1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
«
TƏSDİQ EDİRƏM»
________prof. E.İ.Ə.Əzizov
______________ 2008-ci il
Dünya ədəbiyyatı tarixi kafedrasının əməkdaşlarının
elmi-tədqiqat işlərini yerinə yetirmələri haqqında elmi
H E S A B A T I
BAKI – 2008
2
I.
GİRİŞ. 2006-2008-ci illərdə Dünya ədəbiyyatı kafedrasının əməkdaşları
Bakı Dövlət Universitetinin filologiya, kitabxanaçılıq və informasiya, şərqşünaslıq,
jurnalistika və tarix fakültələrinin əyani və qiyabi şöbələrində, Azərbaycan və rus
bölmələrində, bakalavriat və magistratura dərəcələrində dünya ədəbiyyatı fənnini
tədris etmişlər. Bü dövrdə kafedranın dissertantı N.Ə.Vəliyeva və əyani aspirantı
Qaraşova Sevil Zakir qızı (hər ikisinin elmi rəhbəri professor C.Q.Nağıyevdir)
namizədlik dissertasiyasını müdafiə etmişdir. N. Ə. Vəliyeva əmrlə Dünya
ədəbiyyatı kafedrasında 0,5 ştat müəllim vəzifəsinə keçmişdir. Hesabat illəri
ərzində porfessor C.Q.Nağıyev Abdullabəyova Gülər Həsən qızının doktorluq,
Əsədova Afaq İsa qızının və Məmmədova Sonna Əli qızını namizədlik
dissertasiyasına opponnetlik etmişdir. Prof. C.Q.Nağıyev Azərbaycan Dövlət
Pedoqoji Universitetinin baş müəllimi Nazilə Alı qızı Məmmədovanın Qərb
ölkələri ədəbiyyatı (XIX-XX əsrlər) proqramının elmi redaktoru olmuşdur.
Kafedranın digər üzvü professor əvəzi, f.e.d. Ü.İ.Bədəlbəyli üç namizədlik
dissertasiyasına opponentlik etmişdir. Kafedranın dosenti f.e.n. E.E.Mehrəliyev
doktorluq dissertasiyasını bitirmiş və müzakirəyə təqdim etmişdir. Kafndranın
əməkdaşları f.e.d. Ü.İ.Bədəlbəyli professor, f.e.n. N.A.Sadıxlı isə dosent vəzifəsinə
keçmişlər.
Kafedranın əməkdaşları plan üzrə müəyyən edilmiş elmi işlərini hazırlamış,
bu işlər vaxtlı-vaxtında kafedrada müzakirə edilmiş və qəbul olunmuşdur. Bunula
bərabər onlar bir sıra nüfuzlu jurnallarda və digər mətbu orqanlarda dünya
ədəbiyyatının müxtəlif problemləri ilə əlaqədar məqalələr və monoqrafiyalar çap
etdirmişlər. Dos. E.E.Mehrəliyev Çex-Azərbaycan ədəbi əlaqələri, f.e.n.
N.A.Həsənova Azərbaycan-ingilis ədəbi əlaqələri mövzularında monoqrafiyalar
çap etdirmişlər. Prof. C.Q.Nağıyev dünya ədəbiyyatına aid oçerklər toplusunu,
İ.M.Tronskinin «Antik ədəbiyyat» dərsliyinin mn tərcüməsini və özünün «Qədim
3
Şərq ədəbiyyatı tarixi» dərsliyinin yeni nəşrini hazırlayaraq nəşriyyata təqdim
etmişdir. Professor Ə.M.Xəlilov monoqrafiyasını çapa təqdim edib. F.e.d.
professor əvəzi Ü.İ.Bədəlbəyli müasir ingilis ədəbiyyatının aktual problemləri, f.e.n.
N.A.Sadıxlı Balkan türklərinin ədəbiyyatı (bolqar türkləri) mövzularında dərs
vəsaitləri hazırlayamışlar. Dünya ədəbiyyatının bütün dövrləri (5 hissə) üzrə
professor C.Q.Nağıyev Azərbaycan dilində, f.e.d. Ü.İ.Bədəlbəyli isə rus dilində
proqramlar hazırlayaraq çap etdirmişlər. Dos. N.A.Həsənov «Orta əsrlər və
İntibah dövrü Şərq ədəbiyatı» proqramını hazırlayaraq çapa vermişdir.
Dünya ədəbiyyatı kafedrasında hazırda 12 müəllim çalışır. Onlardan 6
nəfər tam ştatda, 4 nəfər 0,5 ştatda, 2 nəfər 0,25 ştatda işləyir. Kafedranın
dosenti, f.e.n. T.S.Əliyeva Türkiyə Respublikasında müqavilə əsasında
fəaliyyətini başa vuraraq 2009-cü ilin fevral ayından etibarən kafedrada
fəaliyyətini davam etdirəcəkdir.
II. Struktur və ştat cədvəli:
1.
C.Q.Nağıyev – f.e.d., professor, kafedra müdiri - 1 şt. 1945
2.
Ə.M.Xəlilov - f.e.d., professor, – 1şt. 1937
3.
Ü.İ.Bədəlbəyli – f.e.d., professor əvəzi – 1 şt. 1940
4.
E.E.Mehrəliyev - f.e.n., dosent – 1 şt. 1957
5.
N.A.Həsənov - f.e.n., dosent - 1 şt. 1954
6.
N.A.Sadıxlı - f.e.n., dosent əvəzi – 1 şt. 1949
7.
S.T.Məmmədova - f.e.n., dosent – 0,5 şt. – 1965
8.
N.F.Həsənova - f.e.n., müəllim, 0,5 şt.- 1962
9.
N.Ş.Göyçayskaya – f.e.n., müəllim 0,5 şt. – 1973
10.
N. N. Xəlilova – müəllim 0, 25 şt. – 1969
11.
S.N.Abdullayeva – müəllim, 0,25 şt. – 1947
4
12.
N.Ə.Vəliyeva - f.e.n., b./lab. - 1976
III. Elmi-tədqiqat işlərinin əsas istiqamətləri, adı, sayı, qısa annotasiyası,
yerinə yetirilməsi
2008-ci ildə Dünya ədəbiyyatı kafedrasının əməkdaşları «XVII əsr ingilis və
alman
ədəbiyyatları» mövzusu üzərində işləmişlər.
Elmi – tədqiqat işi
XVII
əsr ingilis ədəbiyyatı
Mövzu: XVII əsr Qərbi Avropa ədəbiyyatları(İngiltərə və Almaniya)
Alman ədəbiyyatı. XVII əsr İngiltərə və Almaniya ədəbiyyatlarında əsas
istiqamətlərdən olan intibah realizmi, klassisizm və barokko ədəbi cərəyanları və
bu cərəyanlara aid olan yazıçıların yaradıcılığı tədqiqata cəlb edilmişdir. XVII
əsr Almaniya ədəbiyyatında Otuz illik müharibə ilə əlaqədar olaraq müharibə
mövzusu üstünlük təşkil etmişdir. Bu dövrdə Almaniyada xüsusilə barokko ədəbi
cərəyanı daha çox inkişaf etmişdir. Bundan başqa, bu ölkədə həmin dövrdə
Fransa ilə müqayisədə zəif də olsa klassisizm ədəbi cərəyanı da mövcud
olmuşdur. Bu dövr alman ədəbiyyatında M.Opits, F.Loqau, P.Fleminq və
A.Qrifius kimi görkəmli sənətkarlar barokko və klassisizm, bəzən də intibah
realizmi üslubunda bədii əsərlər yazmışlar.
XVII əsr
a
lman
ədəbiyyatında vətənpərvərlik və qəhrəmanlıq mövzuları daha
qabarıq şəkildə ifadə olunmub, A.Qrifiusun «Vətənin göz yaşları» əsəri bu
baxımdan xüsusilə diqqətəlayiqdar. Alman ədəbiyyatında XVII əsrdə əsasən poetik
vorma inkişaf etsə də bədii nəsr də əhəmiyyətli yerlərdən birini tutmuşdur. Belə ki,
alman nəsrinin görkəğli nümayəndələrindən biri olan Moşeroşun yardıcılığı diqqəti
cəlb edir. Xüsusilə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Y.-
F.Qrimmelshauzenin nəsr yaradıcılığı yüksək bədii-estetik və ictimai-siyasi
5
əhəmiyyət kəsb edir. Onun «Simplisi Simplisissimus» (Sadəlövhlərin Saləlövhü)
romanı öz dövründə böyük təsir qüvvəsinə malik olduğu kimi, sonrakı dövrlərdə də
bədii əhəmiyyətini itirməmiş, bu gün də dünya ədəbiyyatı tarixində öncül yerlərdən
birini tutur. Yazıcı bu romanında o dövrdə alman xalqının başına gələn
bəlalardan, milli faciələrdən bəhs etmiş, həmin dövrün ictimai-siyasi hadisələrini
böyük məharətlə açıb göstərmiş, əsasən müharibə ilə əlaqədar təsirli, yaddaqalan
səhnələr və obrazlar yaratmışdır. Bu romanda realist səhnələr təsvir edilsə də
barokko bədii üslubu üstünlük təşkil etmişdir.
XVII əsrin ikinci yarısında Fransada olduğu kimi alman
ədəbiyyatında da
ədəbi cərəyanlar arasında kəsgin mübarizə getməyə başlayır. Saray klassisizmi
böhran keçirir, yavaş-yavaş süqut edir, realizm getdikcə güclənir, brokko hələ də
fəaliyyətini davam etdirir, yeni bürger-nəsihət ədəbiyyatı (hikmət ədəbiyyatının bir
gövü kimi) yaranır və demokratik xalq (plebey) ədəbiyyatı formalaşır.
İngilis ədəbiyyatı. XVII əsrdə yaranan ingilis ədəbiyyatı ingilis İntibahının
davamı kimi özünü göstərmişdir. Dahi U.Şekspir və onun davamçıları bu əsrin
birinci rübündə hələ də İntibaş ənənələrini davam etdirməkdə idilər. Bununla belə,
artıq İntibah ədəbiyyatı öz ömrünü yaşamışdı və o öz yerini Avropada yaranan yeni
ədəbiyyatlara vemək məcburiyətində idi. XVII əsrin birinci yarısında artıq
ingiltərədə ədəbiyyatın istiqaməti, ideya-məzmunu və üslubu dəyişməyə başlayır.
Yeni ədəbiyyatın ilk nümunələri yaranır. Bu dövrdə İngiltərədə ictimai-siyasi
həyatda bir sıra əhəmiyətli hadisələr baş verir. Burjuaziya günü-gündən güclənir,
feodal münasibətləri zəifləyir, puritanlıq ideologiyası formalaşmağa başlayır. Məhz
puritanlığın təsiri altında bu ölkədə inqilabçı burjuaziyanın ədəbi-estetik görüşləri
yaranır və ingişaf edir ki, bu da öz növbəsində Qərbi Avropa ədəbi prosesinin
inkişafında əhəmiyyətli rol oynayır. Bu ədəbi prosesin əsas nümayəndələri kimi
Messincer və Dikkerin yaradıcılıqlarını göstərə bilərik. Bununla belə, puritan
ədəbiyyatında müəyyən məhdudiyyətlər var idi, onlar xalqı «xeyirxahlar» və
6
«günahlılar» hissələrin əbölürdülər. Onların içərisində kalvinizm tərəfdarları
üstünlük təşkil edirdi.
XVII əsr ingilis ədəbiyyatının ən görkəmli nümayəndəsi Con Milton olmuşdur.
Bu əsrin 40-50-ci illərində Milton daha çox siyasi səciyyə daşyan publisistik əsərlər
yazmış, ingilis həyatının acı həqiqətlərini realistcəsinə təsvir etmişdir. Onun
«Areopagitika», «Büt mübarizi», «İngilis xalqının müdafiəsi əsərləri bu baxımdan
xüsusilə diqqətəlayiqdir və onlar Avropa siyasi publisistikasının ilk
nümunələrindən sayılır. Con Milton dünya ədəbiyyatında ilk növbədə görkəmli şair
kimi tanınır. Onun dərin məzmunlu, yüksək poetik keyfiyyətə malik olan lirik
şeirləri, pomaları və dram əsəri var. Belə ki, Miltonun süjetini Bibliyadan
götürdüyü, amma qətiyyən dini məqsədlər üçün istifadə etmədiyi mövzularda
yazdığı «İtirilmiş cənnət», «Qaytarılmış cənnət» poemaları və «Mübariz Samson»
dramı dünya ədəbiyyatının inciləri sırasına daxil olmuşdur. Bu əsərlər bu gün də
böyük maraqla oxunur.
XVII əsr ingilis ədəbiyyatında levellər və diggerlər hərəkatı da olmuşdur.
Benyan və Betler bu maraqlı ədəbi hərəkatın nümayəndəlridir. Onların əsərləri də
ingilis ədəbiyyatını inkişafvnda müəyyən rol oynamışdır.
Mövzu: XVII əsr ingilis ədəbiyyatı (nəzəri təhlil)
İcraçı: f.e.d., prof.C.Q.Nağıyev:
müəllim S.H.Abdullayeva
XVII əsrdə İngiltərədə kitab çapı işi güclənir və bu zaman böyük bir istedadlı
jurnalist-publisist nəsli yetişir. Bunlardan xüsusilə, Miltonu, Lilberni və Uinstenlini
göstərmək olar. Bu dövrdə İngiltərədə ədəbi cərəyanlar arasında kəsgin mübarizə
gedirdi. Metafizik-şairlər uydurma təşbihlərə və mücərrəd təsvirlərə müraciət
edirdilər. Belə şairlərdən Frensis Kverlini göstərmək olar. Ondan başqa Riçard
7
Kreşou, Henri Voqan və Corc Herbert kim metafiızik şairlər daha çox şeirin
formasına diqqət yetirirdilər.
XVII əsrin əvvələrində İngiltərədə mütərəqqi ədəbiyyat inkişaf edir.
Şekspirin gənc müasiri B.Conson bu ədəbiyyatın ən istedadlı nümayəndələrindən
biri idi. Onun «Seyan: onun süqutu» və «Katilina» əsərləri xüsusilə maraqlıdır. Bu
dramaturqun «Volpane» komediyası ingilis ədəbiyyatı tarixində xüsusi yer tutur.
XVII əsr ingilis ədəbiyyatında mütləqiyyətə xidmət edən zadəgən ədəbiyytı
formalaşmış, puritan ədəbiyyatı xüsusilə inkişaf etmişdir. Bu ədəbi istiqamətə daxil
olan yazıçılar təmtəraqlı əsərlər yazırdılar. Xüsusilə, onların «nəzakətli» romanları
diqqəti cəlb edir. Royalistlərin yaradıcılığı geniş yayılır. Şair Endrü Marvelin və
Corc Uizerin yaradıcılıqları bu istiqamətə daxildir.
Bu dövrdə geniş təşəkkül tapan puritançılıq ədəbi prosesin inkişafına təsir
göstərmişdir. Puritan ədəbiyyatı cəmiyyətin burjua-zadəgan təbəqəsinin
dünyagörününü ifadə etsə də, əslində antifeodal, antiklerikal səciyyə daşıyırdı.
Puritanlar ingilis burjuaziyasının siyasi və estetik ideallarını müdaifə edir, yeni
dünyagörüşün formalaşmasına çalışırdılar. Puritanlıq ideologiyası XVII əsr ingilis
ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Bu dövrdə İngiltərədə burjua
inqilabı ərəfəisndə sinfi mübarizə güclənmiş, bu da öz növbəsində yeni ədəbi-estetik
təmayüllərin yaranmasına səbəb olmuşdur.
XVII əsrin birinci rübündə İngiltərədə İntibah mədəniyyəti hələ də öz
fəaliyyətini davam etdirirdi, Şekspir və onun istedadlı davamçıları qiymətli əsərlər
yazırdı. Filosof-yazıçı F.Bekonun materialist nəzəriyyəsi realist dünyagörüşünün
formalaşmasında xüsusi rol oynamışdır. Bu əsrdə İngiltərədə nisbətən zəif də olsa
İntibah realizmi ədəbiyyatı yaranmışdır. Hətta, özünəməxsus ingilis klassisizmi də
mövcud olmuşdur. İngilis klassisizminin görkəmli nümayəndəsi B.Conson hesab
olunur. Onun «Metafizik poeziya» əsəri ingilis klassisizminin nəzəri əsaslarına həsr
edilmiş qiymətli kitabdır.
8
XVII əsrdə İngiltərədə bədii ədəbiyyatla yanaşı siyasi-ictimai publisistika da
çox geniş yayılmışdır. Bu janrın ən görkəmli nümayəndəsi böyük ingilis şairi Con
Milton olmuşdur. Milton daha çox lirik şair idi. Onun çox qiymətli poemaları və
dram əsəri da var, Bütün bu əsərlərində o, böyük məharətlə xalqının dərdlərini,
problemlərini təsvir edə bilmişdir.
XVII əsrdə İngiltərədə levellərin və diggelərin yaradıcılığı da müəyyən bədii
əhəmiyyət kəsb etmişdir.
XVII əsr alman ədəbiyyatı da öz növbəsində dünya ədəbiyyatının qiymətli
nümunələrindən biri sayılır. Ədəbiyyat tarixində müəyyən mübahisələr obyekti
olan alman ədəbiyyatını bu dövründə bir sıra çox maraqlı, özünəməxsus, orijinal
yazıçı və şairlər nəsli yetişmişdir. Bu dövrdə aman ədəbiyyatında həm klassisizm,
həm İntibah realizmi, həm də barokko ədəbi cərəyanı mövcud ollmuşdur. Burada
da İngiltərədə olduğu kimi, İntibah realizmi və klassisizm ədəbi cərəyanları
nisbətən zəif olmuş, barokko ədəbiyyatı isə daha çox inkişaf etmişdir.
Otuzillik müharibə alman ədəbiyyüatının inkişafında xüsusi iz buraxmüş,
hətta bəzi ədəbi cərəyan və istiqamətlərin formalaşmasında müəyyən rol da
oynamışdır. Müharəbə mövzusu xüsusilə barokko ədəbiyyatında daha qabarıq
şəkildə özünü biruzə vermişdir. Bir sıra alman şairləri, o cümlədən G.R.Vekerlin,
F.fon Şpee, M.Opits, P.Herhart, P.Fleminq, A.Qrifius, X.Hofmansvaldau, X.
Veyze və İ.X.Hünterin poeziyası bu baxımdan diqqəti cəlb edir.
Eyni zamanda bu dövrün ən görkəmli nümayəndəsi olan Y. fon
Qrimmelshauzenin yaradıcılığı da alman ədəbiyyatının inkişafında xüsusi rol
onamışdır. Onun poeziyası və «Simplisi» romanı dünya ədəbiyyatı inciləri sırasına
daxil olmuşdur.
Mövzu: Con Miltonun yaradıcılığı
İcraçı: f.e. d., prof. Ə.M.Xəlilov
9
F.e. n. N.A.Həsənov
Con Milton XVII əsr ingilis ədəbiyyatının ən parlaq simalarından biridir.
Onun ictimai-siyasi publisistikası və bədii yaradıcılığı mürəkkəb və ziddiyyətli
siyasi hadisələr fonunda inkişaf etmişdir. Hələ gənc yaşlarından vətəninin və
millətinin ictimai-siyasi həyatında fəal iştirak edən Milton bədii yaradıcılığa çox
erkən başlamış və onun həyatı gərgin mübarizələr şəraitində keçmidir ki, bu da
öz növbəsində onun yaradıcılığında öz ifadəsini tapmışdır. Milton o dövrdə
İngiltərədə baş verən bir sox siyasi hadisələrin birbaşa iştirakçısı olmuş, həmin
hadisələrə publisistikası və bədii yaradıcılığı ilə fəal münasibət bildirmişdir.
Xüsusilə, XVII əsrin 40-50-ci illərində İngiltərə siyasi hadisələrin burulğanına
bənzəyirdi. Bir tərəfdən burjua-zadəgan puritanlığı, digər tərəfdən dini-klerikal
qüvvələr, nəhayət plebey-kütlə təbəqəsi cəmiyyətin idarə olunması yolunda
mübarizə aparırdılar. Mütərəqqi qüvvələr cəmiyyətin sağlamlaşması, yeniləşməsi
yolunda mübarizə aparırdı. Burjua inqilabı yaxınlaşmaqda idi. Feodal
münasibətləri süqut edirdi, din öz hökmranlıq qabiliyyətini itirməkdə idi. Bütün
bu ictimai-siyasi hadisələr Miltonun yaradıcılığına həm birbaşa təsir göstərmiş,
həm də onun əsərlərində geniş şəkildə bədii formada təhlil edilmişdir. Miltonun
«Areopagitika», «Büt mübarizi» və «İngilis xalqının müdafiəsi» kimi publisistik
əsərləri bu janrda yazılmış dünya ədəbiyatının ən nadir nümunələri sırasına daxil
olmuşdur. Milton bu əsərlərində dövrünün demək olar ki, bütün aktual
problemlərinə vətəndaş və ziyalı münasiğətini kəsgin satirik fomada bildirmişdir.
Miltonun bədii əsərləri – lirik şeirləri, poemaları və dram əsəri dünya
ədəbiyyatı tarixindi xüsusi əhəmiyyət kəsb edir. Şairin «İtirilmiş cənnət»,
«Qaytarılmış cənnət» poemaları və «Mübariz Samson» dramı öz ictimai
məzmununa görə seçilsə də, bədii keyfiyyətlərinə görə daha sox əhəmiyyət
10
daşıyır. Şair bu əsərlərində «Tövrit» mövzularına müraciət etsə də müasir ingilis
həyatının reallıqlarını əks etdirmişdir.
Mövzu: İngilis ədəbiyyatında publisistika və bədii nəsr
İcrası: f.e.d. professor əvəzi Ü.İ.Bədəlbəyli
F.e.d. professor C.Q.Nağıyev
XVII əsrdə İngiltərədə böyük bir istedadlı jurnalist-publisist nəsli
yetişmişdir. Bunlardan xüsusilə, Miltonu, Lilberni və Uinstenlini göstərmək
olar. F.Bekonun fəlsəfi əsərləri və onun materialist dünyagörüşü İngiltərədə
realist bədii nəsrin və publisistikanın formalaşmasına münbir şərait yaratmışdır.
Belə ki, F.Bekonun fəlsəfi dünyagörüşünün təsiri altında metafizik və materialist
istiqamət yaranmış və bu istiqamət həm publisistikada, həm də bədii nəsrdə öz
əksini tapmışdır. Şübhəsiz ki, ingilis bədii nəsrin formalaşmasında İntibah
ədəbiyyatının da böyük rolu olmuşdur. İngilis publisisitləri: Conson, Milton daha
çox burjua cəmiyyətinin iç üzünü açan və din xadimlərini ifşa edən kəskin satirik
oçerklər və digər publisistik əsərlər yazmışlar, xüsusilə Miltonun publisistikası öz
bədii və ictimai-siyasi dəyərinə görə böyük əhəimiyyət kəsb edir. Miltonun
«Areopagitika», «Bütmübarizi» və «İngilis xalqının mübarizəsi» kimi publisistik
əsəri bu janrda yazılmış dünya ədəbiyyatının klassik nümunələri sırasına daxil
olmuşdur.
XVII əsr Alman ədəbiyyatı. XVII əsrdə Almaniyada bədii ədəbiyyat
mürəkkəb bir inkişaf yolu keçmişdir. Bəzi tədqiqatçılar, hətta alman ədəbiyyatının
bu dövrünü zəif dövr adlandırmışlar. Əslində isə bu dövrdə də Almaniyada çox
güclü ədəbi proses olmuşdur. Almaniyada bu dövrdə həm poeziya, həm də nəsr
inkişaf etmiş. Ədəbiyyatın bu növlərində qiymətli nümunələr yaranmışdır. Belə ki,
11
Martin Opis, Fridrix Loqau, Paul Fleminq, Andreas Qrifius kimi sənətkarlar daha
çox poetik formalarda əsərlər yazmışlar. Bunlarla yanaşı, XVII əsrdə Almaniyada
çox görkəmli şair və nasir olan Qrimmelshauzen yazıb yaratmışdır.
Qrimmelshauzenin lirik poeziyasında müharibə mövzusu əsas yerlərindən birini
tuturdu, müharibənin alman xalqına gətirdiyi bəlalar təsvir olunurdu.
Qrimmelshauzen dünya ədəbiyyatında daha çox «Simplisi» romanının müəllifi kimi
tanınır. Bu roman öz psixologizmi, dərin ictimai məzmunu və ideyası, yüksək
bədiiliyi ilə diqqəti cəlb edir. Burada təsvir olan qəhrəmanlar real həyatdan
götürülmüş insanların obrazlarıdır.
Mövzu: XVII əsr Alman ədəbiyyatı
İcraçı: f.e.n., dos. E.E.Mehrəliyev
f.e.n., dos. S.T.Məmmədova
XVII əsr alman ədəbiyyatının inkişafı bir sıra tarixi-siyasi hadisələrlə
müşaiyət olunmuşdur. Bu dövrdə alman ədəbiyyatıda daha çox poeziya inkişaf
etmişdir. Tədqiqat işində XVII əsr alman şairlərindən M. Opits, A. Qrifius və Q.R.
Vekerlin yaradıcılıqları tədqiqata cəlb olunmuşdur. Bununla yanaşı həmin dövrdə
alman nəsri də müəyyən nailiyyətlər əldə etmişdir. Bu mənada Y. Böme, A. Silezius
və K. Kulmanın yaradıcılıqları xüsusi əhəmiyyət kəsb etmişdir. Ümumən XVII əsr
alman ədəbiyyatı Höte, Şiller, Lessinq kimi XVIII əsr alman klassiklərinin
dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.
Mövzu: İngilis ədəbiyyatında lirika
İcraçı: f.e.n., dos. N.A.Sadıxlı
f.e.n., müəllim N.F.Həsənova
XVII əsrdə İngiltərədə lirik poeziya xüsusilə inkişaf etmişdir. Şekspir
lirikasının ənənələrini davam etdirən ingilis şairləri yeni formalarda və yeni
12
mövzularda bir-birinlən qiymətli lirik əsərlər yazmışlar. Bir sıra ingilis şairləri,
xüsusilə də Ben Conson və Con Donnun lirik əsərləri , eləcə də XVII əsr ingilis
ədəbiyyatının görkəmli nümayəndəsi Con Milton lirika sahəsində böyük uğurlar
qazanmışlar. Bu dövrdə ingilis ədəbiyyatında lirikanın müxtəlif növləri və janrları
olmuşdur. Əsasən yeni poetik formalara üstünlük verən bu şairlər lirik qəhrəmanın
daxili-mənəvi aləmini, insanın hiss və duyğularını böyük sənətkarlıqla ifadə
etmişlər. Miltonun lirik poeziyası bir tərəfdən dövrünün ictimai-siyasi hadisələrini
əks etdirirdisə, digər tərəfdən dərin humanizmi və lirizmi ilə seçilirdi.
Mövzu: Con Miltonun yaradıcılığı
İcraçı: f.e. d., prof. Ə.M.Xəlilov
F.e. n. N.A.Həsənov
Con Milton XVII əsr ingilis ədəbiyyatınınən parlaq simalarından biridir.
Onun ictimai-siyasi publisistikası və bədii yaradıcılığı mürəkkəb və ziddiyyətli
siyasi hadisələr fonunda inkişaf etmişdir. Hələ gənc yaşlarından vətəninin və
millətinin ictimai-siyasi həyatında fəal iştirak edən Milton bədii yaradıcılığa çox
erkən başlamış və onun həyatı gərgin mübarizələr şəraitində keçmidir ki, bu da
öz növbəsində onun yaradıcılında öz ifadəsini tapmışdır. Milton o dövrdə
İngiltərədə baş verən bir sox siyasi hadisələrin birbaşa iştirakçısı olmuş, həmin
hadisələrə publisistikası ilə və bədii yaradıcılığı ilə fəal münasibət bildirmişdir.
Xüsusilə, XVII əsrin 40-50-ci illərində İngiltərə siyasi hadisələrin burulğanına
bənzəyirdi. Bir tərəfdən burjua-zadəgan puritanlığı, digər tərəfdən dini-klerikal
qüvvələr, nəhayət plebey-kütlə təbəqəsi cəmiyyətin idarə olunması yolunda
mübarizə aparıdılar. Mütərəqqi qüvvələr cəmiyyətin sağlamlaşması, yeniləşməsi
yolunda mübarizə aparırdılar. Burjua inqilabı yaxınlaşmaqda idi. Feodal
münasibətləri süqut edirdi, din öz hökmranlıq qabiliyyətini itirməkdə idi. Bütün
13
bu ictimai-siyasi hadisələr Miltonun yaradıcılığına həm birbaşa təsir göstərmiş,
həm də onunəsərlərində geniş şəkildə bədii formada təhlil edilmişdir. Miltonun
«Areopagitika», «Büt mübarizi» və «İngilis xalqının müdafiəsi» kimi publisistik
əsərləri bu janrda yazılmış dünya ədəbiyatının ən nadir nümunələri sırasına daxil
olmuşdur. Milton bu əsərlərində dövrünün demək olar ki, bütün aktual
problemlərinə vətəndəaş və ziyalı münasiğətini kəsgin satirik fomada
bildirmişdir.
Miltonun bədii əsərləri – lirik şeirləri, poemaları və dram əsəri dünya
ədbiyyatı tarixindi xüsusi əhəmiyyət kəsb edir. Şairin «İtirilmiş cənnət»,
«Qaytarılmış cənnət» poemaları və «Mübariz Samson» dramı öz ictimai
məzmununa görə seçilsə də, bədii keyfiyyətlərinə görə daha çox əhəmiyyət
daşıyır. Şair bu əsərlərində «Tövrat» mövzularına müraciət etsə də müasir ingilis
həyatının reallıqlarını əks etdirmişdir.
XVII əsr alman ədəbiyyatı
Mövzu: XVII əsr alman ədəbiyyatı
İcraçı: f.e.d. prof. C.Q.Nağıyev
f.e.d. prof. əvəzi Ü.İ Bədəlbəyli
XVII əsr İngiltərə və Almaniya ədəbiyyatlarında əsas istiqamətlərdən olan
intibah realizmi, klassisizm və barokko ədəbi cərəyanları və bu cərəyanlara aid
olan yazıçıların yaradıcılığı tədqiqata cəlb edilmişdir. XVII əsr Almaniya
ədəbiyyatında Otuz illik müharibə ilə əlaqədar olaraq müharibə mövzusu
üstünlük təşkil etmişdir. Bu dövrdə Almaniyada xüsusilə barokko ədəbi cərəyanı
daha çox inkişaf etmişdir. Bundan başqa, bu ölkədə həmin dövrdə Fransa ilə
müqayisədə zəif də olsa klassisizm ədəbi cərəyanı da mövcud olmuşdur. Bu dövr
alman ədəbiyyatında M.Opits, F.Loqau, P.Fleminq və A.Qrifius kimi görkəmli
14
sənətkarlar barokko və klassisizm, bəzən də intibah realizmi üslubunda bədii
əsərlər yazmışlar.
XVII əsr
a
lman
ədəbiyyatında vətənpərvərlik və qəhrəmanlıq mövzuları daha
qabarıq şəkildə ifadə olunmub, A.Qrifiusun «Vətənin göz yaşları» əsəri bu
baxımdan xüsusilə diqqətəlayiqdar. Alman ədəbiyyatında XVII əsrdə əsasən poetik
vorma inkişaf etsə də bədii nəsr də əhəmiyyətli yerlərdən birini tutmuşdur. Belə ki,
alman nəsrinin görkəğli nümayəndələrindən biri olan Moşeroşun yardıcılığı diqqəti
cəlb edir. Xüsusilə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Y.-
F.Qrimmelshauzenin nəsr yaradıcılığı yüksək bədii-estetik və ictimai-siyasi
əhəmiyyət kəsb edir. Onun «Simplisi Simplisissimus» (Sadəlövhlərin Saləlövhü)
romanı öz dövründə böyük təsir qüvvəsinə malik olduğu kimi, sonrakı dövrlərdə də
bədii əhəmiyyətini itirməmiş, bu gün də dünya ədəbiyyatı tarixində öncül yerlərdən
birini tutur. Yazıcı bu romanında o dövrdə alman xalqının başına gələn
bəlalardan, milli faciələrdən bəhs etmiş, həmin dövrün ictimai-siyasi hadisələrini
böyük məharətlə açıb göstərmiş, əsasən müharibə ilə əlaqədar təsirli, yaddaqalan
səhnələr və obrazlar yaratmışdır. Bu romanda realist səhnələr təsvir edilsə də
barokko bədii üslubu üstünlük təşkil etmişdir.
XVII əsrin ikinci yarısında Fransada olduğu kimi alman
ədəbiyyatında da
ədəbi cərəyanlar arasında kəsgin mübarizə getməyə başlayır. Saray klassisizmi
böhran keçirir, yavaş-yavaş süqut edir, realizm getdikcə güclənir, brokko hələ də
fəaliyyətini davam etdirir, yeni bürger-nəsihət ədəbiyyatı (hikmət ədəbiyyatının bir
gövü kimi) yaranır və demokratik xalq (plebey) ədəbiyyatı formalaşır.
Mövzu: XVII əsrdə Almaniyada müharibəç əleyhinə ədəbiyyatıt
İcraçı: f.e.n., dos. E.E.Mehrəliyev
f.e.n., dos. S.T.Məmmədova
15
Otuzillik müharibə (1618-1648-ci illər) alman xalqının həyatında dətin,
silinməz izlər buraxmışdır. Şəhərlər və kəndlər dağılmış, minlərlə insan həlak
olmuş, xalqın güzəranı həddindən artıq pisləşmişdi. Elə ona görə də demək olar ki
bütün alman şairr və yazıçıları bu mövzuya çox böyük həssaslıqla yanaşmış, bu
sahədə qiymətli əsərlər yazmışdar. Moşeroşun, Hofmanstaunun, Qrifiusun və
Loqaunun yaradıcılıtında müharibə əlyhinə, müharibənin dəhşətlərini ifşa edən
əsərlər üstünlük təşkil etmişdir. Görkəmli alman yazıçısı Qrimmelshauzenin
poeziyasında olduğu kim i, «Simplisi Simplissisimus» romanının da əsas qayəsi
müharibənin və onun törətdiyi dəhşətlərin ifşasına həsr olunmuşdur.
Mövzu:
XVII əsr alman şairləri
İcraçı: f.e. d., prof. Ə.M.Xəlilov
Müəllim N.N.Xəlilova
XVII əsrdə M.Opisin, A.Qrifiusun, P.Fleminqin sayəsində alman
poeziyasında şerin sonet forması yarandı və sabitləşdi. Bir sıra şairlər, ocümlədən
daha da genişləndirdilər. Barokko cərəyanı poeziyada daha aydın şəkildə özünü
biruzə verdi. Belə ki, ispvn qonqoroizmi il əvə italyan marinizmi ilə alman
barokkosu çox yaxındır. Qrifius, Moşeroşun və Opitsin yaradıcılığında bunu
görmək olar.
Şair M.Opits həm ədəbiyyat nəzəriyyəçisi olmuş, həm tərcüməçi idi, həm də
şeirin islahatçısı olmuşdur. O, Almaniyada sillabo-tonik şeirin yaradıcısıdır.
A.Qrifius Avropanın ən görkəmli şairlərindən biridir. O, «Gürgü Yekatrina»
əsərində tiranlığa qarşı çıxmışdır.
Qrimmelshauzen də şeirlər yazmışdır.
Mövzu: İ.Y.fon Qrimmelshauzenin həyat və yaradıcılığı
İcraçı: f.e.n., dos. E.E.Mehrəliyev
Müəllim S.H.Abdullayeva
16
İ.Y.fon Qrimmelshauzen ağır, məşəqqətli həyat yaşamışdır. O, imperiya
əsgərləri tərəfindən doqquz yaşında olarkən oğurlanmış və sonra hərbiyə cəlb
edilmişdir. Orduda xidmər etdiyi müddətdə o, bir sıra ağır döyüşlərdə iştirak
etmişdir.
Ədəbi yaradıcılığı o, 50-ci illərəd başlamışdır. «Simplisi Simplissisisumusun
macəraları» romanı yaxıcını ən məşhup əsərindir. «Sadəlövhlərin Sadlovhü»
adlanan bu romanın qəhrəmanı müharibədən əziyyət çəkən, evini, valideyinlərini
itirən bir kəndli uşağıdır. Romanda onu banışa gələn əhvalatlar macəra
formasında təsvir edilsə də, əsər dərin ictimai-siyasi səciyyə daşıyır.
Mövzu: XVII əsr alman nəsri və publisistikası
İcraçı: prof.əvəzi Bədəlbəyli Ü.İ.
F.e.n.. müəllim N.Ş.Göyçayskaya
XVII əsrdə alman ədəbiyyaiında da publisistika və bədii nəsr müəyyən
qədəor inkişaf etmişdir. Demək olar ki, alman şairlərinin və yazıçılarının
əksəriyyəti parçalanmış, müharibələr nəticəsində zəifləmiş, dalanmış almaniyanın
dərdlərini nəm poetik, həm də nəsr formasında, xüsusilə də publisistik əsərlərdə
ifadə etmişlər.
4. Dərc olunmuş elmi işlərin xarakteristikası:
Professor C.Q.Nağıyev
1.
Bir Koreya Əsatir Qəhrəmanı və Koreya-Azərbaycan Əsatir-folklor əlaqələri
Haqqında, Mif, Millət, Ədəbiyyat, Yeni İpək Yolu Beynəlxalq Ədəbi
Simpoziumu, Bakı: SBC Nəşriyyatı, 2008, S.167-170 (Azərbaycan və Koreya
dillərində)
2.
«Kitabi-Dede Korkut» Destanında Rüya Görme ve Rüya Yorumu, Avrasya
Kurumu Sempozyum Bildirileri, Ankara, 2008, S. 19-26
17
3.
Çengiz Aytmatovun Ebedi Gelini, «Yol» Dergisi, Sayı: 29, Eylül-Ekim, 2008,
S. 12-19
4.
Vali Bahaəddin Güney, Türk Dünyasını nurlandıran insan, Bakı: Şirvannəşr,
2008, 167-171
5.
Müxtəlif Sahələrə Diqqət. İlham Əliyevin haqqında qeydlər, «Azərbaycan
Müjdələri» jurnalı, oktyabr, 2008, S. 109
6.
Avropa Biliği ve Ortak Türk Dili, VI. Uluslararası Türk Dili Kurultayı, 20-
25 Ekim, Ankara, 2008
Professor Ə.M.Xəlilov
1. Şairin rübailər aləmi, Müzəffər Təbib. Rübailər, kitaba ön söz, Bakı, 2008
2. Müzəffər Təbibin sonetləri, Müzəffər Təbib. Sonetlər, kitaba ön söz, Bakı,
2008
Professor əvəzi Ü.İ.Bədəlbəyli
1. «Somerset Moemin «Şərq hekayələri». Ədəbi əlaqələr. Toplu 3, s. 336-
342
10. Dissertasiya müdafiəsi və dissertasiya şuralarında fəaliyyəti
Professor C.Q.Nağıyev
1. Bakı Dövlət Universitetinin nəzdində filologiya elmləri doktoru və
elmlər namizədi dərəcəsi üzrə Dissertasiya Şurasının (D.02.181) üzvüdür.
2. 2008 ildə professor C.Q.Nağıyevin rəhbərli altında kafedranın əyani
aspirantı Savil Zakir qızı Qaraşova «Əli bəy Hüsenzadəni yaradıcılığında Qərb
ədəbiyyatı» mövzusunda namizədlik dissertasmiyasını müdafiə etmişdir. Bu ildə
o, Sona Əli qızı Məmmədovanın «Azərbaycan uşaq dramaturgiyası 70-80-ci
illərdə» mövzusunda namizədlik dissertasiyasına opponentlik etmişdir.
Professor Ü.İ.Bədəlbəyli
18
1. Dövlət Dillər Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının
üzvüdür.
2. 2. O, filologiya elmləri namizədi adını almaq üçün aşağıdakı iddiaçılara
opponentlik etmişdir:
1.Riza Əlixan oğlu Xəlilov «T.Vulfun yaradıcılığında 20-ci əsrin
əvvəllərində Amerika reallığının təcəssümü»
2. Əzizə Qurban qızı Məmmədova «İngilis və Azərbaycan
dramaturgiyasında sosial problemin qoyuluşu (B.Şou və C.Cabbarlının əsərləri
əsasında)»
3.Lalə Çingiz qızı Məcidova «İngilis ədəbiyyatında detektiv janrın
formalaşması prosesi».
Dosent E.E.Mehrəliyev
1. Çex ədəbiyyatında Şərq motivləri: Monoqrafiya. Bakı: «Kitab aləmi», 2008,
268 s.
2. Çex ədəbiyyatında qızıl janrı. BSU, Müqayisəli ədəbiyyat. Bakı, 2008, s.
135-136
3. Hunlar Bohemiyada. Dil və ədəbiyyat, 4(64). Bakı, 2008, s. 117-118
4. Çex nağıllarında Şərq motivləri. Elmi xəbərlər. Bakı, 2008, №4, s. 213-
217
5. Yulius Fuçik Orta Asiyada. Dil və ədəbiyyat. 3(63). Bakı, 2008, s. 172-
174
11. Magistrlərin dissertasiya işlərinə rəhbərlik
Professer C.Q.Nağıyev
Bədii ədəbiyyatda psixologizm (Psixologiya kafedrası)
Professor əvəzi Ü.İ.Bədəlbəyli
19
1. Qədirova Günel Həsən qızı. «Fransuaza Saqanın yaradıcılığı».
2. Vəliyev Şahin Vagif oğlu. «Kobo Abenin yaradıcılığı».
Professor Ə.M.Xəlilov
Yaradanquliyeva Pərvanə Əmirxan qızı. «Henrix İbsenin dramaturgiyası
Azərbaycan dilində».
Dosent E.E.Mehrəliyev
Ələkbərova Aytən Səfərəli qızı. «Paolo Koelyo yaradıcılığı» (Azərbaycan
dilində
Dosent S.T.Məmmədova
Hanife Odabaşı. Qədim Anadolu ədəbiyyatı
Əsas nəticələr və təkliflər
A) Hesabat ilində Dünya ədəbiyyatı kafedrasını əməkdaşlarının hazırladıqları
elmi işlər yüksək elmiliyi ilə seçilmiş, gələcəkdə tələbələrin tədris prosesində
istifadə olunacaqlır.
B) Dərslik kimi nəzərdə tutulan elmi araşdırmarın tezliklə hazırlanıb nəşriyyat
averilməsi nəzərdə tutlur.
C) Hələ bu gün də mövcud olmayan bəzi dərslik və dərs vəsaitlərinin adları
müəyyən edilmiş, onların bəzilərinin tərcümə olunması,bəzilərinin isə orijinal
olaraq yazılması prlanlaşdırılır.
Dünya ədəbiyyatı kafedrasının müdiri: prof.C.Q.Nağıyev
Dostları ilə paylaş: |