«Təsdiq edilmişdir» “Bakı Fond Birjası” qsc-nin İdarə Heyəti Protokol №08



Yüklə 238,76 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü238,76 Kb.
#68563


 

«Təsdiq edilmişdir» 

“Bakı Fond Birjası” QSC-nin  

İdarə Heyəti 

Protokol № 08 

“30”dekabr 2015-ci il 

 

 

Sədr ______________ F.Əzizov 

 

 

 

 

 

 

 

 

“BAKI FOND BİRJASI” QSC-NİN 

FOND İNDEKSLƏRİNİN HESABLANMASI 

QAYDALARI 

I HİSSƏ: ÜMUMİ MÜDDƏALAR VƏ ANLAYIŞLAR 

 

1. Ümumi müddəalar 

 

1.1.  Bu  Qaydalar  “Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  Bazarı  haqqında”  Qanununa, 

Azərbaycan  Respublikası  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  qəbul  edilmiş 

normativ-hüquqi  aktlara,  “Bakı  Fond  Birjası”  QSC-nin  (bundan  sonra  –  Birja)  nizamnaməsi  və 

daxili qaydalarına uyğun hazırlanmışdır. 

 

1.2. Bu Qaydalar Birjada rəsmi birja indekslərin hesablanması qaydalarını müəyyən edir. 



 

1.3. Bu Qaydalar Birjada listinqdə olan qiymətli kağızlara şamil edilir. 



 

1.4.  Bu  Qaydalara  əsasən  hesablanmış  indekslər,  bu  Qaydalarla  digər  hal  nəzərdə  tutulmadıqda 

Birjanın məlumatların acıqlanması qaydalarına əsasən açıqlanır. 

 

1.5. Bu Qaydalardan irəli gələrək Birja tərəfindən birja indeksləri üzrə qərarların qəbul edilməsi, o 

cümlədən  indekslərin  yaradılması,  onlara  hər  hansı  düzəlişlərin  edilməsi  Birjanın  İdarə  Heyətinin 

qərarı ilə həyata keçirilir. Birjanın İdarə Heyəti bu səlahiyyətləri əsasnamə əsasında yaradılan İndeks 

Komitəsinə həvalə edə bilər. 

 

2. Əsas anlayışlar 





 

2.1.  Emitent  -  İnvestisiya  qiymətli  kağızlarının  emissiyasını  həyata  keçirən  şəxs,  dövlət  (müvafiq 

qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyədir.  

 

2.2. Birja indeksi 

- bu Qaydalara əsasən  yaradılmış indeks səbətinə daxil olan qiymətli kağızlar 

üzrə ticarət nəticələrinin dəyişməsinin statistik göstəricisidir. 



 

2.3. İndeks səbəti 

-  bu  Qaydaların  tələblərinə  uyğun  olaraq  seçilmiş,  birja  indeksinin 

hesablandığı qiymətli kağızların təsnifatlaşdırılmış siyahısıdır.    



 

 

2.4. İndeksin baza dəyəri – Birja indeksinin hesablanmağa başlanıldığı tarixə olan ilk göstəricisidir. 



 

2.5. Sərbəst tədavül həcmi – Aidiyyəti Şəxslərin sahib olduğu səhmlər istisna olunmaqla Emitentin 

nizamnamə  kapitalını  təmsil  edən  səhmlərin  həcmidir.  Sərbəst  tədavül  həcmi  Emitentin  təqdim 

etdiyi  məlumat  əsasında  Birjanın  listinq  qaydalarına  əsasən  hesablanır.  Sərbəst  tədavül  həcmi 

nizamnamə kapitalına nəzərən faizlə ifadə olunur. 

 

2.6. Aidiyyəti Şəxs – aşağıdakı şəxslərdən biridir: 

a)  Emitentin direktorlar şurasının (müşahidə şurasının) və icra orqanının üzvü; 

b)  Emitentin struktur bölməsinin (filial, departament, şöbə və s.) rəhbəri; 

c)   bu  bəndin  “a”  və  “b”  yarımbəndlərində  göstərilən  şəxslərin  qohumları,  yəni  əri/arvadı, 

valideynləri, o cümlədən ərinin/arvadının valideynləri,  babaları  və nənələri, övladları, ö 

cümlədən övladlığa götürülən uşaqları, qardaşları və bacıları, gəlinləri və kürəkənləri; 

ç)   Emitentdə ən azı  10 (on) faiz səhmlərə birbaşa və  ya dolayı  yolla malik  olan hər hansı 

fiziki və ya hüquqi şəxs; 

d)   nizamnamə kapitalında ən azı 20 (iyirmi) faiz iştirak payı Emitentə məxsus olan hüquqi 

şəxs; 

e)   bu bəndin “ç” və “d” yarımbəndlərində göstərilən hüquqi şəxslərdə ən azı 20 (iyirmi) faiz 



səhmlərə (paya) malik olan hər hansı şəxs; 

ə)   bu bəndin “ç”, “d” və “e” yarımbəndlərində göstərilən hüquqi şəxslərin icra orqanlarının 

və müşahidə şuralarının rəhbərləri. 

 

 

II HİSSƏ: BİRJANIN MƏCMU BAZAR KAPİTALİZASİYASI İNDEKSİ 

 

3. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin ümumi xüsusiyyətləri 

 

3.1. İndeksin Azərbaycan dilində adı: “BFB Məcmu Bazar Kapitalizasiyası İndeksi”; 

 

3.2. İndeksin İngilis dilində adı: “BSE Market Capitalization Composite Index”; 



 

3.3.  İndeksin  qısaldılmış  adı:  BAX  (indeksin  sonunda  indeksə  daxil  olan  səhmlərin  sayını  qeyd 

etməklə); 

 



3.4. İndeksin baza dəyəri:  1 000 (bir min) şərti vahid

 

3.5. Baza kapitallaşma: xxxxxxxx manat (xx.xx.xxxx tarixinə). 



 

 

4. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin strukturu 

 

4.1. İndeks Birjada listinqdən keçmiş səhmlər üzrə tərtib olunur; 



 

4.2. Hər bir emitent indeks səbətində yalnız bir səhm buraxılışı ilə təmsil olunur; 

 

4.3. İndeks səbətinə daxil olan səhmlər üzrə ödənilən dividentlər, bu dividentlərin bütövlükdə həmin 



şirkətin səhmlərinə yenidən investisiya olunacağı fərz edilərək nəzərə alınır; 

 

4.4.  İndeks  səbətinə  edilən  dəyişikliklər,  indeks  səbətinin  strukturuna  uyğun  portfelə  malik 



investorların, öz portfelindəki bütün səhmlərin satılması və əldə edilən bütün vəsaitlərin yeni səbət 

strukturuna uyğun yenidən investisiya olunacağı fərziyyəsinə əsaslanır; 

 

4.5. İndeksin yeni strukturuna minimum 5 və maksimum 25 səhm buraxılışı daxil edilə bilər; 



 

4.6. Birja müxtəlif struktura malik bir və bir neçə məcmu bazar kapitalizasiyası indeksi yarada bilər. 

 

 

5. Birjanın məcmu bazar kapitalizasiyası indeksinə seçim meyarları 



 

5.1. Aşağıdakı tələblərə cavab verən səhmlər indeksin tərkibinə daxil edilə bilər:  

5.1.1. Qiymətli kağızların emitenti Azərbaycan Respublikasında qeydiyyatdan keçməlidir;  

5.1.2.  Qiymətli kağızlar  indeks səbətinə daxil edilməzdən ən azı  15 (on beş) iş  günü  əvvəl  ticarətə 

buraxılmalıdır; 

5.1.3.  Qiymətli  kağızların  emitenti  ilə  bağlı  iflas,  ləğv  proseduru  başlanmamalı  və  ya  o,  vaxtaşırı 

maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır; 

5.1.4.  Qiymətli  kağızlar  Birjanın  Əsas  bazar  və  ya  Standart  Bazar  seqmentlərində  listinqdən 

keçməlidir; 

5.1.5. Səhmlər tam olaraq yerləşdirilmiş olmalıdır; 

5.1.6. İndeksin hesablanması zamanı ünvanlı əqdlər nəzərə alınmır; 

5.1.7. Qiymətli kağızlar aşağıdakı meyarlardan ən azı birinə cavab verməlidir: 

5.1.7.1.  Son  6  (altı)  ay  ərzində  Birjada  bağlanılmış  əqdlərə  əsasən  hər  bir  qiymətli  kağız  üzrə 

dövriyyə  (yerləşdirmələr  və  ünvanlı  əqdlər  istisna  olmaqla),  bu  qiymətli  kağızların  ticarətə 

buraxılmış (tədavüldə olan) miqdarının 20%-dən az olmamalıdır; 

5.1.7.2.  Son  6  (altı)  ay  ərzində  Birjada  qiymətli  kağızlar  üzrə  bağlanılmış  əqdlərin  həcmi  

(yerləşdirmələr  və  ünvanlı  əqdlər  istisna  olmaqla),  səhmlər  üzrə  bağlanılmış  əqdlərin  həcminin 

(yerləşdirmələr və ünvanlı əqdlər istisna olmaqla) ən azı 5%-ni təşkil etməlidir. Bu halda qiymətli 

kağızlar üzrə ən azı 5 (beş) əqd bağlanılmalıdır; 

5.1.7.3. Qiymətli kağızlar üzrə Birjada ən azı bir market-meyker təyin edilməlidir. 

 



5.2. Bu Qaydaların 5.1-ci bəndinin tələblərinə cavab verən qiymətli kağızlıların sayı bu Qaydaların 

4.5-ci  bəndində  nəzərdə  tutulmuş  maksimal  saydan  artıq  olduqda  indeks  səbətinə  daxil  ediləcək 

qiymətli kağızlar Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilir. 

 

5.3.  Bu  qaydaların  5.1.-ci  bəndinin  müddəalarına  uyğun  gəlməyən  qiymətli  kağızlılar  indeks 



səbətindən çıxarılır. Digər hallarda Birjanın İdarə Heyətinin qərarına əsasən qiymətli kağızlar indeks 

səbətindən çıxarıla bilər. 

 

 

6. Birjanın məcmu bazar kapitalizasiyası indeksinin hesablanması 



 

6.1. Birjanın məcmu bazar kapitalizasiyası indeksi aşağıdakı qaydada hesablanır:  

 

 

 



 

  



   

   


 

    


 

    


   

 

 



   

                   

    

 

       



 

Burada, 


 

 

 – indeksin t vaxtına hesablanmış dəyəridir; 



– indeksə səbətinə daxil edilmiş müəyyən səhm buraxılışıdır; 

N – indeks səbətinə daxil edilmiş səhm buraxılışlarının sayıdır; 

– indeksin hesablanması vaxtıdır; 

 

   



 – i səhm buraxılışı üzrə t vaxtına ən son bağlanılmış əqdin qiymətidir (yerləşdirmələr və ünvanlı 

əqdlər istisna olunmaqla); 

 

 

 – listinqdə olan i səhmlərinin sayıdır; 



  

 

 – i səhmləri üzrə sərbəst tədavül həcmidir; 



  

   


 – i səhmləri üzrə t vaxtına hesablanmış çəki faktorudur; 

  

 



 – indeksin davamlılığını təmin etmək üçün düzəliş faktorudur. 

6.2.  Bu  Qaydaların  6.1-ci  bəndində  qeyd  edilmiş  hesablamalar  qiymətli  kağızlarla  qlobal 

əməliyyatların keçirilməsi zamanı bu Qaydalara müvafiq olaraq dəyişdirilə bilər.  

 

6.3. 



Səhmin çəki faktoru 

   


   

  aşağıdakı qaydada hesablanır: 

 

  

   



   

   


 

    


 

∑    


 

    


 

 

   



   

∑    


   

  

 



Burada, 

 

  



   

 –  səhm buraxılışının çəki faktorudur; 

   

   


 –  səhm buraxılışının Birja kapitallaşmasının, həmin buraxılışın sərbəst tədavül həcminə olan 

səhm nisbətidir. 

 

6.4. Birja kapitallaşması aşağıdakı qaydada hesablanır: 



 

   


 

   


   

   


   

 

 




Burada, 


 

 

   



 –  t tarixinə Birjada tədavüldə olan i səhmlərinin sayıdır; 

 

   



–  t tarixinə i  səhmləri üzrə Birjada bağlanış qiymətidir. 

 

6.5.  İndeks  səbətinə  daxil  edilmiş  hər  bir  səhm  buraxılışı  üzrə  çəki  faktoru  20%-i  keçməməlidir. 



İndeks  səbətinə  daxil  edilmiş  hər  hansı  bir  səhm  buraxılışı  üzrə  çəki  faktoru  20%-i  keçdikdə,  bu 

göstərici  müvafiq  həddə  çatanadək  1%  azaldılmalıdır  (eyni  zamanda  səbətdəki  digər  səhm 

buraxılışlarının iştirak  dərəcələrini  uyğunlaşdırmaqla). 

 

 



6.6. 

İndeksin  düzəliş  faktoru 

      aşağıdakı  qaydada,  düzəliş  faktorunun  hesablandığı  günün 

bağlanış qiymətinə əsasən hesablanır:  

 

  

    



 



   

   


   

    


 

    


   

)

     



 

   


   



   

   


    

 

    



   

)

    



 

   


      

     


 

 

 



7.  Birjanın  məcmu  bazar  kapitalizasiyası  indeksinin  nəzərdən  keçirilməsi  və  düzəlişlərin 

edilməsi 

 

7.1.  İndeks  səbətinə  daxil  edilmiş  qiymətli  kağızların  siyahısına,  onların  bu  Qaydaların  tələblərinə 

uyğunluğunun  yoxlanılması  məqsədi  ilə,  mart  ayının  birinci  iş  günü  və  sentyabr  ayının  birinci  iş 

günü  olmaqla,  il  ərzində  ən  azı  iki  dəfə  baxılır.  Baxış  dövrü  baxış  tarixindən  əvvəlki  altı  aylıq 

müddəti əhatə edir. 

 

7.2.  Aşağıdakı  hallarda  indeks  səbətinə  daxil  edilmiş  qiymətli  kağızların  siyahısına,  onların  bu 



Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə əlavə baxış keçirilir: 

7.2.1. İndeks səbətində daxil edilmiş səhmlər Birjada delistinq olunduqda; 

7.2.2.  İndeks  səbətində  daxil  edilmiş  səhmlərin  emitenti  fəaliyyətini  dayandırdıqda,  ləğv  edildikdə 

və ya müflisləşmə prosesi ilə üzləşdikdə;  

7.2.3.  İndeks  səbətində  daxil  edilmiş  səhmlər  üzrə  keçirilmiş  qlobal  əməliyyatlar  nəticəsində  bu 

səhmlərin sayı dəyişildikdə

7.2.4.  İndeks  səbətinə  daxil  edilmiş  səhmlərin  emitenti  digər  şirkətlərlə  birləşdikdə,  emitentin 

nəzarət səhm paketi digər şirkətlər tərəfindən alındıqda, emitentin törəmə şirkəti yaradıldıqda; 

7.2.5. İndeks səbətində daxil edilmiş səhmlər üzrə dividentlər ödənildikdə; 

7.2.6. İndeks səbətində daxil edilmiş səhmlər üzrə Birjada ticarət 10 (on) və  ya daha artıq iş  günü 

müddətinə dayandırıldıqda; 

7.2.7.  Bazarın  qorunması  məqsədi  ilə  Birjanın  İdarə  Heyəti  tərəfindən  zəruri  hesab  edilən  digər 

hallarda; 

 

7.3.  Birja  indeksin  bu  Qaydaların  tələblərinə  uyğunluğunu  təmin  etmək  məqsədi  ilə  indeksə 



düzəlişlər edir. İndeksə düzəlişlər indeksə baxış nəticələri əsasında edilir. 

 


7.4.  Yeni  tərkibli  indeksin  ilk  hesablanması  keçirilməzdən  əvvəl  sonuncu  ticarət  günündə  ticarət 

bağlandıqdan sonra yeni düzəliş faktoru müəyyən edilir. 

 

7.5.  Yeni  düzəliş  faktoru,  indeksin  yeni  səbət  strukturu  əsasında  hesablanması  tarixindən  əvvəlki 



tarixə olan son ticarət gününün bağlanış qiyməti əsasında hesablanır. 

 

7.6.  İndeks  səbətinə  edilmiş  dəyişikliklər  o  cümlədən,  indeks  səbətinin  yeni  tərkibi  dəyişikliklərin 



edilməsi tarixindən etibarən 1 (bir) iş günü ərzində Birja tərəfindən açıqlanır.   

 

 



III HİSSƏ: BİRJANIN KİÇİK VƏ ORTA ŞİRKƏTLƏRİN BAZAR KAPİTALİZASİYASI 

İNDEKSİ 

 

8. Birjanın kiçik və orta şirkətlərin bazar kapitalizasiyası indeksinin ümumi xüsusiyyətləri 

 

8.1. İndeksin Azərbaycan dilində adı: “BFB Kiçik və Orta Bazar Kapitalizasiyası İndeksi”; 

 

8.2. İndeksin İngilis dilində adı: “BSE Medium and Small Capitalization Composite Index”; 



 

8.3. İndeksin qısaldılmış adı: BAMIX (indeksin sonunda indeksə daxil olan səhmlərin sayını qeyd 

etməklə); 

 

8.4. İndeksin baza dəyəri:  1 000 (bir min) şərti vahid; 

 

8.5. Baza kapitallaşma: xxxxxxxx manat (xx.xx.xxxx tarixinə). 



 

 

9. Birjanın kiçik və orta şirkətlərin bazar kapitalizasiyası indeksinin strukturu 

 

9.1. İndeks Birjada listinqdən keçmiş səhmlər üzrə tərtib olunur; 



 

9.2. Hər bir emitent indeks səbətində yalnız bir səhm buraxılışı ilə təmsil olunur; 

 

9.3. İndeks səbətinə daxil olan səhmlər üzrə ödənilən dividentlər, bu dividentlərin bütövlükdə həmin 



şirkətin səhmlərinə yenidən investisiya olunacağı fərz edilərək nəzərə alınır; 

 

9.4.  İndeks  səbətinə  edilən  dəyişikliklər,  indeks  səbətinin  strukturuna  uyğun  portfelə  malik 



investorların, öz portfelindəki bütün səhmlərin satılması və əldə edilən bütün vəsaitlərin yeni səbət 

strukturuna uyğun yenidən investisiya olunacağı fərziyyəsinə əsaslanır; 

 

9.5. İndeksin yeni strukturuna minimum 5 və maksimum 100 səhm buraxılışı daxil edilə bilər; 



 

9.6.  Birja  müxtəlif  struktura  malik  bir  və  bir  neçə  kiçik  və  orta  şirkətlərin  bazar  kapitalizasiyası 

indeksi yarada bilər. 

 





10. Birjanın kiçik və orta şirkətlərin bazar kapitalizasiyası indeksinə seçim meyarları 

 

10.1. Aşağıdakı tələblərə cavab verən səhmlər indeksin tərkibinə daxil edilə bilər:  



10.1.1. Qiymətli kağızların emitenti Azərbaycan Respublikasında qeydiyyatdan keçməlidir;  

10.1.2. Qiymətli kağızlar indeks səbətinə daxil edilməzdən ən azı 15 (on beş) iş  günü əvvəl ticarətə 

buraxılmalıdır; 

10.1.3.  Qiymətli  kağızların  emitenti  ilə  bağlı  iflas,  ləğv  proseduru  başlanmamalı  və  ya  o,  vaxtaşırı 

maliyyə dayanıqlığının pozulması problemləri ilə qarşılaşmamalıdır; 

10.1.4. Qiymətli kağızlar Birjanın  Standart Bazar  və  ya Alternativ Bazar  seqmentlərində listinqdən 

keçməlidir; 

10.1.5. Səhmlər tam olaraq yerləşdirilmiş olmalıdır; 

10.1.6. İndeksin hesablanması zamanı ünvanlı əqdlər nəzərə alınmır; 

10.1.6. Qiymətli kağızlar aşağıdakı meyarlardan ən azı birinə cavab verməlidir: 

10.1.6.1.  Son  6  (altı)  ay  ərzində  Birjada  bağlanılmış  əqdlərə  əsasən  hər  bir  qiymətli  kağız  üzrə 

dövriyyə  (yerləşdirmələr  və  ünvanlı  əqdlər  istisna  olmaqla),  bu  qiymətli  kağızların  ticarətə 

buraxılmış (tədavüldə olan) miqdarının 10%-dən az olmamalıdır; 

10.1.6.2. Qiymətli kağızlar üzrə Birjada ən azı bir market-meyker təyin edilməlidir. 

 

10.2. Bu Qaydaların 10.1-ci bəndinin tələblərinə cavab verən qiymətli kağızların sayı bu Qaydaların 



9.5-ci  bəndində  nəzərdə  tutulmuş  maksimal  saydan  artıq  olduqda  indeks  səbətinə  daxil  ediləcək 

qiymətli kağızlar Birjanın İdarə Heyəti tərəfindən müəyyən edilir. 

 

10.3.  Bu  Qaydaların  10.1.-ci  bəndinin  müddəalarına  uyğun  gəlməyən  qiymətli  kağızlar  indeks 



səbətindən çıxarılır. Digər hallarda Birjanın İdarə Heyətinin qərarına əsasən qiymətli kağızlar indeks 

səbətindən çıxarıla bilər. 

 

11. Birjanın kiçik və orta şirkətlərin bazar indeksinin hesablanması 

11.1. İndeksin hesablanması bu Qaydaların 6-cı bəndinə əsasən həyata keçirilir. 

 

12.  Birjanın  kiçik  və  orta  şirkətlərin  bazar  indeksinin  nəzərdən  keçirilməsi  və  düzəlişlərin 

edilməsi 

12.1.  İndekslərin  nəzərdən  keçirilməsi  və  ona  düzəlişlərin  edilməsi  bu  Qaydaların  7-ci  bəndinə 



əsasən həyata keçirilir. 

 

 

Yüklə 238,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə