Tətbiqi Ekspert Eistemlər



Yüklə 117,03 Kb.
səhifə1/5
tarix20.01.2022
ölçüsü117,03 Kb.
#83018
  1   2   3   4   5
Yeni DOCX Document


Tətbiqi Ekspert Eistemlər.
Müasir dövrdə E.S-in 150-dən artıq növü mövcuddur(tətbiq sahəsindən asılı olaraq).Bu ekspert sistemlərin 20 %-i uğurla istifadə olunur.Ən böyük nəaliyyətlər diaqnostik sistemlərdə əldə olunmuşdur.Diaqnostik sistemlərin tətbiqi səhiyyə sahəsində olmuşdur.2-ci yerdə kimya,mexanika və riyaziyyat sahələri olmuşdur.Ən mürəkkəb sistemlər geologiya,kəşfiyyat,robototexnikada təsvirlərin və nitqin tanınmasında tətbiq olunur.Diaqnostik ekspert sistemlərə aşaöıdakıları aid etmək olar:
1.MYCIN-qanda infeksion xəstəliklərin təyini üçün.
2.DIDIMA- xərçəng xəstəliyinin diaqnostikası üçündür.
3.MOLGEN-molekulyar genetikada eksperimentlərin aparılması üçün.
4.DENDRAL- kimyəvi birləşmələrin spektoqramlarının identifikasiyası üçün.
5.PROSPEKTOR-geoloji qazıntıların kəşfiyyatı üçün.
6.TEC-böyük hərbi kəşfiyyatlar üçün.
7.GLUCON-diabet xəstəliyinin diaqnostikası üçün.
8.RADEX-xəstəxanalarda xəstələrə nəzarət üçün.
9.EMYCIN-məntiqi çıxarış məqsədilə baza ekspert sistemidir.
E.S-lər maksimal komponentliklə istifadəçinin problemləri üzrə suallarına cavab verməyi bacarmalıdır.Əgər cavab başa salınmazsa bu zaman ekspert sistem həll prosesini anlatmağa çalışır.Bilik bazasında mövcud olan qaydalara və məlumatlara əsaslanaraq qərar qıbul etmək mümkün olmadıqda faktların və qaydaların yeniləşdirilməsi aparılır.E.S-lərin üstün cəhətlərindən biri də şəxsi mülahizələr nəticəsində intuitiv, evristik məntiqi çıxarışların yoxlana bilməsidir.Bu da alınan qərarın əsaslandırılmasını təmin edə bilir.
MYCIN ekspert sistemi ilk ekspert sistemlərindəndir,bilik bazası boş sistemdir.Bu sistem 1972-ci ildə Stenford universitetində süni intellekt çərçivəsində işlənmişdir.Bu zaman evristik proqramlaşdırmadan istifadə olunmuşdur.MYCIN 12000 qaydaya malikdir və LİSP proqramlaşdırma dili bazasında yaradılmışdır.MYCIN e.s işləyərkən ilkin verilənlər,xəstəliyin simptompları,xəstəliyin inkişaf tempi,laborator müayinələrin nəticələri qeyd edilir və xəstəliyin yaranma səbəbləri aşkarlanır.Bu zaman həkim üçün alınmış nəticələr əsasında e.s-də məsələnin həlli aydınlaşdırılır.Bu da xəstə haqqında son qərarın verilməsinə kömək edir.MYCIN sistemdə həllin axtarışı məqsəddən biliklərə doğrudur.
DIDIMA-vasitəsilə xəstəliyi diaqnoz etdikdə ilkin olaraq rentgen şəkilləri analiz edilir.Bu məqsədlə DIDIMA sistemində genış bilik bazası mövcuddur.Bu baza 39 müxtəlif diaqnoz siniflərinə bölünür.Hər xəstəlik üçün 18 əlamət üzrə axtarış aparılır.DIDIMA Basıc alqoritmin dilində reallaşdırılmışdır.85-87-ci illərdə bu ekspert sistemlərin köməyi ilə 7000 xəstə müayinə edilərək diaqnoz qoyulmuşdur.Məsləhət rejimində işləyən ekspert sistemlərə GLUCON,MAX-STAHL,PROCON.MAX-STAHL texnoloji proseslərin operativ idarə olunması üçün tərtib olunub.Məsləhətçi MAX-STAHL 8 mərtəbəli mikroEHM bazasında reallaşdırılır.





Yüklə 117,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə