Təsdiq edirəm: Kafedra müdiri Sərdarov B. S. “ ”sentyabr 2016-cı IL



Yüklə 37,65 Kb.
tarix14.03.2018
ölçüsü37,65 Kb.
#31400

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ

Təsdiq edirəm:

Kafedra müdiri_____________

Sərdarov B.S.

___”sentyabr 2016-cı il


Fənn proqramı (sillabusu)

Kafedra: Yapışdırıcı materiallar və betonlar texnologiyası

Fənnin adı: İxtisas sahəsinin tarixi və metodologiyası

1. Fənn haqqında məlumat:

Kodu 060601

Tədris ili: 2016/2017. Semestr: payız

Fakültə : İnşaat Texnologiya

Qrup ­­­: M696a

Tədris yükü: mühazirə 15 saat Cəmi 15 saat.

Kredit: 1

Auditoriya: №

Saat:

2. Müəllim haqqında məlumat:

Adı, atasının adı, soyadı və elmi dərəcəsi: Quvalov Abbas Abdurahman oğlu, t.e.d.

Kafedranın ünvanı: A. Sultanova 11

Məsləhət saatları:

E-mail ünvanı:

İş telefonu: 012 539 10 34



3. Tələb olunan dərslik və dərs vəsaitləri:

1. Гасанов Г.А. Философия строительство. 2000. 80 с.

2. N.M. Ağabəyli. İnşaat materialları və məmulatları. Bakı, 2011.

2. А.Г. Комар, Ю.М. Баженов, Л.М. Сулименко. Технология производства строительных. Москва, 1990.

3. Г.И. Горчаков, Ю.М. Баженов. Строительные материалы. Москва, 1988.

4. Fənnin təsviri və məqsədi:

“Tikinti materiallarının texnologiyası mühəndisliyi” ixtisasından magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş “Ixtisas sahəsinin tarixi və metodologiyası” fənni tikinti materiallarının insanların həyatında və cəmiyyətin inkişafında rolu, tikinti materiallarının, beton və dəmir-betonun tikintidə istifadəsinin inkişaf tarixi, tikinti materialları sənayesinin inkişaf tarixi haqqında ətraflı məlumat verir.



5. Fənnin təqvim planı:

5.1. Mühazirə dərslərinin mövzuları və qısa icmaları

Həftələr

Mövzunun adı və qısa icmalı

Saat

Tarix

1

Mövzu № 1. Giriş. İnşaat materiallarının cəmiyyətin inkişafında rolu. İnşaat materiallarının təsnifatı. İnsanların istifadə etdikləri ilk inşaat materialları. Təbii daş materiallarınıntikintidə istifadəsinin inkişaf tarixi.

2

26.09.16

3

Mövzu № 2 Oduncağın tikintidə istifadəsinin inkişaf tarixi. Ağac materiallarından olan qədim memarlıq abidələri. Oduncaq konstruksiya materialı kimi. Oduncaqdan hazırlanmış dekorotiv elementlər. Oduncaq istilik izolyzsiya materialı kimi.

Dünya memarlığında oduncağın rolu.



2

10.10.16

5

Mövzu № 3. Yapışdırıcı materiallar istehsalının inkişaf tarixi.Havada bərkiyən yapışdırıcı materiallar. Yerüstü sobalarda əhəng istehsalı. Gips yapışdırıcı materiallar istehsalının inkişaf tarixi. İnşaat hava əhənfi və inşaat gipsi istehsalının müasir durumu

2

24.10.16

7

Mövzu № 4. Hidravlik əhəng və romansement istehsalının inkişaf tarixi.J.Aspidin tərəfindən portlandsementin kəşfi. Portlandsement istehsalının inkişaf tarixi. Azərbaycanda portlandsement istehsalının inkişaf tarixi. Tovuz və Qaradağ sement zavodlarının tarixi.

2

07.10.16

9

Mövzu № 5. Portlandsement istehsalının müasir durumu. Portlandsementə qoyulan norma və standartlar. Avropa standartlaının portlandsemetə qoyduğu tələblər. Portlandsement istehsalında innovativ texnologiyalar.

2

21.11.16

11

Mövzu № 6. Beton istehsalının inkişaf tarixi. Qədim Pomada betonun istifadəsi. XVIII əsrdə Avropada beton istehsalının inkişafı.Yüngül beton istehsalının inkişaf tarixi. Dəmir beton istehsalının inkişaf tarixi. Jozef Minyenin dəmir-beton dibçəyə patent alması. Müasir dövrdə dəmir-beton istehsalının inkişaf perspektivləri.

2

05.12.16

13

Mövzu № 7. Keramika materialları istehsalının inkişaf tarixi. Bişməmiş kərpic. Eramızdan əvvəl Yunanıstanda bişmiş kərpic və kirəmitin istehsalı və istifadəsi.Rusiyada xristanlığın yayılması ilə Bizans sənətkarlarının Rusiyada keramika istehsalını yayması. Müasir keramika məmulatları sənayesı. Yeni nəsil keramik materiallar. Şüşə məmulatları istehsalının inkişaf tarixi. Müasir tikintidə şüşə materiallarının yeri.

2

19.12.16

15

Mövzu № 8. Materialşunaslıq elminin inkişaf mərhələləri. Qədim dövrlərdən orta əsrlərə qədər olan I mərhələ. XIX əsrdən başlayan II mərhələ. Materialşunaslığın inkişafinda Demokrit, Epikür, Aristotel, M.V.Lomonosovun vəD.İ.Mendeleyevin rolu. İnşaat materialşunaslığının inkişafında Azərbaycan alimlərinin rolu.

2

02.01.17

5.2. Fənn üzrə sərəst işlərin mövzuları

s|s

Mövzunun adı

1.

Rus oduncaq memarlığının nadir inciləri haqqında

2

Ən qədim daş tikililər.

3.

Azərbaycan tarixi abidələrində istifadə olunan oduncaq materialları

4.

İnşaat məhlullarının tikintidə istifadəsinin tarixi

5.

Keramik materiallar istehsalının inkişaf tarixi

6.

Azərbaycanda keramika sənayesinin inkişaf tarixi

7.

Qədim Misirdə şüşə istehsaı

8.

X.S.Məmmədovun portlandsementin bərkimə nəzəriyyəsinə töhvələri. Quruluş oxşarlığı nəzəriyyəsi

9.

İnşaat materiallarına qoyulan norma və standartlar

10

Azərbaycanda inşaat materialları sənayesininmüasirdurumu


6. Davamiyyətə verilən tələblər.

Dərsə davamiyyətə görə verilən maksimum bal 10 baldır. Balın miqdarı əsasən: tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir. Semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10 %-nə 1 bal çıxılır. Bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına buraxılmır və onun haqqında müəyyən qərar qəbul edilir.



7. Qiymətləndirmə.

Tələbənin biliyi maksimum 100 balla qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: dərsə davamiyyətə görə ─ 10 bal;sərbəst işə görə ─ 10 bal;məşğələ (seminar) və ya laborator dərslərin nəticələrinə görə - 30 bal.Əgər fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulubsa, onda məşğşlə (seminar) vəlaborator dərslərinə görə 20 bal, kurs işinin (layihəsinin) hazırlanması vəmüdafiəsinə görə 10 bal verilir.

Tələbənin imtahanda topladığı balın miqdarı 17 baldan aşağı olmamalıdır. Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fənnin imtahanına buraxılmır.

Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbənin biliyi Avropa Kredit Transfer Sisteminə (AKTS) görə aşağıdakı kimi qiymətləndirilir:

51 baldan aşağı – “qeyri-kafi” – F

51 - 60 bal – “qənaətbəxş – E

61 - 70 bal – “kafi” – D

71 - 80 bal – “yaxşı – C

81 - 90 – “çox yaxşı – B

91 - 100 – “əla” – A



8. Davranış qaydalarının pozulması. Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda Əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülür.

9. Fənn üzrə tələblər, tapşırıqlar.

Fənnin tədrisi nəticəsində tələbənin əldə etdikləri biliklər:

─ inşaatda istifadə olunan inşaat materialları və məmulatlarının istehsal texnologiyası, onların əsas fiziki, kimyəvi və mexaniki xassələri, sınaq üsulları, daşınma və saxlanılma qaydaları, tətbiq sahələri haqqında müəyyən biliyə malik olmalıdır;

─ yapışdırıcı maddələrin, betonların, keramik materialların, polimer inşaat materialları və məmulatlarının və digər inşaat materiallarının istehsal texnologiyasını və tətbiq sahələrini bilməlidir.


10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Müəllim: ____________ Quvalov A.A.
09” sentyabr 2016-cı il
Yüklə 37,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə