Tərcüməçidən



Yüklə 2,45 Mb.
səhifə2/30
tarix02.06.2018
ölçüsü2,45 Mb.
#46964
1   2   3   4   5   6   7   8   9   ...   30

1. Bu ayənin Əli (r.a)-yə görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb.İbn Kəsir bu baradə olan rəvayyətləri nəql edəndən sonra deyir: ”Bu hədis heç bir yöndən doğru sayıla bilməz.Çünki,xəbərin isnadı zəifdir.Əli (r.a) baradə ayrıca heç bir ayə nazil olmamışdır.” (“əl bidayə vən nihayə”c.7,fəsil “Əlinin fəziləti baradə daha bir hədis”səh 552)
2.Rukuda zəkat baradə olan rəvayyətlər həm rical baxımından zəifdir,həmdə məntiqlə düz gəlmir. Çünki,namaz o zaman əfzəl sayılır ki,onun icrası zamanı artıq hərəkətlər edilmir.
3 Əgər bu rəvayyətləri doğru saysaq, onda belə çıxacaq ki,ən əfzəl zəkat rukuda verilən zəkatdır.Bu isə heç bir fiqh kitabında yoxdur.

4. Zəkatı niyə rukuda vermək lazımdır?Məgər yaxşı olmazdımı ki,namazdan sonra zəkat fəqirə verilsin.

5. Həmçinin “vəli” sözü bir neçə məna ifadə edir: İdarə edən,rəhbər,köməkçi,dost və s.Bu konteksdə sözün hansı mənaya gəldiyi bəllidir.Bu ayədən əvvəlki və sonrakı ayələrə baxmaq kifayətdir.

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz.” (Maidə 51)

“Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.” (Maidə 57)

Söhbət rəhbərlik və ümməti idarə etmə baradə deyil,Allah üçün dostluqdan gedir.Allah Təala açıq şəkildə bildirir ki,müsəlmanların dostları Xristian və Yəhudilər deyil,möminlərdir.

Misal olaraq həmçinin bu ayəni nümunə gətirmək olar.

“Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.” (Tövbə 71)

“Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan özünüzə dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.” (Nisa 89)

Göründüyü kimi bu ayələrdə “vəli” sözü əmir deyil,dostluq mənasında işlənmişdir.



6. Həmçinin,bu rəvayyət əslində Əli (r.a) üçün fəzilət sayıla bilməz.Çünki,Allah Təala Quranda buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar.o kəslər ki, namazlarında mütidirlər” (Muminun 1-2)

Şübhəsiz ki,Əli (r.a) bu şəkildə ibadət edənlərdən idi və biz onu dünyada yaşamış ən təqvalı adamlardan biri hesab edirik.Əgər biz ruku zamanı zəkatı həqiqət olaraq ələ alsaq, onda elə alınacaq ki,Əli (r.a) namaz vaxtı məscidə kimlərin girməsini,nə danışmalarını,nə istəmələrini eşidir və ruku zamanı o fəqirə üzüyünü Səddəqə verir?



7.İslamın digər sütünları kimi zəkatın da müəyyən şərtləri vardır.Əgər söhbət qızıldan gedirsə,onda bu 85 qr.olmalı və üzərindən bir il keçməlidir.Zəkat fəqirin istəməsi ilə verilməz,üstəlik üzük heç verilməz.Bunu Səddəqə adlandırmaq daha münasibdir.

8.Əgər ayədəki sözə fikir versək,görərik ki,söz çoxluq mənasında işlənmişdir. «وَالَّذِينَ»----onlar, «يُقِيمُونَ»-----namaz qılırlar, «وَيُؤْتُونَ»-----zəkat verirlər.Yəni,söhbət bir adam haqqında deyil,adamlar baradə gedir.

9.”Vilayə” sözü fəthə ilə yazıldıqda düşmənçilyin əksi,yəni dostluq mənası verir.Bu ayədə isə məhz bu şəkildə yazılıb.Əgər “vilayə” kəsrə ilə yazılsa onda bu rəhbərlik,idarə etmə anlamına gəlir.Məhz buna görə burada rəhbərlik deyil,bütün müsəlmanlar nəzərdə tutulur.

Qurtubi dedi: ”Uca Allah ayə nazil etdi. “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir...”



Cabir ibn Abdulla dedi ki,Abdullah ibn Salam (r.a) Peyğəmbər (s.a.s)-ə dedi: ”Bizim Kureyza və Nadirə qəbilələri iman gətirdiyimizə görə bizdən üz döndərdilər.Onlar and içdilər ki,bizlə oturmayacaqlar.Bizim evlər uzaqdadır və biz müsəlmanlarla əlaqə saxlaya bilmirik. ”Bunun üzərinə Allah Təala bu ayəni nazil etdi.İbn Salam dedi: ”Biz himayədarımızın Allah,Onun Elçisi və möminlər olmasından razıyıq.” (“Təfsir” məfatuhul qeyb” Fəxrəddin Razi,c.9,səh 118)

Əbu CəfərMuhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibə sual verdilər: “Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir...” ayəsində Əli (r.a) nəzərdə tutulur?O,cavabında:”Əli ibn Əbu Talib də möminlərdəndir və bildirdi ki,burada qəsd olunan bütün möminlərdir.” (əl Camiul əhkamul Quran”c.6,səh 288)

Əbdulhüseynin sözlərinə qayıdaq.O deyir: “Bütün müfəssirlər bu ayənin Əli (r.a) baradə nazil olması məsələsində həmfikirdilər.”

Oxucuya aydın olduğu kimi rafizi müəllifin bu sözləri açıq-aydın yalandır. Bu ayənin Əli (r.a) haqqında nazil olduğunu kitablarında yazan alimlər zəif və uydurma rəvayyətlərə istinad etmişlər.



7) Əbdulhüseyn yazır (12/60-61): “Məgər Peyğəmbər (s.a.s) “Qədir” günü onun təbliğinə başlamadımı və uca səslə hamıya çatdırmadımı? Allah həmin gün (“Maidə”, 3-cü ayə) nazil etdi: “Bu gün dininizi kamil etdim və nemətimi sizin üçün tamamladım və İslamı (əbədi) dininiz kimi qəbul etdim.” Məgər bilmirsən ki, Allah onların vilayətini açıq şəkildə inkar edən və Peyğəmbər ilə müxalifət edən şəxslə necə rəftar etdi? O şəxs uca səslə dedi: “Əgər bu haqq olub Sənin tərəfindəndirsə, onda göydən üstümüzə daş yağdır və ya bir ağır əzab bizə nazil et.”

Allah da onu göydən endirdiyi daşla “fil səhabələri”ni məhv edən kimi, yox etdi və o vaxt bu ayə nazil oldu.O hacət istəyən kəs elə bir əzabın baş verməsini istəmişdir ki, kafirlər ondan müdafiə oluna bilməzlər.”

Kitabın ərəbcə olan variantında haşiyədə yazılır: “Hakim “Müstədrək” əsərində Məaric surəsinin təfsirində bunu nəql etmişdir.Bu kitabın 2-ci cildində 502-ci səhifəyə müraciət edin.” (orijinalda: واخرجها الحاكم في تفسير المعارج من المستدرك، فراجع صفحة 502 من جزئه الثاني.)

Bu yalandır.”Müstədrək” kitabında bu surənin təfsirində belə bir rəvayyət nəql olunmayıb.

8) Daha sonra dəccal Əbdulhüseyn yazır (34/202): “O həzrət deyərdi: “Allaha and olsun ki,mən Peyğəmbər (s.a.s)-in qardaşı,vəsisi,əmisioğlu və onun varisiyəm.Məndən daha çox ona kim yaxın ola bilər?”

Haşiyədə yazılır: ”Müstədrək” kitabının 3-cü cildində səhifə 126-a baxın.Zəhəbi “Təlxis” kitabında hədisi səhih hesab etmişdir.”

Biz bu misalda iki cahillik və yalan nümunəsi görürük.

1) Tərcüməçinin cahilliyi 2) Müəllifin yalanı

Tərcüməçinin cahilliyi ondan ibarətdir ki,o ifadəni səhv tərcümə etmişdir.Düzgün tərcümə belə olmalıdır: “Allaha and olsun ki,mən onun qardaşı,əmisioğlu və onun elminin varisiyəm.Məndən daha çox kimin buna haqqı çatır?”

Müstədrək” kitabının 3-cü cildində səhifə 126-a baxın.Zəhəbi “Təlxis” kitabında hədisi səhih hesab etmişdir.” ifadəsi isə yalandır.



  1. Hakim bunu 4645 nömrəli rəvayyət kimi nəql etmişdir və bu haqqda heç bir fikir bildirməmişdir.

  2. Zəhəbi də həmçinin, bu rəvayyətin doğruluğu haqqında “Təlxis” kitabında heç bir rəy bildirməmişdir.Bu rəvayyət Zəhəbiyə görə münkərdir. (“Mizanul itidal” 3/255/№6353)

Rəvayyətin özünə qayıdaq:

(حدثنا) محمد بن صالح بن هانئ ثنا أحمد بن نصر ثنا عمرو بن طلحة القناد ثنا أسباط ابن نصر عن سماك بن حرب عن عكرمة عن ابن عباس رضى الله عنهما قال كان علي يقول في حياة رسول الله صلى الله عليه وآله ان الله يقول افئن مات أو قتل انقلبتم على اعقابكم والله لاننقلب على اعقابنا بعد إذ هدانا الله والله لئن مات أو قتل لاقاتلن على ما قاتل عليه حتى اموت والله اني لاخوه ووليه وابن عمه ووارث علمه فمن احق به مني *

Rəvayyətin ravilər silsiləsi olduqca zəifdir.

Simak ibn Hərb adlı ravi mühəddislər arasında haqqında fikir ayrılığı olan ravidir.Saleh Cəzri,Şubə və Süfyan onu zəif hesab etmişlər.İbn Mədini onun İkrimədən (bu rəvayyətdə olduğu kimi) nəql etdiyi rəvayyətlərin dolaşıq olduğunu qeyd etmişdir.”Əsbat ibn Nəsri adlı ravini Əbu Nueym və Nəsai zəif hesab etmişlər.” (“Mizanul itidal” 1/175/№712)

Amr ibn Həmmad ibn Təlha adlı ravi isə rafizilərdən olan siqa ravidir.

9) Daha sonra dəccal Əbdulhüseyn yazır (48/235-236): Peyğəmbər (s.a.s) Fatiməyə (r.a) buyurdu: “Bu peyvəndə və ona həyat yoldaşı olmağa razı deyilsənmi? Allah yer əhlinə nəzər saldı və iki nəfəri seçdi, biri atan, o birisi həyat yoldaşın.”

Haşiyədə yazır: Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində bunu nəql etmiş, çoxlu “Sünən” müəlliflər onu nəql etmiş və düzgün hesab etmişlər.” (orijinalda: أخرجه الحاكم من صحيحه المستدرك، ورواه كثير من أصحاب السنن وصححوه)

Bu iblis yenədə yalan danışdı! Bu rəvayyət heç bir dörd “Sünən” kitabında yoxdur. “Müstədrək” kitabının məndə olan iki elektron versiyasını yoxladım.Onlardan biri Beyrutda “Darul mərifət” nəşriyyatı tərəfindən,ikincisi isə “Darul kutub əl ilmiyyə” nəşriyyatı tərəfindən Beyrutda nəşr edilmişdir.Onların heç birində Hakimin bu rəvayyəti səhih hesab etdiyi yazılmamışdır.Hakim bu rəvayyəti necə doğru hesab edə bilər ki,bu rəvayyəti nəql edən şeyxini yalanda ittiham etmişdir?

Bu onun kitabından olan rəvayyətin mətnidir:

(حدثنا) أبو بكر بن ابي دارم الحافظ ثنا أبو بكر محمد بن احمد بن سفيان الترمذي ثنا سريج بن يونس ثنا أبو حفص الابار ثنا الاعمش عن ابى صالح عن ابى هريرة رضي الله عنه قال قالت فاطمة رضى الله عنها يا رسول الله زوجتني من علي بن ابي طالب وهو فقير لامال له فقال يا فاطمة اما ترضين ان الله عزوجل اطلع إلى اهل الارض فاختار رجلين احدهما ابوك والآخر بعلك

Hakim bu rəvayyəti nəql edən şeyxi yalançı adlandırmışdır.Bu Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn əs Sara ibn Yəhya ibn Əbu Daramdır.Zəhəbi onu yalançı rafizi adlandırmışdır və Hakimin onun haqqında belə dediyini nəql etmişdir: “Siqa olmayan rafizidir.” (“Mizanul itidal” 1/139/№552)

Lakin,bu ravi sənəddə olan yeganə problem deyil.Muhəmməd ibn Əhməd Tirmizi adlı ravi də tərk olunmuşdur.”Zəhəbi bu ravinin Sirac ibn Yunusdan uydurma rəvayyətlər nəql etdiyini qeyd etmişdir.” (“Mizanul itidal” 3/457/№7140)
Əbdulhüseyn bu rəvayyətə №68-li məktubda qayıdaraq yazır: Xətib “Müttəfəq” kitabında İbn Abbasdan siqa ravilərin yolu ilə nəql etmişdir ki, Peyğəmbər (s.a.s) Fatiməni Əli ilə evləndirəndə Fatimə ərz etdi: “Ey Allahın rəsulu! Məni kasıb və mal-dövlətsiz bir kişiyəmi verdin?” Peyğəmbər (s.a.s) buyurdu: Razı deyilsənmi? Allah yer üzünün adamları arasından iki nəfəri seçdi: “Biri atan, o birisi ərin.”

Birincisi,mən bu rəvayyəti nə qədər səy göstərdimsə,Xətib əl Bağdadinin kitabında tapa bilmədim.Xətib bu rəvayyəti “Tarix Bağdadi” kitabında (4/196) Əbu Salatə Əbdussəlam ibn Saleh əl Hərviyə istinad edən sənədlə nəql etmişdir.Bu ravi məşhur yalançı olmuşdur.Ukeyli onun haqqında yazır: “İfrat rafizidir”,İbn Adiy: “yalanda ittiham olunub”,Nəsai: “siqa deyil” (“Mizanul itidal” №5051)

Əbu Nueym İsfəhani yazır: “Əbdussəlam ibn Saleh ibn Süleyman əbu Salat hərvi.Həmmad ibn Zeyd,Əbu Müaviyyə,Abbad ibn əl Əvvam və digərlərindən münkər rəvayyətlər nəql edərdi.” (“Kitabu duafa” №140)

Heysəmi rəvayyəti “Məcmau zəvaid” (№14670)-də nəql edərək yazır: “Təbərani nəql etmişdir.Sənəddə zəif ravi olan Əbdussəlam ibn Saleh hərvi vardır.”


10) Əbdulhüseyn səh 245-də haşiyədə yazır: “və sənin üçün bircə bu kifayətdir ki, o (Əli (ə), Allahın rəsulunun özü kimidir. Fəxri Razinin “Mübahilə” ayəsinin təfsirində (“Məfatihul-Qeyb” təfsiri, 2-ci cild, səh. 488) göstərdiyi kimi.”

Rafizilərin yer üzündə məxluqatın ən yalançıları olması baradə deyilən sözlər haqqdır. Sanki,şeytan onları yalana və hiyləyə əl atmağa sövq edir.

Fəxr Razi “Məfatihul-Qeyb” kitabında mübahilə ayəsinin təfsirində tərəflərin bir sıra rəylərini qeyd etmişdir.Onların arasında da Əlinin digər peyğəmbərlərdən üstün olduğunu iddia edən Mahmud ibn Həsən əl Xumsinin sözü vardır.Fəxr Razi bu sözü gətirərkən yazır ki,bu adam Rey şəhərindən olan şiə isnaəşaridir.Həmçinin,eyni yerdə Razi Əlini Peyğəmbər (s.a.s)-ə bərabər hesab edən digər şiələrin sözlərini də gətirir.Daha sonra Razi yazır: “Buna belə cavab veririk: “Muhəmməd (s.a.s)-in Əli (r.a)-dən dah fəzilətli olması baradə icma olduğu kimi,yenə də icma vardır ki,Peyğəmbər (s.a.s) gəlməmişdən öncə digər peyğəmbərlər bütün insanlardan əfzəl idilər.Həmçinin müsəlmanlar icma ediblər ki,Əli (r.a) peyğəmbər deyil.”

Allah xətrinə! Razi haqqında necə belə demək olar? Halbuki,o yalnız bu sözü deyən rafizilərin sözlərini yazır,sonra isə onlara cavab verir.Bu Əbdulhüseynin növbəti hiyləsi deyildə,bəs nədir? Şiələrin alimləri belə aşkar yalan danışırlarsa,adi şiələrdən nə gözləmək olar?



11) Əbdulhüseyn yazır (56/264-265): “Həmçinin, onun təvatürünə dəlalət edən şahidlərdən Əbu İshaq Sələbinin “Məaric” surəsinin təfsirində iki mötəbər sənədlə verdiyi hədisdir: “Elə ki, Allahın rəsulu (s.a.s) Qədir-xum günü camaatı bir yerə yığdı, Əlinin əlindən tutub buyurdu: “Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Bu xəbər hər yerə yayıldı və Haris ibn Numan Fəhriyə çatdı. O, Allah rəsulunun yanına gəldi və dəvədən düşüb, onu bir yerə bağladı. Sonra üzünü Peyğəmbər (s.a.s)-ə tutub dedi: Ey Məhəmməd! Bizə əmr etdin ki, Allahın birliyinə şəhadət verək elədik, dedin, Allahın rəsulusan, qəbul etdik, əmr verdin gündə beş dəfə namaz qılaq, səndən qəbul etdik, zəkatı əmr etdin, qəbul etdik, ramazan ayının orucunu əmr etdin, qəbul etdik, həcc əmri verdin, eşitdik və itaət etdik. Yenə də bunların hamısına razı olmadın, axırda əminoğlunun əlindən tutub, onu bizim hamımızdan üstün etdin və dedin: «من كُنْتُ مَوْلاهُ فَعَليٌّ مَوْلاه» Mən kimin mövlasıyamsa, bu (Əli) onun mövlasıdır. Bu əmr öz tərəfindən idi, ya Allah tərəfindən? Peyğəmbər (s.a.s) buyurdu: “And olsun o Allaha ki, bu fərman onun tərəfindəndir. Haris geri döndü və dəvəsinə tərəf hərəkət edərək dedi: Ey Pərvərdigar, Məhəmmədin dedikləri həqiqətdirsə, göyün daşlarını üstümüzə yağdır və ya bizə ağır əzab göndər. Hələ dəvəsinə çatmamışdı ki, Allah bir daş göndərdi və onun başına dəydi. Sonra Allah bu ayəni nazil etdi: (Kafirlərdən) biri vaqe olacaq əzab barədə soruşdu. (O əzabı) kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur! (O əzab yüksək) dərəcələr sahibi olan Allahdandır!Tanınmış sünni alimlərindən bir çoxu bu hədisi mübahisəsiz qəbul etmişlər.

Haşiyədə yazır: “Bu hədis Hələbinin “Seyrat” kitabında cild 3,səhifə 214-də nəql olunmuşdur.

1. Məaric surəsinin ilk iki ayəsi Məkkədə nazil olmuşdur.Yəni,hicrətdən öncə nazil olmuşlar. İbn Cəuzi “Zadul meysir” kitabında (6/277) yazır: “Alimlərin yekdil rəyinə görə bu surə Məkkədə nazil olmuşdu.İbn Kəsir və Vahidi İbn Abbas (r.a)-a istinad edərək nəql edirlər ki,bu ayə Nədr ibn Haris ibn Kaladə haqqında nazil olmuşdu.O,Allaha dua edərək Muhəmməd (s.a.s)-in həqiqətən Allahdan haqqla gəldiyi təqdirdə özü üçün bəla istəmişdi.O,Bədr günü əsir düşdü və öldürüldü.” (“Əsbab ən nuzul” 2/906)

2. Bu hədisi qəbul edən çoxlu sünni alimləri də kimdir?Niyə dəccal bir adamın da adını qeyd etmədi?

3. Şeyx Abdullah ibn Əbaşan əl Qamidinin qeyd etdiyi kimi Əbdulhüseynin istinad etdiyi Hələbi bu hekayəni nəql edərək bunun yalan olduğunu söyləmişdir.

12) Daha sonra dəccal Əbdulhüseyn yazır (74/314-315): Aişə deyir: “Rəsulullah (s.a.s) xəstə ikən dərdi gücləndiyindən iki nəfər qoluna girmiş halda evdən bayıra çıxırdı və ayaqlarını da çəkirdi. Bu iki nəfərin biri Abbas ibn Əbdül-Müttəlib, biri də başqası idi.” Aişədən bu xəbəri nəql edən Ubeydullah ibn Abdullah ibn Ütbə ibn Məsud deyir: “Aişənin bu sözünü Abdullah İbn Abbasa dedim. İbn Abbas dedi: Heç bilirsənmi, Aişənin adını çəkmədiyi o başqa birisi kim idi? Dedim: Yox. Dedi: Əli ibn Əbu Talib idi. Sonra İbn Abbas əlavə etdi: Aişənin Əlidən xoşu gəlmirdi və heç vaxt istəmirdi ki, Əlinin adı yaxşılıqla xatırlansın.”

Haşiyədə yazır: “Bu xüsusi cümləni, yəni İbn Abbasın “Aişənin Əlidən xoşu gəlmirdi və istəməzdi ki, ondan yaxşılıqla danışılsın” – cümləsini Buxari ixtisar etmiş və onun əvvəlini vermişdir ki, adəti üzrə belə hallar onda vardı. Amma sünnilərdən çoxu düzgün sənədlərilə onu vermişlər. O cümlədən İbn Sədd “Təbəqat”ın 2-ci cildinin 2-ci hissəsinin 29-cu səhifəsində Əhməd ibn Həccacdan, o da Abdullah ibn Mübarəkdən, o da Yunisdən və Muammər onu Zuhridən, o da Abdullah ibn Utbə ibn Məsud İbn Abbasdan nəql etmişlər. Sənədin ravilərinin hamısı huccət və məqbuldur.




  1. Elm əhli kimsələr bilir ki,hədislərin müxtəlif versiyaları olur.Ayrı-ayrı ravi silsilələrindən eyni hadisənin müxtəlif versiyaları nəql olunur ki,burada mətnlər bir-birindən fərqlənir.Əgər hər dəfə mühəddislər belə ittiaham olunarsa dində alim qalmazdı.

  2. Bu rəvayyəti “Sünən” müəllifləri nəql etmişdir deyən Əbdulhüseyn yalan danışır.

  1. Əbdulhüseyn yazır: “Bütün bu şəxslər mötəbərdir.” Lakin,bu təkcə rəvayyətin mötəbər olması üçün kifayət etmir.

  2. Açıq dəlillər vardır ki,Aişə (r.a) Əli (r.a)-yə qarşı pis münasibət bəsləməmişdir.

Şureyh ibn Hani deyir: “Mən Aişənin yanına gəlib soruşdum: “Ey möminlərin anası! Xufa məsh etmək baradə nə düşünürsən?”

Aişə (r.a) dedi: “Əlinin yanına get.O,bu məsələdə məndən daha çox bilir.”O axı Peyğəmbər (s.a.s) ilə səfərlərdə olmuşdur...” (“Şərhul məanil əsər” 1/265/№482, 1/274/№512)


Bir adam elm öyrənmək üçün xoşu gəlməyən adamın yanına adam göndərərmi?

Aişə (r.a) həmçinin, onun yoldaşı Fatimə (r.a)-i tərif edərdi.İbn Hacər əl Əsqalani “Mətalibu aliyyə”(c.4,səh 453, №3986) kitabında Amr ibn Dinardan nəql edir ki,Aişə (r.a) dedi: “Onun atasından sonra mən sözlərində Fatimə qədər sadiq birini görmədim.”

İmam Busıri deyir: “Hakim bu hədisi nəql etmiş və bunun Əbu Yalə və Müslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir.” (“Məcmau zəvaid” 9/102)

Heysəmi yazır: “Hədisi Əbu Yalə və Təbərani nəql etmişdir.Hər iki sənəddə olanlar “səhih”in raviləridir.”



İKİNCİ FƏSİL. BU FƏSİLDƏ ƏBDULHÜSEYNİN MƏTNLƏRDƏ ETDİYİ TƏHRİFLƏR VƏ İXTİSARLAR BARADƏ NÜMUNƏLƏR GƏTİRİLƏCƏKDİR.

  1. Dəccal yazır (12/68): “Yenə də onların fədakarlıqları haqqda Allah buyurur: وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır.”(Bəqara 207)

Haşiyədə yazır: “Hakim “Müstədrək”in 3-cü cildinin 4-cü səhifəsində İbn Abbasdan nəql edir: “Əli canını satın qoydu və Peyğəmbər (s.a.s)-in paltarını əyninə geydi.” Hakim bu hədisin doğru olduğunu aydınlaşdırmış,Buxari və Müslimin şərtlərinə görə hədisin səhih olduğunu qeyd etmişdir.”
Hakim bu rəvayyəti kitabında nəql etmişdir:

(حدثنا) أبو بكر احمد بن اسحاق ثنا زياد بن الخليل التسترى ثنا كثيربن يحيى ثنا أبو عوانة عن ابي بلج عن عمرو بن ميمون عن ابن عباس رضى الله عنهما قال شرى علي نفسه ولبس ثوب النبي صلى الله عليه وآله ثم نام مكانه وكان المشركون يرمون رسول الله صلى الله عليه وآله وقد كان رسول الله صلى الله عليه وآله البسه بردة وكانت قريش تريد ان تقتل النبي صلى الله عليه وآله فجعلوا يرمون عليا ويرونه النبي صلى الله عليه وآله وسلم وقد لبس بردة وجعل علي رضى الله عنه يتضور فإذا هو علي فقالوا انك للئيم انك لتتضور وكان صاحبك لا يتضور ولقد استنكرناه منك * هذا حديث صحيح الاسناد ولم يخرجاه وقد رواه أبو داود الطيالسي وغيره عن ابى عوانة بزيادة الفاظ

Lakin,o sənədin Buxari və Müslimin şərtlərinə görə səhih olduğunu deməmişdir. O,yazır: “Rəvayyətin sənədi səhih ravilər silsiləsindən ibarətdir,amma onlar bunu nəql etməmişlər.” Elmdən xəbəri olanlar “hədis səhihdir” ifadəsi ilə “ravilər silsiləsi səhihdir” ifadəsi arasında fərq görürlər.


  1. Əbdulhüseyn İsmail ibn Xəlifə adlı ravinin tərcümeyi halında (16/78) yazır: “Əbu Hatim onun hədislərini yaxşı hesab etmiş və onu tərifləmişdir.”

Halbuki,Əbu Hatim bu ravi haqqında deyir: “Ona etimad edilməz,o hədisdə “həsənul hədis”-dir.” (“Mizanul itidal” 4/490/№9957)
Əbdulhüseyn Əmmar ibn Müaviyyənin tərcümeyi halında yazır (16/139): “Zəhəbi onu yad etmiş və dediklərimizi “Mizanul-İtidal”da şərhi-halında xatırlamış, şiə və etimadlı olduğunu aydınlaşdırmışdır.Açıq demişdir ki, Ukeylidən başqa kimsənin onun haqqında əskik söz dediyini bilmir və şiəlikdən savayı başqa bir eyibi yoxdur.”

Bu isə yalandır. “Mizan”-da qeyd olunur ki,Ukeylidən başqa onu tənqid edənlərin olduğu bilinmir.Bunun səbəbi isə Əbu Bəkr ibn Əyaşdan nəqldir.İbn Əyaş deyir ki,bu ravi Səid ibn Cubeyrdən xəbər eşitməmişdir.Yəni,Ukeyli onun İbn Cubeyrdən nəqllərinə şübhə edərdi.


3) Əbdulhüseyn yazır (34/198): “Məgər Əlinin övladlarının adının Harunun övladlarının adından fərqli olmadığını mülahizə etmirsənmi? Həzrət onları Həsən, Hüseyn və Möhsün adlandırdı. Onların adının Harunun övladlarının adlarına – Şübbər, Şübeyr və aralarındakı oxşarlığa təkid etmək və bu ikisinin arasındakı oxşarlığı hər yerdə, bütün sahələrdə ümumiləşdirmək nə deməkdir?

Haşiyədə yazır: “Siz “Müstədrək”in 3-cü cildinin 165-167-ci səhifələrinə müraciət etsəniz, bu məzmunda doğru hədis görəcəksiniz ki, Buxari və Müslimin şərtinə görə doğrudur.

Hakimin “bu hədis iki şeyxin şərtlərinə görə səhihdir” sözü Əbdulhüseynin yalanıdır.Hakim bu rəvayyəti kitabında nəql edərək yazır: “sənədin ravilər silsiləsi səhihdir,amma onlar bunu nəql etməmişlər.” Rəvayyətin sənədində iki şeyxin ravisi olmayan Hani ibn Hani vardır.

4) Rafizilərin yalanının sonu yoxdur. Əbdulhüseyn yazır (34/199): Peyğəmbər (s.a.s) ona buyurdu: «اَنْتَ اَخي فِي الدُّنْيا وَ الآخِرَةِ» “Sən həm bu dünyada, həm də axirətdə mənim qardaşımsan”

Haşiyədə yazır: “Hakim “Müstədrək”in 3-cü cildinin 14-cü səhifəsində iki doğru yolla Buxari və Müslimin “şərtləri”nə əsasən İbn Ömərdən nəql etmişdir və Zəhəbi “Təlxis”də onu doğru və qəti hesab etmişdir. Tirmizi İbn Hacərin “Səvaiqul-Muhriqə”nin 72-ci səhifəsində yazdığına əsasən nəql etmişdir. “Səvaiq”in 9-cu babının 2-ci fəslindəki hədislərdən 7-ci hədisə müraciət et. “Uxuvvət” (qardaşlıq) hədisini “sirə” və “əxbar”da nəql edənlər bu hadisəni yəqinliklə nəql etmişlər.


Bütün güc və qüvvət Allaha məxsusdur! Hakimin kitabında olan iki rəvayyətin ərəbcə mətni budur:

(اخبرنا) عبد الله بن اسحاق بن ابراهيم العدل ببغداد ثنا عبد الرحمن بن محمد بن منصور الحارثى ثنا على بن قادم ثنا على بن صالح بن حي عن حكيم بن جبير عن جميع بن عمير عن ابن عمر رضي الله عنهما قال لما ورد رسول الله صلى الله عليه وآله وسلم المدينة آخى بين اصحابه فجاء علي رضى الله عنه تدمع عيناه فقال يارسول الله آخيت بين اصحابك ولم تواخ بيني وبين احد فقال رسول الله صلى الله عليه وآله يا علي انت اخي في الدنيا والآخرة * تابعه سالم بن ابي حفصة عن جميع بزيادة في السياق *

(حدثنا) أبو سهل احمد بن محمد بن زياد النحوي ببغداد ثنا أحمد بن محمد بن عيسى القاضى ثنا إسحاق بن بشر الكاهلى ثنا محمد بن فضيل عن سالم بن ابي حفصة عن جميع بن عمير التيمى عن ابن عمر رضى الله عنهما قال ان رسول الله صلى الله عليه وآله آخى بين اصحابه فآخى بين ابي بكر وعمر وبين طلحة والزبير وبين عثمان بن عفان وعبد الرحمن بن عوف فقال علي يارسول الله انك قد آخيت بين اصحابك فمن اخي قال رسول الله صلى الله عليه وآله وسلم اما ترضى يا علي ان اكون اخاك قال ابن عمر وكان علي رضى الله عنه جلدا شجاعا فقال علي بلى يارسول الله فقال رسول الله صلى الله عليه وآله انت اخى في الدنيا والآخرة


  1. Hakim bu rəvayyətlərin mötəbərliyi haqqında heç bir söz deməmişdir.



  1. Zəhəbinin “Təlxis”-də bu rəvayyəti səhih adlandırmasını deyən dəccal yalan danışmışdır. Əksinə,Zəhəbi hər iki sənəddə adı keçən Cami ibn Umeyrin yalanda ittiham olunduğunu,ikinci ravi İshaq ibn Bişr əl Kəhalinin isə məchul olduğunu qeyd etmişdir.

5) Əbdulhüseyn yazır (34/200): “Qadınların seyyidəsi ilə Əhli beytin seyyidi və böyüyü evlənən zaman Peyğəmbər (s.a.s) Ümmi Əymənə buyurdu: “Ey Ümmi Əymən, qardaşımı çağır! Ümmi Əymən dedi: O, sənin qardaşındır, qızını ona verirsən? Buyurdu: Bəli, ey Ümmi Əymən! Ümmi Əymən Əlini çağırdı. Əli gəldi...”
Haşiyədə yazır: Hakim “Müstədrək”in üçüncü cildi, 109-cu səhifədə söyləmiş və Zəhəbi Təlxisdə doğru olduğunu qeyd etmişdir.”

Bu isə yalandır.Zəhəbi “Təlxis”-də yazır: “Rəvayyət səhvdir.Əsma Fatimənin toyu günü Həbəşistanda idi.”


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə