Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə1/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
  1   2   3   4   5   6   7   8   9   ...   200


KBT  Я25

UOT (059)

Baş redaktor: 

Kərim Tahirov,

professor, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    Nailə Alışova 

 

Redaktor:    Gülbəniz Səfərəliyeva, 

 

      Əməkdar mədəniyyət işçisi       

 

Əlamətdar və tarixi günlər təqvimi - 

2017 /M.F.Axundov ad. Azərbaycan 

Milli Kitabxanası;  baş red. K.Tahirov; 

red. G.Səfərəliyeva; məsul  katib 

 

N.Alışova.- Bakı, 2016.- 420 s.

ISBN 978 9952 504 47 7 

© 

Azərbaycan Milli Kitabxanası, 2016.

2017


ƏZİZ OXUCULAR!

Sizə  təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər 

təqvimi” 1961-ci ildən  nəşr edilir. 1970-ci ilin oktyabr ayın-

dan 


“Kitabxana işçisinə kömək” adı ilə çap olunan vəsaitin 

nəşri 1992-ci ildə dayandırılmış, 2005-ci ildən isə yenidən 

“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olunmağa 

başlanmışdır.

Bu illər ərzində təqvim daha da təkmilləşdirilmiş, möv-

zu üzrə bölmələrin sayı artırılaraq həcmi genişləndirilmiş, 

əhatəli məlumat mənbəyi kimi formalaşdırılmışdır. 

Təqvimi nəşr etməkdə məqsəd geniş oxucu kütləsinə və 

mütəxəssislərə respublikanın ictimai-siyasi, iqtisadi, mədəni, 

elmi həyatında baş verən mühüm əlamətdar hadisələri və baş-

qa dəqiqləşdirilmiş  məlumatları çatdırmaqdır. Mədəniyyət 

işçiləri, müəllimlər, kütləvi informasiya vasitələri və əsasən 

də kitabxana işçiləri üçün nəzərdə tutulan bu vəsaitin hər bu-

raxılışının müqəddiməsində nəşrin məzmunu, forması geniş 

şəkildə açılır. 

Təqvimin bu dəfəki sayı dahi Azərbaycan şairi, mütəfək-

kiri və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin 300 illik 

yubileyinə həsr olunmuşdur. 

Mоlla Pənah Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatının 

görkəmli nümayəndələrindən biridir. Vaqif yaradıcılığı ilə 

Azərbayçan şеiri tarixində yеni bir dövr başlanmış, Vaqif liri-

kası ilə pоеziyada yеni bir səhifə açılmış, pоеziyamızda nik-

bin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş 

hissləri qüvvətlənmişdir.

2016-2017-ci illərdə YUNESKO-nun yubileylər proq-

ramı  çərçivəsində Qazaxıstan,  İran və Türkiyənin dəstəyi 

ilə ölkəmizin təklifi  əsasında böyük şair və mütəfəkkir 

İmadəddin Nəsiminin (1369-1417) vəfatının 600, Molla 

Pənah Vaqifin anadan olmasının 300 (1717-1797), eləcə də 

Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınması-

nın 200 (1817) illik yubileyləri qeyd ediləcək.  

Qeyd etmək lazımdır ki, YUNESKO-nun yubileylər 

proqramına təqdim edilən şəxsiyyətlər və hadisələr təsadüfi 

seçilmir. Belə ki, Molla Pənah Vaqifin 300 illik yubileyinin 

beynəlxalq səviyyədə qeyd edilməsi ilə M.P.Vaqifin yaşa-

yıb yaratdığı Qarabağ xanlığının tarixinin canlandırılması 

nəzərdə tutulur.

Təqvimdə Molla Pənah Vaqifin həyat və fəaliyyətinə dair 

zəngin məlumatlar öz əksini tapmışdır.



Təqvimdə 2017-ci ildə yubileyləri qeyd olunacaq görkəmli  şəxsiyyətlər haqqında məlumatlar və 

əlamətdar hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-

ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə.  İqtisadiyyat. Hüquq; 

Mədəniyyət. Maarif. Təhsil; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.

Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatının, incəsənətin, elmin, texnikanın və müxtəlif elm sahələrinin ən 

görkəmli nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 

Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin                 

başvermə tarixi göstərilmişdir.

2017-ci ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-

rilmiş, təqvimin sonunda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Təqvim materialları üçün ədəbiyyat seçilərkən ən yeni və məzmunca uyğun kitablara, jurnal və qəzet 

məqalələrinə, ən çox müraciət olunan internet resurslarına və Milli Kitabxananın nəşrlərinə üstünlük 

verilmişdir.

Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir, fikir və iradlarını Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş edirik.



Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;

Е-ma

il: metodik@anl.az

  Təqvim - 2017


3

Yaponiyada və digər Şərq ölkələrində qəbul edil-

miş təqvimə əsasən 12 illik dövr daxilində hər bir il 

müəyyən heyvan işarəsi altında keçir. Şərqdə çox 

məşhur olan bu təqvimə  əsasən 2017-ci il Xoruz 

(ədabaz) ilidir. Xoruz ilində dünyaya gələnlərin xa-

rakteri aşağıdakı kimidir: 

Xoruz xəyalpərvərdir

.

 

O, ağzına gələni danış-



maqdan çəkinmir və bəzən özünü təcavüzkar apa-

rır. Açıqürəkli və  səmimi olub sözü üzə deyəndir. 

Düşündüyünü deyir. Bu, Xoruzu eqoizmə aparır. 

Başqalarının zəifliklərini bağışlamır, güzəştə get-

mir; elə ona görə  də diplomatik karyeraya doğru 

yola bağlıdır. 

Xoruz mühafizəkardır. Hətta özünə ziyanlı olsa 

da, tamamilə haqlı olduğunu güman edir. Heç kimə 

etibar etmir, yalnız özünə bel bağlayır. Eyni zaman-

da səxavətlə məsləhətlər verir.

Xoruz mücərrəd, boş xəyallara qapılaraq özünü 

qəhrəman kimi təsəvvür edir. O, filosofdur, ancaq 

burnundan uzağı görmür.

Xoruz utancaq deyil, əksinə igid və cəsarətlidir. 

Lazım gəlsə öz həyatını riskə qoya bilir. Ondan 

yaxşı döyüşçü çıxır.

Əslində lovğa olub, iş görməkdən daha çox da-

nışır.  İntim münasibətlərdən daha çox cəmiyyət 

arasında zahirən parlamağa üstünlük verir. Böyük 

zəhmətkeşdir. Çox vaxt öhdəsinə gücü çatandan ar-

tıq iş götürür.

Xoruz pulu ağır əməklə qazanır.

Uğurlu fəaliyyət sahəsinə düşsə, var-dövlət də 

qazana bilər.



Xoruz ili

Ə d ə b i y y a t 

Xoruz ili //Ulduzlar və talelər.- Bakı, 2010.- S.142.

Xoruz ili //Ulduz falları: Druidlərin falı. Qərb zodiak falı. Şərq Yapon falı. Şərq Çin falı /tərc. ed.: İ.İsgəndərov, 

M.İsgəndərova; red. T.Məmmədov.- Bakı, 2006.- S.76-77. 

Xoruz ili //Bürclər taleyimizdən xəbər verir /tərc. və tərt. ed. R.Nəbioğlu.- Bakı, 2010.- S.146-147.

Xoruz hamının diqqət mərkəzində olmağı se-

vir. Çox xəyalpərvər olsa, avara-filosofa çevrilər 

ki, bu da özünə diqqəti cəlb etməyin bir üsulu-

dur.

Xoruz kənd təsərrüfatına meyillidir, insanlar-



la işləməyi sevir. Çox bədxərcdir; qazandığını 

daima xərcləyir. Çox vaxt müflisləşmə, yoxsul-

laşma ilə üzləşir. Heç vaxt qənaətcil ola bilmir.

Sevgidə istədiyi adamı  çətinliklə  əldə edib 

saxlaya bilir.

Kişi-Xoruz qadınların cəmiyyətini xoşlayır.

Xoruz ailəcanlı və mühafizəkar Öküzlə xoş-

bəxt olacaq. O, İlanla birlikdə filosofluq edəcək. 

Əgər vasitəçi ilə  hərəkət etsə  Əjdahadan və 

xüsusilə bu Əjdaha-qadındırsa, tamamilə ondan 

razı qalacaq. Pişikdən uzaq qaçmalıdır. O, Xoru-

zun ədabazlığına nifrət edir.

 Xoruzun həyatının hər üç mərhələsində həm 

maliyyə cəhətdən, həm də hissiyyat baxımından 

qabarma və çəkilmələr olacaq. Onun həyatı yox-

sulluqdan zənginliyə doğru, ideal məhəbbətdən 

sevginin  ən yaramaz təzahürlərinə  qədər 

dəyişəcək. Lakin qocalığı xoşbəxt olacaq.




Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə