Tərtib etdi: müəl., b.ü. f d.  Babaşli a.Ə



Yüklə 102,93 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü102,93 Kb.
#6996




Fənn:

Qida fiziologiyası



Tərtib etdi:



müəl., b.ü.f.d.



BABAŞLI A.Ə.




MÜHAZİRE 4. QİDA RASİONLARININ ENERJİ DƏYƏRİNİN 

NORMALLAŞDIRILMASININ ELMİ ƏSASLARI

PLAN:

1) İnsan orqanizmində maddələr və enerji mübadiləsi.

2) Orqanizmin enerji tələbatları və məsrəfləri.

3) Əsas, aralıq və ümumi mübadilə.

4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu.

Acqalma.


5) Orqanizmin qida maddələrinə və enerjiyə olan tələbatı.


1) İnsan orqanizmində maddələr və enerji mübadiləsi.

Həyat fəaliyyəti prosesləri dissimilyasiya və assimilyasiya proseslərindən

təşkil olunmuşdur.

Dissimilyasiya - qida maddələrinin daha sadə birləşmələrə oksidləşmə

prosesi, assimilyasiya isə qidalı maddələrin sintezi prosesi deməkdir.

Adətən orqanizmdə dissimilyasiya və assimilyasiya prosesləri taraz

vəziyyət-də olurlar. Bəzən dissimilyasiya assimilyasiyaya üstün gəlir

(intensiv əmək zamanı, xörək qəbul olunmayan vaxt). Bəzən isə

assimilyasiya dissimilyasiyaya üstün gəlir (uşaqlarda, hamilə qadınlarda).

Assimilyasiya və dissimilyasiya prosesləri birlikdə maddələr mübadiləsi

adlanır. Dissimilyasiya

zamanı zülallar, yağlar və karbohidratlar

oksidləşərək enerji yaradırlar. Bu enerji: 1 - intensiv istilik əmələgəlmə

prosesinə; 2 - fıziki və əqli əməyə sərf olunur. İstilik əmələgəlmə prosesi

istiliyi 3 yolla həyata keçirir: istilik şüalanması; istilik keçirməsi;

buxarlanma istiliyi hesabına. Mənfı temperaturada hər bir adam 15 kkal

enerji itirir, fıziki işə isə 20-30% enerji sərf olunur.




Maddələr

mübadiləsi

geniş

məfhum


olub,

zülal


yağ


mübadi-lə-lərindən,

su

mübadiləsindən,



mineral

maddələr


mübadiləsindən,

vitaminlər,

karbohidratlar

mübadiləsindən

energetik mübadilədən ibarətdir. Qidalanmanın başlıca bioloji və



fızioloji mahiyyəti orqanizmdə maddələr və enerji mübadiləsini təmin

etməkdən ibarətdir. Maddələr mübadiləsi orqanzm ilə onu əhatə edən

xarici mühit arasında daim baş verən təbii ümumi proses olub, xarici

mühitdən orqanizmə həyat üçün zəruri olan bir sıra maddələrin daxil

olması, onların işlənməsi və istifadəsi, bu zaman əmələ gələn artıq və

tullantı məhsulların orqanizmdən xaric edilməsi kimi mürəkkəb qapalı

(tsiklik) dövr edən prosesləri əhatə edir. Maddələr mübadiləsi

orqanizmin həyat fəaliyyəti və daxili mühitinin nisbi kimyəvi

sabitliyini qoruyub saxlamaq üçün zəruri şərtdir. Nəticədə, lazım olan

tikinti materialları və həyat fəaliyyəti üçün zəruri olan enerji əmələ

gəlir. Mad-dələr mübadiləsi və ya metabolizm bir-birilə sıx əlaqədə,

vəhdətdə olan iki əks prosesdən ibarətdir: assimilyasiya (anabolizm)

və dissimilyasiya (katabolizm). Assimilyasiya və ya anabolizm

dedikdə, orqanizmə lazım olan qida maddələrinin mənimsənilməsi,

yeni maddələrin sintezi və onlardan böyümə və inkişaf üçün isti-fadə

edilməsi,




dissimilyasiya və ya katabolizm isə üzvi maddələrin parçalanması,

oksidləşməsi, onlardan enerjinin alınması, tullantı məhsullarının

orqanizmdən kənar edilməsi kimi prosesləri əhatə edir.

Maddələr mübadiləsi çoxlu sayda biokimyəvi reaksiyaların, başlıca

olaraq fermentativ (katalitik) reaksiyaların silsilələri və kaskadları

kimi həyata keçir və qidalanma ilə əlaqə və təsirləri olan vəsilələrdən

ibarətdir. Orqanizmdə amin turşu və zülalların, yağ və karbohidrat, su,

duz və vitamin mübadilələri kimi ayrı-ayrı metabolik reaksiyalar

zəncirləri də mövcuddur. Bütün bu mübadilə prosesləri müx-tə-lif

səviyyələrdə fəaliyyət göstərən tənzimləyici mexanizmlər vasitəsilə

idarə edi-lir. Bu mexanizmlər mərkəzi sinir sistemi vasitəsilə idarə

edilir. Mərkəzi sinir sis-temi bilavasitə və hormonlar vasitəsilə bütün

mübadilə

proseslərini

əlaqələndirir.

Bəzi


hormonlar

maddələr


mübadiləsinin yalnız bəzi növlərinə tənzimləyici təsir göstərir.

Qalxanvari vəzin hormonları daha çox zülal mübadiləsini, mədəaltı

vəzin və böyrəküstü vəzilərin hormonları şəkər və yağ mübadilələrini,

böyrəküstü və-zilərin və hipofızin bəzi hormonları isə su və duz

mübadiləsini aparırlar.



Qanda

şəkər


digər


zəruri

qida


maddələrinin

səviyyəsi

neyrohumoral yolla tənzimlənilir.

Bəzi fızioloqlar hesab edirlər ki, orqanizmdə mərkəzi və periferik

sinir sistemləri maddələr mübadiləsini reflektori olaraq, mübadilə

refleksləri şəklində tənzimləyə bilir.

Maddələr mübadiləsinin anabolik tərəfı amin turşularından zülalların,

sadə şəkərlərdən mürəkkəb şəkərlərin, yağ turşuları və qliserindən

yağların, nukleotidlərdən nuklein turşularının sintezini, müxtəlif

sintetik çevrilmələri, qurucu, bərpa və yeniləşmə proseslərini əhatə

edir. Katabolik tərəf isə qida maddələrinin (zülal, yağ, şəkər) əvvəlcə

öz tərkib hissələrinə (aminturşulara, monosaxaridlərə, yağ turşuları və

qliserinə), onların isə, öz növbəsində son məhsullara (H

2

O, CO



2

, NH


3

,

N



2

)

qədər



parçalanması,

öz

molekulyar



atomar


kimyəvi

əlaqələrində daşıdığı potensial enerjidən ayrılması və yeni bioloji

enerji daşıyıcılarının əmələ gəlməsi və onların istifadə edilməsi,

tullantı şlaklardan və zərərli (toksiki) maddələrdən azad olması kimi

prosesləri əhatə edir.



2) Orqanizmin enerji tələbatları və məsrəfləri.

Maddələr mübadiləsi nəticəsində orqanizmdə enerji əmələ gəlir. 1

qram zülal, şəkər və yağ parçalandıqda ümumilikdə hər birinin kalori

əmsalını nəzərə aldıqda, 17 kkalori (4+4+9=17) qədər enerji ayrılır.

Əsas bioloji enerji, hüceyrələrdə enerji blokları funksiyasını yerinə

yetirən


mitoxondrilərdə,

onların


xüsusi

metabolik

oksidləşmə

qazanında - Kreps tsiklində, az miqdarda isə qeyri-oksidləşmə

(qlikoliz) yolu ilə sitoplazmada əmələ gəlir. 1 q molekul şəkər

oksidləşdikdə mitoxondrilərdə təxminən 36 molekula makroerqiq

enerji daşıyıcısı-adenozintrifosfat (ATF) sintez olunur. Əmələ gələn

ATF əsasən hüceyrələrin bölünməsinə, əzələ işinə, sinir fəaliy-yətinə,

sintez və nəqliyyat proseslərinə sərf olunur. Orqanizmdə enerji sərfı

vahidi ki-mi kalori və ya coul qəbul olunub və adətən kilokalori və ya

kilocoul ilə ifadə edilir.

Bütün qida maddələri müəyyən enerji ehtiyatlarına malikdir. Əgər orta

ömür sü-rən adamın öz həyatı boyu 1,3 ton yağ, 2,5 ton zülal və 12,5

ton karbohidrat mə-nim-sədiyini nəzərə alsaq, onda bu qədər qida

maddəsinin

verə


biləcəyi

enerjinin

çox

böyük


qiymətlərlə

ölçüldüyünü hesablaya bilərik.




Orqanizmdə ayrılan ener-ji-nin miqdarı, onda baş verən kimyəvi

çevrilmələrdən, yəni maddələr mübadilə-sindən və orqanizmin enerjiyə

olan cari tələbatlarından asılıdır. Əmələ gələn ener-ji-nin xeyli hissəsi -

40%-ə qədəri istiliyə çevrilir ki, onun da bir hissəsi insanda sa-bit bədən

temperaturasının (36-37°S) təmin olunmasına sərf olunur, qalanı isə

orqa-nizmdən xaricə konveksiya edilir. Orqanizmdə olan istilik, xarici

mühitin tem-peraturu və toxumalarda enerji əmələ gətirən proseslər ilə

sıx əlaqədə tənzimlənilir. Orqanizm tərəfındən ayrılan istiliyin miqdarı

maddələr mübadiləsinin mühüm göstəricisi kimi qəbul edilmişdir. Bu

göstərici, başqa sözlə, orqanizm tərəfındən ayrılan kalorilərin miqdarı,

bütün enerji çevrilmələrinin son istilik nəticəsi kimi xarakterizə edilir və

kəmiyyətcə ölçülə bilər. Orqanizmdə enerjinin bu yolla ölçülməsi birbaşa

kalorimetriya adlanır. Bu metodla kalorinin ölçülməsi xüsusi kalorimetrik

kameranın və ya kalorimetrik cihazların köməyi ilə həyata keçirilir.

Orqanizmdə maddələr və enerji mübadiləsinin intensivliyi haqqında,

qazlar mübadiləsinin nəticələrinə, nəfəsalma və nəfəsvermə prosesləri

zamanı udulan və buraxılan oksigen və karbon qazının miqdarına görə də

mühakimə yürütmək olar.




Qazlar mübadiləsində ayrılan enerjinin miqdarının təyini

dolayı


kalorimetriya

adlanır.


Orqanizmdə

hansı


qida

maddəsinin oksidləşməsindən nə qədər enerji ayrıldığını

hesablamaq üçün tənəffus əmsalı deyilən göstəricidən

istifadə edilir. Tənəffüs əmsalı dedikdə, ayrılan karbon

qazının miqdarının udulan oksigenin miqdarına olan nisbəti

nəzərdə tutulur. Məsələn, karbohidratların oksidləşməsinin

cəm reaksiyasının ümumi düsturu aşağıdakı kimidir:

/C

6



H

10

O



5

/

n



+ 6nO

2

= 6nCO



z

+ 5nH


2

O

Buradan göründüyü kimi, oksidləşmə zamanı əmələ gələn



karbon qazı

mole­ku­lalarının sayı, sərf olunan oksigen

molekulalarının

sayına


bərabər

olur.


Ümu­miyyətlə,

karbohidratların oksidləşməsində tənəffüs əmsalı

vahidə

bərabər götürülür.



Yağlarda bu göstərici 0,7-yə bərabərdir. Tənəffus əmsalının

qiymətini bilərək, xüsusi cədvəlin köməyi ilə oksigenin

istilik ekvivalentini təyin etmək olar. Oksigenin istilik

ekvivalenti

tənəffüs

əmsalının

müxtəlif

qiymətlərində

müxtəlifdir.



Orqanizm tərəfindən udulan və ayrılan oksigen və karbon

qazının


miqdarını

təyin


etmək

üçün


Duqlas-Xolden

metodundan istifadə edilir. Bu metoda görə, sınaq edilən

şəxsin ağzına müştük alıb, burnunu bərk tuturlar və verilmiş

zaman ərzində nəfəsvermədə buraxılan havanı xüsusi rezin

balona yığırlar. Bunun üçün balondan hava nümunəsi götürülür

və onda oksigen və karbon qazının miqdarını təyin edirlər.

