Tərtər Bölgə Təcrübə Stansiyası Direktor: Həşimova Həqiqət Cavanşir qızı (müvəqqəti həvalə edilib ) Baş mühasib



Yüklə 24,28 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü24,28 Kb.
#49854


Tərtər Bölgə Təcrübə Stansiyası 

Direktor: Həşimova Həqiqət Cavanşir qızı (müvəqqəti həvalə edilib ) 

Baş mühasib: Zeynalov Teymur Məzahir oğlı 

                            Bitki seleksiyası  və toxumçuluğu şöbəsi 

Şöbə müdiri: Şərbətov Saleh İmanqulu oğlu 

Abbasov Vaqif Əlasdan oğlu- elmi işçi 

Nəzərov Bəhruz Bayram oğlu –elmi işçi 

Qasımova Zəminə Vahid qızı  – aqronom 

Əliyev İntiqam Əli oğlu - aqronom 

Orucova Familə Dilən qızı – aqrotexnik 

Şahbazov Bəxtiyar Şahmar oğlu– aqrotexnik 

Babayev Aynur İmran oğlu- aqrotexnik 

Qasımov Səyyar Vəli oğlu- aqrotexnik 

Şahbazov Rəfiqə Tahir qızı- aqrotexnik 

Abbasova Minarə Əlastan – aqrotexnik 

Əhmədova  Fatma  Həqiqət qızı- aqrotexnik 

Ağayarova Havvaxanım Savalan qızı- aqrotexnik 

 

Toxumçuluq şöbəsi 

Şöbə müdiri: Abdullayev Ayaz Abdulla  oğlu 

Mehdiyev Ziyəddin Bahməli oğlu-elmi işçi 

Məhərrəmov Arif səlim oğlu-kiçik elmi işçi 

Səfərov Valeh Əsgər oğlu-aqronom 

İbrahimov Elnur Tofiq oğlu- böyük aqrotexnik 

Şaşayev Elyar Məhəmməd oğlu-aqrotexnik 

Qurbanova Ülviyyə Rəhman qızı-aqrotexnik 

 

Becərmə texnologiyası şöbəsi 

 

Şöbə müdiri: Səfərov  İlqar Nazim oğlu 

Mizai Gülnar Rafiq qızı-elmi işçi 

Məhərrəmov Mayıl Hümbət oğlu-aqronom 

Talıbov asif Məhəmməd oğlu-aqrotexnik 

Xəmimi Həbibova Məlahət Abbas qızı-aqrotexnik 

Qarayev Ofeliya Xəlil qızı-aqrotexnik 

Rəcəbov Seymur Bəhmən oğlu-aqrotexnik 

 

 




Azərbaycan SSR  Kənd  Təsərrüfatı  Nazirliyinin  05  iyun  1956-cı  il  tarixli  402 

nömrəli  əmri  ilə  Azərbaycan  ET  Əkinçilik  İnstitutunun  strukturuna  daxil  edilən 

Tərtər  Bölgə  Təcrübə  Stansiyası  “Azərbaycan  Aqrar  Elm  Mərkəzinin  və  onun 

tabeliyindəki 

elmi-tədqiqat 

institutlarının  strukturunun  təkmilləşdirilməsi 

haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 

109  nömrəli  qərarı  və  Azərbaycan    Respublikası    Kənd  Təsərrüfatı    Nazirliyinin  

30  oktyabr  2015-ci  il  tarixli  110  nömrəli  əmrilə  Əkinçilik  Elmi-Tədqiqat 

İnstitutunun  struktur  tabeliyində  fəaliyyət  göstərən  büdcədən  maliyyələşən  və 

qismən  təsərrüfat  hesablı  dövlət  müəssisəsidir.  Əkinçilik  Elmi-Tədqiqat 

İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının  fəaliyyətinin əsasını elmi-tədqiqat 

işlərini  yerinə  yetirməklə  təsərrüfatın  rentabelliyinin  yüksəldilməsi  məqsədilə 

institutun  rayonlaşmış,  aqro-bioloji  xüsusiyyətləri  və  yüksək  təsərrüfat 

göstəricilərilə  fərqlənən  dənli,  dənli-paxlalı  və  yem  bitki  sortlarının  ilkin 

toxumçuluğunun  təşkilini  və  müxtəlif  reproduksiyalı  toxumlarının  istehsalını 

həyata  keçirir,  taxılçılıqda  yüksək  məhsulun  əldə  olunması  üçün  rayonlaşmış  və 

perspektiv  sortların  sort  aqrotexnikasını  öyrənməklə  respublikanın  suvarma 

bölgələri üçün tövsiyələr verir və institut tərəfindən verilmiş sifariş və digər elmi-

tədqiqat işlərini yerinə yetirir.

 

Stansiyanın fəaliyyət istiqamətləri aşağıdakılardır: 



-dənli,  dənli-paxlalı,  yem  və  digər  kənd  təsərrüfatı  bitkilərinin  seleksiyası, 

toxumçuluğunun  inkişaf  etdirilməsi  sahəsində  elmi-tədqiqat  işləri  aparır  və  elmi 

müəssisələrin nəzəri elmi-tədqiqat işlərinin istehsalata tətbiq edilməsində fəal iştirak 

edir; 


-nümunəvi  əkinçilik  və  torpaq  becərmə  sistemini  tətbiq  etməklə  kənd  təsərrüfatı 

məhsullarının  istehsalını  artırır,  yeni  və  daha  yüksək  məhsuldarlığa  malik,  xəstəliyə 

və ziyanvericilərə davamlı dənli, dənli-paxlalı və yem bitki sortlarını yetişdirir; 

-Əkinçilik  sahəsində  qabaqcıl  elmi  təcrübələri  öyrənir,  sınaqlarını  təşkil  edir  və 

istehsalata tətbiqinin həyata keçirilməsində iştirak edir. 

Stansiya öz fəaliyyətində aşağıdakı vəzifələri daşıyır: 

-Əkinçilik  Elmi-Tədqiqat  İnstitutu  tərəfindən  verilmiş  sifariş  əsasında  elmi-tədqiqat 

işlərinin  yerinə  yetirilməsində  bilavasitə  iştirak  etməklə,  onların  tərtib  olunmuş 

metodika əsasında yerinə yetirilməsinə şərait yaradır; 

-dövlət  reyestrinə  daxil  olan  dənli,  dənli-paxlalı  və  yem  bitkilərinin  ilkin 

toxumçuluğunu təşkil edir; 

-Respublikada  toxumçuluq  fəaliyyəti  ilə  məşğul  olan  dövlət  və  özəl  toxumçuluq 

təsərrüfatlarını rayonlaşmış dənli, dənli-paxlalı və yem bitki sortlarının orijinal (super 

elit və elit) toxumları ilə təmin edir; 

-rayonlaşmış  dənli,  dənli-paxlalı,  yem  və  digər  bitki  sortlarından  suvarma  şəraitində 

sabit  və  yüksək  məhsul  alınmasını  təmin  edən  mütərəqqi  becərmə  texnolgiyasını, 

növbəli əkin sistemini hazırlayır, təkmilləşdirir və tətbiq edir; 

-yerli  şəraitə  uyğun  olan  elmi-tədqiqat  işlərinin  nəticələrini  və  mövcud  qabaqcıl 

texnologiyanı öyrənir və tətbiq edir; 

-institut  tərəfindən  müəyyən  edilmiş  kapital  qoyuluşu  tapşırıqlarının  yerinə 

yetirilməsini təmin etmək üçün ayrılmış vəsaitlərdən səmərəli istifadəni təmin edir; 

-stansiyaya  təhkim  olunmuş  əsas  istehsal  vasitələrindən,  o  cümlədən  torpaqdan 

səmərəli istifadəsini və onun qorunmasını təmin edir; 



-institutla razılaşdıqdan sonra müqavilə əsasında fermerlərlə elmi-tədqiqat işləri aparır 

və tədqiqatın nəticələrini istehsalata tətbiq etmək üçün qarşılıqlı müqavilələr bağlayır; 

-istehsalçılarla  istehlakçılar  arasında  əlaqələrin  möhkəmləndirilməsi  məqsədilə 

rayonlaşmış və perspektivli bitki sortlarından ibarət nümayiş əkinlərini təşkil edir. 

Stansiyada  rayonlaşmış sortların 250 hektar sahədə toxumçuluğu təşkil  olunmuşdur. 

Hər  il  burada  dənli  bitkilərin  500-700  ton  yüksək  reproduksiyalı  toxumu  istehsal 

olunur  ki,  o  da  respublikada  fəaliyyət  göstərən  dövlət  və  özəl  toxumçuluq 

təsərrüfatlarına bölgü əsasında verilir.  

Stansiyada  uzun  illər  V.N.  Qromaçevski,  S.V.  Rojanovski,  V.İ.  Ulyanişev,  N.V. 

Rojanovskaya  və  başqaları  işləmişlər.  1970-ci  ildən  başlayaraq  akademik 

C.Ə.Əliyevin  rəhbərliyi  ilə  yeni  sortların  yaradılması,  yüksək  reproduksiyalı 

toxumların  istehsalı  üçün  aparılan  kompleks  seleksiya  işlərində  Ə.C.  Musayev,    

M.Q.  Əhmədov,  V.F.  İbadov,  H.S.  Hüseynov,  M.H.  Seyidov,  A.M.  Abdullayev,     

Z.Ə. Məmmədov, M.N. Mahmudov, M.A. Babayev fəal iştirak  etmişlər. Yeni buğda 

sortlarının  becərilmə  texnologiyalarının  işlənib  hazırlanmasında  S.İ.  Süleymanovun 

və institutun digər  əməkdaşlarının böyük  xidmətləri olmuşdur.  

Stansiyada  “Bitki  seleksiyası”,  “Toxumçuluq”  və  “Becərmə  texnologiyası” 

istiqamətlərində  üç  şöbə  fəaliyyət  göstərir.  Burada  38  nəfər  çalışır  ki,  onun  da  5 

nəfəri elmi tədqiqatçıdır.  

Tərtər BTS 

             



 

      


      

  

 


    

Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə