanan Bağımızın himayəsindəki OdƏrlər dağlara çəkiliblər. Ən
böyük müsibət Sakit okeanın adalarına köçən, özlərini Muğ, Mu ölkəsi adlandırıb bu ad altında gözlənən
OdƏrlərimizin başına gəlib. Qreklər indiki zəmanəmizdə olduğu kimi, atomu parçalayıb, Yer planetinin
atmosferini, torpağını xarab eləyibmişlər. Bu antiOdƏr elmdən istifadə eləyib Sakit okeanın adalarında
zəlzələlər, fırtınalar, vulkanlar düzəldib, Monaxlara tabe olmayan əhalini qırırmışlar. Odur ki, OdƏrlər kərəni
kərənə geydirmək üsuluynan düzəltdikləri böyük gəmilərə dolub Amerikaya köçüblər. İndi bizim
“qırmızıdərililər” adlandırdığımız əhali haman köçən OdƏrlərdi. Qreklər OdƏrlərin düzəltdikləri gəmilərdən
ələ keçirib, köçkünlərin dalınca gediblər. Qədimlərdə EvƏrOd adlanan Amerikanın da adını dəyişdirib
“Amerka” qoyublar. Buradan nəticə çıxartmaq olar ki, Magellanın Amerika qitəsini kəşf etməyi yalandı. Qrek
ordusu Rim ordusu ilə birləşib bütün planeti fəth edib, hər yerdə OdƏr dilini dəyişdiriblər. İndiki Germaniyada
OdEy ƏlƏs vilayətinin adını dəyişdirib Doyliç qoyublar. İndiki Fransanın adını - EvƏrƏsi dəyişdirib “Frans”
www.kitabxana.net
– Milli Virtual Kitabxana
24
qoyublar. İndiki Böyük Britaniyanın adını - BirOdu (vahid həqiqəti) dəyişdirib Brit qoyublar. İndiki Rusiyanın
OdƏrcə adını - ƏrƏsEyi dəyişdirib, mənanı itiriblər. İndiki, Çinin OdƏrcə adı Odu “Ki” qoyublar. Dağlıq
Çindəki OdƏrcə OdEy adlanan ölkənin adını “Kitay”, “Xitay” qoyublar. Beləliklə, Bağdaydan başqa nə qədər
OdƏr yaşayan ölkə varmışsa, hamısında dili dəyişdiriblər. Kainatla əlaqəmiz belə kəsilib, baba!
İndi növbə Qar qızın növbəsi idi. Lakin Tahirə hələ uşaqlara yaxınlaşmamış aparıcı xanım öz səlahiyyətindən
istifadə edib dedi:
– Xalqımızın dil dəyişdirilməsindən necə müsibətlərə düçar olduğunu bildik. İndi aşıq Zülfiyyəyə söz verək,
Muğannanın “Dil yarası” şeirini oxusun.
Aparıcının yanında oturan Zülfiyyə sazı sinəsinə qaldırıb Muğannanın sözlərini “Divani” üstündə bir daha
oxumağa başladı.
– 9 –
Tahirə uşaqlara yaxınlaşdı.
– Salam, uşaqlar, - dedi.
Uşaqlar xorla:
– Salam, Qar qız! - dedilər.
Tahirə atasına, anasına baxıb, elə bil onlardan xeyir - dua gözləyib, hər ikisinin tutqunluğunu görsə də, şadyana:
– Babamızın sizə öyrətdiklərini mən də bilirəm, - dedi. - Babamız sizə birinci dünya müharibəsinin tarixini
öyrətdi. Dilimizin dəyişdirilməsindən necə fəlakətlər törətdiyini başa saldı. Mən isə sizə “Sar gəlin” - “Sarı
gəlin” mahnısı haqqında danışacam. Sonra aşıq bacımızın müşayiəti ilə mahnının özünü oxuyacam. Bu şərtnən
ki, mahnının nəqaratını oxuyanda siz də mənnən bərabər oxuyasız. Razısınızmı?
Uşaqlar xorla:
– Razıyıq! - dedilər.
Tahirə yenə ata - anasına baxıb, hər ikisinin sevindiyini görüb, daha şadyanalıqla:
– Mahnının yaranma tarixi peyğəmbərimizin “BağOdMən (həqiqətimin Bağı)” adlandırdığı varisi Fatimənin
həyatı ilə bağlıdı. Həzrət Əli ilə Məhəmməd peyğəmbər dünyalarını dəyişəndən sonra Fatimə Məkkənin
düşməni Müaviyənin təzyiqi altında qalıbmış. Peyğəmbərin əmisi, Təbriz hökmdarı Həzrət Abbas ordu çəkib
Müaviyənin başını kəsəndən sonra xəlifə Ömərlə məsləhətləşib Fatiməni Məkkəyə sar, yəni hökmdar təyin
edib. “Sar gəlin” mahnısı həmin bu vaxtlar ordudakı fatimeyi aşıq tərəfindən yaranıb. Amma Təbrizdə yaşayan
ermənilər Fatimənin sarlığını xoşlamayıblar, “Sar gəlin”i öz dillərində “Sarı gəlin” adı ilə oxuyublar. Birinci
dünya müharibəsinin qurtarmasından min iki yüz ildən artıq vaxt keçdiyinə baxmayaraq, “Sar gəlin” mahnısını
www.kitabxana.net
– Milli Virtual Kitabxana
25
“Sarı gəlin” adı ilə hələ də oxuyurlar və mahnını özlərininki sayırlar. İndi aşıq bacımızdan xahiş edək çalsın və
mən “Sar gəlin”i oxuyum.
Tahirə aparıcı xanımın stolunun üstündən mikrofonu götürüb, üzünü teleaparata tərəf çevirdi. Zülfiyyə sazı
sinəsinə qaldırdı. Lakin nə Zülfiyyə çala bildi, nə də Tahirə oxudu: çünki Zülfiyyənin əlini təzanəyə atdığı anda
Tahirənin qarşısında qısaboylu, yumru, dik qarınlı, dəbərə gözlü bir oğlan peyda oldu, gözlərini bərəldib, dodaq
fitini xatırladan hədsiz nazik, sərt səslə:
– Oxumuyacaqsan! - dedi.
Tahirənin dodaqları titrədi.
– Niyə?!
Oğlan dedi:
– Çünki bu həftənin proqramında nə “Sar gəlin” var, nə də “Sarı gəlin”.
Mahir oğlanın beş addımlığında dayanıb, başını yana əyib təəccüblə baxırdı. Soruşdu ki:
– Sən kimsən?
Oğlan dedi:
– Departament direktoruyam. Daha doğrusu, direktor məzuniyyətdədi. Mən əvəz eləyirəm onu. Tanış olaq.
Bilirəm ki, siz Moskvada diasporamızın Azərbaycan dili və mədəniyyəti üzrə rəhbər işçisisiniz. Mənim adım
Rizvandı.
Mahir Tahirəyə işarə etdi:
– Bu xanım mənim qızımdı. Moskva Konservatoriyasının tələbəsidi. Yaxşı səsi, ifaçılığı var. Sabah yeni il
verilişində Şaxta babanın uşaqlarla Azərbaycan tarixi barədə söhbətindən sonra Tahirə “Sar gəlin” oxumalıdı.
Cənab Ömərovdan icazə almışam. Demək, proqramda var Tahirənin oxumağı. Sən səhv eləyirsən.
Rizvan:
– Yox, - dedi. - Dövlətimizin siyasətidi: Azərbaycan icması Qarabağa qayıdanda Erməni icması ilə Azərbaycan
icması arasında ziddiyyət olmamalıdı. Siz isə, vəzifənizin məsulluğuna baxmayaraq, ziddiyyəti, düşmənçiliyi
qatılaşdırırsınız. Buna görə də deyirəm ki, oxumuyacaq qızınız.
Tahirənin dodaqları daha bərk titrədi. Rəngi ağardı. Mahir qızın halının dəyişdiyini görüb qorxdu.
– İsmayıl Ömərovun fikriynən razılaşmırsan?
Rizvan:
– Razılaşmıram, - dedi. İcmalar arasında münasibət barədə siyasi şöbə müdirinin öz dilindən eşitmişəm.
Ömərovun dövlət yanında hörməti var. Şəxsi fikir yürüdə bilər. Mən o boyda məsuliyyətin altına girə bilmərəm.
Qoymaram oxusun “Sar gəlin”i !
Mahir cibindən telefon çıxartdı.
– Ömərova zəng vuracam!
www.kitabxana.net
– Milli Virtual Kitabxana
26
Rizvan əsla ehtiyatlanmadan:
– Vurun! - dedi.
Mahir nömrəni yığdı.
– Hər vaxtınız xeyir, İsmayıl müəllim. Mahirdi danışan, -- dedi. - Sizin departament direktorunu əvəz eləyən
işçiniz Tahirənin yazılmağına icazə vermir. “Sar gəlin” mahnısının oxunmasını siyasi səhv sayır.
Telefonda Ömərovun yumşaq, rəvan səsi eşidildi:
– Telefonu ona verin.
Mahir telefonu Rizvana verdi. Rizvan:
– Bəli, eşidirəm, - dedi.
Ömərovun səsi əvvəlki kimi yumşaq qaldı:
– Psixiatr Bəhram Qədimov bu gün mənə dedi. Mahir Cəlalovun qızının oxumağına etiraz edən var. O qızı
qətiyyən əsəbiləşdirmək olmaz.
Rizvanın qaşları düyünləndi:
– Mən siyasi şöbənin fikrinə qulaq asım, yoxsa sizin?
Ömərov eyni həlimliklə dedi:
– Hərənin öz demokratik fikri olmalıdı. Mən fikrimi sənə dedim.
Rizvan:
– Sağ olun, - deyib telefonu Mahirə qaytardı.
Mahir:
– Demək, mənim də öz demokratik fkrim var. Azərbaycan mədəniyyətinin məsuliyyətini mən də çəkirəm, -
deyib aparıcı xanımın yanında, sazı dizinin üstündə, oturmuş Zülfiyyəyə baxdı.
– Çalın, aşıq. Xahiş edirəm “Sar gəlin” çalın.
Zülfiyyə sazı sinəsinə qaldırdı.
Halı dəyişik olsa da, Tahirə oxumağa başladı.
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər, Sar gəlin.
Rivan dözməyib qışqırdı:
– Bəsdi! Susun!
Tahirə istər - istəməz susub atasına baxdı. Zülfiyyə də əlini saxladı.
Mahir Rizvana lap yaxınlaşmışdı. Diqqətlə üzünə baxıb, gözlənilməz bir sual verdi:
– Ermənisən?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
27
Rizvan diksindi:
– Azərbaycanda minlərcə erməni yaşayır. Onları görmür gözünüz, məndə erməni görürsünüz?.. Astarada
anadan olmuşam mən. Universitetin jurnalistika fakültəsini bitirmişəm. Birinci kanalda nümunəvi işçi sayılıram.
Haram ermənidi mənim?!
Mahir dedi:
– “Sar gəlin”ə etiraz eləyirsən. Hətta qışqırırsan, sus deyirsən! Fizianomiyanda da ermənilik var.
Rizvan bir qədər karıxan kimi oldu. Sonra o da gözlənilməz bir sual verdi:
– “Azərbaycan xalqının etnoloji mənşəyi” kitabını oxumusunuz?
Mahir dedi:
– O kitabın ölü müəllifi də Azərbaycanda yaşayan minlərlə ermənidən biri idi. BağOdEyin - Bağdayın ƏlMən
vilayətini erməni ərazisi Alban - Albaniya adlandıran ermənilərdəndi.
Rizvan dedi:
– “Ölü müəllif” deyil o alim. Sizsiniz ölü! Mövcud olmayan Bağday - Midiyadı. Azərbaycan xalqı isə
türkləşmiş köçərilərdən ibarətdi! Xaricilər niyə “demokratik respublika” deyirlər bizə? İstəyirlər ki, yalan
demokratiyanı təbliğ eləməknən yalan demokratik fikirlərə yol açsınlar. Siz də xaricilərin təriflərinə güvənib
yalan qədim tarix uydurursunuz!
Mahir dedi:
– Sən çox təhlükəli ermənisən. Çəkil qızın qabağından!
Rizvan, nəhayət, Mahirin zəhmindən basılıb bir addım kənara çəkildi. Amma, deyəsən, qətiyyətindən
dönməyib, dəbərə gözlərini bərəldib Tahirənin gözlərinin içinə baxdı.
– Oxu! - dedi. - Onsuz da sabahkı verilişdə efirə getmiyəcəksən!
Tahirənin sifəti ağarmışdı. Gözləri dumanlanmışdı. Dodaqları tir - tir əsirdi. Mahir də duman içində idi; qızının
əhvalının tamam dəyişdiyini görmürdü.
– Oxu, gözümün işığı! - dedi. - Efirdə də gedəcəksən, həqiqətimizi sübut eləyəcəksən! - Zülfiyyəyə döndü: -
Çal, aşıq! - dedi.
Zülfiyyə də bu dəfə xeyli əsəbi halda sazı sinəsinə qaldırdı.
Tahirə, dəbərə gözlərdən qaçmaq istəyirmiş kimi, gözlərini yumub mahnını yenidən oxumağa başladı:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər.
Bu sevda nə sevdadır, Sar gəlin,
Neynim aman, neynim aman, Sar gəlin.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
28
Uşaqlar nəqaratı təkrar etdilər.
Tahirə oxudu:
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu,
Nə ola bir gün görəm.
Nazlı yarın üzünü,
Neynim aman, neynim aman!
Neynim aman, neynim aman, Sar gəlin!
Uşaqlar təkrar etdilər:
Bu sevda nə sevdadır, Sar gəlin!
Səni mənə verməzlər,
Neynim aman, neynim aman, Sar gəlin!
Uşaqlar xorla təkrar etdilər:
Neynim aman, neynim aman, Sar gəlin!
Tahirə oxudu:
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu,
Nə ola, bir gün görəm
Nazlı yarın üzünü.
Neynim aman, neynim aman,
Neynim aman, neynim aman, Sar gəlin!
Uşaqlar xorla təkrar etdilər:
Neynim aman, neynim aman,
Neynim aman, neynim aman, Sar gəlin!
Uşaqlarla birlikdə nəqaratı təkrar edəndə birdən mikrofon Tahirənin əlindən düşdü.
Dizləri qatlandı və qız arxası üstə sərildi.
Mahirlə Mahirədən eyni anda vahiməli qışqırtı qopdu:
– Tahirəə...
Hər ikisi atılıb qızın sağ, solunda diz çökdü. Gözlərindən yaş ələndi.
Uşaqlar yaxına yüyürüşdülər, quruyub qaldılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
29
Ata ilə ananın hönkürtüsünə Zülfiyyə ilə aparıcı da gəldilər. Rizvan yoxa çıxmışdı. Pavilyondakı başqa işçilər
də gəldilər. Axırda Bəhram da gəldi. Tahirənin göz qapaqlarını qaldırıb sönük, donuq gözlərə baxdı. Başını
endirib, boğuq səslə:
– Müalicəmizin xeyri olmadı, - dedi. Gözləri doldu. Hönkürtü, ağlaşma səngiməmiş birdən son dərəcə
gözlənilməz hadisə baş verdi: sazın cingiltisi ilə Tahirənin səsi yenidən eşidildi. Sazı çiynindən asılı Zülfiyyə
diksinib ətrafına baxındı. Hamı, o cümlədən, hətta Mahirlə Mahirə də gözlərini nəfəssiz Tahirədən çəkib yan-
yörəyə baxdılar. Yalnız xeyli keçəndən sonra başa düşdülər ki, səs qeybdən eşidilirdi. Sazın cingiltisi içində --
“Sar gəlin” səslənirdi.
3/II - 2012
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2838
Dostları ilə paylaş: |