Buradan

qazların


miqdar

faizləri


arasındakı

fərqə


görə

mənimsənilməsi, oksigenin, azad edilmiş karbon qazının

həcmi



tənəffüs



əmsalı

müəyyənləşdirilir.

Sonra

bu

qiymətlərə görə oksigenin istilik ekvivalentini hesablayırlar.



Beləliklə,

verilmiş


metodla

qazlar


mübadiləsi

öyrənilən

müddətdə

maddələr


mübadiləsinin

intensivlik

səviyyəsi

haqqında mühakimə yürüdülür.



3) Əsas, aralıq və ümumi mübadilə.

Bədən


orqanlarının

fəaliyyətinə

sərf

olunan


enerji

əsas


mübadilə kimi xarakterizə edilir. İnsanda əsas mübadilə nisbi

sükunət vəziyyətində (sakit uzanmış halda), havanm otaq

temperaturunda (22°C), yeməkdən 14-16 saat qabaq öyrənilir.

Əsas mübadilənin orta enerji qiymətləri 1 kkalori/kq saat

nisbəti kimi ifadə edilir. Əsas mübadilənin qiyməti yaşdan,

cinsdən və digər amillərdən asılıdır (cədvəl 1).




Yaşlı əhali qrupu üçün cinsdən, bədən kütləsindən və yaşdan asılı 

olaraq əsas mübadilə zamanı ayrılan enerjinin miqdarı (Qapparov, 

1989)

Bədən kütlesi, kq



Əsas mübadilə enerjisi, kkal

18-29 yaş

30 – 39 yaşda

40-59 yaşda

60-74 yaşda

K İ Ş İ L Ə R

50

1450



1370

1280


1180

55

1520



1430

1350


1240

60

1590



1500

1410


1300

65

1670



1570

1480


1360

70

1750



1650

1550


1430

75

1830



1720

1620


1500

80

1920



1810

1700


1570

Q A D I N L A R

40

1080



1050

1020


960

45

1150



1120

1080


1030

50

1230



1190

1160


1100

55

1300



1260

1220


1160

60

1380



1340

1300


1230

65

1450



1410

1370


1290

70

1530



1490

1440


1360


Əsas

mübadilə


kişilərdə

qadınlardakından,

uşaqlarda

qocalardakından yüksəkdir. Əsas mübadiləni öyrənmək üçün

sınaq edilən adamı uzadıb, sakit vəziyyətə gətirir və 30

dəqiqədən sonra qazlar mübadiləsini təyin edirlər. Bu zaman

bədən enerjisi ürəyin işi, tənəffüs, bədən temperaturasının

saxlanılması və digər bu kimi visseral (daxili) funksiyalara sərf

olunur. Əsas mübadilə zamanı enerji məsrəfi əsasən hüceyrələrin

fəaliyyəti ilə bağlıdır. Əsas mübadilənin kalori qiymətləri

kişilərdə 4200-dən 8400 kilocoula, qadınlarda isə 4200-dən 7140

kilocoula qədər dəyişilə bilər. Əsas mübadilənin qiyməti yuxu

zamanı oturaq dövrünə nisbətən 8-10% azalır. Zehni fəaliyyət

zamanı əsas mübadilə 2-3% artır. Hüceyrələrin daxilində

maddələrin və enerjinin çevrilməsi prosesləri, hüceyrədaxili

mübadilə aralıq mübadilə adlanır. Aralıq mübadilə nəticəsində

hüceyrələrdə ferment zülalları, hormonlar və müxtəlif üzvi

birləşmələrin sintezi, böyümə və inkişafı, onların spesifık

funksiyaları həyata keçir.



Ümumi mübadilə, maddələr və enerji mübadiləsinin əsas

tərkib hissələrini əhatə edir və insan fəaliyyətini təmin

edən əsas şərtlərdən biridir. Ümumi mübadilə əzələ işi,

əmək artdıqda daha da intensivləşir. Bununla əlaqədar

olaraq, müxtəlif peşə işçiləri sutka ərzində müxtəlif

həcmdə enerji (kalori) sərf edirlər, (12600-dən 21000

kilocoula

qədər).


Gərgin

emosional

vəziyyətlərdə,

ekstremal təsirlər və stress situasiyalarında orqanizmin

ümumi maddələr və enerji mübadiləsi xeyli artır. Qidanın

qəbulundan sonra maddələr mübadiləsi 10-40% yüksəlir.

Qidanın maddələr mübadiləsinə bu cür güclü təsiri mədə-

bağırsaq aparatının fəaliyyətindən asılı deyildir. Ona

qidanın

mübadiləyə



spesifık-dinamik

təsiri


deyilir.

Qidanın qəbuluna orta hesabla 10-15% enerji sərf olunur.

Lakin

ayrı-ayrı



qida

maddələri

mübadiləni

müxtəlif


səviyyələrdə intensivləşdirə bilər. Zülallar onu 30-40%,

yağlar 4-14%, karbohidratlar isə 4-7% artırır.




4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın

rolu. Acqalma.

Yaşlı sağlam (normal) insan orqanizmi əhatə olunduğu xarici mühit

şəraiti ilə tarazlıqda olur. Bu orqanizmin həyat fəaliyyəti üçün zəruri

şərtdir. Yaşlı orqanizmdə maddələr mübadiləsinin normal balansı,

qəbul edilən qida ilə sərf edilən enerji arasındakı nisbətlə müəyyən

olunur.


Qidalanma eyni zamanda orqanizmin daxili maye mühitində (qan,

limfa, be-yin-onurğa beyin mayesi, toxuma və ya hüceyrələrarası

maye, hüceyrədaxili möh-tə-viyyat və s.) üzvi və qeyri-üzvi maddələr

tərkibinin nisbi sabitliyinin, home-os-ta-tik stasionar vəziyyətinin

qorunub saxlanmasında mühüm rol oynayır. Qəbul edilən qida ilə sərf

edilən enerji arasında nisbət, habelə daxili mühitin nisbi sabitliyi

müəyyən şəraitlərdə pozula bilər. Normal qidalanma orqanizmdə

enerji və onun ehtiyatlarının tənzimlənmiş şəkildə sərf olunması üçün

şərtdir. Bu, daxili mühitin kimyəvi tərkibinin tənzimlənməsinə də

aiddir. Fizioloji aclıq üçün də bu səciyyəvi olan bir haldır. Amma hər

iki şəraitdə enerji sonrakı qidalanma nəticəsində bərpa olunur.

Uzunmüddətli

acqalma

zamanı


isə

toxuma


hüceyrələrin

metabolizminin, quruluş və funksiyalarının dönməz dəyişiklikləri,

homeostazm pozulması baş verir və bu ölümlə nəticələnə bilər.




Sistematik olaraq, normadan artıq qidalanma isə əksinə,

orqanizmin toxuma depolarında qida maddələri (şəkər, yağ)

ehtiyatlarının dolması, orqanizmdə piylənmə kimi arzuolunmaz

patoloji


vəziyyətin

yaranmasma

səbəb

olur.


Maddələr

mübadiləsinin tənzimindəki tarazlığın pozulmasında rast gəlinən

bu

kimi


kənar

mənfı


vəziyyətlər,

qidalanmanın

düzgün

qurulmasının vacibliyini bir daha təsdiq edir.



Maddələr mübadiləsində baş verən ağır dəyişikliklərin qarşısı,

tənzimləyici mexanizmlər tərəfındən qabaqcadan alınır. Hüceyrə,

toxuma, üzv və üzvlər sistemi və bütöv orqanizm səviyyəsində,

daxili mühitin nisbi sabitliyini qoruyub saxlayan fermentativ,

hormonal və sinir mexanizmləri vardır və onlar maddələr

mübadilə-sini

tənzimləməklə

orqanizmin

ümumi

stasionar



vəziyyətini

nizamlayırlar.

Home-os-tazın

qoruyub


saxlanılmasında

daxili


sekresiya

vəzilərinin

(endokrin

üzvlərinin) ifraz etdiyi metabolik hormonların xüsusi rolu vardır.




Metabolizmin assimilyasiya (anabolik) tərəfı daha çox hipofız vəzin

boy hormonu (somatostatin), qalxanvari vəzin tiroksin hormonu,

mədəaltı vəzin insulin hormonu, cinsi vəzilərin estrogen və androgen

hormonları

tərəfındən

tənzimlənilir.

Dissimilyasiya

(katabolik)

tərəfi-nin tənzimində isə mədəaltı vəzin qlyukoqon hormonu,

böyrəküstü vəzilərin kate-xolalein (adrenalin, noradrenalin) və

qlükokortikoid steronu (kortizon, hidrokor-ti-zon və s.) hormonları

mühüm əhəmiyyətə malikdirlər. Sinir və humoral tənzimlə-mə

mexanizmləri bəzi metabolik prosesləri spesifık olaraq idarə edir,

onlarda ta-raz-sızlıq (disbalans) yarandığı hallarda korreksiyaedici,

uyğunlaşdırıcı (adaptiv) tə-sir göstərir. Maddələr mübadiləsinin

hüceyrələr səviyyəsində kimyəvi tənzimlən-mə-sində anabolik və

katabolik

fermentlərin

rolu

da

böyükdür.



Qida

maddələrinin

(amin-turşuları, yağ turşuları və mono- və disaxaridlər) mürəkkəb

sintez proseslə-rinə qoşulmasını, onların çevrilmələrini və ümumi

plastik

mübadiləni



tənzimləyən

anabolik


fermentlər

(müxtəlif

sintetazalar, transferazalar və s.) və qida maddələri-nin oksidləşməsi

(parçalanması)

hesabına

bioloji


enerjinin

hasilini


tənzimləyən

katabolik fermentlər (müxtəlif oksidazalar, hidrolazalar və s.) birlikdə

ümumi me-ta-bolizmin ayrı-ayrı reaksiyalar zənciri səviyyəsində

tənzimlənməsini təmin edirlər.




Orqanizmdə gedən mübadilə proseslərinin, o cümlədən kimyəvi

dəyişikliklər və adaptasiya hadisələrinin qarşılıqlı əlaqəsini və

vəhdətini təmin edən əsas prinsip, müxtəlif qida maddələri və toxuma

komponentlərinin enerjisinin ekvivalentliyi ideyasına əsaslanır. O

zaman ki, əsas "yanacaq" növləri (karbohidratlar və yağlar) vasitəsilə

orqanizmə daxil olan kalori, orqanizm tərəfındən sərf olunan

kaloridən az olarsa, onda orqanizmdə həm qida vasitəsilə daxil olan

zülallar, həm də öz məxsusi zülalları parçalanmağa başlayır; bu

orqanizmin, onun əzələ və orqanlarının haldan düşməsinə gətirib

çıxarır. Bu kimi vəziyyət uzunmüddətli tam aclıq zamanı yarana bilər.

Qısamüddətli və ya fızioloji acqalmadan fərqli olaraq uzunmüddətli

və ya pataloji acqalma orqanizmin elə vəziyyətidir ki, bu zaman xarici

qidadan məhrum olan orqanizm "özü-özünü" yeyir, başqa sözlə, o

endogen qidalanmaya keçir və bu yolla öz energetik tələbatlannı

təmin edir. Acqalma zamanı ağır, fatal vəziyyət baş verənə qədər

orqanizmin metabolizmində bir-birilə bağlı olan səciyyəvi dəyişiklik

və proseslər inkişaf edir. Dolu bədənli sağlam adam birdən-birə

yeməkdən məhrum olarsa və bu hal gün-lərlə davam edərsə, onun

orqanizmində aşağıdakı kimi mənfı dəyişikliklər mü-şa-hidə edilir.



Qanda şəkərin (qlükoza) miqdarı tezliklə aşağı düşür və bu, insulin

hormonunun az, qlyükoqon hormonunun isə çox ekssekresiya olunmasına,

qara-ci-yərdə

ehtiyat


şəkər

kimi


saxlanılan

qlikogenin

sürətlə

parçalanmasına (qliko-ge-no-liz) gətirib çıxarır. Əgər orqanizm bir sutka



ərzində qida qəbul etməzsə, onun qli-ko-gen ehtiyatı təxminən tükənir.

Aclığın ikinci sutkasında isə orqanizmdə yeni pro-seslər silsiləsi meydana

gəlir. Yağları parçalayan lipaza fermentlərinin fəal-laş-ması ilə əlaqədar

olaraq yağ depolarındakı mürəkkəb yağlardan çoxlu yağ turşuları əmələ

gəlir və qaraciyərdə oksidləşir. Yağ depolarından (dərialtı piy təbəqəsi,

da-xili orqanlar üzərində yığılan piyliklər) səfərbər olan yağ turşularının

oksidləş-məsi hesabına periferik toxumaların, qaraciyərin və digər daxili

orqanların enerjiyə olan tələbatı ödənilir. Piy toxuması bir neçə gün, hətta

həflə ərzində orqanizmi enerji ilə təmin edə bilər. Orqanizm ilk həftələr

ərzində


uzunmüddətli

aclığa


uyğunlaşdıqca,

qaraciyərdə

yağların

oksidləşməsi nəticəsində əmələ gələn keton maddələrinin miq-darı kəskin

olaraq artır, piruvat, oksalasetat kimi madddələrin çatışmazlığı üzündən

Krebs tsikli (limon turşusu və ya üç karbonlu maddələr tsikli) vasitəsilə bir

sıra vacib metabolitlərin axını zəifləyir.

Ürək və beyin kimi orqanlar öz enerji tələbatlarını keton maddələri hesabına

ödəməyə

uyğunlaşmağa



başlayırlar.

Əgər


keton

maddələri

istifadə

olunmadan artıq əmələ gələrsə, onda orqanizmdə meta-bo-lik asidoz yaranır,

aclıq davam etdiyi hallarda enerji üçün toxuma zülallarının sərf edilməsi

başlanır.

İlk olaraq, mədə-bağırsaq toxumasınm, mədəaltı vəzin, sonra di-gər daxili

orqanların (qaraciyər, dalaq), daha sonra əzələlərin və nəhayət, beynin la-bil




Aminturşuların katabolizmi sürətlənir və orqanizmin enerji ehtiyacları artıq

onların hesabına təmin edilir. Uzun müddətli aclığın son mərhələlərində

beyin öz enerji təminatını periferik orqanlarda gedən ka-ta-bolik proseslər

nəticəsində əmələ gələn energetik substratların, ən çoxu isə p-oksibutiratın

oksidləşməsi hesabına ödəyir. Eyni zamanda əzələ toxumasının küt-ləsi,

orqanizmin ümumi fəallığı və enerji sərfi azalır. Nəhayət, bütün növ

qlikogen, yağ və mobil zülal ehtiyatları tükəndikdə, orqanizm, hətta ürək,

ağciyər, qan və s. bu kimi həyata vacib olan toxumaların struktur zülallarını

sərf edir. Kollaps nəticəsində ölüm baş verir. Tam acqalma zamanı insan

orqanizminin yaşama müddəti yaşlılarda 65-70 gün hesab edilir. Cavan

orqanizm yaşlı orqanizmə nisbətən tez tələf olur. Qoca adamlar cavanlarla

müqayisədə acqalmaya daha dözümlüdürlər. Çünki onlarda maddələr

mübadiləsi, onsuz da çox yavaş həyata keçir. Qadınlar kişilərə nisbətən

aclığı daha yüngül keçirirlər. Hesab edilir ki, orqanizmin piy ehtiyatları nə

qədər çox olarsa, onun acqalma müddəti bir o qədər uzun çəkə bilər. Lakin

eyni köklüyə malik olan müxtəlif adamlar, aclıqdan eyni şəraitdə ən

müxtəlif müddətlərdə tələf ola bilər. Bu, görünür orqanizmin aclığa fərdi

dözümlülüyündən,

onun

sinir


sisteminin

xüsusiyyətindən,

maddələr

mübadiləsinin və digər fiınksiyalarının səviyyəsi və xarakterindən asılıdır.




5) Orqanizmin qida maddələrinə və enerjiyə olan tələbatı.

Termodinamika nöqteyi-nəzərincə insan orqanizmi açıq sistemlərə aid

edilir. Çünki o, daima xarici mühitlə həm maddələrlə, həm də enerji ilə

təmasda olur. Hələ 1780-ci ildə A.Lavuazye canlı orqanizmlərdə istiliyin

ölçülməsini işləyib hazırlamışdır (şəkil 1). Onun kalorimetri bilavasitə

fasiləsiz üsulla ayrılan istiliyi qeydə almışdı. İntensiv mübadilə

proseslərinin birbaşa ölçülməsi, ona ilk dəfə enerjinin saxlanması

qanununu canlı orqanizm üçün tətbiq etməyə imkan vermişdi.



Şəkil 1. Kalorimetrik kameranın sxemi


Həyat fəaliyyəti prosesində orqanizm tərəfındən itirilən enerji isə qida

maddələrinin hüceyrələrdə oksidləşmə və sadə maddələrə çevrilməsi

ilə bərpa olunur. Eyni zamanda, müxtəlif növdə müəyyən enerji də

aynlır ki, bu da iş görülməsinə, bədənin temperaturunun sabit

saxlanmasına və s. işlərə sərf olunur.

Termodinamikanm ikinci qanununa görə isə, enerjinin çevrilməsi

prosesləri onun müəyyən hissələrinin istilik şəklində yayılması ilə baş

verir. Bədənin, yaxud sistemin ümumi daxili enerjisi işə çevrilə bilən

sərbəst enerjidən və birləşmiş enerjidən ibarət olur:

U = F + Ç

Burada, U - sistemin ümumi daxili enerjisi; F - sərbəst enerji; Ç -

birləşmiş enerjidir.

Birləşmiş enerji daxili enerjinin o hissəsidir ki, götürülən şəraitdə

enerjinin başqa formalarına çevrilə bilmir. Bu proseslərin ümumi

istiqamətinin sistemdə axan daxili enerjinin azalması, yaxud ehtimal

tərəfə gedir. Sistemin qaydaya salınması üçün yaxud ehtimalı ölçüsü

kimi burada entropiya çıxış edir. Təbii olaraq, sistem nə dərəcədə

nizamlı olarsa, onun ehtimalı və entropiyası da bir o qədər az olar.

İnsan orqanizmi (digər canlı orqanizmlərdəki kimi) üçün aşağı

entropiya

xarakterikdir.

Onda


olan

fasiləsiz

proseslər

zənciri


entropiyanı aşağı səviyyədə saxlağa yönəlmişdir.


Qida maddələri orqanizmdə kinetik enerjiyə çevrilə bilər və

bununla da iş görə bilər. Qida maddələrinin molekulları

tərəfındən toplanan bu potensial enerji canlı orqanizmin daima

mövcud olmasını təmin edir. Beləliklə, insan orqanizmi yalnız

xaricdən daxil olan sərbəst enerji hesabına yaşaya bilər.

Orqanizmin energetik sərfləri əsas mübadiləyə, qidanın spesifık-

dinamik təsirinə və müxtəlif növ fəaliyyətə çəkilən sərfləri

özündə əks etdirir. Əsas mübadilə prosesində enerji orqanizm

sisteminin

həyat


fəaliyyəti

funksiyalarının

tələb

olunan


səviyyədə

saxlanmasına

sərf

olunur.


Əsas

mübadilənin

enerjisinin bu qiyməti hər bir adam üçün fərdi olur, həm də eyni

zamanda sabitdir. Yaşlı kisilər üçün bədənin 71 kq-lıq orta

kütləsində onun miqdan 1700 kkal-a (7112,8 kcoul-a) və cavan

qadınlar üçün bədənin 55 kq-lıq orta kütləsində 1400 kkal-a

(5857,6 kcoul) çatır. Təxmini olaraq, 1 saatda əsas mübadilədən

ayrılan enerjinin miqdarını hər 1 kq bədən kütləsi üçün 1 kkal

(4,184 kcoul) qəbul etmək olar.



Qidanın spesifık-dinamik təsiri ilə isə əsas mübadilə prosesində

enerji


həzm

prosesləri

hesabına,

qidanın


sorulması

mənimsənilməsi hesabına 10-15 dəfə artır.



Enerji sərfinin növü isə insanın müxtəlif fəaliyyət proseslərinə

sərf olunan enerjini özündə birləşdirir. Energetik sərfləri təyin

etmək üçün müxtəlif laboratoriya metodlarına, birbaşa və birbaşa

olmayan kalorimetriyaya müraciət edirlər. İnsanın istilik itkisini

birbaşa ölçmək üçün lazım olan qurğular çox iri və quruluşuna

görə


mürəkkəbdirlər.

Ona


görə

Duqlas-Holden



xronometraj

metodları

ilə


qaz

mübadiləsinin

öyrənilməsi

metodları da geniş yayılmışdır. Xronometraj metodu hər bir



fəaliyyət növünə çəkilən vaxtı qeyd etməyə imkan verir.

Yüklə 102,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə